26
3
– Aydındır – dedi. – Mənə kələk gəlmək istəyir. Deməli, istəyir ki, qaçıb aradan çıxım, min
dolları özü qamarlasın. Sənə nə qədər vəd eləyib?
– Mənə? Biz səninlə onu qardaĢ malı kimi, sentinəcən yarı böləcəyik.
Bir an keçməmiĢ Braun köməkçiyə elə nifrətlə baxmağa baĢladı ki, sanki, bu adam onun ən
qatı düĢməniydi. Sonra çarəsiz halda, hirslə kobud söyüĢ söydü – kimin ünvanına, bilinmədi.
– YaxĢı, daha nəyi gözləyirik, – dedi. – Əgər getməliyiksə, sür gedək.
ġəhərdən çıxıb yanğın və qətl hadisəsinin baĢ verdiyi səmtə tərəf üz tutdular. Braun, dar
yolda avtomobilin qabağına qaçan yiyəsiz qatır kimi, tez-tez, eyni ritm və ahənglə fınxırıb baĢını
yanpörtü yuxarı atırdı.
– Biz nə üçün bu tərəfə gedirik?
– Sənin mükafatını almaq üçün, – köməkçi dedi.
– Burda onu hardan alacam?
– Odur, bax, o daxmada. Orda o, səni gözləyir.
Braun haçansa mülk evi olmuĢ qapqara kösövlərə, içində dörd ay yaĢadığı, illərin isti-
soyuğundan soluxub nimdaĢlaĢan, indi isə günəĢ altında sakitcə mürgüləyən daxmaya ötəri nəzər
saldı. QaĢqabağını tökmüĢ,
döyükə-döyükə
qalmıĢdı.
– Yox, burda nəsə fırıldaq var. Bu Kennedi elə bilir ki, dəmir niĢanı döĢünə vurubsa,
deməli, mənim hüquqlarımı kefi istədiyi kimi tapdalaya bilər...
– Yeri, yeri, – köməkçi dedi. – Əgər mükafat xoĢuna gəlməsə, onsuz da, burda gözləyirəm,
haçan istəsən, səni geri, həbsxanaya qaytaracam. Kefin haçan istəsə, istənilən an. – O, Braunu
qabağa itələdi, daxmanın qapısını açıb, onu zorla içəri saldı, sonra da qapını örtüb, pilləkənin
üstündə oturdu.
Braun qapının arxasınca necə örtüldüyünü eĢitdi. Qeyri-ixtiyari bir az da irəli getdi. Və
birdən, hələ bu otağın içini iti, əndiĢəli, hər bir küncü eyni anda görməyə çalıĢan çaĢqın
nəzərlərlə – sanki, gözlərinin otağa öyrəĢməyə heç cür hövsələsi çatmırdı – yoxlamağa macal
tapmamıĢ yerindəcə donub qaldı. Lina çarpayıda uzandığı yerdən onun ağzının qırağındakı
çapığın dərhal silinib yox olduğunu aydın gördü, elə bil, təlatümə gəlmiĢ qan onu kəndirdən
asılmıĢ paltar kimi ordan dartıb qopardı. Lina cınqırını belə çıxarmadı. O, belini balınca
söykəyib uzanmıĢdı, ayıq nəzərlərlə ona baxırdı; bu baxıĢlarda heç nə ifadə olunmamıĢdı – nə
sevinc, nə təəccüb, nə təhər-töhür, nə də sevgi; Braunun sifətində isə çaĢqınlıq, qəzəb və nəhayət,
dəhĢətli bir qorxu – sanki, satqın ağ çapığa riĢxənd edirlərmiĢ kimi – bir-birini əvəzləyir,
hövlnak, küncə qısdırılmıĢ gözlər boĢ otağı ələk-vələk etməyə çalıĢırdı. Lina onun bu gözləri,
qəfil ürkmüĢ bir cüt at kimi, nəhayət, zorla da
olsa, birtəhər cilovlaya bildiyini, göz-gözə gəlmək
üçün ona tərəf döndərməyə çalıĢdığını gördü.
26
4
– Belə-belə iĢlər, – o dedi. – Belə-belə iĢlər. Bir buna bax, bu ki, Linadı. –Braunun onun
baxıĢlarına tab gətirə bilmək üçün öz gözlərini ürküb qaçmağa can atan bir cüt at kimi zorla
cilovlayıb saxlamağa, onları qaçmağa qoymamağa çalıĢdığını Lina aydın görürdü – sanki, bu
adam yaxĢı baĢa düĢürdü ki, əgər onların cilovunu əlindən buraxsa, məhv olacaq, ikinci dəfə
onları geri döndərə, qaytara bilməyəcək. Lina, az qala, indi, bu saat onun Ģüurunun əndiĢə, təlaĢ,
qorxu içində dilinə, səsinə ötürmək üçün nəsə bir Ģey axtarırmıĢ kimi oyan-buyana necə
səkdiyini də aydınca görürdü. – Allah haqqı, bu, Linadı. Vallah, belədi, ser. Deməli, sən mənim
məktubumu almısan. Mən bura gələn kimi sənə yazmıĢdım, keçən ay, burda iĢlərimi qaydaya
salan kimi elə bilirdim yolda itib-batıb, gedib sənə çatmayıb... Bir oğlan vardı, heç adını da
bilmirəm, o dedi ki, aparıb çatdıra bilər... Belə baxanda o qədər də etibarlı adama oxĢamırdı,
amma baĢqa əlacım yox idi; sonra fikirləĢdim, yol pulun olsun deyə sənə onunla on dollar pul da
göndərdim... – Onun səsi qırıldı, yalnız gözlərindəki ümidsizlik heç cür səngimək bilmirdi. Lina,
onun Ģüurunun aramsız olaraq necə çək-çevir etdiyini hələ də aydın görür və amansızcasına, heç
bir hissə qapılmadan ciddi, qırpılmayan, dözülməz baxıĢlarla onun necə çağaladığına, necə
gicəlləndiyinə, ora-bura vurnuxduğuna tamaĢa edirdi; nəhayət, məğrurluq tamamilə gücdən
düĢüb bəraət istəyi səviyyəsinə endi, sonra isə onun son və acı qalıqları bu adamı tərk edərək,
onu axırıncı sığınacaqdan da məhrum etdi. Məhz onda Lina danıĢmağa baĢladı. Səsi asta, sakit
və soyuq idi.
– Bura gəl, – dedi. – Yaxın gəl. Qorxma, o səni diĢləməz. – Nəhayət, o, yerindən tərpəndi,
amma barmaqlarının ucunda yeridi. Lina artıq ona tərəf baxmasa da, bunu gördü. Ona tərəf
baxmasa da, bunu da, indi onun yöndəmsiz, qorxa-qorxa, demək olar ki, məhrəmanə bir
ehtiyatlılıqla ona və yuxulu körpəyə yaxınlaĢdığını da bilirdi. Ancaq onu da bilirdi ki, bu
ehtiyatlılıq nə körpə önündə olduğuna, nə də bu körpənin özünə görə deyildi. Bilirdi ki, bu saat
onun gözünə körpə-filan görünmür.
Və
Lina hələ də onun Ģüurunun necə vurnuxduğunu, çək-
çevir etdiyini yaxĢı görürdü.
Özünü elə göstərməyə çalışacaq ki, guya, heç nədən qorxmur o
fikirləĢdi Bu adam yalandan qorxuram deyəcək qədər həyasızdı, bir vaxtlar qorxmadan yalan
danışdığı kimi
– Belə-belə iĢlər, – Braun dedi. – Bir buna bax, doğrudan da uĢaqmıĢ.
– Hə, – Lina dedi. – Bəlkə, oturasan. – Haytauerin yaxına çəkdiyi stul hələ də çarpayının
böyründəydi. Braun ona çoxdan diqqət yetirmiĢdi. Hər şeyi mənim üçün qabaqcadan hazırlayıb
o fikirləĢdi və yenə söyüĢ söydü – kimsə arxadan onu qovurmuĢ kimi səssizcə, ürəyində,
qəzəblə. Ax, əclaflar. Ax, əclaflar Ancaq stula oturanda sifətində bunların heç birindən əsər-
əlamət belə yox idi.
– Bəli, ser. Bax, yenə bir yerdəyik. Lap elə mən fikirləĢdiyim kimi. Özüm sənin üçün hər
Ģeyi hazırlayacaqdım, amma son vaxtlar iĢ-gücüm yaman çox oldu, baĢımı qaĢımağa belə vaxt