Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 
106 
 
 
Sanırıq  dünyamız  kabusdu,  kabus , 
Yaşayırıq  duyğusuz ,  əfsus,  min  əfsus. 
Gəl  ataq  kədəri,  nisgil,  ələmi, 
Yox  deyək  dərdlərə, sınsın  qələmi. 
Hər  üzdə  təbəssüm , sevinc   yaşları , 
Ərisin   qəlblərin   qara   daşları . 
Gözəldir ,  deyilmi? -   Söylə,  bəs  nədən, 
Hələ  də   arxanca  dərdi  çəkirsən ? 
Demə, atam, demə  ki,  dərdim var mənim
Dərd nədir ? -  Gəl deyim,  sözüm  var mənim! 
                   
               
 
 
 
 
 
 
 


107 
Yaxşıdır  
Bir  gözəl  sevmişəm , yolu  daşlıdır ,
Qüdrətdən  çəkilib , qələm  qaşlıdır .
Şirindir  ləhcəsi , xublar  şahıdır ,
Fürsət  tapıb  könlün  alsam , yaxşıdır . 
Gözəl  dedim , gözəl , yoxdu  tayınan ,
Yanağında  xal  görmüşəm  sayınan .
Tökür  neçə  qan bircə  baxmağıynan ,
Bir  də  baxsa , ölüb  qalsam yaxşıdır . 
Çeşm  Əli , dərd  çəkmək  peşəndir , peşən ,
Gör  nə  vaxtdı  qəm  yeyib  dərd  içirsən .
Başından  əskilmir , bəla  gəzirsən ,
Bivəfadı , gendə  dursan  yaxşıdır . 
                      26.04.2010. 
                                                  


 
108 
 
 
Fələyin  çərxini  tərsə  hərlərəm 
Sınanmışam  min yol , qurun  mizanı , 
Yenilməzəm , mən  bu  bəhsə  yenmərəm . 
Çəkdirin  göz-gözə , açın  meydanı , 
Gəlsə  mürğidillər , aman  vermərəm ; 
Fələyin  çərxini  tərsə  hərlərəm . 
 
Şirindir  qəzəlim , yusifcamallı , 
Hikmətdir , mənadır  dövlətdə  malı . 
Həvəskarmisallı ,  hərdəmxəyallı , 
Gəlməsin , kalını  başdan  tökərəm
Fələyin  çərxini  tərsə  hərlərəm . 
 
Güneydən  boylandım , qüzeydə  batdım , 
Çiçək-çiçək  arzu  oldum , boy  atdım . 
Könül  verdim  mən  bu  eşqə , yaşatdım , 
Yanmağım  var  gecə-gündüz , sönmərəm ; 
Fələyin  çərxini  tərsə  hərlərəm . 
 
 


 
109 
 
 
Səsimə  səs  versin  tarım , kamanım , 
Çarəsiz  xəstəyəm , yoxdur  dərmanım . 
Telli  sazım  gəlsin  olsun  həyanım , 
Musiqisiz  söz  məclisin  neylərəm
Fələyin  çərxini  tərsə  hərlərəm . 
 
Sərrafam , gəzirəm babımı , hanı ? 
Şairəm  sözbilən , haqqımı  tanı . 
Titrədib  dünyanı , Göy – Asimanı , 
Haqq  sözün  başına  min  yol  dönərəm ; 
Fələyin  çərxini  tərsə  hərlərəm . 
 
Mərifət  əhliyəm , məna  acından , 
Mənəm  deyən  varsa , keçsin  tacından . 
Bu  coşqun  təbimin  bac-xəracından , 
Olmamış  qurtulan ! – Bəyan  eylərəm ; 
Fələyin  çərxini  tərsə  hərlərəm . 
 
Çüşm  Əli  söylər  sözü  zamanında , 
Ərkan  ilə  qədirbilən  yanında . 
Rəqibin  axtarır  adlı , sanında , 
Deyir : – Bu  meydanda  rəqib  bilmərəm ; 
Fələyin  çərxini  tərsə  hərlərəm . 


 
110 
 
 
Düzdürüb  gör  neçə  şəm  şamımız  Ayın  başına  
 
Düzdürüb  gör  neçə  şəm  şamımız  Ayın  başına , 
Yığışıb  aşiqi-pərvanə  humayın  başına . 
 
Verər  əldən  şikarın  meydana  girmişsə  naşı , 
Yağacaq  tənəli  oxlar  yenə  yayın  başına . 
 
Vəfa  sultanı  yarım , gəlsə də  yüz  min  vəfasız , 
Tutuşsunlar  yenə  əl-ələ  dolayın  başına . 
 
Çeşm  Əli  keçdi  sınaqdan , yoxmu  insaf  damarın ? 
Dedi  yar , hər  nə  cəfa  varsa  qalayın  başına . 
 
              
 
 
 
 
 


111 
Söyləyin  göylərə 
Söyləyin  göylərə , öyünməsin  səyyarəsi  var ,
Bəşər  üzlü  Yerimin  gör  necə  məhparəsi  var . 
Al  yanaq , qələm  qaşlı  afəti  gör , bənzəri  yox ,
Dolanır  başına , min  aşiqi-pərvanəsi  var . 
Məqami-surəti-hüsnündə  mərifət  və  kəmal ,
Bigüman  var  yəqinim  ki , mələk  nişanəsi  var . 
Batini-nöqteyi-əsrarı  rüxi-lövhinə  bənd , 
Mən  kimi  batinə  vurğun  çoxmu  biçarəsi var ? 
Yetişin , ey  nəzər  əhli , gör  nə  ümman  bulmuşam ,
Naleyi-tari-kaman  məclisi-həmxanəsi  var . 
Azəribaycanımın  hər  gözəli  möcüzədir , 
Sözü  xoş , “Ovqatı”  xoş , nəğmə  dolu  guşəsi var . 
Düşmüşəm  girdabına , oddu  bu  qız , sorğusu  çox ,
Heç  demir  qəlbi  suzan  Çeşm Əli  bimarəsi  var . 


 
112 
 
 
Fələk  mənlə  bəhsə  düşüb 
Baş  açmıram  bu  dünyadan , 
Avand  yolu  tərsə  düşüb . 
Vallah , bu  yol  mənlik  deyil , 
Fələk  mənlə  bəhsə  düşüb . 
 
Söndürüb  ümid  çırağım , 
Güman  kəsibdir  ayağın . 
Açdım  könlümün varağın ; 
Hər  sətrinə  qüssə  düşüb , 
Fələk  mənlə  bəhsə  düşüb . 
 
Köklənəndə  qəm  rübabım , 
Tel-tel  olur  duyğularım . 
Mən  kimə  pənah  aparım ; 
Qara  bəxtim  nəhsə  düşüb
Fələk  mənlə  bəhsə  düşüb . 
 
Düyün  kəsibdir  kələfin , 
İçirəm  acı  şərbətin . 
Yalquzaqmış , dişi  kəskin ; 
Qismətinə  Mirzə  düşüb , 
Fələk  mənlə  bəhsə  düşüb . 
           23.08.2010. 
 
 


113 
Əkbər Tanrıverdi oğlu 
Şahbazov   
1960-cı il yanvarın 1-də Yevlax rayonunda anadan 
olub. X. Abovyan adına Yerevan Dövlət Pedaqoji 
İnstitutunun filologiya fakültəsini bitirib.  2 saylı xüsusi 
rejimli internat məktəbində müəllim işləyib.  Gözdən Əlillər 
Cəmiyyətinin Mərkəzi İdarəsində kadrlar şöbəsinin böyük 
inspektoru işləyib.  
Əlillərin üçüncü, dördüncü və beşinci yaradıcılıq 
baxış müsabiqəsinin qalibi olub. Orta məktəbdən şeir
yazmağa başlayıb, mətbuat səhifələrində çap olunub. Onun 
şeirlərində boya-başa çatdığı doğma torpağa sönməz bir sevgi 
var.  
“Kotanlı” imzası ilə yazan Ə. Şahbazovun şeirlərində 
vətənə, onun insanlarına əbədi bir məhəbbət var. 
“Qəriblikdən gələn səs” adl kitabı nəşr olunub. 200-dən artıq 
şeirin müəllifidir. 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə