19
– Onun soyadı Berçdir, – deyir. – Daha doğrusu, onun axtardığı oğlanın soyadı belədi.
Lukas Berç. Yolda ona deyiblər ki, guya, o indi Ceffersondadır. – Arxası ona tərəf yuyunmağa
baĢlayır. – Deyir düz Alabamadan gəlir, tək-tənha və payi-piyada.
Ev sahibəsi dönüb baxmır. Stolun üstündə öz iĢiylə məĢğuldu.
– Bu vəziyyətdə çox gəzə bilməz, öz Alabamasına qucağında biriylə qayıtmalı olacaq, –
arvadı deyir.
– Deyəsən, elə o oğlanın, Lukas Berçin də yanına o cür gedib çıxacaq, – Armstid hələ də
əlüzyuyanın yanındadır, cani-dildən suyla, sabunla əlləĢir. Arvadının baxıĢlarını öz üzərində,
boynunun ardında hiss eləyir, bu baxıĢlar onun tərdən soluxmuĢ göy köynəyini deĢərək kürəyini
yandırır. – Samsonun dükanının yanında kimsə ona Berç və ya buna bənzər soyadı olan bir
oğlanın Ceffersonda yonqar sexində iĢlədiyini deyib.
– Bu da onu orda tapacağına ümid eləyir. Ay tapdı ha. Yox bir, hələ ona ev də düzəldib.
Səsinin ahəngindən baĢa düĢə bilmir ki, arvadı hələ də ona sarı baxır, yoxsa üzünü o yana
döndərib. Kisə cırığı ilə əl-üzünü silir.
– Bəlkə də tapdı. Əgər o oğlan bu qızdan qaçıb yaxa qurtarmaq fikrində olubsa, onda vay
onun halına, bir də onda ayılacaq ki, Missisipidən də uzağa qaçmamaqla böyük səhvə yol verib.
– Ġndi bilir ki, arvadı ona baxır: ağ saçlarıynan, nə kök, nə də arıq, iĢləməkdən daĢ kimi bərkimiĢ
kiĢi cüssəsiynən, əynindəki dərdsiz və qayğısız, möhkəm boz donuynan; əllərini yanlarına
dirəyib, sifəti döyüĢdə darmadağın edilmiĢ generalların sifətinə bənzəyir.
– Eh, kiĢilər...
– Ġndi deyirsən neyləyək? Onu qovaq burdan? Bəlkə, sarayda yer düzəldək ona?
– Eh, kiĢilər, – arvadı deyir, – görüm sizi lənətə gələsiniz.
Mətbəxə keçirlər, missis Armstid birinci keçir. O, birbaĢ pilətəyə sarı gedir. Lina qapının
ağzında dayanır. Ġndi baĢı örtülü deyil, saçları daranıb, hamarlanıb. Hətta, elə bil, mavi xələt də
dincəlib, gümrahlaĢıb. Gözünü ev sahibəsinə dikib; o, çuqun qapaqları qəzəblə Ģaqqıldadır, odun
parçalarını bir həmləylə, kiĢisayağı sobaya doldurur.
– Qoyun mən də kömək eləyim, – Lina deyir.
Missis Armstid geriyə dönmür. Qəzəblə qapını çırpır.
– Otur yerində. Ayaqlarına dinclik ver, bəlkə, kürəyin də dincələ.
– Kömək eləməyimə icazə versəydiniz, sizə çox minnətdar olardım.
– Otur yerində. Mən bu sobanı otuz ildir gündə üç dəfə qalayıram. Köməyə ehtiyacım
olduğu vaxtlar çoxdan keçib. – O hələ də pilətəylə məĢğuldu, dönüb ona sarı baxmır. – Armstid
deyir ki, sənin soyadın Berçdir?
20
– Bəli, – Lina cavab verir. Səsinin ahəngi çox təmkinlidir, çox sakitdir. DaĢ kimi tərpənməz
oturub, dizlərinin üstündəki əlləri də tərpənməzdir. Missis Armstid ona sarı baxmır. O hələ də
pilətəylə əlləĢir. Sobanın tələb etdiyi diqqət onun qalandığı amansız qətiyyətlə heç cür uzlaĢmır.
Bu qadın ona elə diqqət yetirir ki, sanki, o soba yox, çox qiymətli bir saatdır.
– Belə çıxır ki, sənin soyadın artıq Berçdir? – missis Armstid soruĢur.
Bu dəfə Lina dərhal cavab vermir. Missis Armstidin arxası hələ də ona tərəf olsa da, daha
sobada taqqatuk salmır. Nəhayət, ona sarı dönür. Onlar gizlətmədən, açıq Ģəkildə bir-birinə
baxır, bir-birini diqqətlə süzürlər: cavan qadın stulda əyləĢib, saçları səliqəylə daranıb, dizlərinin
üstünə qoyduğu əlləri tərpənib-eləmir; yaĢlı qadın da pilətədən ayrıldıqdan sonra yerində donub
qalıb, ağarmıĢ saçları amansızcasına boynunun arxasına yığılıb, sifəti, sanki, qum dənələrindən
tökülüb. Nəhayət cavan qadın deyir:
– Mən sizə düzünü demədim. Mənim soyadım hələ Berç deyil. Mənim əsl adım Lina
Qrouvdur.
Onlar diqqətlə bir-birilərini süzürlər. Ev sahibəsinin səsi nə soyuqdur, nə də isti. Heç nə
ifadə eləmir.
– Deməli, qaçıb ona çatmaq istəyirsən ki, soyadını vaxtında dəyiĢib Berç eləyə biləsən. Elə
deyil?
Lina baĢını aĢağı salır, sanki, dizlərinin üstünə qoyduğu əllərinə baxmaq istəyir. Sakit
səsində möhkəm bir inadkarlıq duyulur. Həm də rahatlıq.
– Axı mənə Lukasın heç bir vədi lazım deyil. ĠĢi alınmadı, buna görə də ordan çıxıb
getməli oldu. Sonra, özü fikirləĢdiyi kimi, mənim dalımca qayıtmağa, görünür, imkanı olmayıb.
Bir-birimizə söz vermək isə bizə lazım deyil. O gecə, o biləndə ki, hökmən getməlidi, onda...
– Hansı gecə bunu bildi? Sən ona uĢaq barədə danıĢandan sonra?
Cavan qadın dərhal cavab vermir. Sifəti daĢ kimi ifadəsizdir, amma sərt deyil. Onun bu
inadkarlığında nəsə çox zərif bir yumĢaqlıq var və bu yumĢaqlıq daxilən sakit, qayğısız bir
rahatlıqla, biganəliklə yoğurulub. Missis Armstid gözünü ondan çəkmir. Lina ev sahibəsinə tərəf
baxmadan danıĢmağa baĢlayır.
– O çoxdan anlamıĢdı ki, gec-tez iĢdən çıxmalı olacaq. Ancaq bunu mənə deməmiĢdi,
çünki narahat olmağımı istəmirdi. Lakin ilk dəfə eĢidəndə ki onu hökmən iĢdən çıxaracaqlar,
oradan çıxıb getməyin onun üçün daha faydalı olacağını anladı. FikirləĢdi ki, bəlkə də, təzə iĢ
yerində usta onu bu qədər gözümçıxdıya salmayacaq, orada iĢi daha yaxĢı olacaq. Amma hər
dəfə bunu sonraya saxlayırdı. Bu iĢ olanda isə sonraya saxlamaq mümkün olmadı. Usta
həqiqətən də Lukası gözümçıxdıya salmıĢdı, onu sevmirdi, çünki Lukas cavanıdı, heç vaxt
yorulub usanmırdı, həm də usta onun yerinə öz qohumunu düzəltmək istəyirdi. O isə bunları
məndən gizlədirdi, narahat olmağımı istəmirdi. Amma o iĢ olanda, artıq gözləyə bilməzdik.