10
6
– Hə, – Co dedi. Daha doğrusu, dili dedi, onun iradəsindən asılı olmayaraq yalan danıĢdı. O
özü cavab vermək fikrində deyildi. Öz cavabına ağrılı bir heyrətlə qulaq asdı. Ancaq artıq gec
idi. – Ona verdim ki, gizlətsin.
– Aha, – Makiçern dedi. Dərindən nəfəs aldı, az qala, ləzzətlə – qalib gəlmiĢ adam kimi
böyük bir məmnunluq içərisində nəfəsini dərdi. – Əlbəttə, indi heç Ģübhəsiz, deyəcəksən ki,
samanlıqda gizlədilən təzə kostyumu da sənə analığın alıb. Bu günəcən əlindən gələn bütün
günahlar məlum idi: tənbəllik, naĢükürlük, hörmətsizlik, küfr. Ġndi isə mən daha iki günahını faĢ
elədim: yalan və əxlaqsızlıq. Əxlaqsız iĢlər üçün deyilsə, bəs onda təzə kostyum sənin nəyinə
lazımdır? – Bununla da o, on iki il əvvəl övladlığa götürdüyü uĢağın artıq kiĢi olduğunu etiraf
etmiĢ oldu. Artıq, demək olar, burun-buruna dayanmıĢdılar, Makiçern ona möhkəm bir yumruq
iliĢdirdi.
Co ilk iki zərbəyə, bəlkə də, vərdiĢ etdiyinə görə, bəlkə də, təəccübdən mətanətlə dözdü.
Hər halda, bu iki ağır yumruğun hər dəfə sifətində necə möhkəm partladığını bütün əzaları ilə
hiss etsə də, dözdü. Sonra burnunun qanını yalaya-yalaya, tövĢüyə-tövĢüyə kənara sıçradı. QarĢı-
qarĢıya durmuĢdular.
– Bax, bir də mənə əl qaldırma, – dedi.
Sonra çardaqda, öz yatağında buz kimi soyuq, əl-ayağı qıc olmuĢ halda uzanıb qalanda
aĢağıdakı otaqdan onların dar pilləkənlərlə üzüyuxarı qalxan səslərini eĢitdi.
– Onu mən almıĢam! – Missis Makiçern dedi. – Mən! Öz pulumla, satdığım yağın puluyla.
Sən özün dedin ki, mən o pulu öz istədiyim kimi... xərcləyə bilərəm... Saymon! Saymon!
– Sən ondan da betər ağ yalan uydurursan, – kiĢi dedi. Makiçernin rahat, eyni ahəngli, sərt,
soyuq səsi pilləkən boyu qalxıb onun çarpayısınacan gəldi. O, ona qulaq asmırdı. – Diz çök. Diz
çök. DĠZ ÇÖK, QADIN. Məndən yox, Allahdan mərhəmət və üzr dilə.
Qadın ilk gündən – on iki il bundan əvvəlki ilk dekabr gecəsindən bəri həmiĢə onunla
mehriban davranmağa çalıĢmıĢdı. O gün araba evə yaxınlaĢanda o, artırmada dayanıb onları
gözləyirdi; bu səbirli, fağır məxluqun cinsiyyətini səliqəylə təpəsinin ortasına yığılıb bağlanmıĢ
ağ saçlarından və bir də əynindəki dondan savayı heç nəylə təyin etmək olmazdı. Elə bil, qəddar,
fanatik əri onu yavaĢ-yavaĢ, tədricən məhv edib içini çürütməmiĢ, hətta özünün belə istəmədiyi
və o qadının bilmədiyi bir Ģeyə döndərməmiĢ, çəkicə yaxĢı gələn, üzüyola metal kimi elə bircə
dəfəyə döyüb, incəldə-incəldə lal ümidlərin, puça çıxmıĢ arzuların kül kimi boz, tutqun
qısırlığına çevirmiĢdi.
Araba dayananda o onlara elə yaxınlaĢdı ki, sanki, hər Ģeyi – uĢağı qucağına alıb
oturacaqdan necə düĢürəcəyini, onu evə necə aparacağını qabaqcadan düĢünmüĢ, yaxĢı-yaxĢı
məĢq eləmiĢdi. Yeriməyə baĢladığı vaxtdan uĢağı heç bir qadın qucağına almamıĢdı. Buna görə
10
7
də dartınıb onun əlindən çıxdı, xırda addımlar ata-ata, büründüyü kiĢi paltosunun içərisində
bapbalaca bir Ģey kimi itib bata-bata evə özü getdi. Qadın onun böyrünə düĢdü, tez-tez sağına-
soluna keçdi. Ġçəridə onu oturtdu; onun uĢağa olan bu yavıqlığında, davranıĢında nəsə bir
gərginlik, eqoist bir çaĢqınlıq vardı, sanki, hər Ģeyin təzədən təkrar olunmasını istəyirdi; istəyirdi
ki, o da, uĢaq da onun əvvəlcədən düĢünüb-daĢındığı kimi hərəkət eləsin. UĢağın önündə dizi
üstə çökdü, onun ayaqqabılarını çıxarmaq istədi və uĢaq onun nə eləmək istədiyini baĢa düĢdüyü
anacan buna çalıĢdı. Amma uĢaq baĢa düĢən kimi onun əlini geri itələdi, ayaqqabılarını özü
çıxardı, ancaq onları yerə qoymadı, əlində saxladı. Qadın onun corablarını soyundurdu, dərhal da
bir ləyən isti su gətirdi və onu elə tez gətirdi ki, uĢaqdan baĢqa istənilən adam onun bu ləyəni,
bəlkə də, lap sübh obaĢdan hazır saxladığını güman edərdi. UĢaq elə onda ilk dəfə ağzını açdı:
“Mən dünən yuyunmuĢam”.
Qadın heç nə demədi. UĢağın önündə dizi üstə çökdü, uĢaq isə onun təpəsinin ortasına,
ayaqlarını qurdalayan əllərinə baxırdı. Ġndi o, qadına kömək etməyə çalıĢmırdı. Onun nə eləmək
istədiyini baĢa düĢmürdü, hətta soyuqdan qıc olmuĢ ayaqlarını isti suya salanda da baĢa düĢmədi.
Ġnanmırdı ki, hər Ģey bununla bitsin, çünki bu ona həddən artıq ləzzət eləyirdi. Sonrasını, bunun
– hansı Ģəkildə olursa olsun – pis, acılı hissəsinin haçan baĢlayacağını gözləyirdi.
Sonra qadın onu yatağa uzatdı. Artıq iki il idi ki, o özü geyinir, özü soyunurdu, bu iĢdə ona
nə məsləhət verən, nə də kömək edən vardı – hansısa Alisa adlı qızdan savayı; ancaq bu da çox
nadir hallarda olardı. Dərhal yuxuya gedə bilmədi, çünki bərk yorulmuĢdu; indi həm də çaĢ-baĢ
qalmıĢdı, əsəbiləĢirdi, təkcə bir Ģeyi – bu qadının otaqdan çıxıb getməyini, ona yatmağa imkan
verməyini arzulayırdı. O isə çıxıb getmək bilmirdi. Əksinə, kətili çarpayının yanına çəkib,
oturdu. Otaqda soba yanmırdı, soyuq idi. Qadının çiynində Ģal vardı, ona bürünmüĢdü, ağzından
buğ çıxırdı, elə bil, siqaret çəkirdi. Yuxusu tamam qaçmıĢdı. Hansı günahına görə, hansı cəza
olursa olsun, o həmiĢə pis, xoĢ olmayan hissənin haçan baĢlayacağını gözləyirdi. BaĢa düĢmürdü
ki, bu günlük hər Ģey bununla bitib. Çünki belə bir Ģey əvvəllər heç vaxt onun baĢına
gəlməmiĢdi.
Hər Ģey o gecədən baĢladı. Ona elə gəldi ki, ömrünün axırına kimi belə də davam edəcək.
Ġndi on yeddi yaĢında dönüb geriyə baxarkən o, həyat iflasının, əlacsızlığın və mürgülü instinktin
doğurduğu adi, boĢ və mənasız səylərin uzun bir zəncirə döndüyünü görürdü: onun üçün
xəlvətcə hazırlanan yeməklər, həmin xörəkləri xəlvətcə götürüb, xəlvətcə yeməsi üçün edilən
israrlar (halbuki o özü bunu istəmirdi, çünki bilirdi ki, Makiçern üçün bunun elə bir əhəmiyyəti
yoxdu), bu axĢamkı kimi onunla cəza arasında sipər olmağa can atdığı neçə-neçə hadisələr; belə
olmalıydımı, olmamalıydımı, haqlı və ya haqsız – kiĢi də, oğlan da bu hadisələrə təbii və
qaçılmaz fakt kimi baxırdı, ta o vaxta qədər ki, qadın iĢə qarıĢır, buna nəsə bir rayihə, zəriflik,
dad qatırdı.