34
6
Elə o vaxtdan onun evinin giriĢ qapısı, – arada, təqribən qırx yaĢlarında çini qablar
üzərində rəsm çəkmək dərsi verdiyi altı-yeddi ili hesaba almasaq – öldüyü günə qədər bağlı
qaldı. Onda alt mərtəbədəki otaqlardan birini emalatxanaya çevirmiĢdi və polkovnik Sartorisin
yaĢıdlarının qızları və nəvələri – əllərində iyirmi beĢ sent nəzir pulu bazar günü kilsə
məktəblərinə hansı həvəs və davamiyyətlə gedirdilərsə, onun yanına da o həvəs və davamiyyətlə
dərs almağa gəlirdilər. Məhz o vaxt miss Emilini vergi verməkdən azad etdilər.
Amma sonra yeni nəsil Ģəhərin ətinə və qanına çevriləndə, bir vaxtlar onun yanına rəsm
dərsi almağa gələn qızlar artıq yaĢa dolmuĢ, onu tərk etmiĢdilər və indi hətta onlar belə, öz
uĢaqlarını zəhlətökən fırça, rəng və qadın jurnallarından kəsilib götürülmüĢ Ģəkillərlə onun
yanına göndərmirdilər. Və giriĢ qapısı axırıncı Ģagirdin ardınca örtüləndən sonra bir daha
açılmadı. ġəhərdə rüsumsuz poçt xidməti yaradılanda isə təkcə miss Emili öz evinin divarına
metal nömrə lövhəsi və poçt qutusu vurulmasına razılıq vermədi. Onu çox dilə tutmağa çalıĢsalar
da, heç kimə qulaq asmadı. Günlər, aylar, illər ötüĢdü və səhərlər əlində bazar zənbili ərzaq
arxasınca yollanan zənci qulluqçunun saçları bizim gözümüzün önündə yavaĢ-yavaĢ ağardı, beli
büküldü. Hər ilin dekabrında biz miss Emiliyə vergi ödəmək üçün rəsmi kağız göndərirdik, hər
dəfə də bir həftədən sonra o məktubu ağzı belə açılmamıĢ halda poçtdan geri alırdıq. Arabir onu
alt mərtəbədəki pəncərələrdən birinin önündə görərdik – görünür, yuxarı mərtəbə, ümumiyyətlə,
bağlı qalırdı – tərpənib eləməzdi, daĢdan yonulmuĢ bütə oxĢayırdı. Onun bizi görüb-görmədiyini
də dəqiq demək mümkün deyildi. Bu minvalla o, beləcə, hamımıza doğma, lal-dinməz,
dərkolunmaz və inkaredilməz bir büt kimi, nəsildən-nəslə keçirdi.
Və budur, o da öldü. Toz-torpaq, üfunət basmıĢ alaqaranlıq evində xəstələnib yatağa
düĢdü; qocalıb əldən düĢmüĢ zənci qulluqçudan baĢqa ona baxa biləcək heç kimsə qalmamıĢdı.
Biz heç onun haçan xəstələndiyindən də xəbər tutmamıĢdıq. Çünki qoca qulluqçudan heç nə
öyrənmək mümkün deyildi və biz bu vəziyyətlə çoxdan barıĢmıĢdıq. Qoca zənci heç kimlə,
güman ki, heç miss Emilinin özüylə belə danıĢmırdı. Çünki səsi çoxdan iĢlədilməyən əĢya kimi
pas atmıĢdı, xır-xır xırıldayırdı.
O, alt mərtəbədəki otaqların birində, qoz ağacından düzəldilmiĢ ağır, miçətkənli
çarpayıda keçinmiĢdi: onun ağsaçlı
baĢı,
köhnəlmiĢ, sapsarı saralmıĢ kifli balıncda uyuyurdu.
V
Zənci birinci yas yerinə gələn qadınların ilk dəstəsini giriĢ qapısının ağzında qarĢılayıb,
onları içəri ötürmüĢdü. Boğuq pıçıltı səsləri otağı bürümüĢdü, gələnlərin iti nəzərləri dörd yanı
gəzirdi. Zənci özü isə yox olmuĢdu. O, sakitcə otağın içindən keçib, arxa qapıdan bayıra
çıxmıĢdı və sonra onu bir də görən olmadı. Əmisi qızları bu dəfə özlərini dərhal yetirdilər. Dəfn
34
7
mərasimini hadisənin sabahı gününə təyin etdilər. Bütün Ģəhər yasa gəldi. Miss Emilinin tabutu
satın alınmıĢ gül dəstələrinin içində itib-batmıĢdı. Tabutun baĢ tərəfində atasının dərin fikrə
dalmıĢ halda pastellə çəkilmiĢ portreti dayanmıĢdı, dörd ətrafında isə Ģəhər xanımları bir-birini
sıxıĢdıra-sıxıĢdıra hüzn içində pıçıldaĢırdılar. Evin önündəki artırmada və çəmənlikdə
qos-qoca
kiĢilər əyləĢmiĢdilər: bəzilərinin əynində təzəcə təmizlənib ütülənmiĢ, konfederat ordusuna
məxsus hərbi forma vardı və bu qocaların yaddaĢında miss Emili yaĢıd kimi qalmıĢdı; hər birinə
elə gəlirdi ki, cavanlıqda neçə dəfə onu rəqsə dəvət edib, hələ üstəlik, ona öz sevgisini də
bildirib. Bütün yaĢlı adamlar kimi, onlar da hadisə və tarixləri qarıĢıq salırdılar. Onlara görə,
keçmiĢ heç də üfüqdə itib-batan cığır deyil, geniĢ, həmiĢəyaĢıl bir çəmənlik idi və bizim
günlərdən təqribən onca ilin dar dərəsi ilə ayrılırdı.
Artıq hamımız bilirdik ki, mərtəbədəki otaqlardan birinə qırx ildən çoxdur heç kəsin
ayağı dəyməyib və onun qapısı indi də bağlıdır. Miss Emilinin cəsədini lazımi qaydada torpağa
tapĢırandan sonra həmin qapını sındırıb açdılar.
Sərt zərbədən uzun illərdən bəri yığılıb qalmıĢ toz ərĢə qalxdı. Bu otaq, sanki, bəylə
gəlinin zifaf gecəsi üçün sahmana salınmıĢ, buna uyğun mebellə təchiz olunmuĢdu. Otağın
havasından kəskin qəbir iyi gəlirdi; nazik toz qatı hər yanı bürümüĢdü, rəngi solmuĢ çəhrayı
bəylik taxtının qırçınları, çəhrayı abajurların lampaları, geyim masası (bu masanın üstündə
büllur ətir ĢüĢələri, rəngi solmuĢ üzqırxan ləvazimatları bir-birinə qarıĢmıĢdı və onların rəngi o
qədər solmuĢdu ki, üstlərindəki hərflər də oxunmurdu) toz içində itib-batmıĢdı. Yenə o masanın
üstündə, sanki. əyindən indicə çıxarılmıĢ yaxalıq və qalstuk vardı, onları ordan qaldıranda isə
yerində tozdan aydın seçilən aypara Ģəkli qaldı. Kostyum səliqə ilə stulun çiynindən asılmıĢdı,
çəkmələrsə döĢəmədəydi, corablar da onların üstünə atılmıĢdı.
KiĢinin özü çarpayıda uzanmıĢdı. Biz uzun müddət lal-dinməz qalıb, qorxunc bir səhnəyə
– çılpaq kəllənin donmuĢ təbəssümünə, ağaran diĢlərinə mat-mat baxdıq. Ölü, sanki kimisə
qucaqlayıbmıĢ kimi uzanmıĢdı, lakin məhəbbətdən çox yaĢayan, zaman ötdükcə onun əyər-
əskiyinə sığal çəkib hamarlayan əbədi yuxu onun sevgilisini əlindən almıĢdı. Haçansa onun gecə
köynəyi olmuĢ bir Ģeyin cır-cındası ilə örtülmüĢ cənazəsi, elə bil, üstünə uzandığı çarpayıya
əriyib qovuĢmuĢdu və o özü də, onun böyründəki balınc da buz kimi soyuq toz örtüyünə
bürünmüĢdü.
Biz yalnız indi ikinci balıĢın da üstündə aydın seçilən baĢ izi olduğunu gördük. Kimsə
aĢağı əyilib ordan nə isə götürəndə, özümüzü irəli verib, bu gözəgörünməz külün quru və kəsif
iyindən udquna-udquna, onun duza bulaĢmıĢ istiot rəngli bir çəngə saç olduğunu aydın seçə
bildik.