Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   28   29   30   31   32   33   34   35   36

deyildi. Dostoyevskinin həqiqətə qovuşması üçün

daim qəlbində çarpışan ziddiyyətləri birləşdirməsinə,

yəni yaratdığı obrazlarda özünü göstərən, həm onu,

həm də qəhrəmanlarını təhlükə altına qoyan

ziddiyyətləri uyğunlaşdırmasına ehtiyac var idi.

Beləliklə, Dostoyevski şair və peyğəmbər rolu

oynamağı da bu anlayış içində qəbul etmiş və öz

mənliyinə qarşı duyduğu sevgiyə sərhəd qoymağa

səy göstərmişdi. Dostoyevskiyə görə, insanı haldan

çıxardan güclü olmaq halının sərhədləri insanın

yaxınlarına bəslədiyi sevgiylə müəyyənləşir. Onu

həqiqi hərəkətə gətirən şey qəti bir güclü olmaq

istəyi, buyruq verə bilmək halına çatmaq sevgisi

idi.    


Bütün həyatı tək bir formul içində cəmləşdirə

bilmək səyi göstərəndə belə, bu üstün olma istəyinin

əlamətləri açıq-aydın görünür. Qəhrəmanlarının

bütün hərəkətlərində onları öz mənliklərindən

yüksəyə qaldıran, hərəsini bir Napoleon olmağa

yönəldən, dərin uçurumların qaşına gəlib oradan

üzüaşağı yıxılmaq təhlükəsi içində bir an ayaq

saxlamağa məcbur edən bir təhrik vardır. Özü barədə

belə deyir: “Mən tənbeh olunacaq qədər gözü

yüksəkdə olan bir insanam”. Bununla birlikdə, Dos-

toyevski gözünün yüksəkdə olmasını müəyyən bir

ölçüyə qədər cəmiyyətə xeyirli bir şey halına

gətirmişdir. Qəhrəmanlarını da eyni şəkildə

istiqamətləndirmiş və onların cəmiyyətdə bir arada

yaşamağın məntiqi gerçəkliyinin sərhədlərini

dəlicəsinə aşmalarına izn vermişdir. Qəhrəmanlarının

hamısını özündənrazılığa və görünüşə aldanmağa

təhrik edərək həyatın ən son sərhədlərinə qədər

gətirmiş, üzərlərinə ən böyük pislikləri yağdıraraq

yenidən insan təbiətinin sərhədləri içinə geri qaytarmış

və onlara ölçüsü-biçisi, nizamı yerində olan şükran

nəğmələri oxutmuşdur. Dostoyevskinin əsərlərində

ən çox rast gəldiyimiz sözlərdən biri “sərhəd”dir.

Çox vaxt divar görüntüsü yaradır. Özü barədə bəzən

belə deyir: “Mən fantastik olanın başladığı yerə

qədər uzanan gerçəyin sərhədlərinə çatmaqdan çılğın

bir həzz alıram”. Xəstəlik tutmalarını o, yaşamaq

duyğusunun son sərhədinə qədər aparıb çıxaran

çılğın bir həzz kimi təsvir etmişdir. Bu tutmalarda

özünü Tanrıya lap yaxın hiss etdiyini və bir addım

atsa, həyatla bütün əlaqəsinin kəsiləcək olduğunu

söyləmişdir. Dostoyevskinin yaratdığı qəhrəmanların

həyatında tez-tez rastlaşdığımız bu vəziyyət çox

dərin məna daşıyır. Dostoyevskinin peyğəmbərliklə

irəli sürdüyü təlimə inansaq, yaxın insana bəslənilən

sevgi ilə qəhrəmanlığın sintez halında birləşdiyini

qəbul etməliyik. Sanki onun yaratdığı qəhrəmanlar

və bu qəhrəmanların taleləri həmin sərhəddə sona

çatır. Dostoyeski də eyni sərhədə qədər getmək fik rin -

dədir. Oraya çatdığı zaman insan qardaşına qarşı

duyduğu sevgidə həyatın ən böyük dəyərini tapacağını

hiss edir. Dostoyevski bunun üçün həmin sərhədi

böyük dəqiqliklə cızmışdır, ondan öncə çox az adam

bunu bacara bilmişdir. Bu məqsəd yaradıcılıq və əxlaq

fəlsəfəsi baxımından tamamilə fərqli məna daşıyır. 

Onun özü və yaratdığı qəhrəmanlar insan yaşan -

tısının ən son hüduduna qədər gedib çıxırlar. Oraya

çatdıqları zaman Dostoyevski uzun düşüncələrdən

sonra onların Tanrı önündə baş əydiklərini, çara və

Rusiyaya kor-koranə bağlandıqlarını qeyd edir.

Sərhəd duyğusu adlandıra biləcəyimiz bu hissin

(bu hiss Dostoyevskini pisliklərlə dolu bir həyat

yaşamağa, bəzən də ayaq saxlayaraq nə baş verdiyini

görə bilmək üçün yan-yörəsinə baxmağa vadar

etmişdir, tanışlarından bir çoxunun qeyd etdiyi kimi,

onda qoruyucu bir günahkarlıq duyğusu yaratmışdır)

haradan yarandığını heç onun özü də bilmirdi. İşin

qəribə tərəfi də bu idi ki, həmin duyğunun nevroz

tutmaları ilə əlaqəli olduğunu deyirdi. Dostoyevskiyə

görə, insan aldadıcı eqoizm sayəsində ictimailik

duyğusunu aşdığı zaman Tanrı işə qarışır və insanı

öz-özü ilə hesablaşmağa təhrik edən səslər eşidilir.     

Törədəcəyi cinayət üzündən dərin düşüncələrə

qapılan insan üçün hər şeyin qanuni olduğu fikrini

irəli sürən, hansı silahdan istifadə edəcəyini əvvəlcədən

planlaşdıran Raskolnikov sərhədi aşmazdan öncə

yatağının içində aylar uzunu düşünüb-daşınır. Nəhayət,

cinayəti törətmək üçün baltanı paltosunun ətəyi

altında gizləyib pilləkənlə yeyin-yeyin irəliləyərkən

ürəyinin döyündüyünün fərqinə varır. Bu ürək

döyüntüsündə bizə həyatın səsi tanış gəlir. Bu ürək

çırpıntılarında həm də Dostoyevskinin həyatın

sərhədləri ilə əlaqəli duyğuları ifadə olun muşdur.  

Yazdığı əsərlərin çoxunda yaxın insanların sevgi

sərhədlərini pozan tək-tənha qəhrəman deyil,

anlaşılmaz bir səviyyəyə yüksələn və qəhrəmancasına

ölən insan təqdim olunur. Dostoyevskinin

əhəmiyyətsiz olana, dəyər verilməyənlərə qarşı

bəslədiyi sevgi barədə bundan əvvəl bəhs etmişdim.

Bu vəziyyətlərdə aşağı təbəqədən olanların,

fahişələrin, uşaqların roman qəhrəmanı kimi

götürüldüklərini görürük. Bu tiplər Dostoyevskinin

idarə etdiyi dərk edən insan qəhrəmanlığının sonsuz

hüduduna gələnə qədər böyüyür və yüksəlirlər.  

Dostoyevski uşaqlığı boyunca icazə verilən ilə

qadağan olunan arasındakı sərhədi açıq-aydın

№10 (569) oktyabr 2016

I

73




görmüşdü. İlkin yeniyetməlik illərində də bu vəziyyət

dəyişməmişdi. Bir yandan xəstəliyinin səbəb olduğu

imkansızlıqlarla üzləşməsi, digər yandan da edam

edilməkdən son anda xilas olması və sürgünə

göndərilməsi kimi müdhiş amillərin təsiri altında

qalmışdı. Sərt və özündən razı olan atası Dos-

toyevskinin uşaqlıq vaxtı dikbaşlığını və

qürurluluğunu aradan qaldırmaq üçün əlindən gələni

etmiş və ifrat sərtliklə onu keçilməsi qadağan olan

sərhəd cizgisinə qədər gətirib çıxarmışdı.  

“Peterburq yuxuları” adlanan ilk əsərlərindən

biri yaradıcılığının başlanğıcında yazıldığına görə

burada bir davranış formasını açıq ifadə etdiyinə

ümid bəsləyə bilərik. Bir sənətkarın psixoloji

vəziyyətindən məntiqi nəticələr çıxarmaq o zaman

mümkün ola bilir ki, həmin nəticələr yazıçının ilk

yazıları, əsərlərinin ilkin planları ilə sonrakı

yaradıcılığının əlaqəli şəkildə araşdırılmasından

əldə edilmiş olsun. Bununla birlikdə onu da

unutmamalıyıq ki, sənət əsəri yaratmağın yolu həyat

mübarizəsinin ucundan keçir. Bu baxımdan,

cəmiyyətin normal istəkləri ilə üzləşərkən hər bir

sənət adamının arxaya dönəcəyini, dayanacağını və

geri çəkiləcəyini söyləyə bilərik. Heçlikdən, daha

doğrusu, həyatın gerçəkliklərinə qarşı göstərdiyi

tərəddüd dolu davranışdan bir dünya yaradan və

həyatın praktik tərəfi ilə cavablar verməkdən  daha

çox anlaşılması çətin olan sənət əsərləri ortaya

qoyan bir sənətkar həyatdan çəkinir və Dos-

toyevskinin qeyd etdiyi kimi, “mən sadəcə bir

mistik, bir fantazyoram”, - deyir.   

İnsan fəaliyyətinin hansı nöqtəsi üzərində

dayandığını müəyyənləşdirməklə Dostoyevskinin

şəxsiyyəti haqqında təxmini fikir irəli sürə bilərik.

Dostoyevski bunu aşağıdakı parçada kifayət qədər

aydın göstərir: “Nevaya yaxınlaşanda bir az ayaq

saxladım ki, çaya, dumanlı soyuq havaya və qürubun

son qızartılı ləkələrinin qeyb olduğu naməlum

uzaqlığa göz gəzdirim”. Sonra yeyin-yeyin evinə

gedib normal insan kimi Şillerin qadın qəhrəmanları

barədə xəyala dalır. “Ancaq gerçək Amalyanın heç

fərqində olmadım, çünki o mənimlə birlikdə

yaşayırdı”. Eşqdən zəhərlənərək dərd çəkməyə

üstünlük verir və dərd çəkməyi həyatın bütün

zövqlərindən üstün tutur. “Amalya ilə evlənsəydim,

mütləq bədbəxt olacaqdım”. Dünyandakı ən sadə

şey də elə bu deyilmi? Şair həyatın səs-küyündən

kifayət qədər uzağa çəkilərək röyalara və xəyallara

dalır; xəyala gətirilən eşqin verəcəyi həzzin

aşılmazlığını qavramaq üçün bir an ayaq saxlayır

və “gerçəkliyin xəyal gücü ilə qurulan istənilən

idealı məhv etdiyini” başa düşür. “Mən ki, Aya

getmək istəyirəm!” deyir. Bunun mənası tənhalıqda

qalmaq, dünya ilə heç bir əlaqə qurmamaq istəyini

göstərməkdir!     

Beləliklə, yazıçının həyat yolu gerçəkliyə və

bu gerçəkliyin istəklərinə qarşı etiraz səciyyəsi

qazanır. Bu, “İdiot”da və ya “etiraz etmək gücü və

səsi olmayan” xəstə adamda gördüyümüz davranışdan

fərqlidir. Dostoyevski dərdə qarşı göstərdiyi dözüm-

lülüyün nə vaxtsa onun üstünlüyünün sübutu olacağını

bilmirdi. Onu sıxıntıya saldıqları və ya ona əzab-

əziyyət verdikləri, bununla da  onu yolundan çıxmağa

məcbur etdikləri zaman içindəki normal adamı,

yıxıcı və üsyankar Qaribaldini tapmışdı. Tapanda

isə o vaxta qədər bir kəsin anlamadığı gerçəyi, yəni

tabe olmağın və özünü alçaltmağın yol veriləcək

son davranışlar olmadığını, bununla belə, qət edilməsi

lazım gələn bir “məsafə” olduğunu dərk etmişdi.

Bu gerçəyi Tolstoy da anlamışdı və dəfələrlə təkrar-

təkrar söyləsə də, başa düşməmişdilər.  

Bu barədə danışmaq mümkündür, lakin hər

hansı həqiqi sirdən söhbət gedəndə bunu heç kəs

başa düşə bilmir. Həqiqətən də çirkli kağızlar

arasında 170000 rubl pul saxlayan, digər yandan da

aclıqdan öləcək və yoxsulluq içində yaşayacaq

şəkildə davranan Qarpaqon Solovyevin nəyin

intiqamını almaq istədiyini bir kimsə başa düşə

bilməzdi. Öz pişiyini, kirayənişinini və nökərini

evə salıb, qapını  kilidləyərək hamını günahkar

çıxaranda öz içində, kim bilir, nə qədər sevinc

duymuşdu. Puldan başqa qüvvə tanımayanların və

ondan başqa heç nə üçün yalvarmayanların hamısına

hökm edərək onları yalvartmışdı. Lakin bu onda

həqiqi bir məsuliyyət hissi formalaşdırmasına və

öz həyatına qarşı metodik bir təzyiq göstərməsinə

səbəb oldu. Bu təzyiq metodunu həyata keçirə

bilmək üçün özü də ac qalmalı, acından öləcək

vəziyyətə düşməli idi. “O, bütün istəklərindən

yüksəkdə idi”. Buna çatmaq üçün dəli olmasımı

gərək idi? Əslində, o bunu da edir. Bununla da o

zaman insanlığa, insanların sərvət düşkünlüyünə

nifrətini nümayiş etdirə və heç bir məsuliyyət hiss

etmədən özünə yaxın olan hər kəsi alçalda bilərdi. 

Onu yüksək cəmiyyətə aparan hər şeyin ixtiyarını

öz əlində saxlayır. Bir anlıq ayaq saxlayır, öz sehrli

çubuğunu zibil qabına atır və özünü bütün insanlardan

yüksəkdə hiss edir. Dostoyevskinin həyatındakı ən

güclü xətt, bizə elə gəlir ki, budur və onun böyük

əsərlərinin hamısı bu yolda olmalı idi: fəaliyyət

74

I

ULDUZ




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə