Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   2   3   4   5   6   7   8   9   ...   36

tapmaq, kiminsə qılıncının altından keçmək ona

çətin olacaqdı...”  Fəridin bu fikri nakam şairin hə -

yatı, düşüncələri, barışmazlıqları və nəhayət, ölümü

ilə bağlı suallar yaratdı bizdə.

Fərid təkcə dost, tanış kimi deyil, ədəbiyyat

adamı və ədəbiyyat adamlarının ağrılı taleyinə

yanan bir müəllif kimi çıxış edir bu yazısında:”Həm

cavan ölmək, həm də o cavanlıq ərzində bir gün

görməmək, güzəran məngənəsində boğulmaq,

ehtiyacların kürəyini yerə verə bilməmək...hamısı

yığılır və bizim ürəyimizi sıyırır belə-belə ağrılar...

Fərhadın yazmadıqları, bəlkə də, yazdıqlarından

güclüdür, yaşamadıqları yaşadıqlarından çox yandırır

adamı...” və ya: “Bəs avtomobil qəzasında Fərhadın

çırpıldığı ağac necə, görəsən, yaşayırmı indi”,

“Qəribədir ki, Fərhadın ölümündən sonra və onun

haqqında yazılan yazıların əksərinin başlığı və ya

yanğılı abzaslarını o şeirdəki – “Yoxluğun”dakı

birinci misra bəzədi: Sadəcə gedişin deyil yoxluğun...”

Biz bu yazıda təkcə Fərhad Meteni yox, iki

ədəbiyyat gəncini tanımalı, öyrənməli oluruq. İki

tale var qarşımızdakı səhifələrdə- Ağrıya-ağrıya,

sıxıla-sıxıla həqiqətinə söykənib qısa ömrünü sürən

və qəzada ölən  Fərhad Mete və ondan ağrıya-

ağrıya yazan, dostlarından miras qalan ağrılarla

yaşayan  Fərid Hüseyn... Fərhadın qırmızı üzlü

gündəliyindəki yarımçıq şeirləri, misraları “tikə-

parça yazılar” adlandırır Fərid və hər dəfə də

təxminən belə bir  sual verir: “Bu, görəsən, onun

gələcəkdə yazacağı hansı əsərinin bir tikəsidir?”

Həmin gündəlikdəki misralardan:

Dünya kainatın can verən hissəsidir.

***

Gecə anam ağlayırdı yatağımın başında,

Mən səsinə oyandım...

***

Səni sevirəm, dedim, qucaqladım, ağladım-

Gəncliyimi ağladım.

Fərid Fərhadı daha dərindən tanıtmaq, həm də

sevdirmək, bizimlə doğmalaşdırmaq istəyir və nail

olur.  Onun maraqları, ədəbi-estetik, dini görüşləri

haqqında da yazır, dostlarını danışdırır... Fərhad

Metenin gündəliyindəki məktub mətnləri, sitatlar

və s. də maraqlı gəldi... Və mən deyərdim ki,

“Ulduz”un bu sayında daha  maraqla oxuduğum

yazı bu oldu...

Bəli... Jurnalın mütaliəsi bitdi və mən bir oxucu

kimi özümə sual verdim. Nə qaldı bu jurnalda

oxuduqlarımdan mənə? Yeni nə tapdım burda

ədəbiyyat adına? Ədəbi prosesin hərəkətliliyi,

irəliləməsi, canlılığı daha çox hansı yazılarda idi?

Və s...

Təəssüf ki, suallarımın bəzilərinə cavab tapa



bilmədim. Ədəbiyyatımızın və ədəbiy 

yat 


şünas 

-

lığımızın bu qədər çox problemi olmasına bax 



-

mayaraq, xüsusən də həmin problemlərdə gənclərin

və ümumiyyətlə, gəncliyin yeri boş görünmədimi?

Niyə bizim nasir və şairlərimiz bir saatlıq

kədərinin bədii obrazını yaratmaqla özlərini

ədəbiyyata xidmətdə hesab edirlər?

Bu problemlər, əlbəttə, təkcə “Ulduz”un ünvanına

yazılmamalıdır. Bu, ədəbiyyatımızın və yaradıcı

ədəbi gəncliyin problemidir. Əvvəldə dediyim kimi,

yenə təkrarlayıram, redaktorlar və yaradıcı kollektiv

üzvləri axtarışda və mücadilədədir, bəs yaradıcı

gənclik?..




Təranə VAHİD

özüylə söhbəti... 

Söhbətə hardan başlayaq?

- İndidən. Hərdən adamlar söhbətin səmtini

dəyişib ya keçmişdən, ya da gələcəkdən salır. Bəs

indi, indi  necə olsun? Mən yaşadığım zamanı bütün

ruhumla hiss etmək, barmaqlarımla vaxta toxunmaq,

əqrəblərin ucunda doğulan saniyələri salamlamaq,

axıb gedən suya, ağacdan düşən yarpağa, ot basmış

cığıra fürsət tapıb nəsə pıçıldamaq istəyirəm. Nə

gizlədim, sözü  ovcuma yığıb əzizlədiyim, rənginə,

rəqsinə tamaşa etdiyim, səsini duyduğum vaxtlar

da olur. Hərdən də iki daş arasında Dünya nənənin

milyon illik mücrüsünü açıb hər kəsin unutduğu

gizlinləri günə vermək, toz basmış həqiqətlərin

könlünü almaq istəyirəm.  Mənə elə gəlir ki, bütün

zamanların kəsişdiyi nöqtə elə indidir. İndidən

qaçmaqla biz, əslində, özümüzdən qaçıb, özümüzü

unuduruq. Unudulmaq  yaşamağın ən pis formasıdır.



- Ruhuna yaxın olan yazıçılar kimlərdi?

- Taqor ruhumu işıqlandırır, Çexov məni

heyrətləndirir, Servantes düşündürür, Dostoyevski

hisslərin labirintinə salır, “Dünya tanrıları”, “İnsanoğlu

İsa”, “Asi ruhlar”, “Peyğəmbər” romanlarını yazan,

üstəlik, esse ustadı  Xəlil Cibranla  sanki ruh qohum -

luğum var.

Hüqo, Markes, Folkner, Nəcib Məhfuz, Əziz

Nesin,  Çingiz Aytmatov - bunlar mənim sevdiyim

yazıçılardı. Amma məndən soruşsan ki, son illər ən

çox təsirləndiyin yazıçı kim olub, tərəddüd etmədən

gürcü yazıçısı Qoderzi Çoxelinin adını çəkərəm.

Onun yaradıcılığı başqa bir möcüzədir. Heyf ki, az

yaşadı, “Küknarlara məktublar” ı yazıb çıxıb getdi...

Hansı yazıçının yaradıcılığı səni təsirləndirirsə,

ürəyinin şah damarına toxunursa, yaddaşında kök

salırsa, o, sənin yazıçındır. Markesin “Baltasarın

həyatında unudulmaz  gün” hekayəsi var. Başqa

hekayələrin yanında o qədər də gözəçarpan deyil.

Amma hər dəfə bu hekayəni oxuyanda aldığım

zövqü sözlə ifadə edə bilmərəm. Ya da Çexovun

“Yuxum gəlir” hekayəsi... Bu hekayələr  ruhumu

yerindən oynadır. Başqalarını deyə bilmərəm, amma

indi  yazıçıların xəstəsi olan yazıçılar peyda olub.

Bulqakova qibtə edənlər, Ekopərəstlər, kimlər,

kimlər, kimlər... Hər kəs də inad edir ki, məhz onun

sevdiyi yazıçı yazıçıdı, yerdə qalanlar... Bu fikirlərlə

əsla razılaşmıram. Doğrudur, bunların hər biri ayrı-

ayrılıqda ədəbiyyat nəhəngləridir, ancaq “onların

hansı birincidir” sualı üstündə  çənə döyməyə

dəyməz. Ədəbiyyat zövq məsələsidir. Loru dildə

desəm,  ədəbiyyat vitaminlər kompleksidir. Ruhun

hansı qidaya  ehtiyacı varsa, onu istəyəcək. Əsas

olan da bax budur.  



- Azadlıq deyəndə ağlına gələn ilk söz hansı

olur? 

- Qan. Qansız azadlıq yoxdu. Azadlıq qan

bahasına başa gəldiyindən qandan da  qiymətlidir.

Azadlıq haqqında o qədər gözəl şeirlər, əsərlər,

aforizmlər var ki.  Amma azadlıq deyəndə nədənsə

№10 (569) oktyabr 2016

I

9



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə