15
dedi. – Gör dabanlarını yerə necə ağır basır, o saat bilinir ki, çox yer ayaqlayıb, allah bilir, hələ
nə qədər də yol getməlidi.
– Yəqin buralarda kiməsə qonaq gəlib, – Uinterbotom dedi.
– Məncə, yox. Belə olsaydı mən eĢidərdim, – Armstid dedi. Qadın uzaqlaĢdı. Bir dəfə də
olsun, dönüb geriyə baxmadı. Və ağır-ağır, tələsmədən, usanmadan, təzəcə cana gələn günün
özü kimi yavaĢ-yavaĢ uzaqlaĢıb gözdən itdi. Onların söhbətindən, hətta bəlkə də, Ģüurlarından
belə silinib getdi. Çünki bir az keçəndən sonra Armstid nə üçün gəldiyini söylədi. O, artıq iki
dəfə burada olmuĢdu – arabada beĢ mil yol gəlmiĢ, düz üç saat Uinterbotomun sarayının
kölgəsində çöməltmə oturaraq, tez-tez yerə tüpürə-tüpürə, öz qəbiləsinə xas nəhayətsiz bir
lənglik və astagəlliklə niyyətini açıb deməyə çalıĢmıĢdı. Uinterbotomun satmaq istədiyi
kultivatoru ala biləcəyi qiyməti ona demək istəyirdi. Və budur, Armstid günəĢə baxıb, üç gün
bundan qabaq yataqdaykən təklif etməyə qərar verdiyi qiyməti dilinə gətirdi. – Ceffersonda bu
qiymətə verən birisini tanıyıram, – o dedi.
– Verirdisə, gərək alaydın, – Uinterbotom dedi. – Bundan ucuzunu hardan tapacaqsan?
– Elədi, – Armstid dedi. Yerə tüpürdü. Bir də günəĢə sarı baxıb, ayağa qalxdı. – Həə,
deyəsən vaxtdır, evə hazırlaĢmaq lazımdır.
Arabasına minib qatırları oyatdı. Daha doğrusu, onları hərəkətə gətirdi, çünki qatırın
yatmıĢ olduğunu və yaxud yuxudan ayıldığını ancaq zənci baĢa düĢə bilər. Uinterbotom hasara
qədər onunla gəldi, çəpərin üst tirinə dirsəkləndi.
– Hə, ser, – dedi. – O qiymətə elə özüm də alardım. Sən almasan, lənətə gəlim, əgər gedib
onu bu qiymətə almasam. Bəs o adam bir cüt qatırını necə – beĢ dollara satmır ki?
– Elədi, – Armstid deyir. Arabasını hərəkətə gətirir, araba uzun yolu tənbəl-tənbəl,
cırıldaya-cırıldaya üyütməyə baĢlayır. O da bir daha dönüb geri baxmır. Ancaq, deyəsən, heç
irəliyə də baxmır, çünki yolun qırağındakı arxın üstündə oturan qadını görmür, yalnız araba
təpənin lap baĢına çıxandan sonra onun fərqinə varır. O mavi xələti uzaqdan görüb tanıdığı anda
qadının da arabanı görüb-görmədiyini heç cür dəqiq deyə bilməzdi. Araba ağır, iliyə iĢləyən
mürgü abı-havası və qatırların öz zınqırovlarını hərdənbir cingildədə-cingildədə, dovĢan
qulağına bənzəyən qulaqlarını heysiz-heysiz yellədə-yellədə lunatikcəsinə, aram-aram
addımladığı qırmızımtıl toz burulğanı içində cırhacırla təpəyə qalxdıqdan sonra – heç bir hərəkət
əlaməti sezilməsə də, onlar yavaĢ-yavaĢ bir-birinə yaxınlaĢanda – onun da bu qadına gözünün
ucu ilə belə baxıb-baxmadığını heç kim anlaya bilməzdi; və o, nəhayət, cilovu çəkib arabanı
saxlayanda qatırlar hələ də nə yatmıĢ, nə də oyaq idilər.
Bomboz bozarmıĢ, adi su və sabundan deyil, nəsə tamam baĢqa bir Ģeydən soluxmuĢ mavi
ləçəyin altından gənc, suyuĢirin, sadədil və canlı bir sifət sakitcə, ehtiramla ona tərəf baxır. Hələ
yerindən tərpənmir. Elə o cür bozumtul mavi xələtə bürünmüĢ bədən ağırlaĢıb, hərəkətsizdir.
16
Yelpiyi və bağlaması dizinin üstündədir. Corab da geyinməyib. Yorğun yalın ayaqlarını
cütləĢdirərək dincəlmək üçün arxın içinə sallayıb. Böyründəki tozlu, ağır kiĢi ayaqqabıları heç
də onlardan dinc deyil. Yerində donub qalmıĢ arabada Armstid belibükük, gözləri bozarmıĢ
halda oturub. O, yelpiyin qıraqlarının da ləçək və xələtinki kimi eyni cür bozumtul mavi rənglə
toxunduğunu görür.
– Uzağamı gedirsən? – O soruĢur.
– Qaranlıq düĢməmiĢ yolumu bir az da qısaltmaq istəyirəm, – qadın cavab verir.
Ayaqqabılarını götürüb yerindən qalxır. Aramla, tələsmədən yola çıxır, arabaya tərəf gedir.
Armstid ona kömək etmək üçün arabadan aĢağı enmir. Qadın ağır-ağır təkərin üstünə çıxaraq
arabaya minib, ayaqqabılarını oturacağın altına qoyanacan o yalnız qatırların cilovunu dartıb
onları tərpənməyə qoymur. Araba yerindən tərpənir.
– Çox sağ olun, – qadın deyir. – Lap əldən düĢmüĢdüm, ayaqlarım zoqquldayır.
Deyəsən, Armstid heç ona bircə dəfə də olsun, diqqətlə baxmayıb. Ancaq barmağında
niĢan üzüyü olmadığını artıq görüb. Ġndi də ona baxmır. Araba yenidən tənbəl-tənbəl cırıldamağa
baĢlayır.
– Uzaqdanmı gəlirsən? – Armstid soruĢur.
Qadın nəfəsini dərir. Bu heç də dərindən köks ötürməyə bənzəmir, sanki, heyrətdən doğan
bir rahatlıqla nəfəsini bayıra buraxır.
– Ġndi baxıram ki, xeyli uzaqdan. Alabamadan gəlirəm.
– Alabamadan? Bu vəziyyətdə? Bəs sənin ailən hardadı?
Qadın da ona sarı baxmır.
– Onunla hardasa oralarda qarĢılaĢacağıma ümid eləyirəm. Bəlkə, siz onu tanıyırsınız. Adı
Lukas Berçdir. Orda, yolda mənə dedilər ki, o, Ceffersondadır, yonqar sexində iĢləyir.
– Lukas Berç. – Armstid bu adı, demək olar ki, eyni tonda təkrar edir. Onlar yayları
qırılmıĢ, batıq oturacaqda yan-yana oturublar. O, qadının əllərini – onları çalın-çarpaz dizlərinin
üstünə qoyub – və bir də ləçəyinin altından profilini görə bilir; özü də yalnız gözünün bır qırağı
ilə görür. Qadınsa, deyəsən, gözlərini qatırların heysiz qulaqları arasından uzanıb gedən toz-
torpaqlı yola zilləyib. – Deməli, sən onu axtara-axtara buralara qədər bir belə yolu pay-piyada
gəlmisən?
Dərhal cavab vermir. Sonra deyir:
– Hər yerdə yaxĢı adamlara tuĢ gəldim. Çox yaxĢı adamlardı.
– Qadınlardamı? – Gözünün ucuyla, yanakı ona baxır və fikirləĢir Heç bilmirəm Marta
buna nə deyəcək
fikirləĢir:
“Deyəsən, bilirəm Marta nə deyəcək. Mən bilən, qadınlar xeyirxah
olmaqdan daha çox gözəldilər. KiĢilər – bəlkə də. Qadınlarsa, – yalnız çirkin qadın xeyirxahlığa