62
Bayron səsini kəsir. Sakitcə keĢiĢin üzünə baxır, sifətinə onun halına acıyan, ona yazığı
gələn bir ifadə çöküb.
– Mən bilirdim ki, siz hələ eĢitməmisiniz. Bilirdim ki, bunu sizə danıĢmaq mənim
boynuma düĢəcək.
– Nəyi hələ eĢitməmiĢəm?
– Kristmas haqqında deyilənləri. Dünən baĢ verənləri, Kristmas haqda... Kristmasın
qanında zənci qanı var. Onun haqda, Braun haqda, dünən baĢ verənlər haqda.
– Zənci qanı, – Haytauer deyir. Səsi çox yüngül, çox adi çıxır, sanki, xırda bir quĢ lələyi
səssizcə havada uçaraq, çəkisiz bir Ģey kimi sükutun içinə düĢür. O, yerindən tərpənmir. Hələ bir
neçə an da tərpənməyəcək. Sonra isə bu təhlükədən yayınmaq, onu özündən uzaqlaĢdırmaq
istəyi, sanki, bütün vücuduna hakim kəsilir, sanki, onun bir hissəsi kimi sifət cizgiləri də
hərəkətə gəlir və Bayron enli, lırt, donuq sifəti birdən-birə necə tər basdığını görür. Ancaq
səsinin ahəngi yüngüldü, sakitdi. – Kristmas haqda, Braun haqda nə danıĢırlar, dünən nələr baĢ
verib? – deyə soruĢur.
Uzaq kilsədən gələn musiqi səsi çoxdan susub. Otaqda yalnız cücülərin aramsız
cüyültüsü və bir də Bayronun yeknəsəq səsi eĢidilir. Haytauer stolun arxasında belini dikəldib.
Hər ovcunu kreslonun bir qoltuğunun üstünə qoyub, qurĢaqdan aĢağısını stol gizlədib – indi o,
qədim bir ġərq bütünü xatırladır.
– Bu, dünən səhər baĢ verib. Kəndçilərdən biri ailəsi ilə birlikdə arabada Ģəhərə
gedirmiĢ. Yanğını birinci o görüb. Yox: o, oraya gedən ikinci adam olub, çünki deyir ki, ora
çatıb qapını sındıranda evdə baĢqa bir adam da varmıĢ. Deyir ki, onlar evi görəndə arvadına
deyib ki, mətbəxdən yaman çox tüstü çıxır, arvadı isə ona deyib: “Ev yanır”. Belə güman
edirəm ki, o, arabanı saxlayıb, onlar bir müddət arabada oturub evdən çıxan tüstüyə tamaĢa
ediblər və elə bilirəm ki, bir az keçəndən sonra o deyib: “Deyəsən elədir”. Mənə elə gəlir ki,
arabadan düĢüb, gedib ora baxmağı arvadı ona məsləhət görüb. “Evdəkilər yəqin bundan
xəbərsizdirlər – elə bilirəm ki, arvadı ona belə deyib, – get, onlara xəbər ver”. O, arabadan
düĢüb, artırmaya qalxıb, bir qədər orada dayanıb: “Ey! Ey!” – deyə qıĢqırıb. Deyir ki, yanğının
çırtıltısı artıq evin içində də eĢidilə bilərdi, ona görə də çiyni ilə vurub qapını sındıraraq içəri
girəndə o adamı görüb – yanğını birinci görən adamı. O adam Braun imiĢ. Ancaq kəndçi onu
tanımırmıĢ. Bircə onu deyir ki, sərxoĢ halda dəhlizdə dayanmıĢdı, elə bir görkəmdə idi ki, sanki,
indicə pilləkəndən üzüaĢağı diyirlənmiĢdi; kəndçi ona deyib: “Eviniz yanır, mister” və yalnız
onda baĢa düĢüb ki, o, möhkəm sərxoĢdur. Deyir ki, sərxoĢ adam elə hey deyirmiĢ ki, yuxarıda
heç kəs yoxdur, yuxarı onsuz da yanacaq, oradan heç bir əĢyanı çıxarmaq mümkün deyil.
63
Ancaq kəndçi fikir verir ki, yuxarıda alov o qədər güclü ola bilməz, çünki bütün alov arxa
tərəfdə, mətbəxə yaxın yerdəymiĢ. O adam da həddən artıq sərxoĢ imiĢ, Ģüuru heç nəyi
kəsmirmiĢ. Və deyir ki, nəsə pis bir iĢ baĢ verdiyindən dərhal Ģübhələnib, çünki sərxoĢ adam
onu heç cür yuxarıya buraxmaq istəmirmiĢ. Yuxarı qalxıb, sərxoĢ onu tutub saxlamaq istəsə də,
onu bir kənara itələyib, yuxarı çıxıb. Deyir ki, sərxoĢ da onun arxasınca yuxarı qalxmağa
çalıĢaraq, elə hey ona orda heç nə olmadığını söyləyirmiĢ; deyir ki, sonra sərxoĢu bir də aĢağı
düĢəndə yadına salıb, amma baxıb ki, onun izi-tozu da yoxdur. Ancaq elə bilirəm ki, o, Braunu
dərhal yadına salmayıb. Çünki, yuxarı qalxanda ordakı qapıları bir-bir aça-aça yenidən
qıĢqırmağa baĢlayıb, sonra da o qapını açıb və həmin qadını orda görüb.
O susur. Otaqda cücülərin səsindən baĢqa heç nə eĢidilmir. Pəncərənin o tayında, bayırda
saysız-hesabsız cücülərin ahəngdar nəbzi, ürək döyüntüsü, sanki, havaya çökmüĢ mürgünü
qovmağa çalıĢır.
– Görüb, – Haytauer deyir. – O, miss Berdeni görüb. – Onun tükü də tərpənmir. Bayron
ona baxır; adama elə gəlir ki, o, danıĢa-danıĢa dizlərinin üstünə qoyduğu əllərinə tamaĢa edir.
– Deyir ki, döĢəmədə uzanılıydı. BaĢı, demək olar ki, dibindən kəsilmiĢdi; saçına təzəcə
dən düĢmüĢ bir xanım idi. Deyir ki, dayanıb alovun səsinə qulaq asırdım, artıq tüstü içəri
dolmuĢdu; elə bil, tüstü də mənim dalımca içəri girmiĢdi. Deyir ki, onu qucağıma alıb otaqdan
çıxarmağa qorxdum, çünki baĢ bədəndən tam qopa bilərdi. Sonra pilləkənlərlə qaça-qaça aĢağı
düĢüb, evdən bayıra atılıb, sərxoĢun orda olmadığına heç fikir də verməyib, birbaĢ yola qaçıb,
arvadına qıĢqırıb ki, arabanı telefon olan yerəcən qovsun, Ģerifi də çağırsın. Sonra təzədən evə,
su bakının yanına qaçıb; deyir elə vedrəni ağzınacan su ilə doldurub onu bakın içərisindən
çıxaranda birdən baĢa düĢdüm ki, bu, mənasız iĢdir; çünki evin arxa hissəsi də artıq od tutub
ĢartaĢart yanırmıĢ. Ona görə də təzədən evə cumub, pilləkənlərlə qaça-qaça yuxarı çıxıb, birbaĢ
həmin otağa girib, əl atıb çarpayının üst örtüyünü götürüb, cəsədi ona bürüyüb, sonra da un
kisəsi kimi bir ucundan yapıĢaraq kürəyinə atıb, evdən çıxarıb, gətirib ağacın altına qoyub. Deyir
ki, qorxduğu Ģey də elə onda olub. Örtük açılıb, cəsəd yerdə yanı üstəymiĢ, bədənin önü bir
tərəfə, sifəti isə tamam əks tərəfəymiĢ. Elə bil, dönüb geriyə baxırmıĢ. Deyir ki, o yalnız sağ
olsaydı belə edə bilərdi, ölmüĢ halda isə belə bir Ģey eləmək heç cür mümkün deyil.
Bayron susur, gözünün ucuyla stolun o baĢında oturan adama baxır. Haytauerin tükü də
tərpənmir. Onun bir cüt parıldayan eynək ĢüĢəsinin arxasındakı sifətini yavaĢ-yavaĢ, amma
davamlı tər basmağa baĢlayır.
– Sonra Ģerif gəlib çıxır, yanğınsöndürənlər də gəlirlər. Ancaq onlar da heç nə edə
bilmirlər, çünki kifayət qədər su tapılmır. Ona görə də köhnə ev axĢamacan yana-yana qalır,
mən onun tüstüsünü sexdəykən gördüm, o qız yanıma gələndə ona da göstərdim, çünki heç
nədən xəbərim yox idi. Miss Berdeni Ģəhərə aparırlar, bankda bir kağız varmıĢ, orada yazıbmıĢ