Ümum müddəalar Marşrutun adı və növü: “Tariximizi abidələrlə tanidaq”. Kim üçün nəzərdə tutulub



Yüklə 34,34 Kb.
tarix15.03.2018
ölçüsü34,34 Kb.
#32664


Bərdə rayonu üzrə turizm marşrutunun

Pasportu
Ümum müddəalar

1.1. Marşrutun adı və növü: “Tariximizi abidələrlə tanidaq”.

1.2. Kim üçün nəzərdə tutulub: tarix və mədəniyyət abidələri ilə maraqlananlar, balıqçılıqla maraqlananlar, təbiətlə, nadir heyvan və quşlarla maraqlanan turistlər üçün.

1.3. Qrupun optimal sayı (nəfər): minimum 4 nəfər maksimum 32 nəfər.

1.4. Marşrutun müddəti (günlə): 3 gün.

1.5. Marşrutun məsafəsi (km): Bakı – Bərdə 315 km.

1.6. Marşrutun çətinlik dərəcəsi (I-IV): İ

1.7. Marşrutun mövsümü: (İlin bütün fəsilləri).

1.8. İstifadə olunacaq nəqliyyat növü: avtobus, avtomobil.

1.9. Marşrut üzrə hərəkət üsulu (maşınla, piyada, qayıqla,). Bakıdan Bərdəyə avtobus və avtomobillə yola düşmə. Bərdədə rayonun girişində qarşılanma və oteldə yerləşdirmə. Bərdə daxilində tarix və mədəniyyət abidələri və görməli yerlərlə tanışlıq (Heydər Əliyev Mərkəzi, Nüşabə parkı - Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Rəsm Qaleriyası). Yerli mətbəx nümünələri ilə tanışlıq və nahar (günorta yeməyi). Bərdə ilə tanışlığın davamı (Heydər Əliyev adına park bulvar ilə tanışlıq). Otelə qayıdış və şam yeməyi.

İkinci gün oteldə səhər yeməyi. Bərdə qədim-tarixi abidələrlə tanışlıq. “Bərdə türbəsi-Nüşabə qalası-1322-ci il”, “İbrahim məscidi (İmamzadə- VII-IX əsrlər)” ilə tanışlıq. Nahar fasiləsi. Tarixi abidə olan Bərdə cümə məscidi(1905-ci il), Şortəpə nekropolu – antik dövr, “Bəhmən Mirzə” türbəsi (1880-ci il), Balabəyin evi (XIX əsr), Şirvanlı hamamı (XVIII-XIX əsrlər), Uğurbəyli məscidi – (XIX əsr), Seyid Yusif ağa ziyarətgahı. Otelə qayıdış və şam yeməyi.

Üçüncü gün oteldə səhər yeməyi. Tərtər çayı üzərində qədimi körpü (VII əsr), qayıqla gəzinti və yerli mətbəx nümünələri ilə tanışlıq (nahar). Oteldə istirahət və hazırlıq işlərinin aparılması. Günün ikinci yarısı Bakıya yola düşmək.



1.10. Yaşayış və yerləşmə şəraiti: otel və istirahət mərkəzləri.

1.12. Marşrut boyu qidalanma: restoran və istirahət məkanları.

1.13. Əsas ekskursiya məntəqələri: (yerləşdiyi ərazini və ünvanı göstərməklə): Heydər Əliyev Mərkəzi – Bərdə şəh. H.Əliyev pr.97, Tarix-diyarşünaslıq muzeyi- Bərdə şəh. H.Aslanov pr.98, Nüşabə parkı - Bayraq meydanı - Bərdə şəh. H.Əliyev pr., “Bərdə türbəsi-Nüşabə qalası – Bərdə ray., Nüşabə küçəsi, İbrahim məscidi – Bərdə ray.,Nüşabə küç , “Bəhmən Mirzə” türbəsi (1880-ci il), Balabəyin evi – Bərdə ray.,Mehdixanlı k , Şirvanlı hamamı – Bərdə ray.,Şirvanlı k , Uğurbəyli məscidi – Bərdə ray.,Uğurbəyli k, Seyid Yusif ağa ziyarətgahı

1.14. Bələdçilərin sayı: turistlərin sayından asılı olaraq 1-3 nəfər.

1.15. Əsas xidmət xərcləri (nəqliyyat xərcləri, qidalanma, yerləşmə və s.): turistlərin sayından asılı olaraq müəyyən olunur.

1.16. Yaşayış məntəqələri və yol şəbəkələri də daxil olmaqla marşrut boyu əsas məntəqələr: Bakı-Bərdə., Şirvanlı kəndi., Mehdili kəndi, Uğurbəyli kəndi kəndi, Mehdixanlı kəndi.

image result for bərdə rayonu turistik xəritə


image result for bərdə rayonunun xəritəsi

Bərdə rayonunun qısa tarixi

Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır.
Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.
Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı "Firuzabad" olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanında Bərdədən bəhs olunur.
Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur "Əl-Kürkiy" bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.
Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Bərdə özünün çox əsrlik tarixi ərzində dəfələrlə basqınlara və dağıntılara məruz qalmışdır. 1736-cı ildə İran şahı Nadir Bərdəni tamam viran etmiş, XIX əsrin II yarısında isə bu şəhər cəmi 200-300 nəfər əhalisi olan kiçik bir kəndə çevrilmişdi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür. Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.
Bərdədə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət əşyalarının qalıqları tapılmışdır, qədim abidələr qorunub saxlanmışdır. Bərdə rayonu ərazisində, şəhərdə 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə vardır. Bunlar dövlət mühafizəsindədir. 1905-ci ildə tikilmiş cümə məscidi (Bərdə şəhərində), Şirvanlı kəndində XIX əsrə aid hamam, Uğurbəyli məscidi (XIX əsr), Bəhmən Mirzə Qacar məqbərəsi (1880) və s. tarixi və memarlıq abidələri var. Bəzi tədqiqatçıların fikrincə, Şeyx İbrahimin dəfn edildiyi yerdə tikilmiş İmamzadə məqbərəsinin günbəz hissəsi daha əvvəl tikilmişdir. Orta əsrlərdə çiy kərpicdən tikilmiş kvadrat şəkilli qala da çox böyük maraq doğurur.
Bərdə Şəhristan və Rabad adlı iki hissədən ibarət idi. Şəhərin mərkəzi Şəhristan adlanırdı. Şəhristan qala divarları ilə əhatə olunmuşdur. Rabat adlanan hissədə sənətkarlar, tacirlər məhəllələri yerləşirdi və gəlmələr üçün karvansara vardı. Bərdədə dulusçular, şüşəüfürənlər, daşyonanlar, dabbaqlar, toxucular məhəlləsi və başqa məhəllələr olmuşdur. Şəhərin yaxınlığındakı indi Qaradəmirçilər adlanan kəndə vaxtilə Dəmiçilər məhhəlləsi deyilirdi, Şirvanlılar məhəlləsində isə Şirvandan gəlmə sakinlər yaşayırdı.



Sovet dövrü


XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya tərəfindən işğal edilən zaman Bərdə şəhəri Rusiyanın tabeliyinə keçmişdir. Azərbaycanın iqtisadi inkişafdan geri qalan digər şəhərləri kimi Bərdə də nəinki zəifləmiş, hətta şəhər olaraq mövcudluğunu itirmək səviyyəsinə düşmüşdür. Sonralar Bərdə yenidən şəhər həyatını bərpa və davam etdirmişdir. Sovet hakimiyyəti illərində Bərdə şəhəri Azərbaycan SSR-də əsas pambıqçılıq rayonu kimi tanınmışdır.

Coğrafi iqlimi
Bərdə şəhəri ölkənin mərkəzi hissəsindədir: 400 25ı şimal enliyində və 470 05ı şərq uzunluğunda, Kür-Araz ovalığında, dəniz səviyyəsindən 87 metr yüksəklikdə, Qarabağ düzünün mərkəzində yerləşir.
Rayon qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu və cənub-şərqdən Zərdab rayonu ilə Kür çayı boyunca, cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir
Rayonu respublikanın digər rayonları ilə avtomobil, respublikanın paytaxtı, Yevlax şəhəri, Ağdaş, Ucar və Kürdəmir rayonları ilə dəmir yolu birləşdirir. 
Rayonda 35 inzibati ərazi vahidi və dairəsi var, 67 bələdiyyə fəaliyyət göstərir.
Rayonun səthi az meyilli və dalğalı düzənlikdir, antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var, Muğanlı kəndi yaxınlığında müalicəvi əhəmiyyətə malik təbii bulaq var. 
İqlimi mülayim isti, quru subtropikdir. Qışı quru keçir, orta temperatur yanvarda 1,2-1,8 C, iyulda 25,6-26,5 C-dir. İllik yağıntı 250-350 mm-dir.
Əsasən boz və boz çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (7,3 min hektar) var. 
Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir. İqlimi mülayim isti, quru subtropikdir. 
Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var. Rayon ərazisində Bərdə yasaqlığı var. https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/salyan7.jpg/370px-salyan7.jpg

Kür çayı



Kür çayı sahilində seyrək Tuqay meşələri (7,3 min hektar) var. 
Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir. İqlimi mülayim isti, quru subtropikdir. 
Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var.
Yüklə 34,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə