Ümum müddəalar Marşrutun adı və növü: “Neftçalanı bizimlə kəşf edin”. Kim üçün nəzərdə tutulub



Yüklə 79,89 Kb.
tarix01.02.2018
ölçüsü79,89 Kb.
#23002


Neftçala rayonu üzrə turizm marşrutunun

Pasportu
Ümum müddəalar

1.1. Marşrutun adı və növü: “Neftçalanı bizimlə kəşf edin”.

1.2. Kim üçün nəzərdə tutulub: tarix və mədəniyyət abidələri ilə maraqlananlar, balıqçılıqla maraqlananlar, təbiətlə, nadir heyvan və quşlarla maraqlanan turistlər üçün.

1.3. Qrupun optimal sayı (nəfər): minimum 4 nəfər maksimum 26 nəfər.

1.4. Marşrutun müddəti (günlə): 3 gün.

1.5. Marşrutun məsafəsi (km): Bakı - Neftçala 176 km.

1.6. Marşrutun çətinlik dərəcəsi (I-IV): İ

1.7. Marşrutun mövsümü: (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr).

1.8. İstifadə olunacaq nəqliyyat növü: avtobus, avtomobil.

1.9. Marşrut üzrə hərəkət üsulu (maşın, piyada, atla, qayıqla, velosiped). Bakıdan Neftçalaya avtobus və avtomobillə yola düşmə. Neftçalada rayonun girişində qarşılanma və oteldə yerləşdirmə. Neftçala daxilində tarix və məd abidələri və görməli yerlərlə tanışlıq (Heydər Əliyev Mərkəzi, Bulvar kompleksi - Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi). Yerli mətbəx nümünələri (əsasən balıqdan hazırlanan yeməklər) ilə tanışlıq və nahar (günorta yeməyi). Neftçala ilə tanışlığın davamı (Şirvan Milli parkı ilə tanışlıq). Otelə qayıdış və şam yeməyi.

İkinci gün oteldə səhər yeməyi. Neftçala sənaye məhəlləsi ilə tanışlıq. “Xıllı Nərə Balıqartırma” zavodu ilə tanışlıq.” Nahar fasiləsi. Tarixi abidə olan Xıllı cümə məscidi, Xıllı nekropolu- XII-XVII, “Heydər Almazov” türbəsi, Neftçalada şəhid türk zabitlərinin məzarları, Bankə yaşayış yeri XII-XIV əsrlər, Qaramanlı nekropolu - XI-XII əsrlər. Otelə qayıdış və şam yeməyi.

Üçüncü gün oteldə səhər yeməyi. Qayıqla gəzinti və yerli mətbəx nümünələri ilə tanışlıq balıqdan hazırlanan müxtəlif yemək növlərinin nümayişi (nahar). Oteldə istirahət və hazırlıq işlərinin aparılması. Günün ikinci yarısı Bakıya yola düşmək.



1.10. Yaşayış və yerləşmə şəraiti: otel və istirahət mərkəzləri.

1.12. Marşrut boyu qidalanma: restoran və istirahət məkanları.

1.13. Əsas ekskursiya məntəqələri: (yerləşdiyi ərazini və ünvanı göstərməklə): Heydər Əliyev Mərkəzi - Neftçala şəh. H.Əliyev pr.34 A, Tarix-diyarşünaslıq muzeyi- Neftçala şəh. H.Əliyev pr.25, Bulvar kompleksi- Bayraq meydanı- Neftçala şəh. H.Əliyev pr., “Heydər Almazov” türbəsi- Neftçala ray., Qoltuq qəsəbəsi, Neftçalada şəhid türk zabitlərinin məzarları- Neftçala ray., Seyidlər kəndi., Bankə yaşayış yeri- Neftçala ray., Bankə qəsəbəsi, Qaramanlı nekropolu- Neftçala ray., Qaramanlı kəndi, Neftçala sənaye məhəlləsi- Neftçala şəh., “Xıllı Nərə Balıqartırma” zavodu- Neftçala ray., Xıllı kəndi, Qayıqla gəzinti- Xəzər dənizinin sahili, Kür çayı ilə dənizin birləşdiyi məkan.

1.14. Bələdçilərin sayı: turistlərin sayından asılı olaraq 1-3 nəfər.

1.15. Əsas xidmət xərcləri (nəqliyyat xərcləri, qidalanma, yerləşmə və s.): turistlərin sayından asılı olaraq müəyyən olunur.

1.16. Yaşayış məntəqələri və yol şəbəkələri də daxil olmaqla marşrut boyu əsas məntəqələr: Bakı-Neftçala-Bankə qəs.,Qoltuq qəsəbəsi, Xıllı kəndi, Qaramanlı kəndi, Seyidlər kəndi.

c:\users\ilqar\desktop\neftcala_inzibati_rayon.jpg

c:\users\ilqar\desktop\290px-a-neftchala.png

Neftçala rayonunun qısa tarixi

Neftçalanın indiki adı burada neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub “neftli çala” mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qulluqçular üçün Tres, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib.

Lakin buranın əvvəllər Xanqışlağı adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır. Rayondakı Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Rayon əhalisi bu kəndi hələdə Xanqışlağı adlandırır.

Şirvan xanlığı (1747-1820) dövründə indiki rayon ərazisi Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası oldu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyovun qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promisel kəndi (pristav Haqverdi-yev, köməkçi Həsənov) Cavad, Muğan və Biləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi.



Xaraba şəhər


Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və bir hissəsi milli parkın ərazisindəki muzeydə saxlanılır. Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs "Xaraba şəhər" və ya "Yunan şəhəri" adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Ancaq bölgənin tarıxini ətraflı araşdırmış Azər Turan "Darülmöminin" kitabında tarixi faktlara, xüsusən Bəzzazın (XIV yüz il) "Səfvətüs Səfa" əsərinə əsaslanaraq, bu şəhərin Kuştaspi adlandırıldığını, Kuştaspinin isə bir müddət Şirvanşahlar dövlətinin paytaxtı olduğunu bildirir. Deyilənlərə görə çox-çox qədimlərdə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcudimiş. Professor Gül "Xəzər Atlantidası" adlı məqaləsində ("Azərbaycan gəncləri" qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: "Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında "Şəhri Yunan" adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır". Ərəb coğrafiyaşünasları Əbuİshaq İstəxri (950-1000-ci illər) "Dövlətlərin yolları kitabı"ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375-ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər.XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısın-dan etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar ed-ir. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarbalıqları tədqiq etmək üçün təşəbbüs göstər-mişdir. Bu yerlərdə ilk ciddi axtarış 1958-ci ildə başlanmışdır. Azərbayca EA Coğrafiya İnstitu-nun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmməd-ovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord-Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuş-durulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstititunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən "Xaraba şəhərin" yerinin ciddi tədqiq olunması Azərbaycan orta əsrlər tarixinin xeyli zənginləşməsinə kömək edə biləcək materiallar verəcəkdir.

1918-ci il hadisələri

bakı quberniyasının qəzaları.png


1918-ci il aprel ayının 21-də isə Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Məşədi Əzizbəyovun rəhbərliyi Bakıdan  Salyana 240 nəfərlik hərbi dəstə, az sonra, aprelin 23-də isə bura Korqanovun göstərişi ilə Lənkərandan 200 nəfər döyüşçü və bir hərb gəmisi olmaqla başqa bir heyət göndərildi. Rəşid Axundovun təşkilatçılığı ilə Salyanda Qızıl Qvardiya yaradıldı. 1918-ci il 12 mayında Cavad qəzasının Xıllı kəndində Bakı Fəhlə, Qızıl Əsgər və matros deputatları Soveti İcraiyyə Komitəsinin komissarı Rəşid Cabbarovun sədrliyi ilə kəndli deputatların qurultayı keçirilmişdi. Rəşid Cabbarovun sədr-lik etdiyi həmin qurultaya Nəcəfqulu Ağayevlə

Ağəli Əliyev katib seçilmişdilər. "İzvestiya Ba-kinskoqo Soveta" 13 iyun 1918-ci il tarixli sayında bu barədə ətraflı məlumat vardır. Hələ iyun ayında da erməni-rus hərbi birləşmələri bura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi ilə yeridilmişdi. Hələ üstəlik yerli yad və bədməzhəb əhali arasında əlavə səfərbərlik həyata keçirilmiş, bu hesaba da əsgəri qüvvənin sayı 6000 nəfərə çatdırılmışdı. Ordunun tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan (tarixi mənbələrdə onlar iranlı, xalqın yaddaşında şahsevənlər, türk mənbələrində isə əcəmlər olaraq bildirilir), 1500 nəfər ermənidən, qalan 4000 nəfər isə yerli ruslardan (ruslar, əsasən malokanlardır- XIX əsrin sonu, XX əsrin əvvəllərində Neftçalada çar ordusunun böyük bir korpusu yerləşdirilmişdi) və yerli hümmətçilərdən ibarət təşkil olunmuşdu. Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərilərinə doğru irəliləməklə daşnak-bolşeviklər strateji mənafelərdən çıxış edirdilər. Bir tərəfdən Yevlax körpüsünün məhv edilməsi, bununla da Gəncə ilə Bakının arasındakı əlaqələrin kəsilməsi, digər tərəfdən isə Muğanın bol taxıl ehtiyyatına yiyələnməklə daşnak-bolşevik qvardiyasını çörəklə təmin etmək, Bakı komissarları Sovetinin- Şaumyanın,qeyd etdiyimiz kimi, hərbi-satrateji məqsədi bu idi. İlk döyüşlər Salyan ətrafında- Qaraqaşlıda baş vermişdi. Qaraqaşlı Xəzərdən Kürboyu Salyana qədər sonuncu məntəqədir. Bunu hesaba alsaq, onda faciənin miqyası, törədilmiş genosidin əhatə dairəsi bizi xeyli sarsıdacaqdır. Kür çayına daxil planı erməni hərb birləşmələri Bankə- Seyidlə- Uzunbabalı-Tatarməhlə- Xıllı- Abasallı- Qaralı- Qəzvinli- Qarabucaq- Surra- Ərəbbəbirxanlı- Cəngən-Qara-qaşlıya qədər hərəkət etmişdilər. Silahlı erməninin silahsız azərbaycanlı ilə təkbətək qaldığı ərazilərin adları bunlardır. 1918-ci ilin 27-28 iyununda isə Surra ilə Qarabucaq arasında çox şiddətli döyüşlər baş ver-mişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin bu döyüşdə türk-azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdu. Həm də ki, bu dövüşdə erməniləri Kür çayından hərbi gəmilər müşayiət edirdi. Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi.  Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bilmişdilər. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.

Sovet dövrü


Neftçala rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. 24 yanvar 1939-cu ildən bir il müddətinə Xıllı rayonunun tərkibində, o vaxta kimi isə Salyan rayonunun tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş, kənd inzibati əraziləri isə Xıllı rayonuna tabe edilmişdi. Xıllı rayonu 1959-cu il sentyabrın 24-də ləğv edilərək Neftçala rayonunun ərazisinə qatılmışdır. 1959-cu ilin dekabrında isə Neftçala rayonu da ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir.

1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası təşkil edilmiş, lakin belə qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilərək yenidən Salyan rayonunun tərkibinə daxil edilmişdir. 1973-cü il aprelin 27-də edilən növbəti dəyişiklikdən sonra bir daha müstəqil rayon statusu almışdır.

Coğrafi iqlimi

Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. Rayon 390531, 390331 şimal enlikləri ilə 480361, 490271 şərq uzunluqlar arasında yerləşir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac dövlət təbiət qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur.

Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 metr aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisi dəniz səviyyəsindən aşağıda olduğu üçün Xəzər dənizinin səviyyəsi-nin qalxması və azalması rayona birbaşa təsir göstərir. Rayon ərazisində yerləşən Kür Dili bəzən su səviyyəsi yuxarı qalxdıqda adaya, düşdükdə isə yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizində isə Neftçala rayonu sahilinə yaxın Kür daşı adası var. Bu ada palçıq vulkanları nəticəsində formalaşmışdır.

Palçıq vulkanlarının təsnifatındakı Bakı arxipelaqı vilayəti Xəzərin şimalda Balıqçı bur-nundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada və ya sualtı saylardan ibarətdir. Neftçala sahillərində də bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov-Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir. Xəzər dənizində su səviyyəsi aşağı olduğu vaxtlar bu saylar adaya çevrilir. Babazən-ən və Durovdağ yüksəkliyi arasında Salyan rayonuyla olan sərhəddə duzlu göl olan Duzdağ gölü var.https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/salyan7.jpg/370px-salyan7.jpg

Neftçala rayonu şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlil-abad, cənub-qərbdən Masallı, cənubdan  Lənkəran rayonları ilə əhatə olunmuşdur.

Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvar ayında təqribən 3°S, iyulda  25-36°S-dir. İllik düşən yağın-tının miqdarı 300 mm-dir. Ərazinin küləkli

olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır.



Bala Kür

Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayonun ərazisindən keçir. Boz-çəmən, karbonatlı allüvial-çəmən bataqlıq torpaqlar var. Şoranalara rast gəlinir. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Tuqay meşələri var. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqıarı yetişdirilir və qiymətli balıq növləri ehtiyyatlarının təkrar istehsalı üçün onları kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac dövlət təbiət qoruğu-nun əksər hissəsi bu rayonda yerləşir. Rayonun ərazisində çöldonuzu , Kiçik Asiya qum siçanı, qırmızıquyruq qum siçanı, dovdaq, bəzgək, su ilanı, tısbağa, gürzə, çaqqal, canavar, ceyran, çölpişiyi, dovşanporsuqtülkü və s.heyvanlara rast gəlinir. Nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir. Şirvan milli parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər qeyritərzli fauna növlərinin yaşayış arialı mövcuddur. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyun-ca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.
Yüklə 79,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə