Ülyahəzrət Roma Papası Fransiska m ü r a c I Ə Tİ



Yüklə 465,03 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü465,03 Kb.
#75242


Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Qurultayı iştirakçılarının  

ülyahəzrət Roma Papası Fransiska 

M Ü R A C İ Ə Tİ 

 

Zati-aliləri, katolik kilsəsinin pontifiki hörmətli Papa Fransisk! 

 

Siz bir din xadimi olaraq bütün ömrünüzü insanlara və bəşəriyyətə sülh, mərhəmət ideyalarının  



təşviqinə  həsr  etmişiniz.  Müqəddəs  taxta  əyləşdikdən  sonra  isə  bu  fəaliyyətiniz  daha  geniş 

miqyas  və  səmərə  kəsb  etməyə  başlayıb.  Dinindən,  irqindən,  cinsindən  və  milliyyətindən  asılı 

olmayaraq  hər  bir  Adəm  övladının  Tanrının  yaradıcı  qələminin  ən  gözəl incisi  olduğunu  və  bu 

baxımdan  insan  həyatının  müqəddəsliyini  görüşlərdə  dövlət  rəsmilərinə  daim  xatırlatmağınız 

dünyamızın daha sülhpərvər və insansevər olmasına böyük töhfə verir.  

Bildiyiniz  kimi,  hələ  də  dünyanın  müxtəlif  yerlərində  müqəddəs  insan  həyatına  təcavüz, 

müharibə,  işğal,  insanların  zorla  öz  ev  və  yurdlarından  qovulması  faktları  mövcuddur.  İnsanın 

özü  kimisinə  bəslədiyi  nifrəti  qidalandıran  mənfur  ideyaların,  müəyyən  qüvvələrin  istifadə 

etdikləri  tarixi  miflərin  hələ  də  ayaqları  yer  tutur.    Bu  müharibə  toxumları  əsrlər  boyu  dost  və 

qonşu  olmuş,  faktiki  olaraq  eyni  mədəni  nailiyyətləri  bölüşən  Erməni  və  Azərbaycan  xalqları 

arasına da səpilib. 

25  ildən  artıqdır  ki,  iki  qonşu  xalq  müharibə  şəraitində  yaşamağa  məcbur  edilir.  Bu  müddət 

ərzində hər iki xalqın nümayəndələri bir-birlərinə qarşı düşmənçilik və nifrət təbliğatının qurbanı 

kimi davranırlar. Formal xarakter almış atəşkəs rejimində üz-üzə dayanmış gənc əsgərlər, cəbhə 

bölgəsinə  yaxın  ərazilərdə  isə  mülkü  insanlar  həlak  olur.  Son  dövrlərdə  xüsusilə  gərginləşən 

hərbi  vəziyyət  iki  qonşu  xalqın  barışmasına  və    ədalətli  sülh  içində  yaşamasına  olan  bütün 

ümidləri  məhv  etməli  idi.  Lakin  bu  insanların  arasında  ümidini  itirməyən  və  sülhə  inanan 

vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mövcud çətinliklərə  baxmayaraq, sülh təşəbbüsü 

ilə  çıxış  etdilər.  6  dekabr  2016-ci  ildə  bu  insanlar  Ermənistan-Azərbaycan  Sülh  Platformasının 

əsasını  qoydular.  Yarandığı  gündən  hər  iki  xalqın  vətəndaş  cəmiyyəti  üzvlərini,  ictimai  siyasi 

xadimlərini,  mətbuat  nümayəndələrini  sülh  quruculuğu  işinə  cəlb  edərək  hər  iki  cəmiyyətdə  bu 

ideyaları  çətinliklə  də  olsa  təşviq  edir,  yaranan  təpkilərə  baxmayaraq,  öz  işlərində  inamla 

irəliləyirlər.  Bütün  bu  fəaliyyət  Ermənistan-Azərbaycan  Sülh  Platforması  olaraq  bizim  daha 

səmərəli nəticələr naminə effektiv institutlaşmağımıza imkan verir.  

30  Oktyabr  2017-ci  ildə  Gürcüstanın  paytaxtı  Tbilisi  şəhərində  hər  iki  xalqın  sülhsevər 

nümayəndələri  və  ATƏT-in  Minsk  qrupuna  daxil  olan  ölkələrin  ictimai-siyasi  xadimləri  bir 

araya  gələrək  qurultay  keçirdi.  Qurultayda  Ermənistan-Azərbaycan  Vətəndaş  Sülh  Platforması 

təsis edilib və onun idarə heyəti, digər seçkili orqanları formalaşıb.  




Zati-aliləri Papa Fransisk! 

 

Qurultay iştirakçıları adından Sizə müraciət edərək bu müqəddəs işimizə xeyir-dua verməyinizi 

və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması, insanların öz 

yurd-yuvalarına qayıtması, iki qonşu xalq arasında 25 ildən artıq davam edən düşmənçiliyə son 

qoyulmasına öz köməyinizi əsirgəməməyi Sizdən xahiş edirik. 

Müqəddəs İncildə qeyd olunduğu kimi: “Sülhpərvərlər xoşbəxtdir, çünki onlara Allahın oğulları 



deyiləcək”. 

 

Dərin hörmətlə, 



Ermənistan Azərbaycan Vətəndaş Sülh Platformasının Qurultayı adından: 

Artur A

ğ

acanov

Kamil S

ə

limov

Yüklə 465,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə