Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   2   3   4   5   6   7   8   9   ...   31

30 
Dünyа Bоşаlır 
Elə zənn edirəm dünyа bоşаlır,
Çаxnаşmа, vuruşmа, dаhа bаş аlır.
Аqillər, аlimlər dünyаdаn gedir,
Əvəzi də gəlmir, yeri bоş qаlır.
Dərd duyаn insаnlаr, qаnаnlаr gedir,
Dərdbilməz аdаmlаr, nаdаnlаr gəlir.
Dünyа itiribdir səriştəsini, 
Оğul uşаq sаymır öz yiyəsini.
Kimsə оxumаyır öz kitаbını,
Оxuyаn аzdı «Düz söz» kitаbını.
Hаyyın bir kitаbını bаşа vurmаyаn,
Оxuyur nаhаqqın yüz kitаbını.
«Yаşаmаq!» deyilən yаmаn çətindi,
Insаn hissələrə bölünür indi. 
Geridə dаyаnıb, köhnə zülümlər,
Sаtılır bаzаrdа оrqаnizmilər.
Vücudu dip-diri pаrçаlаyırlаr,
Hаrdаn lаzımdısа, оrdаn çаlırlаr.
Belə bir zаmаndа yаşаrmı insаn?
Tаrixən оlubmu bir bele dövrаn?
Əlаmаn а dünyа! Səndən əl аmаn!
Qıl çаrə bizlərə, sən ey Yаrаdаn! 


31 
Mayoş Əyyub qızı    
Vəliyeva 
1961-ci  ilin  noyabrın  1-də  Naxçıvan  Muxtar 
Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan 
olub.   
Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. 
Kitabları  nəşr  olunub.  2004-cü  ildə  əlillərin  3-cü 
Ümumrespublika  Bədii  Yaradıcılıq  Baxış  Müsabiqəsinin 
qalibi  olub.  “Durna  olsam”  adlı  ilk  kitabı  2004-cü  ildə  çap 
olunub. Daha sonra “Tək olan dünya” kitabı çap olunub. 
   


32 
Ağlayır 
Yurdum paralanıb bir neçə yerə
Həsrətdən qəlbimiz bağlayıb yara
Dərman axtarırıq tapmırıq çarə
Qəsd ilə bağlanan yollar ağlayır. 
Ətirli qönçələr, güllər gedibdir
Yağılar Şuşanı tapdaq edibdir
Tərlan oylağımız itbidir
Qürbətdə bulunan göllər ağlayır 
Düşmən Kəlbəcərdə qızılı kəsir,
Qarabağ üstündə qəlbimiz əsir.
Xankəndi, Xocavənd olubdur yesir
Dumana bükülən güllər ağlayır. 


 
33 
 
 
Ata deyib gözlərindən yaş axan, 
Övlad həsrətilə, bükülən, baxan 
Şəhid məzarın köksünə sıxan 
Yurdunu itirən ellər ağlayır. 
 
Ulu öndər 
Heydər Əliyevin əziz xatirəsinə ittihaf 
Ulu öndər 
Dahi rəhbər 
Heydər baba 
Zehin, zəka 
Çox işlətdin 
Vətən üçün 
Bu xalq üçün 
Siyasətlə zənd işlətdin 
Qorumaqçün 
Bu torpağı 
Namus, qeyrət, insanlığı 
Keçilməyən sərhədləri sən aşaraq 
Rəsmi qolla 
Bənd işlətdin 
Vətənə olan sevgi 
Məcbur etdi 
Səni buna, 


 
34 
 
 
Xalqa olan məhəbbətin 
Sövq etdirdi, kamilliklə 
Sülh imzana 
Dönə-dönə sən çəkdirdin 
Xalq önündə 
İmtahana 
Çox əlləri sən saxladın 
Sən qorudun 
Sən qoymadın 
 
Bata qana 
Ulu öndər 
Dahi rəhbər 
Heydər baba 
Ulu dünya 
Kamalınla 
Sülh yolunda imza qoydun 
Ülvi məqsəd memarlıqlı 
Nur dünyada məşəl aldun 
Səni sıxıb köksümüzə 
Fərəh aldıq, sən vətən xidmətinlə fərəh 
aldın 
Ulu öndər 
Dahi rəhbər 
Heydər baba 
Qəfil ölüm səni bizdən ayırdı 
Bu ayrılıq torpağını, vətənini yandırdı. 
 
 


 
35 
 
 
Bu ayrılıq, acı kədər 
Kövrək-kövrək qəlbimizi 
Sındırdı. 
Arif, zəka duyğuları 
Müdhiş anda dondurdu 
Ulu öndər 
Dahi rəhbər 
Heydər baba 
Əsəl bizi ayırsa da 
Sevgi qaldı 
Qəlbimizdə, 
Sən əbədi ayrılsan da 
Vətənçün dağ vüqarın qaldı bizdə 
Həsrət bitib 
Nalə çəkdik 
İçimizdə 
Ulu öndər 
Dahi rəhbər 
Heydər baba 
Məzarının önündə biz baş əyirik 
Daş heykəldə nur çöhrənə 
Baxdıqca biz 
Kövrəlirik 
Sona yetmir həsrətimiz 
Ulu öndər 
Dahi rəhbər 
 
 
 


 
36 
 
 
Heydər baba 
Fərəh verir  
Yalnız bizə 
Yaradının köməyi ilə 
Səndən qalan 
Bir nişanı 
Öndə durur 
Gedir rəhbər kimi 
Yetiribdir 
Bu zəmanə 
zehnin,zəkan 
çöküb ona 
addım-addım 
sülh yolunu 
köçürübsən 
Sən İlhama 
 
Ulu Heydər davamçısı 
Ənənənlə davam edir 
O böyük bir 
Rəhbər kimi 
Xalq önündə 
Başda gedir 
Sədaqətlə, sücayətlə 
Vətəninə 
Xidmət edir 
Sən əkdiyin ağacların bəhrələri 
meyvə verir 
Gələcək nəsillərə də yetirəcəkdir zaman 


 
37 
 
 
Vətənində qoymayacaq tökülə qan
Balaca Heydər kimi 
Bir yenilməz qəhraman 
Ulu öndər 
Dahi rəhbər 
Heydər baba 
Rahar uyu 
məzarında, 
ana vətən 
torpağında 
sən ölmədin 
sən yaşadın 
bəşəriyyət 
zəkasında. 
Heydər baba 
Heydər baba.   
 
 
 
 
 
 
 
 
 


 
38 
 
 
Ölmə vətən oğlu vətən ağlayır 
 
Matəm musiqisi çaldırdı zaman 
Ölüm xəbərindən saraldım yaman 
Gözümdə boşaldı  bu nurlu cahan 
Ölmə, el oğlumuz, elim ağğalyır 
Çəmənim ağlayır, gülüm ağlalyır 
 
Çənazə önündə al-əlvan çiçək 
Fırtına qopardı sinəmdə ürək 
Çırpırdı qayaya dalğanı külək, 
Kədərdən dağladı dəniz ağlayır 
Dəmir arabada bir qız ağlayır 
 
Qopardı təbiət bir acı tufan 
Dad-nalə eyləyir xınalı tərlan 
Nərilti qoparıb uzaqdan aslan, 
Titrəyir dağ, dərə, meşə ağlayır. 
Bulaqlar çevilib şehə ağlayır 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə