Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 
49 
 
 
Bilin insanlar 
Vicdanı susuyub qorxaq olanlar, 
Kiçik vəzifənin qulu olanlar. 
Yalanı göyərdib, haqqı dananlar, 
Vətənə xoşdur, bilin insanlar. 
 
İtməsin «nüfuzu», «hörməti» deyə, 
Dəridən-qabıqdan çıxacaq onlar. 
Kiməsə hardasa xoş olsun deyə
Vətəni, eli də danacaq onlar. 
 
Həmişə çəkilir, bir yana onlar, 
Fürsət axtarırlar, məqam gəzirlər. 
Yapışıb bərk-bərk stullarından 
Arxa axtarırlar, dayaq gəzirlər. 
 
Zaman öz hökmünü verəcək gec-tez, 
Həqiqət zirvəni məskən edəcək. 
«Qar dağı» əriyib gedəcək gec-tez 
El dağı daha da uca olacaq 


 
50 
 
 
Qorxmayın elimin mərd oğulları, 
«El dağı» arxadır mərdə həmişə. 
Mərdlər keçərlər çətin yolları 
Namərdlər yarıda qalar həmişə. 
 
Vətən dar gündədir aman igidlər 
Vətəni yadlara sata bilmərik. 
Birləşin Koroğlu, Nəbi igidlər
Ölsək də kəndirə keçə bilmərik 
 
05.07.1998 
 
 
 
 
 
 
 
 
 


 
51 
 
 
          İki qəlbin nuru Ana 
Əziyyət çəkərək böyütdün bizi, 
Heç zaman qırmadın sən qəlbimizi. 
Ayın şəfəqidir qəlbinin izi
Baxıram, ürəyim kövrəlir, ana. 
 
Yetim üryəimdir sızlayan, donan, 
Tale ayırıbdır bizi hər zaman. 
Sənin xəyalındır önümdə hər an, 
Baxıram, ürəyim kövrəlir, ana 
 
Ana varlığındır mənə iftixar, 
Üzür ürəyimi həsrət, intizar. 
Qara saçlarına ələnibdir qar, 
Baxıram, ürəyim kövrəlir, ana 
 
Sənsən ömrümüzün baharı, gülü, 
Sünbül saçağının əsməri teli. 
Qoluma qüvvətdir anamın əli, 
Baxıram, ürəyim kövrəlir, ana 
 
Bərəkət selidir anna duası, 
Anadır ocağın odu, qarası. 
Anamdır qəlbimin nurlu ziyası, 
Baxıram, ürəyim kövrəlir, ana 
 


52 
Övladı qoruyur ana duası, 
Hər zaman çatıb bil, mana duası.
Sənsən çırağımın nuru, ziyası
Baxıram, ürəyim kövrəlir, ana
Nəyim qaldı 
Dağlar, gəzdim döşündə, 
Qar şücum çəkdi qışın da.
Vəfalısan hər işində, 
Əsma yelin könlüm aldı
Dağlar, səndə nəyim qaldı. 
Hicran düşüb ayırmasın
Sevgimizi sovurmasın.
Günəş bizi qovurmasın,
Əsma yelin könlüm aldı
Dağlar, səndə nəyim qaldı. 
Bülbüllərin şux səsindən,
Doymaq olmur nəfəsindən.
Düşəmmirəm həvəsindən,
Əsma yelin könlüm aldı
Dağlar, səndə nəyim qaldı. 
Kəklik gəzir qayaları, 
Məlhəmlədin yaaları.
Unutmaram buraları,
Əsma yelin könlüm aldı
Dağlar, səndə nəyim qaldı. 


53 
Sığalladı meh əlimi, 
Sən oxşadın qəlb telimi.
Yara dərdim, tər gülünü
Əsma yelin könlüm aldı
Dağlar, səndə nəyim qaldı. 
10.03.2099 


54 
                   
                 Qan dünya 
Vardır bu dünyanın baharı, qışı,
Qara buludları, leysan yağışı.
Acı divan olub hicran, göz yaşı,
Boğulur qanında, içir qan dünya. 
Kövrək incilərə bağlanan dünya,
Tamah ovuclarda dağlanan dunya.
Bir şütün üstündə saxlanan dünya,
Boğulur qanında, içir qan dünya. 
Çobanı şah edir, sultanı əyər,
Sabahın ülkəri dünyaya dəyər.
Mehmanı xar edər, adamı yeyer
Boğulur qanında, içir qan dünya. 
Çaşdırır əqlini, qovub quhunu,
Namərd qohum, tora salır qohumu.
Var-dövlət çaş qoyub əqlən çoxunu,
Boğulur qanında, içir qan dünya. 
Əzəldən yaranıb, dünya kədərdən,
Satqınlar qorxaqdı, igid hünərli.
Səadət nəğməli dünya dəyərli,
Boğulur qanında, içir qan dünya. 


 
55 
 
 
 
 
Qılıncıyla sağ-solunu kəsəndə
Ömürləri varsız qoydu pərəndə. 
Tanrı saldı bizi tora, kəməndə, 
Boğulur qanında, içir qan dünya. 
15.02.2009 
 
 
 
            
             
 
 
 
 
 
 
 
 


56 
Şəhid 
Köksünüzü qara, güllə dağladı,
Vətən yandı, şəhid gözlər ağladı.
Qanınızı mavi Xəzər yaladı,
Qəmli baxışları dil-dil ağladı,
Şəhidlər tər qərənfil ağladı. 
Düşmənlər qəsd ilə kəsdi amanın,
Soyuq daşlar üstə töküldü qanın.
Güllə yağdı, söndü otaqda şamın,
Qəmli baxışları dil-dil ağladı
Şəhidləri tər qərənfil ağladı. 
Qopan fəryadlardan bulud qaraldı,
Ana-bacıların rəngi saraldı.
Körpələr çox erkən ataçız qaldı,
Qəmli baxışları dil-dil ağladı
Şəhidləri tər qərənfil ağladı. 
Xalq yaşadı ağrı-acılı günlər, 
Ası bəlalara asiman inlər. 
Dul qalıbdır neçə-neçə gəlinlər, 
Qəmli baxışları dil-dil ağladı 
Şəhidləri tər qərənfil ağladı. 
20.01.1990 


57 
Azərbaycan 
Qəfil duman aldı səni,
Od yandırdı çəmənini.
Zəbt etdilər vətənimi,
Qızın sənə deyir can-can,
Qalx ayağa, Azərbaycan 
El kökündən aralıdı,
Əsir, qaçqın buralıdı.
Vətən bu gün yaralıdı,
Qızın sənə deyir can-can,
Qalx ayağa, Azərbaycan 
Sərvətini yağı dartır,
Gündə-gündə fəsad artır.
Yurdumuzu xain satır,
Qızın sənə deyir can-can,
Qalx ayağa, Azərbaycan 
Millətimə qara yaxıb,
Şəhidlərin qanı axıb.
Həsrət insanları sıxıb,
Qızın sənə deyir can-can,
Qalx ayağa, Azərbaycan 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə