Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   2   3   4   5   6   7   8   9   ...   31

 
39 
 
 
Kəsərdik gününə neçə qurbanı 
Xalqının nər oğlu, baş komandanı 
Ölümün göynədir milyon insanı 
Çağlanıb sellərim yazım ağlalyır. 
Dilim lay-lay deyir, gözüm ağalyır. 
 
Torpaq alır səni öz ucağına 
İzdiham başlayır «Fəxri» bağına 
Qara lent bağlanıb iş otağına 
Ağ kağız, qələmin, mizin ağlayır. 
Qədəm qoyduğun yer, izin ağlayır 
 
Göydə mələkələr də yas tutub sənə 
Heyrətləndim quş da uçmur çəmənə, 
Belə tez əlvida demə vətənə 
Vətən oğlu ölmə, vətən ağlayır 
Əyninə geydiyin kəfən ağlayır 
 
 


 
40 
 
 
Sənə heyf dedi dünya, bəşəri 
Torpaq bizdən aldı dahi rəhbəri 
Təbiət ağlayır indi Heydəri 
Yosunlar baş qoyub daşa ağlayır  
Kür-Araz birləşib qoşa ağlayır. 
 
Millətin sərdarı, ey qəhrəmanı 
Yoxluğun içimə saldı tufanı 
Qəmə batırma sən Azərbaycanı 
Bülbüllər qan edir, gülüm ağlayır 
Ölmə ey oğlumuz elim ağlayır. 
 
 
 
 
 
 
 
 


 
41 
 
 
Dünya 
Bəni adəm çəkmə dünya qəhrini 
Qonaq gəlib, gedəcəksən bir gün də 
Salma ürəyinə şeytan şəhrini, 
Yükünü verməyir heç kimə dünya. 
 
İxtiyarı çatır şaha sultana
Bəzən də biveci salır mehmana 
Qoyub bizi dərd içində divanə 
Çəkmir karvanını aramla dünya. 
 
Bu fani dünyada, biri qəm çəkir
Bir qadan açır, bir yaş tökür. 
Gələn bu dünyadan bir gündə köçür 
Heç kimi saxlamır əbədi dünya 
Əzəldən dayanıb tük üstə qadir 
Söküb quraşdırır işini mahir. 
Hamını göndərir torpağa bir-bir
Özünü qoruyur, yaşadır dünya. 
 
 
 


 
42 
 
 
Aldadır yığdırır, dünya nur edir 
Axırda əlini çılpaq, boş edir. 
Öləndə üstünü torpaq, daş edir 
Şirindir, doymadır adamı dünya. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
43 
 
 
Məni 
Tale sınaqlara çəkdi ömürümü 
Hicran məşnəsində sıxdı köksümü. 
Haqsız hakim kimi verdi hökmünü
Başıma dar etdi cahanı mənim. 
 
Qubardan ovulub tökülən daşam, 
Hicran vüsalından yaranan yaşam. 
Mən indi qanadı qırılan quşam, 
Töküldü gülümün xəzanı mənim. 
 
Tanrı düz bölmədi haqqı divanı, 
Nəsimini etdi dövrün qurbanı. 
Zalıma o, verdi geniş meydanı, 
Yazdı qismətinə zindanı mənim. 
 
 
 


 
44 
 
 
Yaradanın özü qoydu fərmanı, 
O, tökdürdü o, yağdırdı hər qanı. 
Min dərdə olsa da, min bir dərmanı, 
Dərdimə vermədi dərmanı mənim. 
 
Vədəsiz yağan qar bağladı yolu, 
Şaxtası xar etdi çəməndə gülü. 
Mən oldum eşqimin əsiri, qulu 
Öldürdü sevdası cananın mənim  
 
 
 
    
 
 
 
 


 
45 
 
 
Qarabağın sevdası 
Qarabağ üstünü çən, duman alıb, 
Nə qədər insanlar zillətdə qalıb. 
Düşmən Qarabağda yurd-yuva salıb. 
Millətim dad edir könlü bulanır. 
Düşmən Qarabağda sərbəst dolanır. 
 
Xainlər dayanıb sanki qəsdinə
Hər yerdə danışır sözü əksinə. 
İlan tək başını qoyub köksünə, 
Çeşmələr bulanıb, səssiz çağlayır, 
Qarabağ əsirdi, yaman ağlayır. 
 
Buludlu səması boşalıb dolub, 
İnsanlar yurdundan yad, qərib olub. 
Qoca dağlar düşmən əlində qalıb 
Misqal-misqal torpağımız tardanır 
Doğma vətən düşmən əlində yanır. 


 
46 
 
 
Bulaqlar gözünü yumub ağlayır 
Bülbüllər xar olub qara bağlayır. 
Düşmən Qarabağda əsir saxlayır, 
Ürəklər həsrətdən qana boyanır, 
Bənövşə bükülür, lalə usanır. 
 
Ətirli çəmənə qara yel əsir, 
Düşmən əsirlərin başını kəsir. 
Xınalı kəkliklər lal olub susur. 
Ədalət yerini nə vaxt alacaq, 
Günahsız insanlar azad olacaq. 
 
 
        
 
         
       


 
47 
 
 
 Qocalıq 
Asta-asta gəlir, demir heç kimə, 
Qara örtüyünü çəkir köksünə. 
Kim dönür mələyə, kim dönür cinə
Qocalıq əlindən alır ilhamı, 
Söndürür qəlbindən atəşi, şamı. 
 
Alır qol-qıçından taqət, gücünü, 
Qocalıq dağıdır didir içini. 
O gücü məxluqat əyir qoyunu. 
Ən aciz insana döndərir bəzən, 
İtirir nazını ən incəə nazən. 
 
Gizlində əlini, alır əlinə, 
Ələkdən qar səpir qara telinə. 
Odur acılığı qatan dilinə. 
Lal insan dil açır dinir, danışır, 
Qocalıq ucundan halım qarışır. 


 
48 
 
 
Nə qədər qovşan da çəkilmir səndən, 
Qaşını gözünə çəkir ağ rəngdən. 
Daşdan da bərk qəlbi edir ipəkdən, 
O qara dəvədir döyür qarıpı, 
Gəzir diyar-diyar çəkir atını. 
 
        
 
 
 
  
 
 
 
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə