78
qol-qola girib zəncir kimi düzüldükləri güclə hiss olunurdu; yenə də öz qanının hay-küyü
arasından onun qulağına gur qadın səslərinin uğultusu gəldi. Yeyin addımlarla birbaĢ onların
üstünə getdi. Onlar onu gördülər, qırağa çəkildilər; səsləri kəsildi. O da istiqamətini dəyiĢdi, yolu
çəpinə kəsib onların önünə çıxdı, sanki, üstlərindən keçib getmək istəyirdi. Qadınlar hamısı bir
yerdə, sanki, əmr üzrə geri çəkildilər, yandan keçib onun yolunu açdılar. KiĢilərdən biri geriyə
boylana-boylana onların dalınca getdi; sanki, qadınlara çatmaq istəyirdi. Digər iki kiĢi ayaq
saxlayıb, Kristmasa tərəf döndü. Kristmas da dayandı. Elə bil, heç biri hərəkət etmirdi, amma o
iki nəfər aydın görünməyən iki kölgə kimi uzana-uzana ona yaxınlaĢırdı. O, zənci, ucuz paltar və
tər iyini duydu. Uzun zəncinin baĢı yuxarıdan, göydən aĢağı əyildi. “Bu ağ adamdır”, – o,
sakitcə, arxaya baxmadan dedi. “Siz nə istəyirsiniz, ağ adam?” Səsində heç bir təhdid yox idi.
Amma yaltaqlıq da hiss olunmurdu.
– Yup, çəkil ordan, – qadınların dalınca gedən zənci dedi.
– Kimi axtarırsınız, rəis? – zənci dedi.
– Yup, – qadınlardan biri incə səslə dedi. – Çəkil də ordan.
Bir anlığa iki baĢ – biri ağ, biri qara – sanki, qaranlıqdan asılı qaldı: üz-üzə, nəfəs-nəfəsə.
Sonra zəncinin baĢı, sanki, kənara çəkilib itdi; haradansa soyuq külək əsdi. Kristmas yavaĢ-yavaĢ
geri qanrılıb, yenə də əriyib yox olan, bozumtul yolla eyniləĢən fiqurları baxıĢları ilə müĢayiət
etdi və birdən anladı ki, ülgüc əlindədi. Ağzı hələ açılmamıĢdı. O bu ülgücü qorxudan
çıxarmamıĢdı. “Qancıqlar! – o dedi. – Qancıq törəmələri!”
Qaranlıq və soyuq külək əsməyə baĢladı; hətta ayaqqabılarının üstündəki toz da som-soyuq
idi, onu üĢüdürdü. “Nə olub mənə?” – o fikirləĢdi. Ülgücünü cibinə soxdu, dayanıb siqaret
yandırdı. Siqareti ağzına qoymamıĢdan qabaq, bir neçə dəfə dodaqlarını yalamalı oldu. Kibrit
iĢığında əllərinin necə əsdiyini gördü. “Hamısı narahatlıqdandı” o fikirləĢdi. “Hamısı bu lənətə
gəlmiĢ narahatlıqdandı”. Bu dəfə ucadan, artıq yeriyə-yeriyə dedi. Göyə, ulduzlara baxdı. “Yəqin
ki, tezliklə saat on olacaq, – fikirləĢdi. – Dünən də on dəfə vurduğunu eĢitdim. Sonra on bir.
Sonra on iki. Biri isə eĢitmədim. Bəlkə küləyin səmti dəyiĢmiĢdi”.
Bu gecə saat on birin zəngini o, sınıq darvazaların arxasında, kürəyini ağaca söykəyərək
oturmuĢ halda eĢitdi, arxa tərəfdəki ev yenə qaranlıq idi, yenə də sıx ağaclığın içərisində
gizlənmiĢdi. Bu gün o bu barədə fikirləĢmirdi Bəlkə o da hələ yatmayıb Ġndi o, heç nə
fikirləĢmirdi, hələ fikirləĢməyə baĢlamamıĢdı, hələ səslər də beynində uğuldamağa
baĢlamamıĢdı. Ġki mil aralıda saat on ikini vuranadək və orada oturub yerindən tərpənmədən
gözlədi. Sonra bir az da gözləyib, ayağa qalxdı, evə sarı getdi. Bərk getmirdi. Amma onda da
bu barədə fikirləĢmirdi Nəysə olacaq. Mənə nəysə olacaq
6
79
Y a d d a Ģ, bilgi xatırlamazdan qabaq inanır. Xatırladığından, hətta bilginin ilgiləndiyindən
daha uzun müddətə inanır. Bilir xatırlayır inanır ki, sivri damlı, soyuq, uğultulu, təkcə öz tüstü
borularının deyil, baĢqalarının da hisinə batmıĢ, yaĢıllıqsız, üstünü kömür qarası basmıĢ bir parça
torpaq üzərində dayanan, həmiĢə tüstülənən zavod zibilliklərilə sıxıĢdırılmıĢ, katorqa həbsxanası
və ya heyvanxana kimi üç metrlik məftil hasarla əhatə edilmiĢ uzun, tünd qırmızı kərpic binanın
bir dəhlizi vardı; orada zil körpə səsləriylə çingildəĢən, hamısı eyni mavi forma geyinən yetim
uĢaqlar indi xatirələr arasında hərdənbir, nizamsız-filansız, qəfil ĢimĢək kimi birdən parlayıb-
sönür; hər il get-gedə o binaya daha da yaxınlaĢan tüstü borularından qalxan qara hisin, qara
qurumun yağıĢ yağanda qara göz yaĢı kimi üzüaĢağı süzüldüyü solğun divarlar, solğun
pəncərələr isə bilgidə həmiĢəlik həkk olub qalıb.
Nahardan sonrakı istirahət saatında sakit, kimsəsiz dəhlizdə o, kölgəyə bənzəyirdi; hətta
beĢ yaĢ üçün belə kiçik görünürdü, kölgə kimi ciddi və sakit idi. Dəhlizdə baĢqa biri olsaydı, bu
oğlan uĢağının hansı anda hansı qapıya girib hansı otaqda yox olduğunu dəqiq deyə bilməzdi.
Ancaq bu saatda dəhlizdə ondan savayı heç kim yox idi. O da bunu bilirdi. Yetimxanada
uĢaqların qida rejiminə nəzarət eləyən
diyetaçı
tibb bacısının diĢ məcununa bir il əvvəl təsadüfən
rast gəldiyi gündən bu iĢlə məĢğul idi.
Otağa girəndən sonra ayaqyalın, səssizcə birbaĢ
əlüzyuyana
tərəf getdi, diĢ məcununu əlinə
götürdü. BənövĢəyi, sərin və yumĢaq məhlulun soxulcan kimi qıvrıla-qıvrıla perqament rəngli
barmağına töküldüyünə tamaĢa edərkən əvvəlcə dəhlizdə ayaq səsi, sonra isə qapının ağzında
kimlərinsə danıĢığını eĢitdi. Bəlkə də, diyetaçı tibb bacısının səsini tanıdı. Hər halda, onların
qapıdan yan keçib-keçməyəcəklərini gözləmədi. Məcun əlində, ayaqyalın, səssizcə addımlayıb,
otağın o biri baĢına keçdi, küncə çəkilmiĢ pərdənin arxasında gizləndi. Buradakı yüngül qadın
ayaqqabılarının, divardan asılmıĢ yumĢaq qadın paltarlarının arasında çömbəlib oturdu. Tibb
bacısı ilə yanındakı adamın otağa girdiklərini eĢitdi.
Diyetaçı tibb bacısı onun üçün yeməyin, qidanın, yeməkxananın, uzun taxta oturacaqlar
arxasında keçirilən nahar dəsgahının adi, hərdənbir gözə görünən, amma onda heç bir hiss
oyatmayan əlavəsindən baĢqa bir Ģey deyildi; bəlkə də, yalnız xoĢ bir xatırlama, öz-özlüyündə
göz üçün xoĢ olan cavan, dolu, sığallı, ağ-bənövĢəyi bir Ģeydi; dərhal yeməkxananı yadına
salırdı, ağzında nəsə yapıĢqan, Ģirin, yeməli, həm də bənövĢəyi və xəlvəti bir Ģeyin dadını
oyadırdı. O gün, ilk dəfə bu tibb bacısının otağına xəlvətcə girəndə diĢ məcununu dərhal
tapmıĢdı; onun nə olduğunu bilməsə də dərhal əlinə götürmüĢdü, bu qızın nəsə belə bir Ģeyi
olacağını və özünün də hökmən onu tapacağını qabaqcadan hiss eləmiĢdi. Tibb bacısının
yanındakının da səsi ona tanıĢ idi. Bu adam dairə xəstəxanasından gəlmiĢdi; cavan həkim, kilsə
həkiminin assistentiydi; o da arabir yetimxanada görünürdü və hələ düĢmən deyildi.