Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 
65 
 
 
Acı nədir, şirin nədir seçmişəm
Yaxşı nədir, yaman nədir keçmişəm. 
Ayrılığın şərbətini içmişəm, 
Gedib, gedib bir gün gözdən itəcəm, 
Bu yoxuşun sonunacan gedəcəm. 
 
Yolu qoyub, kol-kos dolu iz verib, 
Var-dövləti yox yerindən az verib, 
Tanrım mənə sirr – sehrli söz verib, 
Gülfir deyir zirvələrə yetəcəm, 
Bu yoxuşun sonunacan gedəcəm. 
 
Şəki 2011 
 
 
 
 
                         
 
 
 
 


66 
Durduğum  yerdəcə 
                       (Biri soruşdu: “Necə oldu ki, şair oldun?”) 
Xəbərsiz düşmüşəm sözün sehrinə,
Durduğum yerdəcə, şair olmuşam.
Tanrı möcüzəsi deyimmi buna?
Durduğum yerdəcə, şair olmuşam. 
Bir həyat yaşadım, ağır cəzadır.
Nələr baş verdisə, dedim qəzadır.
Həvəsim, istəyim sözə-sazadır.
Durduğum yerdəcə, şair olmuşam. 
Ağrı –acılara dözdüm, ölmədim,
Çiynimdə daşıdım yükü bölmədim.
Kimsə gözləmədi, özüm bilmədim,
Durduğum yerdəcə, şair olmuşam. 
Söz-söz ovunmuşam dərdimə dair,
Dindim kəlimə-kəlimə, yarandı şeir,
Görənlər adıma dedilər şair,
Durduğum yerdəcə, şair olmuşam. 


 
67 
 
Yazdığım şeirdən güç-qüvvət aldım, 
Könül rübabımı duyğumla çaldım. 
Özüm də özümə məəttəl qaldım, 
Durduğum yerdəcə, şair olmuşam. 
 
Sözlə qanadlanıb, sözlə uçmuşam
Sözlə şəfəqlənib işıq saçmışam, 
Sözlə ürəklərə yollar açmışam, 
Durduğum yerdəcə, şair olmuşam. 
 
Hansısa məkəna, yerə yetmədim, 
Bununçün məktəbə, dərsə getmədim. 
Heçnə düşünmədim, nə hiss etmədim, 
Durduğum yerdəcə, şair olmuşam. 
 
İçimdə dünyam var, yurdum-yuvamdır, 
Yer-göyüm, dağ-dərəm suyum – havamdır. 
Vuruş meydanında sözlə davamdır, 
Durduğum yerdəcə, şair olmuşam. 
 
Bitib al gülşənim, düzüm yoncadır, 
Şeirim naxış-naxış əlvan xonçadır. 
Təbim incə, zərif açan qönçədir, 
Durduğum yerdəcə, şair olmuşam. 
 
Könlüm ilhamlanır, söz qonur dilə
Bəlkə məndən doğur bu dünya belə? 
Nəğməli bülbüləm vuruldum gülə, 
Durduğum yerdəcə, şair olmuşam. 
 


 
68 
 
Uğursuz sevgidən, taleyi kəmdən, 
Kor olan gözlərim boğulur nəmdən. 
Yaratmaq eşqini almışam qəmdən, 
Durduğum yerdəcə, şair olmuşam. 
 
Dikəlib yerimdən, qaxdım söz ilə, 
Qarışıb sulara, axdım söz ilə. 
Gülfirəm dünyaya baxdım söz ilə. 
Durduğum yerdəcə, şair olmuşam. 
 
   
 
 
 
                          Şəki 2011
 
 
 
 
 
 
 
 
 
 


69 
Özüm,  Könlüm 
Dərələrdə azıb, qalan,
Yağışlarda tam islanan, 
İsti yerdə buz tək donan.
Dolaşaraq xəyallarda,
Özüm burda, könlüm qarda. 
Qara görüb ağ günümü,
Səda verdi dağ ünümü,
Çölə tutdum düz yönümü.
Sərgərdanam səhralarda,
Özüm burda, könlüm qorda. 
Üfüqlərdən alıb təpər,
Ulduzları göyə səpər, 
Nur üzündən Ayı öpər.
Səfərdəyəm uzaqlarda,
Özüm burda, könlüm harda. 


 
70 
 
 
Bağça- bağı birər - birər, 
Gəzib şehli çiçək dərər
Sevənlərə pay göndərər. 
Təktənhayam duyğularda, 
Özüm burda, könlüm yarda. 
 
Seyrə çıxdım ana torpaq, 
Hər ağacı budaq-budaq, 
Hər budağı yarpaq-yarpaq. 
Yarpaq altda yetib bar da, 
Özüm burda, könüm narda. 
 
Küləklərin qız qardaşı, 
Gül-çiçəyin gözdə yaşı, 
Qayaların daş yaddaşı. 
Yoldaş oldum mən bozqurda, 
Özüm burda, könlüm darda. 
 


 
71 
 
 
Qartalların qanadıyam, 
Millətimin pak adıyam, 
Azərbaycan övladıyam! 
Qarış-qarış hər diyarda
Özüm burda, könlüm Turda. 
 
Günəş batır, qaş qaralır, 
Ömür bitir, vaxt daralır, 
Gəzmədiyim hara qalır? 
Keçmişlərdə, sabahlarda, 
Özüm burda, könlüm nurda.
 
 
Əl-ayağım çəkiləndə, 
Xəzəl olub töküləndə, 
Toxum kimi əkiləndə. 
Gülfir bitər kitablarda, 
Özüm burda, könlüm orda
Özüm gorda, könlüm orda. 


 
72 
 
 
Cavabsız suallar  
           Gəcələr yatınca, səhər durunca, 
           Yalanlar-yamanlar məni yorunca. 
           Kimsə sualları bir-bir sorunca,  
           “Nədən?”, “Nəyə görə?”, “Niyə o səni?...” 
           Cavabsız suallar ağrıdır məni. 
 
          Haramdan uzağam, yoxam yamanla, 
          Barışa bilmirəm, haqqı dananla. 
          Üz-üzə gəlirəm bəzən yalanla, 
          Hayqırır ürəyim “nədən?,” “niyə?”-ni 
          Cavabsız suallar ağridir məni. 
 
        Şığıyıb yamanlar, hücum çəkdilər, 
         Sevinci öldürüb, qəmi əkdilər. 
         Dörd yandan qıfılbənd hasar tikdilər
        Günahsız məhbustək çəkim qüssəni, 
        Cavabsız suallar ağrıdır məni. 
 
 


73 
        Düzüm-düzüm olub, göyə doldular, 
        Yalanlar Günəşi tamam aldılar. 
        Nur üzə qapqara ləkə saldılar, 
        Gücüm də çatmır ki, əzim düşməni,  
        Cavabsız suallar ağrıdır məni. 
        Namərd olanlara öyrəşmir gözüm, 
        Yalana büküldü bəlalı düzüm. 
        İçimi yandıran sualdır sözüm, 
        Çoxalır dağların başında çəni, 
        Cavabsız suallar ağrıdır məni. 
      Saxta təbəssümlər, qanundan sözlər, 
      Gizlincə axtarır rüşvəti gözlər. 
      Görən nəçə qatdır bu tanış üzlər? 
      Dünya da itirir gözəlliyini, 
      Cavabsız suallar ağrıdır məni. 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə