Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə35/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   28   29   30   31   32   33   34   35   36

                                                                               

                                                                               

                                                                               

                                                                               

                                                                               

                                                                               



VƏTƏN

Gözəllik diyarı, hünər məskəni! 

Necə vurulmasın hüsnünə insan? 

Təbiət füsunkar yaradıb səni, 

Tarixin qocadır, özün cavansan.

Durna üçbucağı süzər göyündə, 

Gəzər qoruğunda vəfalı ceyran; 

Dağ küsər, görməsə kəkliyi gündə

Turac oxumasa, darıxar aran.

Bağ, çəmən bəzəyir geniş sinəni, 

Nəhəng qarağacın, körpə gülün var. 

Təbiət füsunkar yaradıb səni, 

Şəlalən, dənizin, çayın, gölün var.

Coşan ilhamındır baharda sellər, 

Zümzümən payızın həzin yağışı; 

Muğana quş kimi qonar fəsillər,

Savalan yayda da yaşadır qışı! 

Laçında çağlayır iki cür bulaq: 

Biri barmağımı yandırar mənim,

Biri dodağımı dondurar mənim, 

Maralın baxdığı güzgüdür bulaq.

Yola salacaqsan min qərinəni, 

Qəm, kədər qismətin olmasın, Vətən!

Təbiət füsunkar yaradıb səni, 

Bircə çiçəyin də solmasın, Vətən!

QAYIT...

Dünyada nə qədər möcüzələr var,

Quş öz yuvasını yadında saxlar.

Yolunu kəssə də dənizlər, dağlar,

                                                   Qayıt Vətənə!

Göz dinclik istəyər durulmaq üçün,

Ürək şölələnər nur olmaq üçün;

Torpağa min dəfə vurulmaq üçün

                                                   Qayıt Vətənə!

Həsrət məngənətək sıxanda səni,

Tüstüsüz yandırıb-yaxanda səni,

Qərib saymasınlar cahanda səni,

                                                   Qayıt Vətənə!

Bəs deyil didərgin sərrac olmağın,

Gah tox görünməyin, gah ac olmağın,

Özgə çörəyinə möhtac olmağın?

                                                   Qayıt Vətənə!

Muğam işığına gəlməkdən ötrü,

«Rast»ın hikmətini bilməkdən ötrü,

Bayatı üstündə ölməkdən ötrü,

                                                   Qayıt Vətənə!

ULDUZ KİMİ

Gecə vaxtı həsrət ilə

Ulduzlara boylanıram;

Veneranı görmək üçün

Sübhə yaxın oyanıram.

Ulduzlarda hikmətə bax:

Biri sönür, amma nuru

Milyon illər parlayacaq.

Biri yanır.

Təzə-təzə alovlanır;

Hələ ilkin şüaları                                                    

Qərinələr arasından

Yol gələcək bizə sarı.

Ulduzların nə qəribə dünyası var?

...Bəşərin də neçə-neçə

İşıq verən dühası var.

Ulduz - hünər,

Ulduz - zəka.

Ulduz - dilək!

Gecə vaxtı həsrət ilə

Ulduzlara göz dikərək,

Mən özüm də gizli-gizli alışıram,

Ulduzlara bənzəməyə çalışıram!

Oqtay RZA



İSTİSNA


İbrahim İBRAHIMLI

EKSPERİMENTAL

1

Sənsiz mənim mövcudluğum, hətta mənasızlığı

da  cüzi qədər də 

İfadə etmir, mövcudluğumda ifadəsizliyin

təkamülü kimi yaşayır sənsizliyim,

Sənsiz qalmışam metro ilə dünyanın ömründəki

məsafədə, dünyada yaşadığım

Vaxtda təyinliyin mənasız reallığından qətiyyən

fərqlənmirəm, yalnız fərqsizliyi

Yaşayıram dünyanın yaşam axarında.

Bilmirəm də sənsizliyin ifadəsizliyinin içində

ömrümü necə tapım,

Mənasızlığın məcrasında guya fərqliliyimi

axtarıram. Bu dünyada zamansızam,

Vaxtsızam, ömrümə nə zaman, nə də vaxt

anlayışı aiddir, ömürsüzlüyümə də 

nəticəsi  mücərrəd nəticəsizlik olan anlayışların,

varlığımın əsas yaşamı kimi baxıram.

Varolmağım bu dünyanın varolmazlığını xatırladır

bütün anlayışlara,

varlığım daha istəkli duyğuların varolması

deyil, sənsizliyin varolmasıdı, sənsizəm

bu dünyada, bütün yaşamların mümkünlüyünü

fərqli bir formada görmək 

istəyirəm, sənsizlikdə də səni yaşamaq istəyirəm.

Bu dünyadakı sənsizliyimlə 

razılaşmıram, necə razılaşım axı-sənsizliyinlə

razılaşmaq ömründən və yaxud heç 

vaxt ölməməyindən imtina etməkdi.

2

Yazdıqlarımla şeir və yaxud şeir anlayışını bu

dünyada ovutmağı bircə mən bacarıram, məkansızlığı

və adiliyi şeirlərin realsızlığından ayırıram. Şeirə

dərd olan dərdi çəkirəm, yazdıqlarımın təxəyyülü

vasitəsi ilə şeirləri elə bir məqamların yaşamına

çatdırıram ki, o məqam bu dünyanın dərd

anlayışlarından ötrü yaşanası mümkün olmayan bir

reallığı olur.

Mən yazdıqlarımla və yaxud yazdığım şeirlərlə

yaşadığım bu dünyanın təxəyyül formasını mühüm,

asudə bir reallıq kimi müəyyənləşdirirəm dünyadan

ötrü, bu dünya mənim yazdıqlarımla və həmçinin

şeirlərimlə yaşayır vaxtın bütün imkanlarında,

imkanların bütün vaxtlarında. Dünya mənim

kimidi,mənim yazdıqlarımsız,şeirlərimsiz dünya

qətiyyən reallığı olmayan bir xəyaldı.

78

I



ULDUZ


3

Mən sənin varlığına yalnız gördüklərim kimi

yanaşmıram, mən səndə görünməyənləri də görürəm.

Mən sənin varlığına hansısa anlayışsız məqamların

reallığı kimi baxmıram, mən səndə duyulmayanları

da duyuram. Mən sənin varlığına hansısa realsızlıq

məqamın olmamasına bəslədiyim münasibəti

bəsləmirəm, mən səndə yaşanmayanları da yaşayıram.

Mən sənin zamana aid olan və olmayan bütövlüyünü

sevirəm - ona görə ki, sən qovuşmamağın zamanı

olmayan yeganə zamansan bu dünyada.

4

Bu dünya mövcudsuzluğun nisbi realsızlığıdı,

haçandı bu dünyanı və yaşadığımız kainatların

mənasında mənim varlığımın mahiyyəti məkanlaşıb,

bəlkə də  ona görə bəzən bu dünya nisbi realsızlığın

varolmasından kənarlaşır, bir də səninlə görüşəndə

yaşadığımız qovuşmanın həssaslığın məsumluğun

yaşayanda.

Mən səninlə o məsumluğun naməlumluğunda

sevgimizin və sevişməyimizin yaşamını yaşayanda

məsumluğumuz dünyanı və kainatları ömrümüzdən

ötrü yəqinləşdirir. Mənim səninlə yaşamağım

dünyanın və kainatların yaşam bütövlüyüdü, səninlə

mən bu dünyanın və kainatların mütləq inkarsızlığıyıq.

Bizlər yaşadığımız dünyanın və kainatların səciyyəvi

məsumluğuyuq, həmçinin yaşam inkarının da və

həm də mütləq  reallığının da səbəbkarıyıq - istəklim,

mən səninlə  elə bir varlığam ki, hətta bizim

adiliyimiz də mütləq mənada dünyasızlığı da

dünyalaşdırır.



5

Bütün mövcudluq üsulları mükəmməlliyin

sevgisinə və məsumluğuna məxsusdur, bütün

mövcudluq üsulları mütləqliyin mütləq sevgisinə

və məsumluğuna aiddir. İstanbul şəhəri sevgilərin

və məsumluğun mövcudluqdakı görünməyən

anlayışlarıdı, həmçinin mükəmməlliyin mücərrəd

həmahəngliyidi, yəni İstanbul şəhəri səmavi

anlayışların şəhəridi. O şəhərdə ömürsüz ömrün

yaşandığına rast gəlmək mümkün deyil, həssaslığın

məkanıdı İstanbul şəhəri varlığındakı yaşam üsulları

ilə. İstanbul şəhərsiz yaşamaq yaşamın nəticəsiz,

ciddi əsası olmayan adilikli ömrü yaşamaqdı. İstanbul

şəhərində yaşamaq heç vaxt ölməməyin əsas

səbəbkarı olmaqdı-İstanbul şəhəri dünyanın və

yaşadığımız kainatların axırının, yaxud sonunun

mütləq mənada bitdiyi məkandı.

6

Neçə gündür ömrümün sənsiz vaxtlarında sənə

zəng edirəm, bir cavab olmur, sənə zəngimi reallığın

sükutu yaşayır. Yəqin, sənin ömründə sükutun

vaxtıdır, bu dünyanın yaşamın da sükutun həssaslığı

varlığını müəyyənlik kimi dinləyir. Mən dinlənilən

o sükutun həssaslığın da məkansızlığın mümkünlüyü

ilə ömrümü sənliliyə aid etməyə çalışıram.

Bu dünyanın şəxsi ömrümün realsızlığında

sənin zəngini duymaq istəyirəm mobil telefonda,

neçə gündü mobil telefona da sənliliyin vaxtı kimi

münasibət bəsləyirəm. Zəng edirəm sənə, ömrümdə

yaşadığım anlarınmı, günlərinmi mütləq tərəflərinin

məni ovutmasının imkanı bəhanəsi ilə. Bu ömrümdəki

bütün anlayışlar sənə zəng etməyimdən ötrü əsasdı,

səninlə bu dünyada əsası həssaslıq olan mütləqliyin

istisnalığını yaşamaq istəyirəm. Əgər məni

düşünürsənsə mənim bu istisnalı zəngimə cavab

ver istəklim, və bil ki, zəngimə telefon açmağın

ölümsüzlüyü ömrümdən ötrü müəyyənləşdirməyin

deməkdi.

7

Xəyalların gerçəkləşdiyi məkan ömrüdü ömrüm,

günün mənə aid olan vaxtında istədiyim xəyallar

ömrümün məsafəsizliyini səciyyələndirir, bütün

ömrümün  reallıqlarını o səciyyəviliyin müstəsnalığı

ilə duyuram və yaxud ömrümün dünyaya aid olan

tərəfi ilə yəqinləşdirirəm. Həmin yəqinliklərin

varlığımda irreallıqlarını sezirəm ömrümün nəhayətsiz

axarında. Ömrümün bütün yaşam üsullarında bu

dünyanın ilk irreal reallığı mənəm.

Dünyanın yaşamından ömrümə aid olan və

olmayan xəyallarının içindəyəm, xəyalları ömrümün

mövcudluq üsulları kimi öyrənirəm ömrümdə.

Məkanların hiss edilən duyğularında ifadə üsullarını

möcüzələr kimi məkanlaşdırıram, həmçinin ömrümün

ömürləri ifadə edən tərzinidə də. Mənim ömrümdə

bu dünyanın və kainatların xəyallarının bütün

yaşamları mövcudluq üsulları kimi yaşanır. Mən

xəyalların gerçəkləşdiyi məkanlarda şəxsi ömrümlə

nəinki bu dünyanın və kainatların cavabı olan, hətta

cavabı bilinməyənlərinin də mütləq cavabıyam.

№10 (569) oktyabr 2016

I

79



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə