Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   28   29   30   31   32   33   34   35   36

Varlığınla sevindirən Adamım, 

yoxluğuna bil ki, tənhalığımla tək qalaraq ağlaram...

Sevgini bəxş edən doğma Adamım, 

nifrətin doğarsa, yadlaşarsan, ağlaram...

Hər görüşə gecikmədən gələn Adamım, 

bir gün görüşümə gəlməsən əgər, ağlaram...

Həyata qaytaran, murad Adamım, 

bir gün ölsəm sənin üçün, ağlaram...

Gözlərin gözümə baxan Adamım, 

o gözlər baxarsa bir başqasına, susub ağlaram...

Danışıb-gülməyi, dinləməyi, hər işi birlikdə görməyi öyrədən Adamım, 

sussan, hər işdə sənsizlik olsa, anlaram səhvimi, içdən ağlaram...

Gəlişinlə gətirən mənə aydınlıq, işıq, Adamım, 

aydınlıq yox olsa, dünyam qaralsa, bil ki, ağlaram...

İsti nəfəsində, sevgi dolu qəlbində məni isidən Adamım, 

bir gün üşüsəm, 

soyuqlasam, 

xəstəlik taparam, 

yenə ağlaram...

MİNİATÜR

Günel FƏRHADQIZI




Avstriyalı məşhur həkim, nevropotoloq, psixiatr

və psixoloq Alfred Adler (1870-1937) fərdi psixo -

logiya məktəbinin banisidir. Ziqmund Freydin ilk

tərəf daşlarından olsa da, sonradan aralarında ciddi

fikir ayrılıqları yarandığına görə ayrılıblar. Adleri

Freyddən ayıran ilk yanaşma fərqi Freydin hər bir

davranışı uşaqlıq vaxtı yaşanmış seksual səbəblərlə

bağlaması ilə bağlı olmuşdur. Adler belə düşünürdü

ki, insan ictimai varlıq olduğuna görə təkcə uşaqlıq

vaxtı yaşamış olduğu seksual komplekslərə görə

dərk edilə bilməz. Fərdin formalaşmasında mühüm

rol oynayan ictimai faktorlar – ailə və mühit amilləri

də nəzərə alınmalıdır. Bu amillər isə hər kəsdə

fərqli olduğuna görə hər bir fərd öz yaşayış şərtləri

daxilində qiymətləndirilməlidir. Bununla da Adler

psixoanaliz elminə “fərdi psixologiya” və ya “indi-

vidual psixologiya” anlayışını gətirmişdir. 

Adlerə görə, insan hələ dili yenicə söz tutmağa

başladığı dövrdən özünə bir “həyat planı”

müəyyənləşdirir və körpəlikdəki bu yaradıcı başlanğıc

sayəsində həyatına necə istiqamət verəcəyini

qərarlaşdırır. Sonrakı vaxtlarda isə mühitə bağlı

olan, eləcə də fərdi amillərdən istifadə etməklə bu

planı həyata keçirməyə çalışır. Adlerin fərdi

psixologiya nəzəriyyəsinə görə, fərd bölünməz bir

bütöv təşkil edir. Bu bütövlüyü təmin edən isə onun

yalnız özünə aid olan “həyat planı” və ya “həyat

tərzidir”. “Həyat tərzi” insanın özü və mühiti

haqqındakı qənaətlərinə əsaslanır və insan fəaliyyətini

istiqamətləndirir. 

Adlerin görüşlərində diqqəti çəkən daha bir

nəzəriyyə də “natamamlıq kompleksi” və ya

“çatışmazlıq kompleksidir”. Fərd içində yaşadığı

mühitin ona göstərdiyi mənfi münasibətlər nəticəsində

“çatışmazlıq duyğusu”na qapılır və sonradan bu

duyğu “natamamlıq kompleksi” və ya “çatışmazlıq

kompleksi” vəziyyətinə gəlir. Daha çox fiziki

qüsurları olan insanların “natamamlıq kompleksi”

daşıdıqlarını iddia edən Adler bu kompleksi inkişafın

təkanverici gücü olaraq qiymətləndirmiş, fərdlərin

bu duyğularını təmin etmək üçün elmdə, sənətdə

və müxtəlif fəaliyyətlərdə uğur qazandıqlarını

söyləmişdir. Adlertə görə: “Çatışmazlıq, etimadsızlıq

və təmin olunmamaq duyğuları həyatda bir məqsədin

ortaya çıxmasına və formalaşmasına şərait yaradır.

Uşaqda hələ ilk günlərdən ön plana çıxmaq, ana və

atanın diqqətini üzərinə çəkmək, onları buna məcbur

etmək xüsusiyyəti özünü göstərir. Bu cür davranışlar

insandakı hörmətə layiq olmaq meylinin ilk

əlamətləridir”. Çatışmazlıq duyğusunun ifrat şəkildə

aradan qaldırılması zamanı isə fərd “üstünlük kom-

plek”sinə tutulur. Burada da təhrikedici güc

“çatışmazlıq duyğusudur” və həmin duyğu “ça 

-

tışmazlıq kompleksinə” və ya çatışmazlığın ifrat



həddi olan “yüksəklik kompleksi”nə yol açanda

nevroz əlamətləri özünü göstərməyə başlayır. (Bu

barədə daha ətraflı bax: Ferda Atlı. Edebi metnin

ve yaratıcılığın kaynağına ulaşan yol: psikanalitik

edebiyat eleştirisi)

Diqqətinizə təqdim etdiyimiz “Dostoyevski”

məqaləsi Alfred Adlerin psixologiya elmində əldə

etmiş olduğu qənaətləri bədii mətnlə təsdiqləmək

cəhdinin ifadəsi hesab edilə bilər. Psixoanalitik

nəzəriyyədə xüsusi yeri olan bu məqalə 1918-ci

ildə yazılıb. Bundan 9 il sonra - 1927-ci ildə isə

Adlerin müəllimi və sonradan fikir əleyhdarı olmuş

Ziqmund Freyd məşhur “Dostoyevski və ata qatilliyi”

məqaləsini yazacaqdı...



Alfred ADLER

Dmitri Karamazovun Sibirdə, yer altındakı

şaxtada ümid etdiyi şey əvvəli-sonu olmayan bir

ahəngin mahnısını oxumaqdır. Günahı olmayan

müqəssir ata qatili dinə gəlir və öz qurtuluşunu hər

şeyi bağışlayan ahəng içində tapır. 

№10 (569) oktyabr 2016

I

71



MƏTİ OSMANOĞLU TƏQDIM EDİR

Gənc yazarlar üçün nəzəriyyə dərsi

PSİXOANALİTİK 

NƏZƏRİYYƏ


Əlyazma xəttinin hər əyrisinə məna verməyi

bacaran, düşüncələrini heç çətinlik çəkmədən dilə

gətirə bilən və başqalarının ağlından keçənləri dərhal

başa düşən knyaz Mışkin şirin-şirin gülümsəyərək

deyir: “On beş ildi mən idiot idim”. Bundan da

böyük ziddiyyət ağıla gətirə bilmərik.  

Təcrübələrin, kollektiv duyğusunun və yaşamış

olduğu həyatın qoyduğu sərhədi aşmağa cəhd

etməzdən öncə Raskolnikov yatağının içində bir

aydan artıq düşünür: “Mən kiməm  - Napoleon

kimi bir insan, yoxsa bir zavallı?”. Burada da yenə

böyük ziddiyyət görürük. Üstəlik, bu bizim də

qoşulduğumuz və içimizdə hiss etdiyimiz ziddiyyətdir. 

Eyni vəziyyəti həm Dostoyevskinin yaratdığı

digər qəhrəmanlarda, həm də onun öz həyatında

görürük. Dostoyevski ata ocağından “dəli-dolu bir

oğlan kimi” qaçmışdır. Ancaq atasına və yoldaşlarına

yazdığı məktubları oxuyanda həmin məktublarda

qeyri-adi bir sadəliyin, üzüyolalığın və daha çox da

faciəvi bir taleyi boynuna aldığının şahidi oluruq.

Dostoyevkski aclığı, səfaləti, dərdi çox görmüşdü.

Yaşadığı ömür bir səyyah həyatını xatırladır. Dəli-

dolu gənc olan Dostoyevski “Yeniyetmə”dəki müdrik

din gəzgini Zosima kimi xaç götürüb bilik qazanmaq,

bütün təcrübələri yaşamaq və insan həyatını hiss

etmək, həyatın bütün pillələrindən keçmək və

həqiqəti tapmaq, yeni bilik əldə etmək üçün addım-

addım irəliləmişdir. 

Qəlbində bu cür ziddiyyətlər daşıyan, bu cür

ziddiyyətləri bir araya gətirib uyğunlaşdırmaq istəyən

bir şəxs daxili rahatlığa qovuşmaq ümidi ilə yaşayırsa,

dərinliklərə baş vurmalıdır. Çünki onun başına hər

cür fəlakət gələcək, hər cür ağrı-acını yaşamaq

məcburiyyətində qalacaq. Ən əhəmiyyətsiz yaşan -

tıların belə öz həyat formuluna nə qədər uyğun

olduğunu başa düşməyə çalışacaq və bunu edəcəkdir.

Bütün varlığı onu həyat barədə bir görüş yaratmağa

vadar edəcək. Yalnız bunu etdiyi zaman ucsuz-

bucaqsız tərəddüdlərdən yaxa qurtarıb daxili rahatlığa

qovuşub özünə inana bilər.    

Daxili rahatlığa qovuşmaq üçün həqiqətə çatmaq

lazım gəlir. Ancaq həqiqətə aparan yol daş-kəsəklidir:

dözüm və iradə, böyük əmək - həm vücudun, həm

də ruhun hazırlıqlı olmasını   tələb edir. Bundan

ötrü mövqeyi son dərəcə asan başa düşülən insanlarla

müqayisədə bu tərəddüdlü araşdırıcının gerçək

həyata, həyatın məntiqinə, insanların birgə yaşayışına

daha artıq yaxınlaşmış olduğuna gərək təəc 

cüb 

-

lənməyəsən.  



Dostoyevski yoxsulluq içində yaşamışdı, ancaq

öləndə onu son mənzilə bütün Rusiya yola saldı.

İşləməkdən xoşu gələn, həyat sevinci ilə dolub-

daşan, həm özünü, həm də yoldaşlarını durmadan

cəsarətləndirən Dostoyevski əlini-qolunu bağlayan

o qorxunc xəstəliyin, epilepsiyanın əsiri idi. Tobolskda

dörd il ayaqları zəncirlənmiş dövlət “canisi”; ondan

sonra da Sibir hərbi birliyində dörd il məcburi

xidmət etmiş residivist - bu zadəgan əsilli əzabkeş

insan məhbusluğunu başa vurduğu zaman öz-özünə

deyir: “Verilən cəzaya layiq idim, çünki ürəyimdə

hökumətə qarşı pis niyyət bəsləyirdim, ancaq

təəssüflər olsun ki, indi nəzəriyyə üçün, mənə

bundan sonra adiyyəti olmayan  bir iş üçün əzab

çəkməliyəm”. Dostoyevskinin zamanında Rusiyanın

ictimai həyatında bir çox ziddiyyətlər ortaya çıxmışdı.

O, tanınmağa başladığı vaxt təhkimli kəndliləri

azad etmək hər kəsi düşündürürdü. Dostoyevski

uşaqlara, əziyyət çəkənlərə, “alçaldılmışlara və

təhqir edilmişlərə” hər zaman yaxınlıq hiss edirdi.

Yoldaşlarının bildirdiklərinə görə, müalicə üçün

gələn dilənçilərlə tez və asanlıqla həmdərd olur,

onları evinə çağırıb dərdlərini başa düşməyə və

vaxtlarını xoş keçirmələrinə çalışırmış. Odur ki,

həbsxanada olarkən Dostoyevskini ən çox narahat

edən şey digər məhbusların ona zadəgan kimi

yanaşmaları və onu özlərinə yaxın hiss etməmələri

idi. Onun ən çox arzuladığı şey həbsxana həyatının

mənasını başa düşmək; təhlil etmək, daxili qaydalarını

və başqaları ilə dostluq qura bilmək imkanlarının

sərhədlərinin genişliyini öyrənmək idi. Böyük

insanların çoxu kimi, Dostoyevski də sürgünlüyünü,

hətta ən əhəmiyyətsiz və cansıxıcı şərtlər altında

belə ətrafındakı insanlara həssaslıq göstərməyə sərf

elədi. Sürgünlüyündən həyatının daxili əlaqələri

haqqında bilgi əldə etmək və bir an ayaq saxlayıb

öz varlığını yıxmaq istəyən, onun özünü çaşqına

çevirən bütün ziddiyyətləri sintez halında bir yerə

toparlamaq üçün istifadə etdi.  

Psixi ziddiyyətlərinin qeyri-müəyyənliyi içində

bütün səylərini məqbul bir həqiqət tapmağa həsr

elədi. Dostoyevski gah hər şeyə etiraz edir, gah da

hər şeylə razılaşırdı. Uçurumların qaşına qədər gəlir

və qorxuyla geri çəkilirdi. Həqiqətə çata bilmək

üçün günahı özünə bələdçi seçmişdi. Dostoyevskinin

əsas prinsipi, həmin prinsipi açıq şəkildə dilə

gətirdiyi zaman da həqiqətin üstünə öncə günah

yolu ilə getmək idi. Bu baxımdan, Dostoyevski

“qərb mədəniyyəti” deyilən şeyə düşmən kəsilmişdi.

Çünki onun nəzərində qərb mədəniyyəti həqiqət

yolu ilə gedib günaha batmaqdan başqa bir şey

72

I



ULDUZ


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə