Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

Ehtiyatla pilləkənlərı endi, gördüyü mənzərə xoşuna

gəldi. Bu yer adamla dolu idi. Özünə yer tapıb

oturdu, qaranquşa oxşar oğlanlardan biri yaxınlaşdı,

sifarişi gözlədi. Novruzəli də biclik işlətdi, - hamı

nə yeyirsə, maa da ondan gətir-dedi. Ofisiant

məsələni anladı, Novruzəliyə şaurma, yanında da

ayran gətirdi. 

Novruzəli yeyib toqqanın altını bərkitdi. Aldığı

şey-şüyə nəzər saldı, qalan qəpik-quruşunu vərləvürt

edirdi ki, onu tər basdı. Şəxsiyyət vəsiqəsi yoxa

çıxmışdı. Güzgü aldığı yerdə qoymuşdu, amma o

yer hara idi? Öldürsələr də, Novruzəli o yeri yadına

sala bilməzdi. Bəs neyləsin? İmdad diləyən baxışlarla

ətrafa boylandı.

İki  kişi yanakı oturacaqda durmadan danışırdı.

Biri o birinə deyirdi, nə işin olsa, Asan xidmətə get,

pulsuz-parasız bir anda düzələcək.  İndi hamı dərdini

ora deyir. Novruzəli eşitdiklərinə inana bilmirdi.

Asan xidmət sözünü bir-iki dəfə ürəyində təkrarladı

ki, yadından çıxmasın. Yerindən qalxıb düşdüyü

pilləkənləri tapıb yuxarı - yerin üstünə qalxdı.

Qabağına çıxan ilk adama:

- Asan, lənət sənə kor şeytan, sonrası yadımdan

çıxdı. Deməzzsən, ora necə gedim, - dedi.

Adam qarşısındakı  kişiyə məhəl qoymayıb

başını yelləyə-yelləyə çıxıb getdi. Növbəti adam

Novruzəlinin nə demək istədiyini havadaca aldı.

- Hə, Asan xidməti istəyirsən.

- Oranı istəyirəm, dədə, necə gedim ora?

-Yaxıınlaş, bax ordakı taksi şoferinə söylə, səni

istədiyin yerə aparacaq, - dedi.

Novruzəli:

- Allah canını sağ eləsin, balalarını saxlasın, -

deyib güzgü qoltuğunda, yükü əlində taksiyə yaxın -

laşdı. Taksi şoferi arif adam idi. Novruzəli ağzını

açan kimi “otur” - dedi. 

Şəhəri xeyli fırlanandan sonra taksi bir yerdə

dayandı. Sürücü pulunu alıb Novruzəliyə yaraşıqlı

binanı göstərdi. 

Novruzəlini birinci mərtəbədən ikinci mərtəbəyə,

ordan da üçə göndərdilər. Qoltuğunda güzgü, əlində

bağlama olan Novruzəli ətrafa boylandı. Adamlar

bir kənarda səliqə ilə oturmuşdular. Novruzəli özünə

yer tapıb yükünü yerə qoydu, yüngülləşdi. Arada

nömrə deyirdilər, adamlar da pəncərələrə yaxınlaşıb

nə isə deyir, sonra da şad-xürrəm çıxıb gedirdilər.

Bu yerin rahatlığında, sakitçiliyində Novruzəli xeyli

mürgü döydü. Aradabir başını qaldırıb baxırdı ki,

görsün onu çağırıb eləmirlər ki, amma çağıran yox

idi, adamlar da bir ucdan azalmaq əvəzinə çoxalırdı.

Bunun sirrini öyrənmək üçün Novruzəli yerində

xeyli qurcalandı. Sonra özündə təpər tapıb pəncərəyə

yaxınlaşdı. 

- Dədə, məni niyə çağırmırsız? 

Cavan oğlan nəzakətlə:

- Nömrəniz neçədi? - soruçdu. 

- Nə nömrə?

- Yaxınlaşın ora, sizə nömrə verəcəklər. 

Novruzəli başıalovlu göy paltarlı qıza yaxınlaşdı. 

- Bacıqızı, nömrə neçəyədi?

Qız əvvəl başa düşmədi.

- Nömrə istəyirsiz?

Novruzəli əlini cibinə salıb şax beşlik çıxardı.

Qızı gülmək tutdu, “nömrə pulsuzdu” - dedi.

Novruzəli sevindi, bərk sevindi, gözləri yaşardı,

axı bu şəhərdə hər şey pulnan idi. Dünyanın işinə

bax,  indi ona pulsuz nömrə verirdilər.

Novruzəlinin növbəsi çatanda pəncərəyə

yaxınlaşdı. Şəxsiyyət vəsiqəsini itirdiyini dedi.

Rayonunun, kəndinin adını, dedi, öz adına çatanda

duruxdu:

- Məmədhəsənov Novruzəli Pirverdi oğlu.

Qardaşoğlu, gəlsənə adımı da dəyişək? - dedi.

- Niyə, adınız xoşunuza gəlmir?

Novruzəli dişlərini bir-birinə sıxdı:

- Çııı... 

- Adınızı dəyişmək üçün başqa sənədlər də

lazımdı.


Novruzəli istər-istəməz oğlanın dedikləri ilə

razılaşdı. Guya adını dəyişsələr, nə olacaqdı, elə

Novruzəlidir ki Novruzəlidir. Novruzəli təzə şəxsiyyət

vəsiqəsini alanda uşaq kimi sevindi. Amma yerindən

qımıldanıb durmadı. Səsini qısıb:

- Bəs Xudayarın məsələsi necə olsun?! - dedi.

- Hansı Xudayarın? - oğlan təəccüblə soruşdu.

- Kəndçimiz Xudayarı deyirəm, o vurğun

vurmuşu. Balalarıma sosial yardım verməyən o

köpək oğlunu deyirəm.

- O məsələyə biz baxmırıq, - oğlan tələsik

dilləndi.

Novruzəli peşmanladı:

- Keşkə baxaydınız... neynək, Allah köməyiniz

olsun, - deyib geri döndü.

Novruzəli güzgünü qoltuğuna vurub şey-şüylərini

götürdü. Asan xidmətdən çıxıb  yüklü-yüklü şəhəri

xeyli dolaşdı, limon satandan iki lumu aldı.  Cibində

bircə yolpulu qalmışdı. 

Yol maşınıyla geri dönəndə Novruzəli qanad

açıb uçurdu. Səfəri uğurlu keçmişdi. Pəncərədən

yazın  qoxusu gəlirdi. Novruzəli get-gedə dirçəlirdi.

Arabir ağlından keçirirdi ki,  görən Qönçəgül inəyin

alafın verib, ya yox?..

16

I

ULDUZ




MÜHARİBƏ, CƏRÇƏ 

VƏ ÜMİD 

Doqquzmərtəbəli binanının yeddinci mərtə -

bəsində yaşayan Nənə balkonlarında yuva salmış

boz sərçəyə sığınıb uzun illər yaşadı...

... Mən onu, yalan olmasın, 20 ildir, tanıyıram.

Bir binada, bir blokda, eyni mərtəbədə  yaşayırıq.

Onlar bizim binaya pənah gətirəndə birinci sinfi

yenicə bitirmişdim. Bir gün atam dedi ki,  yeni

qonşumuz gəldi. Qaçqındırlar.  Yadımdadır, qaçqın

sözünü eşidəndə anam daş atıb başını tutdu.  Dedi

ki, görəcək günlərimiz varmış, indi də yolçularla

bir yerdə yaşayacağıq? Atamın üstünü kəsdirdi ki,

JEK-ə gedib xəbər eləsin, gəlib bu zir-zibilləri

burdan rədd eləsinlər. Atam anamın üstünə bozardı,

dedi ki, İvan inişil evində tək-tənha öldü, onları bu

yiyəsiz evə elə JEK  özü yerləşdirib.  

O axşam  atam bərk əsəbiləşdi,  “Xalxın evi

dağılıb, başına od ələnib, canlarını götürüb qaçıblar,

burdan hara getsinlər bu evi yıxılmışlar? - deyib

siqaret çəkmək üçün balkona çıxdı...

O söhbətdən sonra anam bir müddət sussa da,

uzun illər qapıbir  qonşumuza  salam belə vermədi.

Mənsə onların nə günah işlətdiklərini hələ də başa

düşə bilmirdim.  Amma  nağıllardakı nənəyə oxşayan

qadın  hər dəfə məni balkonda görəndə  baxışları

ilə  salamlayar, fürsət düşəndə   “Mənim göyçək

balam ” - deyə pıçıldayardı. Onun səsindəki doğmalıq

qulaqlarımdan ürəyimə axar, anamın qonşumuza

olan pis münasibəti, sərt baxışları Nənəyə olan

sevgimi bir cimdik də azaltmazdı.

Bir dəfə anam paltar sərəndə heykəl kimi

balkonda dayanıb fikrə gedən  Nənəyə gözgörəti

söz atdı: “Elə bil çöllükdə yaşayır, şalı başında,

qaloşu ayağında, bircə çomağı çatmır! Şəhər üçün

ölürmüş bu yolçular!” 

Nənə qorxacaq halda geri çəkilib balkonda yox

oldu... 


... Həmin ilin payızı soyuqlar vaxtından

xeyli əvvəl düşdü. Küləkli bir gecədə dörd

yaşlı qardaşım qəfildən bərk xəstələndi,

hərarəti qalxdı, atam-anam əl-ayağa

düşdülər.  Xeyri olmadı, qardaşım

sudurqa keçirdi, anam var gücü ilə

qışqırıb qonşuları köməyə çağırdı.

Səsə qonşular gəlsə də, heç kim

irəli durmadı. Qaçqın qon 

-

şumuzun nimdaş paltarlı qaraşın



qızı qapıdan işəri keçib zəhmli

səslə  “çəkilin” deyib özünü

qardaşıma yetirdi. Mən onun nə etdiyini görməsəm

də, bir azdan qardaşımın ağladığını eşitdim. O,

çatma qaşlı qaraşın qız evdən çıxıb, bir azdan əlində

balaca həkim çantası ilə geri döndü. Qonşulardan

kimsə  “Heç bilmirdik ki, blokumuzda tibb bacısı

yaşayır”  -  deyə kinayə ilə dilləndi. 

Qaraşın qızın mülayim səslə:

- Mən tibb institutunu bu il bitirmişəm, - dedi.

Qonşular müəmmalı şəkildə baxışdılar. Bu

qaraşın qız qardaşıma iynə vurdu, bir azdan qardaşım

sakitləşib şirin yuxuya getdi.  

Qaçqın qonşumuzsa kağıza nə isə yazıb, anamgilə

verdi və bərk-bərk tapşırdı ki, sabah bu dərmanları

mütləq alsınlar. O gedəndən sonra evimizə qəribə

sakitlik çökdü... 

Bunları ona görə xatırlayıram ki, Nənəni çoxdan

tanıdığıma inanasınız. 

Mən böyüyəndən sonra bildim ki, qaçaqaçda

Nənənin əri oğlu ilə birlikdə şəhid olub, heç meyitləri

də ələ gəlməyib. Amma bu illər ərzində mən Nənənin

bir dəfə də  ağladığını  görmədim. O, saatlarla ey -

van da dayanıb blok yuxarı qalxan tut ağacına, bir az

da başını uzadanda buludlu, buludsuz səmaya uzun-

uzadı baxardı. Mən bu ağbəniz, gümüşü saçlı, yay-

qış başı şallı Nənəyə illərlə beləcə tamaşa elədim. 

20 il necə keçdi, xəbərim olmadı. İndi 26 yaşım

var. Konservatoriyanı bitirmişəm. Bəstəkaram. Bu

il gənc bəstəkarların müsabiqəsində iştirak edib

üçüncü yeri qazanmışam. Bəlkə də, inanmayacaqsınız,

mən hər dəfə evdə pianinonun arxasına keçəndə,

ilk musiqini  Nənə üçün çalıram.  “Qaragilə”ni,

№10 (569) oktyabr 2016

I

17



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə