Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə70/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   66   67   68   69   70   71   72   73   ...   192

 

14



– Yox, ser. Onun əri yoxdur. Orda ondan baĢqa heç kim yaĢamır. 

– Hə-ə. Yəqin, qoca qarıdır. 

– Yox, ser. Miss Berden qoca deyil. Amma cavan da deyil. 

– Deməli, orda tək yaĢayır. Bəs qorxub eləmir? 

–  Bu  Ģəhərdə  ona  kim  pislik  eləyəcək?  QonĢuluqdakı  qaradərililər  həmiĢə  onun  qeydinə 

qalırlar.  

– Qaradərililər onun qeydinə qalır? 

Bu anda oğlan uĢağı, sanki, özü ilə onu sorğu-suala tutan kiĢi arasındakı qapını örtdü. 

– Axı burda ona kim pislik eləyəcək? O ki  heç kimə pislik eləmir. 

– Yəqin ki, elədi, – Kristmas dedi. – Bu yolla getsəm, o biri Ģəhər çox uzaqdadı? 

– Deyillər ki, otuz mil olar. Siz ki  bu qədər yolu piyada getməyəcəksiniz, elə deyil? 

–Yox,  –  Kristmas  dedi.  Sonra  dönüb  yoluna  davam  elədi.  Zənci  oğlan  onun  arxasınca 

baxdı. Sonra o da dönüb, əlindəki vedrə bozarmıĢ Ģalvarına dolaĢa-dolaĢa öz yoluyla getdi. Bir 

qədər gedəndən sonra dönüb geriyə baxdı. Onu sorğu-suala tutan adam xeyli aralanmıĢdı, amma 

o qədər də yeyin yerimirdi. Rəngi bozarmıĢ, yamaqlı, dar pencək geyinmiĢ zənci oğlan təzədən 

yoluna  davam  etdi.  Ayaqları  yalın  idi.  Bir  az  getdikdən  sonra  yolundan  qalmadan  atdanıb-

düĢməyə  baĢladı,  Ģokolad  rəngli,  sümükləri  çıxmıĢ  topuqlarının,  gödək,  bomboz  bozarmıĢ 

Ģalvarının ətrafını qıpqırmızı toz dumanı bürüdü; ritmə, musiqi təqtinə uyğun, amma motivsiz bir 

notda mızıldandı: 

                                                                             

                            Demə ki, bacarmaram, 

                            Bəs kim bacara bilər? 

                            Ağ qız istəyir könlün,               

                            Başdan keçəsən gərək.  

 

Kristmas  evdən  yüz  yard  aralıda,  kolluqda  uzanıb  əvvəlcə  saatın  doqquzu,  sonra  da  onu 



vurduğuna qulaq  verdi.  Ağaclığın arasından dikələn kvadrat  formalı  nəhəng ev gözləri önündə 

səyriyirdi. Yuxarıdakı pəncərədən iĢıq gəlirdi. Pəncərənin tayları açıq olduğundan içəridə ağ neft 

çırağının  yandığını,  arabir  uzaq  divara  düĢən  adam  kölgəsini  aydın  görürdü.  Amma  adamın 

özünü bircə dəfə də olsun aydın görə bilmədi. Bir müddət keçəndən sonra çırağın iĢığı söndü.  

Ev  qaranlığa  büründü;  bir  daha  o  tərəfə  baxmadı.  Kolluqda  qaranlıq  torpağın  üstündə 

üzüqoylu uzanmıĢdı. Önündəki kolluğu zil qaranlıq bürümüĢdü; bu müdhiĢ, qatı, soyuq, min bir 

düĢüncəli  qaranlıq  onun  köynəyinin,  Ģalvarının  içinə  soxulurdu,  sanki,  günəĢ  iĢığı  kolluqların 

arasında azıb qalmıĢ bu nəmiĢli havaya heç zaman toxunmamıĢdı. O, günəĢ Ģüasının nə olduğunu 

bilməyən  nəm torpağın  əynindəki paltarın altından  yavaĢ-yavaĢ paçasının arasına,  yanbızlarına, 



 

14



sinəsinə, sonra da çiyinlərinə doğru necə acgözlüklə qalxdığını hiss etdi. Alnını çarpaz qollarının 

üstünə dirədi, burun pərlərinə münbit, qapqara torpağın kəskin iyi doldu. 

Bir  az aralıda qaralan  evə tərəf  bircə dəfə də olsun  baxmadı. Bir saatdan  artıq  kolluqda 

hərəkətsiz halda uzanıb qaldı və yalnız bundan sonra qalxıb ordan çıxdı. Gizlənib eləmədi. Evə 

xəlvətcə yaxınlaĢmadı, o qədər də ehtiyatlı olmağa çalıĢmadan birbaĢ ona tərəf yollandı. Sadəcə,  

təbii yeriĢiymiĢ kimi addımlarını ehmalca ata-ata artıq siluet cizgiləri də qaranlığa bürünən evin 

baĢına  dolanıb,  onun  arxa  tərəfinə  keçdi:  mətbəx  burda  olmalıydı.  ĠĢığı  sönmüĢ  pəncərənin 

altında ayaq saxlayıb içəri boylanarkən saldığı səs piĢiyin saldığı səsdən yüksək olmazdı. Onun 

addım səslərini duyan kimi aĢağıda, ayağının altındakı otların arasında dərhal səslərini  kəsib onu 

kiçik  bir  sükut  adasıyla-öz  zəif  səslərinin  yüngül  sarı  kölgəsi  ilə  dövrəyə  alan  mığmığalar 

yenidən vızıldaĢmağa baĢladılar və o, yoluna davam edəndə elə o cür də zəif, həssas iĢbirliyi ilə 

səslərini kəsdilər. Evin arxa tərəfində  ona bitiĢik birmərtəbəli,  balaca  bir  fligel

8

 vardı.  “Mətbəx 



bu olmalıdı, – o fikirləĢdi. – Elədi, özüdü ki var”. Səsini içinə udmuĢ cücülərin yaratdığı adayla 

birlikdə  sakitcə  ona  yaxınlaĢdı.  Mətbəx  binasının  divarında  qapı  aydın  seçilirdi.  Əgər  o  qapını 

itələsəydi,  açıq  olduğunu  görərdi.  Ancaq  itələmədi.  Onun  yanından  keçib,  pəncərənin  altında 

dayandı. Oraya  qalxmamıĢdan əvvəl, lap yuxarıdakı iĢıqlı pəncərənin  torsuz olduğunu xatırladı. 

Mətbəx  pəncərəsi  də  bağlı  deyildi,  hətta  açıq  qalsın  deyə  arasına  taxta  parçası  da 

qoymuĢdular.  “Bunu  necə  baĢa  düĢmək  olar?”  –  o  düĢündü.  Əllərini  pəncərənin  alt  taxtasının 

üstünə qoyub, rahatca nəfəs ala-ala, heç nəyə qulaq kəsilmədən,  heç yerə tələsmədən – sanki, bu 

dünyada  harasa tələsməyə  heç  bir  lüzum  yoxmuĢ  –  onun önündə  dayanıb  qaldı.  “Hə-əəəə... Di 

gəl  bunu  baĢa  düĢ.  Hı-ııım...”  Sonra  pəncərəyə  qalxdı;  bilinməzliyin  və  qara  zülmətin  ilkin 

bətninə səssizcə və hərəkətsiz qayıdan kölgə kimi birdən sorulub qaranlıq mətbəxin içinə düĢdü. 

Bəlkə  də  bu  anda  o,  haçansa  gecələr  xəlvətcə  girib-çıxdığı  pəncərə  barədə,  ora  girib-çıxarkən 

güvəndiyi kəndir barədə düĢündü; bəlkə də, düĢünmədi.  

Yəqin ki, düĢünmədi –  fürsət anında baĢqa heç  bir pəncərə barədə düĢünməyən piĢik kimi 

düĢünmədi. PiĢik kimi o da, elə bil, qaranlıqda görürdü, heç bir səhvə yol vermədən birbaĢ düz 

yemək olan yerə getdi, sanki, onun harda olduğunu qabaqcadan bilirdi, ya da bunu qabaqcadan 

bilən  hansısa  bir qüvvə  onu ora apardı. Görünməyən  boĢqabdan görünməyən  əllərilə  görünmə-

yən yeməyi yedi. Yediyinin nə olduğuna tamam biganə idi. Heç nə hiss elədiyini, hansı yeməyin 

dadını xatırlamağa çalıĢdığını da dərk etmirdi; birdən çənəsi çeynəməyə ara verdi və düĢüncəsi, 

acı  məğlubiyyətlərə,  bundan  da  acı  qələbələrə  Ģahid  olmuĢ,  adi,  nəzərə  çarpmayan  tin  və 

döngələrdən yan keçib, iyirmi beĢ il əvvələ, küçəyə qayıtdı; dəhĢətli ilk məhəbbət dövründə, indi 

adını belə xatırlamadığı o qızı dayanıb gözlədiyi tindən də beĢ mil geriyə sıçradı, hətta ondan da 

beĢ mil o yandakı tində nəfəsini dərdi İndi biləcəm. Mən əvvəllər hardasa belə bir şey yemişəm. 

                                                

8

 



 Fligel – əsas binanı n yanı nda tikilən otaq və ya əlavə tikili 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə