Уммул-Бянин



Yüklə 11,44 Kb.
tarix04.02.2018
ölçüsü11,44 Kb.
#23917

Ümmül-Bənin


Övladlarımızı tərbiyə edərkən, biz bəşər tarixinin görkəmli simalarından ibrət üçün misallar gətiririk. Bəzən hansısa fədakar qəhramanı vəsf edərək vətənpərvərliyi təlqin etmək istəyirik. Bəzən digər bir şəxsiyyətin simasında igidliyi, sülhsevərliyi, insanpərvərliyi və qeyrət anlayışlarını aşılamaq üçün çalışırıq. Bir sıra simaların mükəmməlliyi ondan ibarətdir ki, onlar din, saf etiqad mehvərində öz fitrətlərini becərdib , özlərində bir neçə mənəvi dəyərlərin ülgüsünü yetişdiriblər. Xususən belə insanlar qadın olanda , onların kamalı nəinki özləri üçün bir dönüş və yüksəliş nöqtəsinə çevrilib, hətta övladlarının da həyatını bərəkətə qərq edib. Bu parlaq qadın simalarından biri vilayət çeşməsinə birləşən Uməl-Bənidir. Rəsulullah (s)-ın əziz qızı Fatiməyi-Zəhra (ə) vəfatından sonra Həzrəti Əli (ə)-ın evində əvəzolunmaz anna boşluğu yarandı. Bu yetim qalmış 4 Peyğəmbər əzizinə şövkətli və sevgi dolu bir hami, sınıq qəlblərini ovudub, təsəlli verə biləcək bir arxa , qayğılarını çəkərək əziyyətlərinə qatlaşa bilən bir anna lazım idi. Lakin bu ana , adi , xidmət göstərən analardan fərqli olmalı , İslamın ağacı olan bu evdə yüksək dəyərləri , İlahi səmimiyyəti , mənəvi kamalı dərk edən bir şəxsiyyətə malik olmalı idi. Neçə illər sonranın uzaqgörənliyini edən İmam qardaşı Əqil ibn Əbu Talibdən nəsli şucaətlə tanınmış bir qadının məsləhət görülməsini istəyir. O da Bəni Kilab olan Ümmül –Bənin adını çəkir. Beləcə iki Zəhra aslanını , dörd də Əli (ə)-dan gətirdiyi Aslan balalarını bəsləyib ərsəyə çatdıran bu qəhrəman qadın «oğullar anası» ləqəbi ilə tarixə həkk oldu. Onun 4 oğlu: Abbas, Abdullah, Cəfər və Osman Kərbəla şəhidlərinin cərgəsindədir. Ümmül-Bəninin ilk gözə çarpan xususiyyəti Əhli-Beytə məxsuss sevgisidir. Belə ki, Həzrəti Əli (ə)-ın evində məskunlaşdıqdan sonra bu evdə olan uşaqlara qarşı adi qadınların duyduğu qısqanclıq və ədavət hissi gözə çarpmır.(?) O bu balalara himayəlik etməkdən böyük zövq alır, hətta bu məhəbbəti də öz övladlarında kökdən tərbiyə etmişdir. Oğlanlarının heə biri öz baxı –qardaşlarıyla düşmənçilik etməyib. Rəvayətə görə Krbəladan ilk xəbər gələndə Ümmül-Bəni «Oğlum Huseyn necədir? Sağdımı?», deyə soruşur. Onə deyirlər ki, Oğlun Abbası soruş , niyə Huseyni soruşursan?». Cəvabında deyir ki, əgər Huseyn salamatdırsa , deməli Abbasda salamatdır.

İkinci gözə çarpan xususiyyət yüksək amalların dərkidir. Böyüddüyü övladlar İslam hədəfləri uğrunda , İmam Huseyn (ə)-ın hərəkatı ilə həmfikr və bu yolda atılan hər bir addımla yardımçıdılar. Kərbəla da düşmən tərəfdən Həzrətə Abbasa qohumluğu çatan bir şəxs onun sağ qalması üçün «Əmannamə» adlı bir məktub gətirib , Huseyn (ə) –ı tərk etməsini təklif etdi. Həzrəti Abbas (ə) o sənədi cırdı və son nəfəsinə qədər Husen (ə) həmfikir olduğunu və onu və ou mudafiə edəcəyini billdirdi. Onun şəhid olarkən oxuduğu şerdə də bu qeyd olunur. O həzrət, «And ola Allaha , əllərimi kəssəniz də öz dinimi əbədi olaraq qoruyacaqam!» , deyə əqidəsini bəyan etmişdi. Bu əqidə onun özündən əvvəl şəhid düşmüş qardaşının da tərzi təfəkküründə görünür.

Üçüncü xususiyyəti Allahı sevmək və kamala doğru səy etməsidir.Övladlarının şəhadəti seçməsi və ona doğru var qüvvə ilə səy etməsi bunu göstərir.

Dördüncü xususiyyəti -fədakarlıqdı. Ümmül-bəni dörd şəhid anası olmağı ilə bərabər Mədinənin karvan yolu üstündə oturub övladlarının şəhadətini nəql edə rvə ana yanğısçı ilə belə Kərbəla həqiqətinin yayılmasına diliylə xidmət göstərərdi.



Beşinci xususiyyəti həyatı İslam keşməşiylə qaynayan həzrəti Əli (ə)-a sadəcə xanımlıq deyil , dərrakəli səhabə olmasıdır. Rəvayyətdir ki, Həzrəti Abbas (ə) dünyayə gəldikdə İmam əli (ə) onun iki qolundan öpüb ağlamışdı. Övladının naqis olduğunumu soruşan anaya İmam belə bir mügdəni söyləyir: « Onun parlaq bir gələcəyi olacaq. O, Cəfər Təyyar kimi 2 qolunu İslama qurban verəcək və əvəzində Allah-Təaladan məxsus bir məqam alacaqdır.»

Bu xəbəri ilk övladında almaq Ümmül-Bəninin vilayət anlayışı, dərin dünya görüşü və möhkəm etiqadının göstəricisidir. Özü vəfa və iman simvolu olduğu kimi, « İslamda vəfa, cəbr, dəyanət və israr ülgüləri kimlərdir?» deyə soruşulsa, mütləq onun gənc balalarının adı iftixarla çəkilər. Ümmül-Bəni və oğulları din və qeyrətin çıraqları, bəşəriyyətə yol göstərən ülgülərdir. Odur ki, Allah-Təalanın izni ilə , Ümmül-Bəninin ülgüsü ilə böyüyən gənc nəsil də, bu mənəvi dəyərləri qavrayaraq Vətənə, İnsana, Dinə, Elm və Allaha sədaqətli şəxsiyyətlər kimi formalaşar və Azərbaycan istimayyətinə faydalı insanlar oldarlar! İnşaallah!

Yüklə 11,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə