Ülkər Bayramova



Yüklə 65,04 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü65,04 Kb.
#20676


Ülkər Bayramova

ubayramova@khazar.org

bayramova.u@gmail.com



Qədim Azərbaycanda əsas dövlətçilik 

ideologiyası Zərdüştlük idi

“Avesta”da elm və biliklər dini borc kimi 



nəzərdə tutulurdu 

“Avesta” məktəbləri “Atəşgah” adlandırılan 



xüsusi yerlərdə yerləşirdi. Bu fakt ilk dəfə 

N.Gəncəvinin “Şərəfnamə” əsərində 

göstərilmişdi

“Avesta”da deyilirdi ki, məktəb 7 yaşından 



başlamalı və 15 yaşına qədər davam etməlidir

Zərdüştlük Sasanilərin rəsmi dini olmuşdur 



(226-651)


Azərbaycanın Cənubu Albaniya adlanırdı və 

paytaxtı isə Qəbələ idi 

III əsrdən başlayaraq xristianlıq İranda və 



Qafqazın müxtəlif tərəflərində yayılmağa 

başladı 


Xristianlar Suriyadan gəlirdilər və Qafqazda 

məktəblər açırdılar 

Onlar məktəblərdə coğrafiya, təbiət, fəlsəfə 



və digər fənləri öyrədirdilər

Dərslər ana dilində keçirilirdi və yazı üçün 



Alban əlifbasından istifadə edilirdi


VIII əsrin əvvəllərində ərəblər Azərbaycanı 

işğal etdilər və İslam dinini gətirdilər 

Onlar məscidlər tikirdilər və bunlar da öz 



növbəsində ərəb dilini öyrədən məktəblər 

kimi fəaliyyət göstərirdilər (yazılı və şifahi)

Onlar yerli əlifbaları (pəhləvi, aramey və 



alban) tamamilə təhsildən çıxardılar və yalnız 

ərəb əlifbasını öyrətməyə başladılar 

İlk siniflərdə (məscidlərdə) onlar yazmaq və 



oxumaq öyrədirdilər. Bundan sonra isə 

şagirdlər “Quran” oxumağa başlamalı idilər




X əsrdə artıq çox məşhur müəllimlər var idi (Səid İbn 

Amr ul-Bərdəli, Əhməd İbn Süleyman Təbrizi və s.) və 

onlar təhsildə yeni metdolar yaratmışdılar və 

dərslərini yeni üsulla keçirdilər

İlk mədrəsə məktəbləri olan Beyhəqiyyə (935) və 



Sədiyyə (998) meydana gəldi. Bunlardan sonra o 

zamanın çox məşhur mədrəsəsi olan Nizamiyyə 

mədrəsəsi 1065-66-cı illərdə Bağdad şəhərində 

açıldı. 


X-XII əsrlərdə Azərbaycanın müxtəlif yerlərində 

məktəblər meydana gələrək inkişaf etməyə başladı və 

o dövrlərin çox məşhur təhsil adamları tanınmağa 

başladı ( Xətib Təbrizi, Qətran Təbrizi, Əbül Üla 

Gəncəvi, Fələki Şirvani, Məhsəti Gəncəvi, Nizami 

Gəncəvi və s. 



İslamdan sonra ərəb dünyasının inkişafı ilə 

birlikdə elm də inkişaf etdi

XII əsrin sonu və XIII əsrin əvvəllərində 



Azərbaycanda məktəblər çoxalmağa başladı

Azərbaycanın bir çox şəhərlərində, Təbriz, 



Marağa, Xoy, Səlmas, Urmiya, Mərənd, Bərdə, 

Naxçıvan, Gəncə, Beyləqan, Şəki və Bakıda 

məktəblər fəaliyyət göstərirdi

İlk dəfə məktəblər haqqında qanun Atabəylərin 



vaxtında verilmişdi. Burada müəllimlər, tələbələr 

və həmçinin də məktəbin idarə olunması 

haqqında bəndlər var idi. 



Xalq pedaqogikası

“Kitabi-Dədə Qorqud”



Nizami Gəncəvi (1141-1203) 

– “Xəmsə”

O, uşağın yaş dövrlərini üç yerə bölmüşdü:



1)

7 yaşa qədər uşaqlar oynamalıdırlar 

2)

14 yaşa qədər onlar müəyyən biliklər alır 



3)

14 yaşdan sonra, gənclik dövründə onlar 

elmlərlə daha dərindən məşğul olmalıdırlar

O, qadınların da təhsil alması məsələsinə öz 

“Leyli və Məcnun” əsərində toxunmuşdur



N.Tusi (1201-1274) 

– o, çox istedadlı idi və öz ilk 

təhsilini atasından almışdı. Sonralar isə təhsilini 

görkəmli filosoflar Bəhmənyar və Fəridəddin Damadın 

yanında davam etdirmişdir 

Hələ 30 yaşlarında olarkən Qehistan sarayına dəvət 



edilmiş və 20 il zindanda qalmışdır 

Onun “Zik Elxani” adlanan astronomik əsəri o vaxtlar 



çox məşhur idi. Əsərdə 256 şəhərin koordinatları 

verilmişdi ki, sonralar bunlar hətta Amerikanın kəşf 

olunmasında da istifadə olunmuşdu 

“Təhrir eqlidis” – onun ən yaxşı həndəsi əsəri idi və XIII 



əsrin sonlarına qədər istifadə olunmuşdu 

“Əxlaqi-Nasiri” (1235) 



1256-cı ildə Marağa rəsədxanasının əsasını qoydu və 15 

il ona rəhbərlik etdi



Marağalı Əvhədi (1274-1338) 

– o, özünün 

“Dəhnamə” və “Cami-Cəm” əsərləri ilə çox 

məşhurdur (hansı ki, pedaqoji məqsədlər üçün 

yazılmışdı)

O, “Cami-Cəm” əsərində ideal bir insan təsvir 



etmişdi və ideal insanın inkişafı üçün təhsilin çox 

vacib olduğunu yazmışdı. Həmçinin şəxsiyyətin 

burada böyük rolu olduğunu qeyd etmişdi 

İdeal insanın və şəxsiyyıtin əsas xüsusiyyəti onun 



əxlaqi keyfiyyətləridir 

O, deyirdi ki, uşağınızın təhsil və tərbiyəsi 



müqəddəs işdir


İmadəddin Nəsimi (1369-1417) 

– “Böhr-ul-

Esrar”


Şah İsmayıl Xətai (1487-1524) 

– “Dəhnamə”, 

“Nəsihətnamə”

M.Füzuli (1494-1556)



– “Leyli Məcnun” 

Azərbaycanda ilk kitab idi ki, XIX əsrin 

sonlarına kimi məktəblərdə dərslik kimi 

istifadə olunurdu 

“Söhbətül-Əsmar” Azərbaycanda ilk uşaq 



ədəbiyyatı nümunəsidir 

Qövsi Təbrizi (1568-1640)



Saib Təbrizi (1601-1677)

M.P.Vaqif (1717-1797)




1829-cu il avqustun 2-də 

Qafqazda ilk 

məktəb qanunu təsdiq olundu. Azərbaycanda 

savadlanmanın ilk tarixi bu gündən başlayır

Bu qanundan sonra ilk qəza məktəbi 



yaradıldı. 20 dövlət məktəbindən 9-u 

Azərbaycanda yaradıldı (Gəncə, Şuşa, Nuxa, 

Şamaxı, Quba, Bakı, Naxçıvan və Ordubad)

İlk dövlət məktəbi 19 tələbə ilə birlikdə 



Şuşada fəaliyyətə başladı

1935-ci ildə təhsillə bağlı yeni qanun 



qəbul 

edildi lakin  bu, yeni məktəblərin 

yaranmasında heç bir rol oynamadı 



Son illərdə tədqiqatçılar təsdiq etmişlər ki, 

Azərbaycanda ilk əlifba və ilk dərslik 1839-cu 

ildə Tiflisdə (hər iki kitabın müəllifi Qafqaz 

məktəblərinin direktoru N.Dementyev idi) çap 

olunmuşdur

XIX əsrin ortalarında yeni və elmi-pedaqoji 



cəhətdən daha yaxşı kitablar çap olundu. 

Məs.M.Kazımbəyin

“Türk-tatar dillərinin 

qrammatikası” (1839), P.Budaqov “Türk-tatar 

dillərinin əlifbası” (1840), M.Ş.Vazeh və 

İ.Qriqoryev “Kitabi-türk” (1855)

Bütün kitablar Qafqaz və Azərbaycan 



məktəblərində istifadə olunurdu


Müsəlman məktəblərinin açılması 

A.A.Bakıxanovun ideyası idi. O, Bakıda belə bir 

məktəbin açılması haqqında layihə hazırlayıb 

Qafqazın o vaxtkı canişini olan baron Rozenə 

təqdim etdi. Lakin bu layihə qəbul edilmədi.

İlk müsəlman məktəbi 1847-ci ildə Tiflisdə açıldı. 



Bundan başqa Azərbaycanın bir çox şəhərlərində 

məktəblər açıldı (Gəncə, Şuşa, Nuxa, Şamaxı, 

Bakı, Səlyan, Lənkəran və Zaqatala)

Maliyyə problemlərinə görə həmin məktəblər 



əsrin 60-cı illərində bağlandı. 1860-cı ildə yalnız 

Zaqatalada müsəlman məktəbi 3 illik ibtidai 

məktəb çevrildi



1848-ci il aprelin 30-da Müqəddəs Nina Qadın 

məktəbi Şamaxıda açıldı. Bu, Qafqazın o vaxtkı 

canişini olan M.S.Vorontsovun arvadı 

knyaginya Vorontsova tərəfindən açılmışdi

Onlara rus dili, riyaziyyat və əl işi öyrədlilirdi 



1859-cu il mayın 30-da məktəb zəlzələdən 

sonra müvəqqəti olaraq bağlandı və 1861-cı 

ildə Bakıya köçürüldü. Bu, Şərqi Qafqazda 

yeganə qadın məktəbi idi

Məktəbdə onlara rus dili, coğrafiya, tarix, 



fransız dili, musiqi, xəttatlıq, din və əl işi 

öyrədilirdi




1874-cü ildə Bakıdakı Müqəddəs Nina Qadınlar 

məktəbi gimnaziyaya çevrildi və 1896-97-ci 

illərdə gimnaziyanın 576 şagirdi var idi

1901-ci ildə H.Z.Tağyev Bakıda Qızlar Məktəbi 



açdı və məktəbin direktoru H.B.Zərdabinin 

xanımı Hənifə Məlikova idi. Məktəb 34 tələbə ilə 

açılmışdı, lakin tezliklə onların sayı 58-ə çatdı 

Şagirdlər məktəbə 7 yaşda qəbul olunurdular və 



4 il təhsil alırdılar. Bir neçə ildən sonra isə bu, 6 

illik məktəbə çevrildi. Dərslər rus dilində 

keçirilirdi, lakin tələbələrə həm də Azərbaycan 

dili və din öyrədilirdi




Şagirdlər və müəllimlər 

(1902)


Sinifdə (1911)


Rusiya mədəniyyəti, təhsili və təhsil adamları 

Azərbaycanın qabaqcıl adamlarına çox təsir 

etmişdi və o dövrdə çoxlu yazıçılar, müəllimlər 

və təhsil işçiləri yarandı (A.A.Bakıxanov, 

M.F.Axundov, M.Ç.Topçubaşov, M.Kazımbəy, 

İ.Qutqaşınlı, M.Ş.Vazeh və s.)

Bütün bu qabaqcıl insanlar əsasən Tiflisdə 



toplaşmışdılar və Azərbaycanda təhsil, ana dili və 

qadın təhsili uğrunda mübarizə aparmışlar

Rusiya-Azərbaycan pedaqoji əlaqələri Rusiya 



universitetlərində işləyən azərbaycanlıların 

sayəsində daha da genişləndi (Topçubaşov, 

M.Kazımbəy

)



“Gülüstani-İrəm”, “Kitabi-Əsgəriyyə” əsərlərində 

Bakıxanov qadın problemlərinə, onların təhsili və 

əxlaqi problemlərə toxunmuşdur

O, özünün əxlaq haqqındakı fikirlərini “Təhzibül-



Əxlaq” əsərində yazmışdır

O, öz pedaqoji fikirlərində davranış və koqnitiv 



təhsili çox yüksək qiymətləndirmişdir

O, həmçinin coğrafiya, tarix və qrammatikaya dair 



praktiki-metodiki kitablar yazmışdır

Onun ən məşhur əsərləri “fars dilinin 



qrammatikası” (Qanuni-Qudsi), “Gülüstani-İrəm” 

və “Nəsihətnamə”dir




M.Kazımbəy 1835-ci ildə, 33 yaşında Rusiya Milli 

Akademiyasının həqiqi üzvü seçilmişdir

O, Şərq filologiyası üzrə ilk elmlər doktorlarından 



biri idi

O, özünün “Ərəb qrammarikası haqqında 



təcrübələr” adlı ilk elmi əsərini 17 yaşında 

yazmışdır

Onun həmçinin “Əssab-üs-Səttar” (Krım 



xanlığının tarixi), “Türk-tatar dillərinin ümumi 

qrammatikası”, “İslam” və s. əsərləri vardır

O, azərbaycanca-rusca lüğətin ilk yaradıcısıdır



O, Sədinin “Gülüstani-İrəm” əsərini ruscaya 

tərcümə edən ilk şəxsdir 

O, L.Tolstoyun və A.Çernyayevskinin həm dostu 



və də azərbaycan dili müəllimi olmuşdur


O, görkəmli insan, peşəkar filosof və yazıçı və öz 

dövrünün yüksək səviyyəli təhsil adamı idi

O, bütün ömrü boyu Azərbaycanın hər yerində 



məktəblərin açılması, məktəblərdə dərslərin 

Azərbaycan dilində keçirilməsi və qadın 

məktəblərinin açılması üçün mübarizə aparmışdır

O, məktəbdə tədris zamanı şagirdlərə problemlər 



yaradan ərəb əlifbasını dəyişdirmək və şagirdlərə 

onların öz ana dilində dərs keçmək istəyirdi

Axundov Azərbaycanda hər kəsin ana dilində 



təhsil ala biləcəyi əlifbanın yaradılması üçün 20 il 

ərzində dayanmadan mübarizə aparmışdır




1879-cu ildə Qori şəhərindəki ZMS-da (Zaqafqaziya 

Müəllimlər Seminariyası) azərbaycanlı şöbəsinin açılması 

Azərbaycan tarixində ilk dəfə olaraq müəllim kadrları 

hazırlığının əsasını qoydu. 

XIX əsrin 2-ci yarısında ilk rus-Azərbaycan məktəbləri 



meydana gəldi və genişləndi.

Şamaxı, Bakı, Şuşa, Gəncə və s. şəhərlərdə yeni qız 



məktəbləri təşkil edildi. 

Əsrin son rübündə rusca orta və ali təhsil almış 



azərbaycanlı gənclərdən ibarət böyük bir ziyalı kütləsi 

yetişmişdi. 




Qafqaz və Zaqafqaziya məktəblərinin yeni 

nizamnaməsi 

1867-ci ildə 

qəbul edildi. 

Məktəb şəbəkəsi genişləndi, qəza məktəbləri üç sinifli 



olmaqla yenidən təşkil edildi, məktəb pansionları 

meydana gəldi.

Beləliklə, XIX əsrin 70-ci illərindən başlayaraq AZ 



məktəbləri Ümumrusiya məktəb nizamnamələri ilə 

idarə olunmağa başladı.

XIX əsrin 70-ci illərindən etibarən yeni məktəb 



direksiyaları yaranmağa və fəaliyyətə başladı: İrəvan-

Yelizavetpol, 1876, 1 aprel; Bakı-Dağıstan, 1876, 1 iyul




İlk kənd məktəbləri XIX əsrin 60-cı illərində meydana 

gəlmişdir. Bunlar vaxtilə Rusiyadan köçürülmüş 

rusların sakin olduqları kəndlərdə açılmışdır (Birinci 

Astraxanka, Nikolayevka, Prişib, Mərəzə və s.).

A.O.Çernyayevski tərəfindən əsası qoyulan Mərəzə 



məktəbi çox böyük şöhrət qazanmışdı.

XIX əsrin sonunda yalnız Bakı və Gəncə 



quberniyalarında 172 ibtidai xalq məktəbi fəaliyyət 

göstərirdi. Bu məktəblərdə 11400 şagird təhsil alırdı ki, 

bunlardan 2473 nəfər qız idi. 



XIX əsrin 80-ci illərində dəmiryolu məktəbləri meydana gəldi 

və bunlar RXMN-in 1875-ci il tarixli nizamnaməsinə əsasən 

açılırdı.

Bir sinifli məktəbdə təhsil müddəti 3, iki siniflidə isə 5 il idi. 



Təhsil pullu idi və kasıb şagirdlər pedaqoji şuranın qərarı ilə 

təhsil haqqından azad oluna bilərdilər. 

AZ-da ilk dəmiryolu məktəbi 1888-ci ildə Gəncə dəmir yolu 



stansiyasında açıldı və burda oğlanlarla bərabər qızlar da 

oxuyurdu (1894-cü ildə 115 şagird, 45-i qız).  

Əsrin sonlarında Ağcaqabul (1893), Bakı (1896) və Ağstafa 



(1901) stansiyalarında da dəmiryolu məktəbləri meydana 

gəldi.



Şəhərlərdə olduğu kimi kəndlərdə də əhali rus dilinə 

və rus dilində təhsilə böyük maraq göstərirdi. Arxiv 

sənədləri göstərir ki, ayrı-ayrı kənd və qəzaların 

əhalisi kollektiv şəkildə ərizə yazaraq rus dilində 

məktəb açmağı tələb edirdilər. 

1871-ci ildə Kuban müəllimlər seminariyası, 1876-cı 



ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər 

Seminariyası təsis edildi.

1879-cu ildə Qori Müəllimlər Seminariyasının 



azərbaycanlı şöbəsi bu sahədə tarixi rol oynadı.


ZMS AZ şöbəsinin fəaliyyət göstərdiyi 40 il ərzində 

250-dən artıq əsl xalq müəllimi hazırlamışdır. 

F.B.Köçərli, R.B.Əfəndiyev, S.B.Vəlibəyov, 

M.Mahmudbəyov, C.Məmmədquluzadə, 

N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev, 

F.Ağazadə, S.S.Axundov, Ə.Seyidov və s. 

Bu şöbənin təşkilində və tərəqqisində şöbənin uzun 



müddət inspektoru olan A.O.Çernyayevskinin (sonra 

da F.B.Köçərlinin) çox böyük rolu olmuşdur. 




F.B.Köçərli ZMS-ın AZ şöbəsinin AZ-na köçürülməsi 

üçün 1884-cü ildən təşəbbüs göstərirdi. 

1906-cı ildə köçürülməsi nəzərdə tutulan seminariya 



yalnız 1918-ci ildə ADR-in vəsaiti hesabına (5080 

manat qızıl pulla) Qazağa köçürüldü və ilk açılışı 1918-

ci il noyabrın 10-da oldu. F.B.Köçərli uzun illər 

seminariyanın direktoru oldu.

S.Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi 



Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı və digər 

məşhurlar Qazax seminariyasının məzunlarıdır. 




TƏŞƏKKÜRLƏR!

Yüklə 65,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə