Ümumdünya Poçt Konvensiyası


Təcili çatdırılan göndərişlər



Yüklə 303,3 Kb.
səhifə2/4
tarix21.04.2018
ölçüsü303,3 Kb.
#39690
növüQaydalar
1   2   3   4

Təcili çatdırılan göndərişlər

 

 1. Müdiriyyətləri tərəfindən bu xidmətin həyata keçirildiyi ölkələrdə göndəricinin xahişi üzrə məktub korrespondensiyası göndərişləri çatdırma müəssisəsinə daxil olduqdan sonra mümkün qədər tez vaxt ərzində xüsusi paylayıcılar (çaparlar) vasitəsi ilə ünvana çatdırılır. Hər bir Müdiriyyət bu xidməti prioritet göndərişlərlə, aviagöndərişlərlə və ya əgər iki Müdiriyyət arasında istifadə olunan yol yeganədirsə, LC yerüstü göndərişlərlə məhdudlaşdırmaq hüququna malikdir. Əgər ünvançıya göstərilən xidmətin ümumi səviyyəsi xüsusi paylayıcıdan istifadə edildikdə olduğu kimi yüksəkdirsə, təcili çatdırılmalı (çaparlı) göndərişlər başqa üsulla da işlənilə bilər.



 2. Əgər göndərişlər çatdırma müəssisəsinə son adi gündəlik çatdırmadan sonra daxil olursa, bu zaman həmin göndərişlər bu cür xidmətləri yerinə yetirən ölkələrin daxili rejimində tətbiq olunan şərtlər əsasında elə həmin gün xüsusi paylayıcı vasitəsi ilə çatdırılır.

 3. Məktub korrespondensiyası poçtunu bir neçə kanalla ötürmək imkanına malik Müdiriyyətlər çaparlı göndərişləri, bu göndərişlər giriş poçtu üçün mübadilə müəssisəsinə daxil olduqdan sonra ən sürətli kanalla buraxmalı, sonra isə mümkün qədər tez işləməlidirlər.

 4. Çaparlı göndərişlər üçün ödəniş tarifindən başqa, minimum sadə prioritet/qeyri-prioritet (haldan asılı olaraq) göndərişin və ya sadə məktubun ödəniş tarifinə və maksimum 1,63 XAH məbləğinə bərabər əlavə tarif götürülür. Hər bir M kisə üçün Müdiriyyətlər vahid tarif əvəzinə, bu tarifin beş mislindən çox olmayaraq ümumi tarif götürür. Bu tarif qabaqcadan tam qaydada tutulmalıdır.

 5. Əgər çaparlı çatdırma xüsusi çətinliklər yaradırsa, daxili xidmətdə bu cür göndərişlərə aid müddəalara uyğun olaraq əlavə tarif tətbiq edilə bilər.

 6. Əgər təyinat Müdiriyyətinin qaydaları imkan verirsə, ünvançılar çatdırma müəssisəsindən öz ünvanlarına alınmış göndərişlərin onlara təcili (çaparla) çatdırılması barədə xahiş edə bilərlər.

 

Maddə 20



Alınma barədə xəbərnamə

 

 1. Sifarişli göndərişlərin, nəzarətli çatdırılan göndərişlərin və ya qiyməti elan edilmiş göndərişlərin qəbulu zamanı göndərici ən çoxu 0,98 XAH həcmində tarif ödəməklə, göndərişin alınması haqqında xəbərnamənin ona göndərilməsini tələb edə bilər. Alınma barədə xəbərnamə göndəriciyə ən tez yolla (hava və ya yerüstü) qaytarılır.



 2. Əgər göndərici adi müddətdə almadığı xəbərnaməni tələb edirsə, bu halda ondan ikinci dəfə tarif tutulmur.

 

Maddə 21



Şəxsən təqdim edilmə

 

 1. Göndəricinin xahişi ilə və Müdiriyyətlər arasındakı razılıq əsasında sifarişli göndərişlər, nəzarətli çatdırılan göndərişlər və qiyməti elan olunmuş göndərişlər ünvançıya şəxsən təqdim edilə bilər. Müdiriyyətlər bu tipli göndərişlərin yalnız alınma barədə xəbərnamə ilə müşayiət edilməsi haqqında razılaşa bilərlər. Bütün hallarda göndərici göndərişin şəxsən ələ verilməsi üçün 0,16 XAH həcmində tarif ödəyir.



 

Maddə 22


Tarif və rüsum alınmadan çatdırılan göndərişlər

 

 1. Poçt Müdiriyytləri arasındakı razılıq əsasında qəbul müəssisəsini qabaqcadan bu haqda xəbərdar etmək şərti ilə göndərici göndərişin təyinat yerinə çatdırılması zamanı bu göndərişə hesablanacaq bütün tarif və rüsumların ödənilməsini öz üzərinə götürə bilər. Göndəriş ünvançıya verilənə qədər göndərici qəbuldan sonra onu tarif və rüsum ödənilmədən verilməsi barədə xahiş edə bilər.



 2. 1-ci paraqrafda nəzərdə tutulan hallarda göndərici təyinat müəssisəsinin tələb edə biləcəyi məbləğləri ödəməyə hazır olduğu barədə zəmanət verməlidir. Zəruri halda o, qabaqcadan ödənişi həyata keçirməlidir.

 3. Qəbul Müdiriyyəti göndəricidən qəbul ölkəsində ona göstərilən xidmət üçün 0,98 XAH-dan çox olmayaraq tarif götürür və xidmət haqqı kimi özündə saxlayır.

 4. Göndəriş qəbul edildikdən sonra verilmiş xahişə görə qəbul Müdiriyyəti maksimum 1,31 XAH həcmində hər bir xahişə görə əlavə tarif tutur. Əgər xahiş elektrik rabitəsi kanalı ilə verilməlidirsə, bu zaman göndərici həmçinin müvafiq tarifi ödəməlidir.

 5. Təyinat Müdiriyyəti hər bir göndəriş üçün maksimum 0,98 XAH həcmində komission rüsum almaq hüququna malikdir. Bu rüsum göndərişin gömrüyə təqdim olunması haqqından asılı olmayaraq götürülür. Həmin məbləğ göndəricidən təyinat Müdiriyyətinin xeyrinə olaraq tutulur.

 6. Hər bir Müdiriyyət tarif və rüsum götürülməyən göndərişlər xidmətini sifarişli göndərişlərlə və qiyməti elan olunmuş göndərişlərlə məhdudlaşdırmaq hüququna malikdir.

 

Maddə 23



Cavablı beynəlxalq kommersiya korrespondensiyası xidməti

 

 1. Müdiriyyətlər öz aralarında «cavablı beynəlxalq kommersiya korrespondensiyası (MKKO/CCRİ) adlanan fakultativ xidmətdə iştirak barədə razılığa gələ bilərlər.



 2. Həmin xidməti həyata keçirən Müdiriyyətlər Reqlamentdə müəyyən edilmiş müddəalara riayət etməlidirlər.

 3. Bununla bərabər, Müdiriyyətlər öz aralarında başqa sistemin təyin edilməsi barədə ikitərəfli qaydada razılığa gələ bilərlər.

 4. Müdiriyyətlər çəkilmiş xərcləri nəzərə alan kompensasiya sistemindən istifadə edə bilərlər.

 

Maddə 24



Tez xarab olan bioloji maddələr. Radioaktiv maddələr

 

 1. Reqlamentdəki müvafiq müddəalara uyğun olaraq hazırlanıb qablaşdırılmış tez xarab olan bioloji maddələr və radioaktiv maddələrə prioritet göndərişlər və ya məktublar tarifi və sifarişli qaydada göndərilmə tarifi tətbiq edilir. Bu göndərişlərin buraxılması, Poçt Müdiriyyətləri arasında həmin göndərişlərin qarşılıqlı mübadiləsi, yaxud yalnız bir istiqamətdə buraxılması haqqında razılıq əldə edilmiş üzv ölkələr arasındakı münasibətlərlə məhdudlaşdırılır. Belə maddələr ən tez yolla və əlavə aviatariflərin ödənilməsi şərti ilə, adətən, hava yolu ilə göndərilir.



 2. Tez xarab olan bioloji maddələr yalnız kompetent, rəsmən tanınmış laboratoriyalar arasında mübadilə edilə bilər, radioaktiv maddələrin göndəriciləri isə yalnız buna xüsusi icazəsi olan təşkilatlar ola bilər.

 

Fəsil 3



XÜSUSİ MÜDDƏALAR

Maddə 25


Öz ölkəsindən kənarda məktub korrespondensiyası göndərişlərinin qəbulu

 

 1. Heç bir üzv ölkə, onun ərazisində yaşayıb, digər ölkədəki daha münasib tarif şərtlərindən istifadə etmək məqsədi ilə, bu ölkədən göndəriş göndərən və ya göndəriş göndərilməsini başqalarına həvalə edən göndəricinin məktub korrespondensiyasını nə göndərməyə, nə də ünvançılara çatdırmağa borcludur.



 2. 1-ci paraqrafın müddəaları fərq qoyulmadan göndəricinin yaşadığı ölkədə hazırlanaraq, sonra xaricə aparılmış məktub korrespondensiyası göndərişlərinə yaxud birbaşa xarici ölkədə hazırlanmış məktub korrespondensiyası göndərişlərinə eyni dərəcədə şamil edilir.

 3. Təyinat Müdiriyyəti göndəricidən, o olmadığı halda isə qəbul Müdiriyyətindən daxili tariflərin ödənilməsini tələb etmək hüququna malikdir. Əgər nə göndərici, nə də qəbul Müdiriyyəti təyinat Müdiriyyəti tərəfindən müəyyən edilmiş müddətdə bu tariflərin ödənilməsinə razı olmazsa, bu halda təyinat Müdiriyyəti qaytarma xərclərini almaq hüququna malik olmaqla, bu göndərişləri qaytara yaxud öz daxili qanunvericiliyinə uyğun onlarla davrana bilər.

 4. Heç bir üzv ölkə, göndəricinin yaşamadığı ölkədə onun özü tərəfindən və digərinin vasitəsi ilə qəbula verilmiş böyük miqdarda məktub korrespondensiyası göndərişlərini, müvafiq kompensasiya almadan nə göndərməyə, nə də ünvançılara çatdırmağa borcludur. Təyinat Müdiriyyəti iki aşağıdakı qaydadan biri üzrə hesablanmış maksimum məbləğdən çox olmayaraq, çəkdiyi xərclərin kompensasiyasını qəbul Müdiriyyətindən tələb etmək hüququna malikdir: ekvivalent göndərişlərə tətbiq edilən daxili tarixin 80 %-i həcmində yaxud hər göndəriş üçün 0,14 XAH üstə gəl hər kq üçün 1 XAH həcmində kompensasiya. Əgər qəbul Müdiriyyəti təyinat Müdiriyyəti tərəfindən müəyyən edilmiş müddətdə tələb edilən məbləği ödəməkdən imtina edirsə, bu halda təyinat Müdiriyyəti qaytarma xərclərini almaq hüququna malik olmaqla, bu göndərişləri qaytara yaxud öz daxili qanunvericiliyinə uyğun onlarla davrana bilər.

 

Maddə 26



Yolverilməz (Buraxılmayan) göndərişlər. Qadağalar

 

 1. Konvensiyanın və Reqlamentin tələblərinə uyğun şərtlərə cavab verməyən göndərişlərə yol verilmir.



 2. Qiyməti elan edilmiş göndərişlər istisna olmaqla, göndərişlərdə sikkə pullar, bank biletləri, kredit biletləri və ya təqdim edənin qiymətli əmlakı, yol çekləri, məmulatlarda və ya formaya salınmamış halda platin, qızıl və gümüş, qiymətli daşlar, zərgərlik məmulatları və digər qiymətli əşyaların olması qadağandır. Lakin əgər qəbul və təyinat ölkələrinin qanunvericiliyi buna yol verirsə, həmin əşyalar bağlı zərfdə sifarişli göndərişlər kimi göndərilə bilər.

 3. Məktublarda, göndərici və ünvançı olmayan yaxud göndərici və ya ünvançı ilə birlikdə yaşamayan şəxslərin cari və şəxsi yazışma xarakterli sənədləri mübadilə edilə bilməz. Əgər qəbul və ya təyinat Müdiriyyəti belə faktları aşkar edərsə, bu göndərişlərlə öz qanunvericiliyinə uyğun hərəkət edə bilər.

 4. Reqlamentdə nəzərdə tutulmuş istisnalardan başqa, çap nəşrləri (banderollar) və sekoqramlarda aşağıdakılar göndərilə bilməz:

 4.1. hər hansı annotasiya, cari və şəxsi yazışma xarakterli hər hansı sənəd;

 4.2. hər cür marka, möhürlənmiş və ya möhürlənməmiş ödəniş blankları, qiymət kəsb edən hər hansı sənəd.

 5. Məktub korrespondensiyası göndərişlərində aşağıdakı əşyaların göndərilməsi qadağandır:

 5.1. narkotik və psixotrop maddələr;

 5.2. partlayıcı, alovlanan və ya digər təhlükəli maddələr. Lakin bu qadağaya 24-cü maddədə göstərilən tez xarab olan bioloji və radioaktiv maddələr daxil deyildir;

 5.3. tərbiyəsizlik və ya əxlaqsızlıq təlqin edən əşyalar;

 5.4. təyinat ölkəsində istifadəsi və ya gətirilməsi qadağan olan əşyalar.

 6. Canlı heyvanların məktub korrespondensiyası göndərişlərində göndərilməsi qadağandır.

 6.1. Lakin qiyməti elan edilmiş göndərişlər istisna edilməklə, məktub korrespondensiya göndərişlərində aşağıdakı canlıların göndərilməsinə icazə verilir:

 6.1.1. arıların, zəlilərin və barama qurdlarının göndərilməsi;

 6.1.2. rəsmən tanınmış müəssisələr arasında mübadilə edilən və tədqiqat üçün nəzərdə tutulmuş parazitlərin və ziyanverici həşəratların göndərilməsi.

 7. Səhvən qəbul edilmiş göndərişlərin işlənilməsi qaydaları Reqlamentdə müəyyənləşdirilir. Bununla bərabər, içərisində 5.1, 5.2 və 5.3-cü paraqraflarda sadalanmış əşyalar olan göndərişlərin, heç bir halda nə təyinatı üzrə, nə ünvanı üzrə çatdırılması və nə də qəbul yerinə qaytarılması mümkün deyil.

 

Maddə 27



Yerdən-yerə göndərilmə

 

 1. Alıcının ünvanının dəyişdiyi halda məktub korrespondensiyası dərhal daxili xidmət tərəfindən müəyyən edilmiş qaydada yerdən-yerə göndərilir.



 2. Lakin aşağıdakı hallarda göndərişlər yerdən-yerə göndərilmir:

 2.1. əgər göndərici təyinat ölkəsində başa düşülən dildə göndərişin ünvan tərəfində müvafiq qeyd göstərməklə yerdən-yerə göndərilməni qadağan edərsə;

 2.2. əgər göndərişin üzərində alıcının ünvanı ilə yanaşı və ya “bu ünvanda yaşayan hər bir kəsə” qeydi göstərilmişdirsə.

 3. Öz daxili xidmətində yerdən-yerə göndərilmə xahişinə görə rüsum götürən Müdiriyyətlərə, bu cür rüsumu beynəlxalq xidmətdə də götürməsinə icazə verilir.

 4. Reqlamentdə nəzərdə tutulmuş hallar istisna edilməklə, məktub korrespondensiyası göndərişlərinin bir ölkədən digər ölkəyə yerdən-yerə göndərilməsi üçün heç bir əlavə tarif götürülmür. Lakin öz daxili xidmətində yerdən-yerə göndərilmə üçün tarif götürən Müdiriyyətlərə, onların xidmətində məktub korrespondensiyası göndərişlərinin yerdən-yerə göndərilməsi üçün həmin tarifi götürməyə icazə verilir.

 5. Yerdən-yerə göndərilmə şərtləri Reqlamentdə müəyyənləşdirilir.

 

Maddə 28


Çatdırılması mümkün olmayan göndərişlər

 

 1. Müəyyən səbəblər üzündən ünvançıya çatdırıla bilinməyən göndərişlər çatdırılması mümkün olmayan göndərişlər adlanır.



 2. Çatdırılması mümkün olmayan göndərişlərin qaytarılması və onların saxlanılma müddəti Reqlamentdə müəyyənləşdirilir.

 Reqlamentdə nəzərdə tutulmuş hallar istisna olmaqla, çatdırılması mümkün olmayan, qəbul ölkəsinə qaytarılan göndərişlər üçün heç bir əlavə haqq götürülmür. Lakin öz daxili xidmətində qaytarılma üçün tarif götürən Müdiriyyətlərə belə bir tarifi onların xidmətinə qaytarılan beynəlxalq göndərişlər üçün də götürməyə icazə verilir.

 

Maddə 29


Qaytarılma. Göndəricinin xahişi üzrə ünvanın dəyişdirilməsi və ya düzəliş edilməsi

 

 1. Məktub korrespondensiyasının göndəricisi onun qaytarılması, ünvanının dəyişdirilməsi və ya düzəliş edilməsi barədə o vaxta kimi xahiş edə bilər ki, bu göndəriş:



 1.1. hələ ünvançıya çatdırılmamışdırsa;

 1.2. 26-cı maddənin pozulmasına görə səlahiyyətli orqanlar tərəfindən hələlik müsadirə və məhv edilməmişdirsə;

 1.3. təyinat ölkəsinin qanunvericiliyi əsasında hələlik müsadirə edilməmişdirsə.

 2. Hər bir Müdiriyyət, öz qanunvericiliyi buna yol verirsə, digər Müdiriyyətlərin xidmətində qəbul olunmuş, istənilən məktub korrespondensiyası göndərişinin qaytarılması, ünvanının dəyişdirilməsi və düzəliş edilməsi barədə xahişi qəbul etməyə borcludur.

 3. Hər bir xahiş ərizəsinə görə göndərici ən çoxu 1,31 XAH həcmində xüsusi tarif ödəməlidir.

 4. Xahiş ərizələri poçtla və ya elektrik rabitəsi kanalları ilə göndəricinin hesabına göndərilir. Göndərilmə şərtləri və elektrik rabitəsi kanallarının istifadə qaydaları Reqlamentdə müəyyənləşdirilir.

 5. Eyni vaxtda, eyni bir poçt müəssisəsində, eyni bir göndəricidən, eyni bir alıcının ünvanına qəbul edilmiş bir neçə göndərişə aid olan qaytarılma, ünvanın dəyişdirilməsi və ya ona düzəliş edilməsi barədə hər bir ərizəyə görə 3-cü və 4-cü paraqraflarda nəzərdə tutulmuş tariflər yalnız bir dəfə tutulur.

 

Maddə 30



Reklamasiyalar

 

 1. Müştərilərin reklamasiyası göndərişin verilməsindən sonrakı gündən başlamaqla bir il ərzində qəbul olunur.



 2. Həmin dövr ərzində göndəricinin və ya ünvançının problem barədə məlumat verdiyi andan etibarən reklamasiya açılır. Əgər göndəricinin reklamasiyası çatdırılmamış göndərişə aiddirsə və nəzərdə tutulmuş göndərilmə müddəti isə hələ başa çatmamışdırsa, göndəricini həmin müddət barədə məlumatlandırmaq lazımdır.

 3. Hər bir Müdiriyyət digər Müdiriyyətlərin xidmətlərində qəbul edilmiş istənilən göndəriş haqqında reklamasiyaları qəbul etməyə borcludur.

 4. Reklamasiyaların işlənilməsi ödənişsiz həyata keçirilir. Lakin əgər sənədlərin digər elektrik rabitəsi vasitələri və ya EMS xidmətinin köməyi ilə ötürülməsi barədə sifariş edilərsə, bu halda əlavə xərclər, prinsipcə, bu sifarişi verən tərəfindən ödənilir. Buna aid müddəalar Reqlamentdə müəyyənləşdirilmişdir.

 

Fəsil 4



GÖMRÜK MƏSƏLƏLƏRİ

Maddə 31


Gömrük baxışı

 

 Qəbul ölkəsinin Poçt Müdiriyyəti və təyinat ölkəsinin Poçt Müdiriyyəti bu ölkələrin qanunvericiliyinə uyğun şəkildə məktub korrespondensiya göndərişlərini gömrük baxışına təqdim etmək hüququna malikdir.



 

Maddə 32


Göndərişlərin gömrük baxışına təqdim olunması üçün tarif

 

 Şəraitdən asılı olaraq, qəbul ölkəsində və ya təyinat ölkəsində gömrük baxışına təqdim edilmiş göndərişlər üçün poçtun xeyrinə ən çoxu 2,61 XAH həcmində xüsusi tarif tutula bilər. Hər bir M kisə üçün xüsusi tarifin həcmi ən çoxu 3,27 XAH-a çata bilər. Bu tarif yalnız üzərinə gömrük rüsumu və ya bu cür xarakterli digər vergilər qoyulmuş göndərişlərin gömrüyə təqdim edilməsi və gömrük baxışı üçün tutulur.



 

Maddə 33


Gömrük rüsumu və digər vergilər

 

 1. Poçt müdiriyyətləri şəraitdən asılı olaraq göndəricidən və ya ünvançıdan gömrük rüsumları və bütün digər mümkün vergiləri götürmək hüququna malikdir.



 

Fəsil 5


MƏSULİYYƏT

Maddə 34


Poçt Müdiriyyətlərinin məsuliyyəti. Kompensasiyalar

 

1. Ümumi müddəalar



 1.1. 35-ci maddədə göstərilən hallar istisna olmaqla, Poçt müdiriyyətləri aşağıdakılara cavabdehlik daşıyır:

 1.1.1. sifarişli göndərişlərin və qiyməti elan olunmuş göndərişlərin itirilməsinə, oğurlanmasına və ya zədələnməsinə;

 1.1.2. nəzarətlə çatdırılan göndərişlərin itirilməsinə.

 1.2. Müdiriyyətlər həmçinin öz öhdələrinə fors-major halları ilə bağlı itkilərin kompensasiya edilməsini götürə bilər.

2. Sifarişli göndərişlər

 2.1. Sifarişli göndərişlərin itməsi hallarında göndərici onun kompensasiyasını almaq hüququna malikdir.

 2.1.1. Bir ədəd sifarişli göndərişin itirilməsinə görə kompensasiya, göndərişin qəbulu zamanı ödənilmiş tariflər də daxil olmaqla, 30 XAH-a bərabərdir.

 2.1.2. Bir ədəd sifarişli M kisənin itirilməsinə görə kompensasiya, göndərişin qəbulu zamanı ödənilmiş tariflər də daxil olmaqla, 150 XAH-a bərabərdir.

 2.2. Sifarişli göndərişin oğurlanması və ya zədələnməsi halında göndərici dəyən ziyanın kompensasiyasını almaq hüququna malikdir. Lakin bu halda göndəriş tərkibinin təsadüfi oğurluq və ya zədələnmədən etibarlı qorunması üçün qablaşdırmanın kafi olduğu təsdiq edilməlidir.

 2.2.1. Sifarişli göndərişin oğurlanması və ya zədələnməsinə görə kompensasiya, prinsipcə, ziyanın faktiki dəyərinə uyğundur. Bununla belə, bu kompensasiya heç bir halda 2.1.1. və 2.1.2-ci paraqraflarında müəyyənləşdirilmiş məbləğlərdən artıq olmamalıdır. Dolayısı ilə dəyən ziyanlar və ya realizə edilməmiş mənfəət nəzərə alınmır.

3. Çatdırılması nəzarətdə olan göndərişlər.

 3.1. Çatdırılması nəzarətdə olan göndərişlərin itməsi hallarında göndərici ödəmiş olduğu tarifləri geri almaq hüququna malikdir.

 3.2. Əgər göndərişin içərisi tam oğurlanmış və ya zədələnmişdirsə, göndərici həmçinin ödəmiş olduğu tarifləri geri almaq hüququna malikdir. Lakin bu halda göndəriş tərkibinin təsadüfi oğurluq və ya zədələnmədən qorunması üçün qablaşdırmanın lazımi qaydada olduğu təsdiq edilməlidir.

 4. Qiyməti elan olunmuş göndərişlər.

 4.1. Qiyməti elan olunan itmiş, oğurlanmış və ya zədələnmiş göndərişin kompensasiyası əslində dəymiş ziyanın həqiqi dəyəri qədər olmalıdır. Dolayısı ilə dəyən ziyanlar və ya realizə edilməmiş mənfəətlər nəzərə alınmır. Lakin bu kompensasiya məbləği, heç bir halda, XAH-la göstərilmiş elan edilmiş qiymətin məbləğindən yüksək ola bilməz.

 4.2. Kompensasiya məbləği eyni tipli qiymətli əşyaların göndərilmə üçün qəbul olunduğu yerdə və anda mövcud preyskurant qiymətləri üzrə XAH-a çevrilməklə hesablanır. Preyskurant qiymətləri olmadıqda, kompensasiya əşyaların adi qiymətləri üzrə, həmin əsaslarla hesablanır.

 4.3. Əgər kompensasiya, qiyməti elan edilmiş göndərişin itkisinə, tam oğurlanmasına və ya tam zədələnməsinə görə hesablanmışdırsa, bu halda, göndərici və ya şəraitdən asılı olaraq ünvançı, əlavə olaraq, ödəmiş olduğu tarif və rüsumların kompensasiyasını almaq hüququna malikdir. Bununla bərabər, sığorta rüsumu heç bir halda kompensasiya edilmir; bu rüsum qəbul Müdiriyyətinin xeyrinə qalır.

 5. 2.1 və 4.1-ci paraqrafların üzrə müddəalardan istisna olaraq, ünvançı oğurlanmış və zədələnmiş sifarişli və ya qiyməti elan edilmiş göndərişləri aldıqdan sonra da kompensasiya hüququna malikdir.

 6. Qəbul Müdiriyyəti göndəricilərə öz ölkəsində 2.1-ci paraqraf üzrə təyin edilmiş kompensasiyalardan az olmamaq şərti ilə sifarişli göndərişlər üçün öz daxili qanunvericiliyində nəzərdə tutulmuş kompensasiyalar ödəmək hüququna malikdir. Bu müddəa, əgər kompensasiya ünvançıya ödənilirsə, təyinat ölkəsinə də aiddir.

 Bununla bərabər 2.1-ci paraqraf üzrə təyin edilmiş məbləğlər aşağıdakı hallarda tətbiq ediləcək qalır:

 6.1. məsul Müdiriyyətdən tutulduğu hallarda;

 6.2. əgər göndərici öz hüquqlarından ünvançının xeyrinə imtina edərsə və ya əksinə.

 

Maddə 35


Poçt müdiriyyətlərinin məsuliyyətdən azad edilməsi

 

 1. Poçt müdiriyyətləri sifarişli göndərişləri, nəzarətlə çatdırılan göndərişləri və qiyməti elan edilmiş göndərişləri, öz ölkələrinin müvafiq kateqoriyalı göndərişlər üçün müəyyən edilmiş daxili qaydalarına uyğun şəkildə ötürdükləri hallarda, bu göndərişlərə görə məsuliyyət daşımaqdan azad edilirlər. Bununla belə, məsuliyyət aşağıdakı hallarda saxlanılır:



 1.1. əgər oğurluq və ya zədələnmə göndərişin təqdim edildiyi ana qədər yaxud təqdim edildiyi anda aşkar edilmişdirsə;

 1.2. əgər daxili qanunvericilik buna icazə verirsə, ünvançı və ya lazımi halda, göndəriş qəbul yerinə qaytarıldığı zaman, göndərici oğurlanmış və ya zədələnmiş göndərişi qeyd-şərtlə qəbul edirsə;

 1.3. əgər daxili qanunvericilik buna icazə verirsə, sifarişli göndəriş məktublar üçün yeşiyə qoyulur, lakin ünvançı reklamasiya təqdim edərək göndərişi almadığını bəyan edərsə;

 1.4. əgər qiyməti elan edilmiş göndərişin ünvançısı və ya bu göndərişi qəbul yerinə qaytarıldığı halda onun göndəricisi, göndərişi alarkən düzgün imza verməsinə baxmayaraq, ona göndərişi vermiş Müdiriyyətə zədələnmə aşkar etdiyi barədə dərhal xəbər verirsə; o, oğurluğun və ya zədələnmənin göndərişi aldıqdan sonra baş vermədiyi barədə sübut təqdim etməlidir.

 2. Poçt Müdiriyyətləri aşağıdakı hallarda məsuliyyət daşımır:

 2.1. 34.1.2-ci maddəyə əməl edilməsi şərti ilə, fors-major şəraitinin təsiri halında;

 2.2. əgər məsuliyyət başqa cür sübut olunmamışsa, fors-major şəraitinin təsiri nəticəsində xidməti sənədlərin məhv olması səbəbindən göndərişin taleyini müəyyənləşdirə bilmədikləri halda;

 2.3. əgər ziyan, göndəricinin günahı və ya səhlənkarlığı üzündən yaxud göndəriş tərkibinin xüsusiyyətləri ilə əlaqədar dəymişdirsə;

 2.4. tərkibinə 26-cı maddədə nəzərdə tutulmuş qadağaların şamil edildiyi göndərişlər barədə söhbət gedirsə; çünki bu göndərişlər, onların tərkibi ilə əlaqədar olaraq, müvafiq hökumətlər tərəfindən müsadirə və ya məhv edilmişdir;

 2.5. təyinat ölkəsinin qanunvericiliyi əsasında bu ölkənin Müdiriyyətinin məlumatına uyğun olaraq göndərişin müsadirə edilməsi hallarında;

 2.6. əgər qiyməti bilərəkdən içindəkilərin real dəyərindən yüksək elan edilmiş göndərişlərdən söhbət gedirsə;

 2.7. əgər göndərici göndərişin qəbul günündən sonrakı gündən başlayaraq, bir il müddətində heç bir reklamasiya verməmişdirsə.

 3. Poçt Müdiriyyətləri gömrük bəyannaməsinə görə, onun hansı formada tərtib edilməsindən asılı olmayaraq, heç bir məsuliyyət daşımır. Müdiriyyətlər həmçinin gömrük baxışına məruz qalan göndərişlərin yoxlanılması zamanı gömrük xidmətləri tərəfindən qəbul edilmiş qərarlara görə heç bir məsuliyyət daşımır.

 

Maddə 36



Göndəricinin məsuliyyəti

 

 1. Məktub korrespondensiyası göndərişlərini təqdim edən şəxs göndərilməsinə icazə verilməyən və ya buraxılış şərtlərinə cavab verməyən əşyaları göndərməklə əlaqədar digər poçt göndərişlərinə vurulmuş bütün zədələnmələrə görə məsuliyyət daşıyır.



 2. Göndərici Poçt Müdiriyyətləri ilə eyni dərəcədə məsuliyyət daşıyır.

 3. Hətta əgər qəbul müəssisəsi bu cür göndərişi qəbul etmişdirsə də, göndərici üzərindən məsuliyyət götürülmür.

 4. Əgər Müdiriyyətlər və ya daşıyıcılar tərəfindən səhvlərə və laqeydliklərə yol verilmişdirsə, bu halda göndərici məsuliyyət daşımır.

 

Maddə 37



Kompensasiyanın ödənilməsi

 

 1. Məsuliyyət daşıyan Müdiriyyətə qarşı iddia vermə hüququna əməl edilməsi şərti ilə kompensasiyasının ödənilməsi öhdəliyi, şəraitdən asılı olaraq, qəbul Müdiriyyətinin və ya təyinat Müdiriyyətinin üzərinə qoyulur. Nəzarətli çatdırılan göndərişlərə görə tariflərin ödənilməsi öhdəçiliyi qəbul Müdiriyyətinin üzərinə qoyulur.



 2. Göndərici bu kompensasiyadan ünvançının xeyrinə imtina etmək hüququna malikdir və əksinə, ünvançı öz hüquqlarından göndəricinin xeyrinə imtina etmək hüququna malikdir. Əgər daxili qanunvericilik buna imkan verirsə, göndərici və ya ünvançı üçüncü bir şəxsə kompensasiyanı almağa icazə verə bilər.

 3. Daşınmada iştirak edən və müntəzəm şikayətləri alaraq, iki ay müddətində qəti cavab və ya aşağıdakı 3,1 və 3.2-ci paraqraflarında göstərilən cavablardan birini verməyən Müdiriyyətin əvəzində qəbul Müdiriyyəti və ya şəraitdən asılı olaraq, təyinat Müdiriyyəti şikayətçiyə ona çatası müvafiq kompensasiyanı ödəyə bilər:

 3.1. göndərişin zədələnməsinin səbəbinin, ehtimal ki, fors-major şəraitinin təsiri ilə bağlı olması barədə məlumat;

 3.2. göndərişin içərisindəkinə görə tutulub saxlanılması, müsadirə edilməsi və ya səlahiyyətli orqanlar tərəfindən məhv edilməsi yaxud təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq müsadirə olunması barədə məlumat.

4. Reklamasiya blankının tam doldurulmadığı və 3-cü paraqrafda nəzərdə tutulmuş müddəti aşmasına səbəb olmaqla, əlavə informasiya üçün qaytarılmalı olduğu halda da qəbul Müdiriyyəti və ya şəraitdən asılı olaraq, təyinat Müdiriyyəti şikayətçiyə çatası kompensasiyanı ödəmək hüququna malikdir.

 

Maddə 38



Yüklə 303,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə