Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə18/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   14   15   16   17   18   19   20   21   ...   192

 

38 


kiĢilər – elə bütün  qadınlar da – hər iĢi onları daxilən hərəkətə gətirən istək və ya həvəsə görə 

görürlər  –  baĢqa  bir  kiĢini,  ya  da  baĢqa  bir  qadını  təqlid  edəcək  qədər  ağılsız  olsalar  belə. 

Əslində, Ģəhərdə yalnız bircə adam Banç haqqında az və ya çox dərəcədə əminliklə danıĢa bilər; 

ancaq Ģəhərin Bançla onun əlaqəsindən xəbəri yoxdu, çünki onlar yalnız gecələr görüĢüb söhbət 

edirlər.  O  adamın  soyadı  Haytauerdir.  Ġyirmi  beĢ  il  bundan  əvvəl    nüfuzlu  kilsələrdən  birinin, 

bəlkə də, onlardan ən nüfuzlusunun keĢiĢi olub. Bircə o bilir ki, hər Ģənbə günü axĢam düĢəndə – 

xəyali  fit  səsi  eĢidildikdən  sonra  (yaxud  da    Bançın  iri  gümüĢü  saatı  onun  eĢidildiyini 

göstərdikdən sonra) Banç hara yollanır. Missis Bird isə  – Banç onun kiçicik sarayında yaĢayır  – 

yalnız bunu bilir ki, Banç hər Ģənbə günü saat yeddiyə iĢləmiĢ iĢdən evə gəlir, yuyunur, ucuz və 

nimdaĢ diaqonal kostyumunu əyninə geyinib Ģam yeməyini yeyir, evin arxasındakı tövlədə,  öz 

əliylə təmir etdiyi və damını örtdüyü tövlədə saxladığı qatırı çullayır, onun belinə minib evdən 

çıxır. Onun  hara getdiyini isə o bilmir. Bircə keĢiĢ Haytauer bilir ki, o, Ģəhərdən otuz mil aralıya 

yollanır,  bazar  gününü  buradakı  kənd  kilsəsində  xora  rəhbərlik  etməklə  keçirir  –  ibadət  bütün 

gün boyu davam edir. Təxminən gecə yarısı qatırı çullayıb, bütün gecəyə qurulmuĢ eyni sürətlə, 

yorğa  qaçıĢla  geriyə  –  Ceffersona  qayıdır.  Bazar  ertəsi  tezdən  isə  fabrikin  fiti  çalınanda  artıq 

əynində təmiz köynək və kombinezon öz iĢ yerində – dəzgahın arxasında hazır olur. Missis Bird 

təkcə  bunu  bilir  ki,  hər  həftənin  Ģənbə  gününün  Ģam  yeməyindən  bazar  ertəsinin  səhər 

yeməyinədək onun otağı və qatırının tövləsi  boĢ olur. Onun hara getdiyi və getdiyi yerdə nə iĢlə 

məĢğul olduğu bircə Haytauerə məlumdu, çünki Banç həftədə iki-üç dəfə, gecədən xeyli keçmiĢ 

Haytauerin  tək-tənha, Ģəhər  əhlinin dediyi kimi,  rüsvayçılıq içərisində  yaĢadığı, rənglənməmiĢ, 

darısqal, yalqız, yarıqaranlıq, kiĢi üfunəti verən kiçicik evində sabiq keĢiĢi ziyarət edir. Hər ikisi 

–  cılız,  heç  nəyi  ilə  seçilməyən,  öz  iĢ  yoldaĢları  üçün  müəmmaya  çevrildiyini  ağlına  belə 

gətirməyən  bir  adam  və  öz  kilsəsi  tərəfindən  inkar  edilmiĢ  əlli  yaĢlı  səfil-sərgərdan  burada, 

keĢiĢin kabinetində oturub sakitcə söhbət edirlər. 

Və budur, Bayron aĢiq olur. Öz qısqanc və ciddi, eĢq obyektinin cismani bakirəliyini tələb 

edən  kənd  tərbiyəsinə  rəğmən  aĢiq  olur.  Bu  hadisə  Ģənbə  günü  günortadan  sonra,  o,  sexdə 

təkbaĢına  qaldığı  vaxt  baĢ  verir.  Ġki  mil  aralıda  hələ  də  ev  yanır  və  sarı  tüstü  dumanı  hələ  də 

üfüqün baĢı üzərində dimdik, abidə kimi göylərə ucalır. Onlar bu dumanın ağacların üzərindən 

göyə  ucaldığını  nahar  fiti  çalınmamıĢdan  qabaq,  hələ  evlərinə  dağılmamıĢdan  əvvəl 

görmüĢdülər. “Hə, bu gün, yəqin, Bayron da gedər, – onlar dedilər, – yanğına tamaĢa eləmək ki, 

pulsuzdur”. 

– Böyük  yanğına oxĢayır,  –  biri dedi.  –  Bu  yanan  nə  ola  bilər görəsən? Orada  bu  boyda 

tüstü çıxaracaq qədər böyük bir Ģey olduğunu heç cür yadıma sala bilmirəm, təkcə Berdenlərin 

evindən savayı. 




 

39 


–  Bəlkə  də,  yanan  elə  odu,  –  digəri  dedi.  –  Əlli  il  bundan  qabaq,  bu  Ģəhərdə  hamının 

dediyini sözü mənim atam hələ də yaxĢı xatırlayır: ona od vurmaq lazımdı, özü də  insan piyiylə,  

daha Ģiddətlə alıĢıb-yansın deyə. 

– Gizlincə gedib ona od vuran sənin o əziz atacığın olmasın? – üçüncü dedi. Hamı gülüĢdü. 

Sonra yenidən iĢlərinə davam etdilər, arabir iĢdən ayrılıb, tüstü  qalxan tərəfə baxa-baxa günorta 

fitinin  çalınmasını gözlədilər. Bir az keçəndən sonra ağac daĢıyan yük maĢını ora gəldi. ġəhərin  

içindən keçib gələn sürücüdən o yanğını soruĢdular. 

– Berdenlər? – sürücü dedi. – Hə, elədi. Onların evidi yanan. ġəhərdə deyirlər ki, Ģerif də 

ora yollanıb. 

–  Deyəsən,  Uatt  Kennedinin  də  könlünə  yanğına  tamaĢa  eləmək  düĢüb,  hərçənd  polis 

niĢanını da havayı yerə döĢündə gəzdirmir. 

–  Əgər  kimisə  həbs  eləmək  niyyətindədirsə,  –  sürücü  dedi,  –    Ģəhərin  qırımından  belə 

görünür ki, orda onun iĢi o qədər də çətin olmayacaq. 

Nahar  fiti  çalındı.  Hamı  dağılıĢdı.  Bayron  gümüĢü  saatını  önünə  qoyub  oturdu,  yeməyə 

baĢladı.  Saat  bir  tamamı  göstərəndə  iĢinə  yollandı.  YumĢaq  olsun  deyə  çiyninin  üstünə  qalın  

döĢəkçə  qoyaraq,  nəinki  daĢıya,  hətta  yerdən  qaldıra  biləcəyi  belə  güman  edilməyən  iri  taxta 

Ģələlərini  bir-bir  çiyninə  alıb,  yorulub-usanmadan,  bir  ahənglə  anbardan  vaqona  daĢımağa 

baĢlayanda  ətrafda heç kimsə yox idi. Növbəti Ģələni çiyninə alıb vaqona tərəf yolananda Lina 

Qrouv,  üzündə  çoxdan  gözlədiyi  görüĢə,  axır  ki,  qovuĢmanın  əminliyindən  doğan  həlim 

təbəssüm onun ardınca qapıdan  içəri girir,   artıq  dodaqları aralanıb, adı dilinə  gətirmək  istəyir. 

Bayron onun hənirtisini eĢidib geriyə dönür və qadının üzündəki təbəssümün bulağın gözünə daĢ 

atıldıqdan sonra əriyib yox olan dalğalar kimi öləziyib söndüyünü görür. 

–  Siz  o  deyilsiniz,  –  Lina  öləziyib  sönən  təbəssümün  arxasından  ciddi  uĢaq  təəccübüylə 

deyir. 


– Elədi, – Bayron deyir. Çiynində Ģələ,  azacıq yana dönüb susur. – Deyəsən, o deyiləm. 

Bəs o kimdir? 

– Lukas Berç. Mənə dedilər ki ... 

– Lukas Berç? 

 

Mənə dedilər ki, onu burda tapa bilərəm. – Səsində nəsə yumĢaq bir inamsızlıq duyulur, 



gözünü qırpmadan ona baxır, sanki, Bayronun onu aldatmağa çalıĢdığını düĢünür. – Mən Ģəhərin 

həndəvərinə ayaq basdığım andan hamı onu Berç yox, Banç adlandırmağa baĢladı. Elə bilirdim, 

adını səhv deyirlər. Ya da ki, onların dediyini mən səhv eĢidirəm. 

 



Yox,  səhv  eĢitməmisiniz,  –  o,  cavab  verir.  –  Özüdür  ki,  var:  Banç.  Bayron  Banç.  – 

Çiynindəki  Ģələni  yerə  qoymadan  ona  –  yançaqları  basıb  əzən  ağırlaĢmıĢ  qarına,  kor-kobud, 

üstünü sapsarı toz basmıĢ kiĢi ayaqqabılarına baxır. – Siz missis Berçsinizmi? 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə