Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə36/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   28   29   30   31   32   33   34   35   36

8

Ölümsüzlük hardasa dünyanın inkarıdı, həmçinin

ölüm də hardasa dünyanın inkarıdı, mən nə dünyaya

aid olan nə o inkarın, nə də bu inkarın reallığıyam.

Mənim reallığım ayrı cür, fərqli bir reallığın

varolmasıdı. Mən hardasa bu məkanlarda dünyanın

və kainatların bütün zaman anlayışlarında ömür

kimi görmək istədiyi bir anlayışam, yəni bu dünyanın

və kainatların yaşam istəyinin mümkünlüyüyəm.

Yaşamımda bu dünyanın və kainatların

mümkünlüklərini bir yaranış kimi yaradanam, yəni

hardasa bu dünyanı və kainatları mümkünlüklərdə

yaradanam. Yaradılışın yaradıcısıyam yazdıqlarımla,

yazdıqlarımla bu dünyadakı və yaşadığımız

kainatlardakı mövcudsuzluğun mütləq mənalı

inkarıyam. Bu bənzərsizliyin mütləqliyin də

yaşamaqla İbrahimin dünyasına və ya dünyanın,

həmçinin  kainatların İbrahiminə bənzəmək Allahdan

yuxarını tapmaqdı.

9

Dünyanımı aldatmısan, bilmirəm, dünyayamı

aldanmısan, bilmirəm, bilinməzsənmi, bilmirəm,

yaşayırsan-yaşamırsan bilmirəm, gələcəksən -

gəlməyəcəksən, bilmirəm, gələcəkdənmi,

keçmişdənmi, indidənmi gələcəksən, bilmirəm.

Nəhayət ki, gəl, gəl yavrum,  gəl, gəl ki, Sənin bu

dünyadakı sənsizliyinə və mənim sənsizliyimə  görə

Allah bu dünyadan imtina etməsin.

10

Bir kimsə bilməz mən kiməm

Bu dünyanın içində.

Bir kimsə bilməz mən kiməm

Bu dünyadan o tərəfdə.

Mən bir məsum ömürəm,

Məkanımda görünmürəm.

Dünyanın hər yerində

Bu dünyadan gizlindəyəm.

Şeirlərimdə görünürəm,

Yazdıqlarım kimiyəm.

Yazdıqlarımla yalnız

Allaha aidəm.

Allahın naməlumuyam,

Mən Allahın kimsəsiyəm -

Yaşadığım məsum ömürlə

Allaha bənzəyirəm.

Bir kimsə bilməz mən kiməm,

Mən kimsəyə məlum deyiləm.

Bu dünyada yalnız

Allah bilir ki,

Allah necədirsə, mən də eləyəm.



11

Mənimlə yaşa, ömür tapım,

Sevgini yaşamaqla anım.

Mənimlə yaşa, ömür tapım,

Bu dünyada yalnız

Sənli ömür olum-

Nolar, varlığım.

Mənimlə yaşa, ömür tapım,

Ömrümdə ömür yaradım.

Bu ömrümə ömür kimi baxım -

Nolar, varlığım.

Bu dünyada dünyasız kimiyəm,

Vallah, sənsiz bu dünyanın adisiyəm.

Mənimlə yaşa, mən mən olum -

Nolar, varlığım.

Mənimlə yaşa, ömür tapım,

Dünyada ömür kimi anılım,

Mənə sevginlə kömək ol, səndən

Mən olmağı öyrənim -

Nolar, varlığım.

Mənimlə yaşa, ömür tapım,

Mən bu dünyada sənin sənliyinəm.

Məni həmişə sənli elə,

Sevginlə bu dünyanın

İbadət yeri olum -

Nolar, varlığım.



12

Yaşamıram yaşamaqda,

Dərdimi al, dərdin alım.

Ölüm kimiyəm bu dünyada,

Dərdimi al, dərdin alım.

80

I



ULDUZ


Görünmürəm duyulmaqda,

Dünyadan ayrıyam dünyada.

Bilmirəm hardayam harda,

Dərdimi al, dərdin alım.

Bilinmirəm anlamaqda,

Mövcudam yalnız yoxluqda.

Yoxam dünyanın axarında,

Dərdimi al, dərdin alım.

Anılmıram anılmaqda,

Mən duyulmaqdan kənarda.

Mənimlə bərabər dünya da

Dünyasızlıq astanasında -

Nolar dərdsizliyimə dön, dərdin alım.

13

Atamın əziz xatirəsinə ithaf edirəm

Ölümün yaşadığımız dünyanın ən müəmmalı

əfsanəsiymiş, hələ də ölümünə və bu dünyadakı

sənsizliyinə inana bilmirəm, mənə elə gəlir ki, mən

zaman tuneli vasitəsi ilə əvvəlki vaxtlara dönüb

səni o vaxtda yenə görəcəyəm. Sən və mən əvvəlki

vaxtlarda olduğu kimi, yazılarımla maraqlanacaqsan,

yəqinliyi təsdiqləyən fikirlərinlə mənə yaşamağı

yaşadacaqsan. Məni bu dünyada yaşadıqlarımda və

yaşatdıqlarıma qarşı olan istəyim də və yuxularımda

sevindirəcəksən.

Nolar, heç olmasa yuxularımda yaşa, nə

vaxt olur-olsun, fərq eləməz, yuxuma gir, sən

yuxuma girəndə elə zənn edirəm ki, zaman tuneli

ilə sən bu dünyaya gəlmisən və ölüm anlayışı da ki

qətiyyən sənə aid deyil, yuxuma gəlişinlə ölümü

öldürmüsən, hardasa bu dünyanın ən mükəmməl

məkanındasan. Mən sənin bu dünyadakı ölümünü

varlığımın əks tərəfi kimi qəbul edirəm, sənin

yaşadığımız dünyada ömrün qalıb, yəqin, ona görə

belə narahatam, nədənsə ölümünü əsaslandıran

mütləq məntiq görmürəm ölümündə. Sən bu

dünyadan mütləq məntiqlə əsaslandırılmamış bir

şəkildə getmisən. Məhz bu mühüm səbəbdən də bu

dünyada rahatlıq tapmağı bacarmıram, bu dünyanın

bütün anlayışları təqsirkar kimi görünür mənə, yəni

sən bu dünyanı tərk edəndən bəri, hətta Allah da

günahkardı şairliyimin önündə.

14

Axtarma məni nə yer üzündə,nə də göy üzündə

axtarma, tapmayacaqsan. Mən səndən ayrılandan

sonra varlığımdan,ömrümdən və mövcudluğumdan

çıxıb getmişəm. Mənə nə yer üzünün, nə də ki göy

üzünün varolması kimi baxmayın, mən belə bir

mütləqləşmiş ömürlə hardasa Allahın ömrünün alın

yazısıyam.

Yaşayışım məkansız kimi bir reallığın yaşamıdı,

ömrümü məkansızlığın darıxmağının reallığında

keçirirəm, bütün ömrüm məxsusi anlayışlardan

ibarətdi, mənim mövcudluq üsulum bu dünyada

anlaşılmaz bütövlük də təsəvvür edilməz,nə də ki

bu dünyada mənim yaşayış üsulumu yaşayan

tapılmaz, mən qeyri-adi bir reallığın yaşayışıyam-

mən mütləq mənada indiyə kimi kimsə tərəfindən

reallığı görünməyən xəyalların və xəyali dünyaların

gerçəkliyiyəm.



15

Yaşadığım məkanın anlaşılmaz yaşamlarını

yaşayıram. Bu dünyanın və kainatların içində

qətiyyən anlanmıram, yazılarımı da müəyyənliyin

müəyyənləşməmiş reallığı kimi görür müxtəlif

internet saytları. İnternet saytları məndən reallığı

yaşadığımız bu dünyada tapılan və yaxud da yaşanan

məqamların müəyyənliyini istəyirlər. Onlar

məkanımın o məkanda görünməsini və o anlamı

yaşamın reallığı kimi qəbul etməyi, onların

məqamlarının mövcudluğuna uyğunlaşmağımı yaşam

kimi  görürlər. Daha bilmirlər ki, bu məndən ötrü

istədiyim reallıqları yaşadığımız dünyanın və

kainatların reallığına görə unutmağım deməkdi.

Daha bilmirlər ki, bu dünyada və yaşadığımız

kainatda reallıqla bərabər mütləq mənalı irreallıqlar

da var və həmin mütləq xarakterli irreallıqlar da

mövcudluğun əsas mükəmməlliyi olaraq yaşanır.

Onlar bu dünyada və yaşadığımız kainatda irreallığın

mövcudluğunu olmayanlar kimi görürlər. Yəqin,

mənim mütləq imkanlı reallığım da, və  yaşamı

yaşadan irreallığım da məhz bu məqam səbəbindən

anlaşılmazlıq kimi görünür onlara. Yəni mən bu

dünyada və kainatda nə reallıq kimi, nə də ki

irreallıq kimi anlanılıram. Mənim  reallığımın və

irreallığımın kiminsə tərəfindən anlanması hələ ki,

anlanmaqdan kənardadı. Ona görə ki, mən bu

dünyada və yaşadığımız kainatda olanlar  kimi

deyil, olmayanlar kimiyəm.      

№10 (569) oktyabr 2016

I

81



3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997-

2008-ci illərdə Gədəbəy rayonunda orta məktəbdə, 2008-2012-ci

illərdə isə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr

dərəcəsi üzrə ali təhsil alıb. 2012-ci ildə “Nurlan” nəşriyyatında “İlk

görüş” adlı şeirlər kitabı çapdan çıxıb. Dünya Gənc Türk Yazarlar Birliyi

Məclis başqanı  və  Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildə

Azərbaycan Prezidentinin  Təqaüd   Fondunun  təqaüdünə layiq  görülüb.

AYB-nin təşkilatçılığı ilə keçirilən “Ən yaxşı şeir” müsabiqəsinin

qaliblərindəndir.  Mətbuatda müxtəlif məzmunlu yazılarla çıxış  edir.

2015-ci ildəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər

və İdman Nazirliyinin “Gənclər mükafatı”na layiq görülüb.  Şeirləri və

publisistik yazıları ilə Azərbaycan və Türkiyə mətbuatında müntəzəm çıxış

edir. Şeirləri müxtəlif dillərə tərcümə edilib.



AYRILIQ SİMFONİYASI

Ayrılıq simfoniyasının son akkordunu vurdun,

deməzdim...

Çırpdın, deyərdim, çırpdığın qapıyla.

Amma boşuna zəhmət çəkdin.

Yaddaşımda o səs ilişmədi də, nə ki qalaydı.

Tək mənim yox, heç kimin yaddaşında qalmazdı.

Bir sözlə, sonu yaxşı tamamlaya bilmədin.

Qəbul et ki, bacarmadın.

Ən çox yaddaşımda qalan bilirsənmi nə oldu?

Ayrılmağa gələrkən dəhlizdəki həvəssiz

addımlarının melodiyaları.

Nə qəribəliklər varmış, 

Ayrılmağa həvəssiz gəlmişdin,

qapını həvəslə çırpmışdın...

Demək, hər iş həvəsli olmağı tələb etmir,

Hər işə həvəslə yanaşmaq uğura dəlalət etmir...

ADAMIN

Bəzən elə səhvlər olur,

Silməyi gəlmir adamın.

Gülməli səhv olsa belə, 

Gülməyi gəlmir adamın.

Hər nəfəs səni  incidən,

Boylanır qəlbin küncündən.

Qəm var  şirindi sevincdən,

Bölməyi gəlmir adamın.

Qürur gedər öz işinə,

Bu dəm səninlə işi nə?

Vallah, vida görüşünə

Gəlməyi gəlmir adamın.

AYAĞIM QAÇIB...

(Bir əlil üçün)

Bir də başını qaldıranda gördü ki,

ayağının biri yoxdu yerində.

Hansısa düşmən qumbarasının

qəlpəsi tovlayıb özüylə aparmışdı sağ ayağını.

Ürəyində qarasınca deyindi  də sağ ayağın.

Bir az da özünü qınadı:

“Niyə bilməmişəm axı onun dönük çıxacağını?”

Hardasa  mənə lazım olan anda məni qoyub

gedəcəyini,

Bir protez sol ayağın ümidinə qoymaq ilə

yıxacağını.

Qəzəb hissi soyumamış, xəcalət təri salamladı

rəngi avazımış bənizini,

Həmişə ögey bildiyi sol ayağı tərk etməmişdi onu,

baxışlarını gizlətməyə çalışaraq, dünyanın ən

günahkar adamı bildi özünü. 

Cəhd etdi ki, qalxsın çarpayıdan, soraqlaşsın

ondan-bundan,

Bəlkə, görən olub sağ ayağı,

Tibb bacısının səsinə diksindi,

“Bu halınla hara  belə, başın qaçıb?”

Bircə cümlə deyə bildi: - Xeyr! Ayağım...



GƏLƏLƏR

Elə qışqırasan durduğun yerdə,

mələklər diksinib səsə gələlər.

Təntiyib yolu da səhv salalar lap,

üstünə birbaşa, kəsə gələlər.

Narahat, təlaşlı hal-əhvalları,

çırmana imdadçün güclü qolları,

Milyon işıq illik uzun yolları

su yoluna misal, qısa gələlər.

Onlara yağlı bir kələk gələsən,

“sizi aldadırdım”- deyib, güləsən.

Bir də gəlməyələr imdad diləsən,

gəlsələr, gəlsələr, yasa gələlər.

QIZ

Yuxuma qonaq gəlmişdin, 

adını unutduğum qız. 

Bulaq kimi qaynar olan

gözünü qurutduğum qız. 

Öz bildiyini sayanda, 

dərd üstümə əl qoyanda, 

dünya da cana doyanda, 

dərdimi ovutduğum qız. 

Rast gəldin necə birinə?! 

Bağlandın qəm zəncirinə. 

Öz yaşamım xatirinə 

həyatdan soyutduğum qız.

84

I



ULDUZ


SEVİLƏSİ

Bu dünyanın nə payızı,

Nə də yazı seviləsi.

çoxu əzizlənəsi,

Nə də azı seviləsi.

Yaxamda əli dünyanın,

Quluyam dəli dünyanın,

Bu “sevilməli” dünyanın

Bəs harası seviləsi?!

Fikri dağıtmaqdan ötrü,

Günaha batmaqdan ötrü,

Sevib ağlatmaqdan ötrü

Tək bir qızı seviləsi.

UNUDAQ HAMINI

Gəl unudaq hamını,

birinci bizdən başlayaq.

Gec onsuz da gec olası,

Yaxşısı, tezdən başlayaq.

Lap xoş olsun deyə xətri,

Asan unutmaqdan ötrü,

Bəlkə də, əlləri seçək,

Yox, elə üzdən başlayaq.

Əngəlləri yenək deyə,

Səbr etmək öyrənək deyə,

Yüzəcən çox saydırdılar,

indi də yüzdən başlayaq.

Düşmənin üzü gülmədi,

Heç bu xoşuma gəlmədi,

Yox, belə unutmaq olmaz

Ta keçib təz(ə)dən başlayaq.

SƏNƏ İNANDIĞIMTƏK

Sənə inandığımtək

Özümə inanmadım.

Nə danım, bu vaxtacan

Belə gözəl yanmadım.

İndi yaralarım da

doğmalaşıb sinəmdə.

Mənə tək həyan onlar,

kimim var ki bu dəmdə?!

Fikirlər qatqarışıq,

Gələn-gedən bilinmir.

Beynimdəki məchul “o”

Hissələrə bölünmür.

Özümsə hissə-hissə,

Toplayan yox, yığan yox.

Tale ümidinəyəm,

Hələ sahib çıxan yox.

BİR QADININ GÖZLƏRİNDƏ...

Bir qadının gözlərində gizlənəcək qədər də

böyümədik,

yazıq bizə.

Həyat amansız rəqibmiş.

Kaş görməzdən gəlməsəydik.

Bu anacan yüz təsəlli versək belə özümüzə,

Hesab hələ bir-sıfırdı - uduzuruq.

Ən ağrılı olan yeri də budur ki,

Bu oyuna uduzmaqçün başlamışdıq,

uduzmağa tam hazırıq.

***

Ən gözəl şeirlərimi,

deyirlər, sənə yazmışam. 

İnanma  hər deyilənə,

Hələ sənə nə yazmışam?!

Sənə şeir yazmaq olmur,

Sənə təkcə vurulmaq olar.

Ömürlük əmrə  müntəzir,

Müti  bir qul olmaq var. 

Bircə nəzərin bəs edir,

İçərimdən boğulmağa.

Bu gedişlə çox az qalıb,

Səndə itib, yox olmağa.

Sən mənim ümidlərimin,

Yeganə sığınacağı.

Nə qədər uzaq getsəm də,

Sənə gələrəm uzağı…

№10 (569) oktyabr 2016

I

85



***

Nə mən ondan  qopuram,

Nə o məndən ayrılır. 

Baxışlar ayrılmır ki,

Can bədəndən ayrılır. 

Dərdi elə yazırlar,

Adamın ayağına. 

Baxmaq olmur dünyanın

Qarasına, ağına. 

Bunun adı ömürdü,

Di gəl, yaşa bu ömrü. 

Yaxşıydısa, verəydi,

Dağa, daşa bu ömrü. 

Soyuna da bilmirsən,

Yaraşmayan geyimdi.

Ha özünə hökm elə,

- Atım getsin… Nəyimdi? 

Mübarəkdi, əziz dost,

Boğazının kəndiri.

Qəbul etmirsən, etmə,

Bu mən ölü, sən diri. 

***

Oralarda qar yağırmı,

Mənsiz havalar necədi?

Sükutlar necə haldadı,

Səslər, sədalar necədi? 

Unuda bildimi məni,

Unuda bildimi, görən?

Unutmuş olmalı idi

Bərk-bərk özünə söz verən. 

Hərdən qayğılı-qayğılı,

Deyirlər, adımı çəkir. 

Qəfil donur təbəssümü,

Üzünə bir hüzn çökür. 

Nə qəmi olsa, saxlasın

Gülməyə səbəb özündə.

Deyin, gözəl olur təkcə

Təbəssüm onun üzündə. 

***

Payız rəngində görünür

Bütün köhnə şəkillərin.

Düşünürəm, şəkildə də

Üşüyür incə əllərin. 

İndi əlimdən nə gəlir,

Eynəklə baxmaqdan özgə.

Nəfəs darıxsa, özümdən

Hirs ilə çıxmaqdan özgə.

86

I



ULDUZ


Belə aciz bir adamı

Unutmusansa, halaldı.

“Səhv edib getdi”- deməyin,

Böyük günahdı, babaldı. 

Əlim əsə-əsə indi

Kağıza tumar çəkirəm.

Sanki qayıq batıb gedib,

Mən amma avar çəkirəm.

Məni bu ağılla, başla,

Sevsə, bu dörd divar sevər. 

Bir də hər günəş batanda

Dərin fikrə dala-dala

Söykəndiyim hasar sevər.

QATİL

Gedəndə ayaq izlərini də topla bircə-bircə,

Peşəkar qatil iz buraxmaz. 

Açdığı atəş səssizcə oxşayar qurbanını,

Hikkəli hayqırtısını boğar içində,

Qaranlıq dəhlizlərin bağrı çatlasa da, səsi çıxmaz. 

Hərəni sevdirən bir cəhət mütləqdir,

Qatilləri də sevdirənlər var, sevənlər var. 

“Sevdiyim hər halıyla gözəldi”- deyənlər var,

Bu, belə olmasaydı, kim idi səni sevən?! 

Sevməzdim... sevməzdim... sevməzdim.

QİSMƏT

Öləziyən neft lampalarına bənzəyir

Sənli xatirələrin illərin o tayından titrəməsi,

əsməsi. 


Yandırıb yaşayımmı, yandırmayıb ölümmü çək-

çevirində talesizlərin. 

Bu günün əzabları hesabına dünəni yaşatmaq da

bir qismət. 

Nəyin var, nəyin yox, əşyalarınla birgə

Hirsini, hikkəni bir çamadana doldurub,

- Baş götürüb gedəcəm bu xarabadan! -

söyləməklə

- Lənətə gəlsin, hara var, hara gedim?! - qışqırıb,

Çamadanı yığdığın kimi boşaltmaq da bir qismət.



***

Üşüyən əllərimçün 

əlini ocaq bilmişəm.

Bəlkə, bu səhvimdi mənim,

bilmişəm, nahaq bilmişəm. 

Əlindən bərk-bərk yapışıb

daşımışam yandırmaqçün.

Saçlarımda gəzdirmişəm,

həyata inandırmaqçün. 

Yandıqca incə əllərin

öz başımı dağ bilmişəm. 

Eh, çox qəribə adamam,

sank, heç nə görməmişəm. 

O qədər fikirliyəm ki,

öz fərqimə varmamışam.

Öz əlim də yanıb gedib,

onu da bayaq bilmişəm. 

№10 (569) oktyabr 2016

I

87



SUSQUN DÜŞÜNCƏLƏR

Saatda kiçik əqrəb

ilişib qalıb üçə. 

Birinci dəfə deyil,

təkrarlanır hər gecə.

Küçəmizə, deyəsən,

xalısın sərir Allah.

Bu soyuqdan qıvrılan

döngəni görür Allah.

Həzin pıçıltı axır

boşluğuna zamanın.

Az qalır ki, inanım

dostluğuna zamanın.

Budur, bir boz sərçə də

qonub pəncərəmizə.

Tanış bir üz cizgisi

donub pəncərəmizdə.

***


Bu gün bir az da içmişəm,

Tənhalığın sağlığına.

Uzaq olmasan, gələrdin

Yoxluğun qonaqlığına. 

Neynəyək ki, həyatdı də,

Bir gün elə, bir gün belə.

Bugünkü dərdə min şükür,

Sabahı bilmirəm hələ.

Hardasa bir bayquş ular,

Burda da mən şeir deyən.

O, viranəni oxşayan,

Mən ziyana xeyir deyən. 

Bu gecənin köksü dərin,

Hələ çox “ah”lar batacaq.

O ulartıyla bu şeir

Təkcə Allaha çatacaq. 



DÜNƏNLƏR...

Amansızdı dünənlər…

Əzazildi dünənlər…

Dünən getmədilərmi

Bizdən qopub gedənlər. 

Nə səbəb, nə bəhanə

Yaraya məlhəm olmaz.

İtirdiklərin itdi,

Onlar bir də cəm olmaz. 

Dünənləri sevmədim,

Bu günlərə yadam, yad.

Sabahlar da ya qismət,



Onlara hər adam yad. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə