Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   2   3   4   5   6   7   8   9   10   ...   36

öz-özünə sərxoş olurdu. İndi də Novruzəli şəhərin

havasını uda-uda hallanmışdı.

Novruzəli dumanlı başla küçələrdə dolaşa-dolaşa

axşamı saldı. 

Axşam da olanda Novruzəlinin əhvalı bir başqa

cür dəyişirdi,  elə bir qərib bir quş ürəyinin başına

qo nub yastı balabanda “Çoban-bayatı” çalırdı. Nov -

ruzəli evindən, obasından uzaqda əməlli-başlı

qəribsədi, doluxsundu, qaramatını qovmaq üçün

özünü qarşıdakı işıqlı çayxanaya saldı. Bir çaynik

çay, yanında da ləbləbi həmən  hazır oldu.

Novruzəlinin eyni açıldı, ləbləbidən yeyib çaydan

içdikcə şəhər gözündə bir az da gözəlləşirdi. Çayını

içib, ləbləbi qabını silib-süpürəndən sonra istədi

nəlbəkinin altına bir manat qoyub getsin, qaranquşa

oxşayan cavanca bir uşaq hardansa peyda olub ona

kitabça uzatdı. Novruzəli əvvəl bir kitaba, sonra

qaranquşa oxşar uşağa baxdı,  sonra kitabçanı açdı.

Kağız parçasının üstünü hıqqana-hıqqana oxudu.

Ödəniləcək məbləğ: 15 AZN.

Novruzəlini tər basdı, amma özünü o yerə

qoymadı. Əlini gödəkçəsinin cibinə salıb 15 manat

çıxardı, amma yenə də kitabçanın içinə qoymadı,

oğlanın üzünə baxdı ki, bəlkə səhv eləyiblər, yanlışlıq-

filan olub,  amma oğlan susub heç nə demədi.

Əlacı kəsildi, pulu kitabın içinə qoydu, oğlan pulu

götürüb getdi və Novruzəlini həmişəlik unutdu.

Çayxanadan çıxanda gecə qara çarşabını şəhərin

üstünə atmışdı. Yazağzı səma tərtəmiz olur,  elə bil

yerə də, göyə də ovuc-ovuc ulduz səpilmişdi.

Novruzəli qəribə hisslər keçirirdi. Parkdakı mühafizəçi

qanını qaraltsa da, çayxanada bir çaynik çaya 15

ma nat alsalar da, həyat bal dadırdı. Ürəyi fərəhlə

çırpınırdı, Novruzəli get-gedə şəhərin havasına, səs-

küyünə alışırdı. 

İndi də gecə qalmağa dörd divar, bir qapısı olan

ucuzvari  yer axtarırdı ki, başını atıb yatsın, yor -

ğunluğunu çıxarsın, səhər şəhəri gəzib-dolaşsın,

dadını çıxarsın. 

Qabağına çıxan adamlardan  ucuzvari qəsdinsənin

yerini soruşurdu. Soruşurdu, amma kimsə dərdinə

dəva eləmədi. 

Axırda cavanca bir uşaq Novruzəlinin gözünü açdı:

- Day-day, pis çıxmasın, hansı zəmanədə

yaşayırsan? A kişi, bu şəhərdə qəstin-məsdin yoxdu.

Otellər var, gecəsi 100 manata, 1000 avroya. 15000

min şlinqə. Varındısa, get, qal. Ya da Alatavada

qonşumuz bir gecəliyə 10 manata yer verir, get,

orda gecələ də, - dedi. 

Novruzəlinin gözlərinə işıq gəldi:

- Məni ora apararsan?  - dedi.

Çoxbilmiş uşaq:

- Day-day, aparmağına apararam, amma ora

çox uzaqdı, gərək taksiylə gedək. 

On manat da Novruzəlidən belə çıxdı. 

Oğlan Novruzəlini alaqapının qarşısında  bir

qadına tapşırıb yox oldu. 

Qadın Novruzəliyə xoş-beş demədən həyətin

küncündəki quş damına oxşar otağı göstərdi. Otaqda

bir çarpayı, bir dəst də mitil vardı.

Novruzəli bir də eşiyə qaçdı, utana-utana

subaşının yerini soruşdu. Xəbəri yoxmuş, düz

burnunun ucundaymış. 

Novruzəli: “Bu yaxşı oldu” - deyib otağa qayıtdı.

Paltarlarını soyunub başının yanına yığdı, yerinə

girib bir müddət qurdalandı ...

Novruzəli kəndçi babaydı, çörəyi torpaqdan

çı 


xırdı. O qədər torpaqda əlləşmişdi ki, özü də

torpaq kimiydi. Dilsiz-ağızsız, mağmun, fağır.

Sabah xeyli işləri vardı, böyük adamların yanına

gedəcəkdi, qız larına don alacaqdı, fikrində tutmuşdu

ki, gədəsinə ayaqqabı alsın, güzgü öz yerində, vaxt

tapsa, şafkasını da təzələyəcəkdi. Bu xəyallarla

Novruzəlini yuxu tutdu...

Novruzəlinin yuxusuna bir sürü qoyun girmişdi.

Qoyunlar belədən-belə otlayırdılar, elədən-belə.

Amma Novruzəli qoyunları nə qədər saysa da,

sayları düz gəlmirdi. Novruzəli: “Nəhlət sənə, kor

şeytan” - deyib yenidən saymağa başlayırdı, yenə

əskik gəlirdi.  Sayılmaqdan yorulmuş qoyunlar

axırda təngə gəlib Novruzəlinin üzünə dirəndilər

ki, onları saymasın. Qoyunu saymaq yaxşı əlamət

deyil. Sonra başlarını aşağı dikib otları qırpa-qırpa

sürüylə keçib getdilər. 

Novruzəli bu dəfə qoyunları gözünün ucuyla

gizlincə saydı.Yenə əskik gəlirdi... Gümanı yüz

yerə getsə də, axırda gəlib Hacı Xudayarın üstündə

dayanırdı. Qoyunu ondan başqa kim yeyə bilərdi?

Müxtəsər, səhərəcən qoyunlar Novruzəlinin

yuxusunu qırpıb yedilər,  ipə-sapa yatmadılar,

zəhləsini tökdülər. Səhərəyaxın  qoyunları birtəhər

sayıb aula yığa bildi... 

Səhər yuxudan durub eşiyə çıxanda ev sahibəsi

həyətdə qaş-qabaqlı var-gəl edirdi.

- Savağın xeyir, bajı.

Qadın dilucu salamını aldı. 

Novruzəli əlini cibinə salıb on manat çıxardı.

Qadın alıcı quş kimi qiyyə çəkdi.

14

I



ULDUZ


- Qardaşım, on manat niyə, xəbərin yoxdu bu

gecə nələr oldu?!

Novruzəlinin xırda gözləri böyüyüb-böyüyüb

hədəqəsindən çıxdı, boynunu uzadıb qorxa-qorxa

soruşdu:

- Nooldu? - 

- Bizə olan oldu, devalvasiya baş verdi. Qiymətlər

qalxdı. Sən yatdığın otağın qiyməti dünən  on manat

idi, bu gün  iyirmi manat oldu. 

Novruzəlinin ürəyi yerinə gəldi, qorxusu çəkildi,

qəddi düzəldi:

- Mən də deyirəm görən nooluf?! 

- Day bundan artıq nə olacaq, ay evi tikilmişin

oğlu?! Kənddə yaşayırsan, nə vecinə, Araz

aşıqlarındandı, Kür topuğundan! Dərd bizim

dərdimizdi. Qaz, su, işıq pulu, hələ təmizlik işlərini

demirəm. Bunlar azdı bəgəm?! Bilirsən, şəhərdə

tualetin qiyməti neçəyədi?

Solaxay sualın qarşısında Novruzəli çaşıb qaldı:

- Bilmirəm.

- Otuz qəpik. Qırx qəpik olan yerlər də var. İndi

camaat gedib  ...

Novruzəli od püskürən qadından eyməndi,

dinməz-söyləməz on manatın üstünə on manat da

qoyub qadına uzatdı. 

Qadın pulu xələtinin cibinə qoya-qoya:

- Şəhərdə qalası olsan, başqa yer axtarma,

burdan ucuz yer tapa bilmiyeceysən, - xəbərdarlığını

elədi.

Novruzəli ürəyində “köpəyin qızı, qanını mənnən



uzax elə” - deyib darvazadan güllə kimi çıxdı.

Əvvəlcə barmağındakı qırmızı sapdan canını

qurtarmalıydı. Gəzib dolaşdı, axır ki, güzgü satılan

bir dükan tapdı. Hər yan güzgü idi. Novruzəli özünü

heç vaxt belə aydın, öz ölçüsündə, bütöv görməmişdi.

Divardakı bütün Novruzəlilər utancaq-utancaq ona

baxırdılar.

Əl ağacına oxşayan Novruzəli müti, yazıq,

sözəbaxan,  bir sözlə, yaxşı adam idi. Qonur gözləri

uşaq gözləri kimi tərtəmiz idi. Şirniquş ver, başını

aldat, ya da gözünü tök, ovcuna qoz tök, şükranlığını

itirməyib sevinəcəkdi.

İndi Qönçəgülün əri, üç uşaq atası Novruzəli

güzgüdə özünü apaydın görüb dördgöz olmuşdu.   

Güzgülərdəki Novruzəlilərə baxa-baxa ona elə

gəldi ki, dünyadakı bütün Novruzəlilər bir-birlərinə

oxşayır. Kimsənin toyuğuna kiş deməzlər, yaman

işlərə əl qoymazlar, əllərindəki tikəni alsalar belə,

cınqırlarını çıxarmazlar. Amma bəxtləri kəsik, ruziləri

az, adları bədnam olar. Novruzəli bilmirdi

Novruzəlilərin hansına baxsın. Novruzəlilərin hamısı

insan adamıydı. Dükandakı  dikbaş güzgülər nədənsə

bu kənd kişisinin abrından gözgörəti utandı.. 

Novruzəlinin quşu ovalvari güzgüyə qondu. Bir

yaxından, bir uzaqdan güzgüyə baxdı. Güzgü

Novruzəlini yaxşı göstərirdi, çox yaxşı göstərirdi.

Özü də qəttəzə idi. Qırılan güzgüləri o qədər

köhnəlmişdi ki, gülləmişdi. Novruzəli neçə illər

idi, özünə yox, kölgəsinə baxırmış... 

.. Gödəkçəsinin düymələrini açdı, sağ əliylə sol

döşündən - pencəyinin cibindən bir bükülü çıxarıb

ədəb-ərkanla açdı. Qönçəgül Novruzəlinin şəxsiyyət

vəsiqəsini, bir də pulu   əl dəsmalına büküb ərinin

cibinə qoymuşdu. Novruzəli dəsmalla sənədini bir

kənara qoyub güzgünün pulunu sayıb verdi. Adsız

barmağındakı sapı qoparanda elə bil Qönçəgüldən

azad oldu. Güzgünü qoltuğuna vurub xırda-mırda

şey-şüy almaq üçün dükanları dolaşdı. Özünə sinəsində

bir cüt maral olan jaket aldı, Qönçəgülə butalı yaylıq

seçdi, qızlarına kitayiski don aldı, amma gədəsinə

ayaqqabı ala bilmədi. Oğlunun hansı ölçüdə ayaqqabı

geyindiyini yadına sala bilmədi. Əlacı kəsildi, oğluna

uzunşüllək şalvar aldı, bir də Qönçəgül eşitdirmişdi

ki, uşaq tapança istəyir. Novruzəli oğluna avtomat

aldı ki, uşaq lap ürəkli böyüsün. 

Novruzəli bazarlıq eləyib qurtaranda gün günorta

olmuşdu. Səhər nahar eləməmişdi - deyə acmışdı.

Burnuna yaxşı qoxu toxundu. Bir sağa, bir sola

boylandı. Gözünə binanın küncündəki arıtma sataşdı.

Novruzəlinin ağlında arıtma ancaq yuxarı qalxmaq

üçün idi, amma bu arıtma  adamları zirzəmiyə

aparırdı. Gözəl  qoxu da ordan gəlirdi, yerin altından.

Divara yapışdırılmış sözü oxumağına oxudu, amma

şaurma sözünün nə olduğunu heç cür kəsdirə bilmədi.




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə