Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   28   29   30   31   32   33   34   35   36

faydasızdır, məhvedicidir və ya cinayətdir; həqiqi

qurtuluşu itaətdə axtarmaq lazım gəlir - əgər bu

itaət sənə başqalarından üstün olmağın gizli həzzini

verirsə.  

Dostoyevskinin tərcümeyi-halını yazanların

hamısı onun özünün “Ölülər evi”ndə bəhs etdiyi

uşaqlıq xatirəsinin şərhini verməyə çalışmışlar.

Daha yaxşı izah edə bilmək üçün həmin xatirənin

əlaqələndirildiyi psixoloji vəziyyətə toxunmaq

istəyirəm. Dostoyevski həbsdə olarkən ətrafındakı

insanlarla hər hansı münasibət yaratmağa ümidini

kəsdiyi zaman yatdığı yerə çəkilib uşaqlıq xatirələri,

yaşantıları və həyat təcrübələri ilə ovunmaq istəyirdi.

O zaman yaddaşında bu xatirə canlanmışdı. Bir

gün atasının təsərrüfatından xeyli uzaqdakı tarlada

gəzib dolaşarkən qəfildən kiminsə “canavar gəlir”

dediyini eşitmiş, bərk qorxuya düşmüşdü. Dərhal

atasının təsərrüfatına çatmaq üçün qaçmağa başlamış

və özünü tarlada gördüyü kəndliyə yetirmişdi.

Sığındığı kəndli başının üstünə xaç qaldırmış və

onu sakitləşdirmiş, canavarı gəlməyə qoymayacağına

söz vermişdi. Bu xatirə Dostoyevskinin kəndlilərə

və onların din anlayışına qarşı duyduğu bağlılığı

göstərən bir hadisə kimi şərh edilmişdir. Əslində

isə burada əhəmiyyətli olan canavardır: yəni Dos-

toyevskini insanlara yenidən yönəldən canavar

olmuşdur. Dostoyevskinin davranışlarının yönü bu

yaşantıya  istiqamətləndiyi üçün bu onun yadında

simvolik bir ifadə kimi qalmışdır. Dostoyevskinin

qəhrəmanı təklikdə düşüncəyə daldığı zaman yaşadığı

qorxu yadında qalmış həmin canavarla müqayisə

oluna bilər. Canavar onu yoxsullara və imkansızlara

qovuşdurmuş və Dostoyevski xaçın kölgəsində onlarla

bir bağlılıq yaratmağa çalışmışdır. Dostoyevski orada

nicat tapacağına ümid etmişdir.  Beləliklə, “həyatımın

hamısı yurddaşlarıma, düşüncələrimin hamısı insanlığa

aiddir” deyərkən elə bunu nəzərdə tutur.   

Dostoyevskinin bir rus olduğunu, modern

mədəniyyətə qarşı çıxdığını, panslavyanizmə ürəkdən

inandığını qeyd edərkən bu heç də onun səhvlərdən

keçərək doğrunu tapmağa can atan inancı ilə ziddiyyət

yaratmır.  

Dostoyevski Puşkinin ölümü ilə bağlı düşün -

cələrini ən ümumi və ən parlaq şəkildə dilə gətirdiyi

nitqində Qərb mədəniyyəti ilə rusçuluq arasında

bir əlaqə qurmağa çalışmışdı. Həmin gecə onun

nitqi qeyri-adi təsir yaratmışdı. Bu mövzuda anlaşa

bilməyənlər yanına gəlmiş və onunla razı olduqlarını

bildirmişdilər. Ancaq bu fikir birliyi uzun sürməmişdi,

çünki insanlar hələ oyanmamışdılar.    

Dostoyevski var gücü ilə gözlədiklərini həyata

keçirmək və xalq kütlələrinə çatdırmaq istədiyi

ərəfədə (tale onu bu sınağa çəkirdi) hiss etdiyi

insan sevgisi üçün dəqiq bir simvol yaratmaqdan

da çəkinmirdi. Özünü və başqalarını xilas etmək

istəyən bir kimsənin rusların xilaskar İsa anlayışını

qəbul etməsi və bu anlayış içində düşündüyü varlığı

həyatdan və həyatla əlaqəli qüvvətdən üz çevirmiş

bir varlıq kimi düşünməsi təbii idi. Dostoyevski

inancını bir kəlmə ilə dilə gətirə bilirdi:  “Məncə,

İsa bəşər tarixinin ən uca və ən yaxşı insanıdır”.

Burada Dostoyevski istiqamət vermək məqsədini

dəqiq şəkildə ortaya qoyur. Coşqun olduğu və

dünyadan qopma duyğularına qapıldığı, bununla

yüksələrək əvvəli-sonu olmayan ahəngə qovuşduğu

və özünü Tanrının yanında hiss etdiyi epilepsiya

tutmalarını da belə çatdırır. Dostoyevskinin amalı

həmişə İsa ilə birlikdə olmaq, onun yaralarının

ağrısını hiss etmək, onun vəzifəsini yerinə yetirmək

idi. Hər kəsdən daha dərin hiss etdiyi və yaşadığı

tənha insanın qəhrəmanlığı düşüncəsinə əks çıxır

və bu qəhrəmanlığı insanın öz həmcinsinə qarşı

duyduğu sevginin təməli və cəmiyyətin istədiyi

şeylərin məntiqi nəticəsi kimi gördüyü gerçəyə zidd

olan xəstə bir məğrurluq və özündənrazılıq kimi

izah edirdi. “Diz çök, məğrur adam!” Səy göstərməyi

tərgidənlərə və  heysiyyəti sınaraq daxili rahatlıq ax-

taranlara belə deyirdi: “İşləyin, tənbəllər!”. Düşüncələrini

ortaya qoymaq üçün insan təbiətindən və bu təbiətin

dərinliklərinə baş vurmayıb kənar qaydalarından bəhs

edənlərə isə belə cavab verirdi: “arılar və qarışqalar

öz qanunlarını bilirlər, öz qa nun larını bilməyən təkcə

insandır”. Dostoyevskinin göz 

lədiklərini və meyil

elədiyi məqsədləri açıqlaması baxımından bu kəlməni

də burada qeyd etməyə ehtiyac var: “İnsan öz qanununu

axtarmalıdır. İnsan bu qanunu başqasına yardım etmək

istəyində və özünü yurddaşlarına həsr etmək

qabiliyyətində tapacaqdır”.

Beləliklə, Dostoyevski bir xilaskar və Allahax-

taran səviyyəsinə gəldi. Öz Tanrısını digər yarımçıq

oyanmışlardan və xəyalpərvərlərdən daha dəqiq və

daha güclü hiss etdi. O, “mən psixoloq deyil,

realistəm” demişdi. Bunu deyərkən özünü zəma nə -

mizin bütün sənətkarlarından və psixoloqlarından

kəskin şəkildə fərqləndirən bir nöqtəyə toxunmuşdu.

Dostoyevski bizim kifayət qədər bilmədiyimiz,

ancaq başa düşmək istədiyimiz o həqiqi gerçəkliklə,

yəni cəmiyyətin əsl təməli olan ictimai duyğu ilə

daxilən bağlı idi. Özünü “realist” adlandırması da

bununla əlaqəli idi.    

№10 (569) oktyabr 2016

I

75



İndi də Dostoyevskinin qəhrəmanlarının bizə

nə üçün bu qədər təsir göstərdiyini açıqlamağa

çalışaq. Bu təsirin əsas səbəbini Dostoyevskinin

qəhrəmanlarının tamlığında, bütövlüyündə axtarmaq

lazım gəlir. Bu qəhrəmanlardan hansı birinə hansı

nöqtədən baxıb təhlil etmək istəsək, onda həyatın

və idealların bütün çeşidlərini bir arada görərik.

Bunun müqayisəsi üçün musiqiyə müraciət etmək

lazım gəlir. Musiqidə hər hansı bir melodiya har-

moniya içində bağlı olduğu bütövün hərəkətini və

axınını təkrarlayaraq tam ifadə edir. Dostoyevskinin

qəhrəmanları da belədir, Raskolnikov yatağına

uzanıb törədəcəyi cinayəti planlaşdırarkən və ürək

döyüntüsü içində pilləkənlərlə qalxarkən də eyni

insandır, sərxoş birini təkərlərin altından çıxararkən

və həmin adamın yoxsul ailəsinə son qəpiyini

verərkən də. Bu qəhrəmanların qarşıya qoyduqları

məqsədlərin əsasını təşkil edən və bizi bu qədər

təsirləndirən də məhz bütövlükdür. Şüurdanxaric

olaraq onun qəhrəmanlarının hər birində sanki ölüm-

süzlük iksirindən  düzəldilmiş sağlam və dərin bir

obraz görürük. Onlar adları çəkiləndə qəlbimizdə

dərin təsir oyadan İncil qəhrəmanlarına, Homerin

və yunan faciələrinin qəhrəmanlarına bənzəyirlər.

Dostoyeskinin qəhrəmanlarının nəyə görə bu

qədər təsir gücünə malik olduğunu izah etməyə

çalışarkən qarşılaşdığımız başqa bir çətinlik də var.

Lakin bu çətinliyin aradan qaldırılması üçün ilkin

şərtlər artıq verilib. Dostoyevskinin qəhrəmanlarının

hər birində iki məqamla bağlı ikili mövqe hiss

edirik. Onun hər bir qəhrəmanı bir yandan qəhrəmanın

canavara çevrildiyi əlahiddə qəhrəmanlıqla

kifayətlənir, digər yandansa yaxın insana bəslənilən

sevginin dəqiq cizgisi ilə hüdudlanmış bir məkan

içində hərəkət edir. Bu ikili mövqe onun qəh rə -

man larına elə bir sarsılmazlıq və güc verir ki, onlar

yaddaşımızda və hisslərimizdə silinməz izlər

buraxırlar.   

Əxlaq tərbiyəçisi kimi də Dostoyevski barədə

bir neçə söz demək istərdim. Dostoyevski içində

yaşadığı şərtlər, aradan qaldırmaq istədiyi psixoloji

ziddiyyətlər və mühitlə bağlı bir araya gətirmək

istədiyi qarşıdurmalar sayəsində insan sevgisini

düzgün ifadə etməyə müvəffəq olmaq üçün duyduğu

dərin hissləri və bu hisslərə yardım edəcək formulları

tapıb ortaya qoymalı idi. “Hər bir insan başqalarının

günahı üçün də məsuliyyət daşımalıdır!” Bu tələbin

nə qədər dərinlərə işlədiyini və həyatın həqiqi

gerçəklikləri ilə necə əriş-arğac bağlı olduğunu indi

hər zamankından daha aydın hiss edirik. Bu tələbi

inkar edə bilərik, amma hər dəfə o, yüksəyə qalxacaq

və yalana görə bizi cəzalandıracaq. Bu tələb əksər

hallarda sonadək anlaşılmayan və ya şöhrətə çevrilən,

yaxud şəxsi meyillərin tənhalığında  özünü göstərən

kəskin imperativ kimi başa düşülən yaxın insana

sevgi ilə müqayisədə daha böyük təsirə malikdir.

Həqiqətən də öz yaxınımın və ya hər kəsin günahına

ortaq olmağım o deməkdir ki, mən öz üzərimə cav-

abdehlik yaradan və hesab tələb edən bir məsuliyyət

götürmüşəm.       

Beləliklə, Dostoyevskinin həm əxlaq tərbiyəçisi,

həm də sənətkar kimi böyük və əlçatmaz olduğunu

görürük.

Bir psixoloq kimi onun nailiyyətləri bu gün də

sona qədər təhlil olunmamışdır. Onu təsdiqləyə

bilərik ki, bir psixoloq kimi Dostoyevskinin işıqlı

nəzərləri mücərrəd mülahizələr əsasında formalaşan

psixologiya elmi ilə müqayisədə təbiətə yaxın

olduğuna görə daha dərinə işləyir. Beləliklə, hər

fərdin başqalarından təcrid olunmuş şəkildə yaşadığı,

uşaqlarına daha böyük ayrılıq və tənhalıq duyğusu

aşılamağa çalışdığı təsadüfi ailə anlayışını görə

bilən bir insan psixoloqdan gözləniləndən və tələb

ediləndən artığını görür. Dostoyevskinin “Yeni 

-

yetmə”sində bir uşağın yorğanın altında güclü olmaq



xəyallarına necə daldığını xatırlayan şəxs ruhi

xəstəliklərinin mənbəyinin yaranma məqsədlərinə

xidmət etməsi mövzusunda verdiyi təsvirlərin

doğruluğunu və incəliyini başa düşəcəkdir. Despotluq

meylinin insan ruhunda nə qədər dərin kök saldığını

Dostoyevskinin hansı ölçüdə qəbul etdiyini bilən

bir kimsə bu böyük yazıçının bu gün Nitsşe kimi

bizim də ustadımız olduğunu qəbul etməmiz lazım

gəldiyini anlayacaq. Yuxu ilə bağlı qavrayışı və bu

mövzuda təhlilləri hələ də açılmamışdır. Qarşıya

məqsəd qoymadan və işin sonunu gözündə

canlandırmadan heç kəsin düşünməyə və hərəkət

etməyə qadir olmadığı barədə fikri isə fərdi

psixologiya araşdırmalarının ən son tapıntıları

səviyyəsindədir.          

Beləliklə, Dostoyevski ən müxtəlif sahələrdə

bizim üçün qiyməti ölçüyə gəlməyən böyük

müəllimdir. Yazdığı əsərlərdəki real həyat təsvirləri

yuxuda olan bir insanın gözünə şimşək işığı kimi

düşür. Şimşək işığından oyanan adam gözlərini

qıyır, bu üzündən o üzünə çevrilir və nə baş verdiyini

anlaya bilmir. Dostoyevski isə az yatmış və çoxlarını

oyatmışdı. Onun obrazları, əxlaq fəlsəfəsi və sənəti

insanlara içindəki insan həyatının ən dərin mənalarını

başa düşməyi kömək edir. 

DOSTOYEVSKİ

76

I



ULDUZ


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə