Ümumdünya Poçt Konvensiyası



Yüklə 303,3 Kb.
səhifə4/4
tarix21.04.2018
ölçüsü303,3 Kb.
#39690
növüQaydalar
1   2   3   4

Son xərclər

 

 1. 50-ci maddənin şərtlərinə əməl edilməklə Digər Müdiriyyətdən məktub korrespondensiyası göndərişləri alan hər bir Müdiriyyət alınmış beynəlxalq poçta görə göndərici Müdiriyyətdən xərclərin kompensasiyasını götürmək hüququna malikdir.



2. Kompensasiya

 2.1. M kisələr istisna edilməklə, məktub korrespondensiyası göndərişlərinə görə kompensasiya hər kq üçün 3,427 XAH təşkil edir.

 2.2. M kisələrə tətbiq edilən tariflər hər kq üçün 0,653 XAH-a bərabərdir.

 2.2.1. Çəkisi 5 kq-dan az olan kisələr son xərclərin kompensasiyası zamanı 5 kq çəkisi olan kisə kimi götürülür.

3. Yenidənbaxılma mexanizmi

 3.1. Əgər hər hansı istiqamətdə il ərzində 150 tondan çox (M kisələr istisna olmaqla) poçt göndərən və ya qəbul edən Müdiriyyət, göndərilmiş və ya alınmış poçtun 1 kq-a düşən göndərişlərin orta miqdarının dünya üzrə qəbul edilmiş orta kəmiyyətindən — 17,26 göndərişdən fərqli olduğunu aşkar edirsə, bu Müdiriyyət tariflərə yenidənbaxılmanı o halda tələb edə bilər ki, əgər dünya üzrə qəbul edilmiş orta kəmiyyətlə münasibətdə:

 3.1.1. göndərişlərin miqdarı 2/1-dən çoxdur və ya;

 3.1.2. göndərişlərin miqdarı 14-dən azdır;

 3.1.3. əgər poçt axını, Konqres tərəfindən bu məqsədlə tərtib edilmiş siyahıda göstərilmiş inkişaf etməkdə olan ölkəyə göndərilirsə, bu halda 3.1.2-ci paraqrafda nəzərdə tutulmuş yenidənbaxılma həyata keçirilir;

 3.1.4. əgər bir Müdiriyyət 3.1-ci paraqrafda nəzərdə tutulmuş yenidənbaxılmanın tətbiq olunmasını tələb edirsə, bu halda qarşı Müdiriyyət də (hətta digər istiqamətdə illik poçt axını 150 tondan daha az olarsa belə) həmçinin həmin qaydanı tətbiq edə bilər.

 3.1.4.1. 3.1.4-cü paraqrafdakı müddəa, Konqres tərəfindən bu məqsədlə tərtib edilmiş siyahıda göstərilmiş inkişaf etməkdə olan ölkələrə tətbiq olunmur.

 3.2. Yenidənbaxılma Reqlamentdə müəyyən edilmiş şərtlər əsasında həyata keçirilir.

4. Böyük miqdarda poçt

 4.1. Böyük miqdarda poçt üçün təyinat Müdiriyyəti aşağıdakı düsturlardan birinə uyğun olaraq, xüsusi kompensasiya tələb edə bilər:

 4.1.1. hər bir göndərişə görə 0,14 XAH və hər bir kq-a görə 1 XAH ölçüsündə olan orta dünya tariflərinin tətbiq edilməsi;

 4.1.2. təyinat ölkəsində işlənilmə dəyərini əks etdirən, göndərişə görə və hər kq-a tariflərin tətbiq edilməsi. Bu dəyər Reqlamentdə göstərilən şərtlərə uyğun olaraq daxili tarifləri özündə əks etdirməlidir.

 4.2. 3.1.3-cü paraqrafının müddəalarına qeyd-şərt etməklə, əgər təyinat Müdiriyyəti böyük miqdarda poçt üçün xüsusi ödəniş tələb edirsə, bu halda göndərən müdiriyyət poçt axınının qalığına 3.1-ci paraqrafına uyğun olaraq, yenidənbaxılmanı tələb etmək hüququna malikdir.

 5. Poçt İstismarı Şurası iki Konqres arasındakı müddətdə 2-ci və 4.1.1-ci paraqraflarda göstərilən kompensasiyasını dəyişdirmək hüququna malikdir. Həyata keçiriləcək yenidənbaxılma etibarlı iqtisadi və maliyyə məlumatlarına əsaslanmalıdır. Mümkün dəyişiklik haqqında qərar Poçt İstismarı Şurası tərəfindən müəyyən edilmiş tarixdən qüvvəyə minir. O, həmçinin 4.2.1-ci paraqrafda göstərilmiş kompensasiya sisteminin tətbiq edilməsinin üsullarını təyin etmək hüququna malikdir.

 6. İstənilən Müdiriyyət 1-ci paraqrafda nəzərdə tutulmuş kompensasiyadan tam və ya qismən imtina edə bilər.

 7. İkitərəfli və ya çoxtərəfli sazişlər əsasında maraqlı Müdiriyyətlər son xərclərlə bağlı hesabların ödənilməsi üçün digər kompensasiya sistemlərini tətbiq edə bilər.

 

Maddə 50


Tranzit və son xərclərin ödənişindən azad edilmə

 

 1. 7.2.2-ci maddədə göstərilmiş məktub korrespondensiyası göndərişləri, bağlı depeşlərdə qəbul yerinə qaytarılan çatdırılmamış poçt göndərişləri, həmçinin içərisində boş poçt kisələri olan göndərişlər quruyol və ya dəniz tranziti üzrə xərclərin və son xərclərin ödənilməsindən azad edilir.



 

Maddə 51


Tranzit və son xərclər üzrə hesabat

 

1. Tranzit xərcləri



 1.1. Yerüstü poçt üçün tranzit xərcləri üzrə hesabat hər il tranzit Müdiriyyət tərəfindən hər bir qəbul Müdiriyyəti üçün tərtib edilir. Bu hesabat baxılan il ərzində tranzitlə alınan göndərilmiş depeşlərin çəkisi əsasında aparılır. Bu zaman 48-ci maddə üzrə təyin edilmiş şkalalar tətbiq edilir.

 1.2. Tranzit xərclərini depeşlərin qəbul Müdiriyyəti çəkir. 1.4-cü paraqrafda nəzərdə tutulmuş istisnanın qəbul edilməsi şərti ilə, bu xərclər tranzit ölkə kimi depeşlərin göndərilməsini həyata keçirmiş və ya depeşlərin quruyol və ya dəniz daşınmasında onun xidməti iştirak etmiş ölkələrin Müdiriyyətlərinə ödənilir.

 1.3. Əgər depeşlərin tranzit keçməklə göndərildiyi ölkənin Müdiriyyəti, bu depeşlərin quruyol və ya dəniz daşınmasında iştirak etmirsə, bu halda müvafiq tranzit xərcləri təyinat Müdiriyyətinə (əgər bu Müdiriyyət həmin tranzitlə bağlı xərcləri çəkmişdirsə) ödənilir.

 1.4. Tranzit depeşlərin dəniz daşınması üçün xərclər depeşlərin qəbul Poçt Müdiriyyətləri və dəniz şirkətləri və ya onların vasitəçiləri arasında bilavasitә ödənilə bilər. Müvafiq yükləmə portunun Poçt Müdiriyyəti qabaqcadan buna öz razılığını bildirməlidir.

 1.5. Əgər illik saldo 163,35 XAH-dan çox deyilsə, bu halda Müdiriyyət-debitor tranzit xərclərin ödənilməsindən azad edilir.

2. Son xərclər

 2.1. M kisələr istisna edilməklə, məktub korrespondensiyası göndərişləri üçün son xərclər üzrə illik hesabat baxılan il ərzində alınmış depeşlərin faktiki çəkisi əsasında Müdiriyyət-kreditor tərəfindən tərtib edilir. Bu zaman 49-cu maddədə təyin edilmiş tariflər tətbiq olunur.

 2.2. M kisələri üçün son xərclər üzrə illik hesabat çəki əsasında 49-cu maddədə müəyyən edilmiş müddəalara uyğun olaraq tərtib edilir.

 2.3. İllik çəkinin təyin edilməsinin mümkün olması üçün depeşlərin qəbul Müdiriyyəti daim hər bir depeş üçün aşağıdakıları göstərməlidir:

 poçtun çəkisi (M kisələri istisna edilməklə);

 5 kq-dan yuxarı çəkisi olan M kisələrinin çəkisi;

 5 kq-a qədər çəkisi olan M kisələrinin sayı.

 2.4. Əgər böyük miqdarda göndərişlərin miqdarını və çəkisini təyin etmək zəruri olarsa, bu halda həmin kateqoriyalı poçt üçün Reqlamentdə göstərilmiş üsullar tətbiq olunur.

 2.5. Maraqlı Müdiriyyətlər öz qarşılıqlı münasibətlərində son xərclərin hesabatının müxtəlif statistik metodlarla həyata keçirilməsi barədə razılıq əldə edə bilərlər. Onlar həmçinin Reqlamentdə nəzərdə tutulmuş statistik dövrdən fərqli olan dövrlük barədə də razılaşa bilərlər.

 2.6. Əgər illik saldo 326,70 XAH-dan çox deyilsə, bu halda Müdiriyyət-debitor son xərclərin ödənilməsindən azad edilir.

 3. Hər bir Müdiriyyət illik nəticələri, bu nəticələr, onun fikrinə görə həqiqilikdən xeyli fərqlənirsə, arbitraj üzrə komissiyanın baxılmasına vermək hüququna malikdir. Bu arbitraj Ümumi Reqlamentin 128-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada yaradılır. Arbitrlər məhkəmə qaydasında tranzit və ya son xərclərin ödəniləcək məbləğini təyin etmək hüququna malikdir.

 

Fəsil 4


HAVA YOLLARI İLƏ DAŞINMALARLA BAĞLI XƏRCLƏR

Maddə 52


Ümumi prinsiplər

 

 1. Hava yolunun bütün məsafəsi boyu daşınma üzrə xərclər aşağıdakı qaydada ödənilir:



 1.1. əgər söhbət bağlı depeşlərdən gedirsə, qəbul ölkəsinin Müdiriyyəti hesabına;

 1.2. əgər söhbət səhv göndərilmiş korrespondensiya da daxil olmaqla, açıq tranzitlə göndərilən prioritet və aviagöndərişlərdən gedirsə, bu göndərişləri digər Müdiriyyətə ötürən Müdiriyyətin hesabına.

 2. Bu qaydalar həmçinin, tranzit rüsumlardan azad olunmuş aviadepeşlərə, açıq tranzitilə göndərilən prioritet göndərişlərə və aviagöndərişlərə də tətbiq edilir.

 3. Əgər ölkə daxilində hava daşımaları üzrə orta-tarazlaşdırılmış keçid məsafəsi 300 km-dən çox olarsa, bu halda öz ölkəsi daxilində beynəlxalq poçtun hava daşımasını təmin edən hər bir təyinat Müdiriyyəti, bu daşıma ilə bağlı əlavə xərclərin kompensasiyasını almaq hüququna malikdir. Əgər pulsuz daşıma barədə razılaşma yoxdursa, bu halda xarici ölkədən daxil olan bütün prioritet depeşlər və aviadepeşlər üçün, onların daxildə hava yolu ilə daşınmamasından asılı olmayaraq, yuxarıda göstərilən xərclər eyni qaydada olmalıdır.

 4. Lakin əgər təyinat Müdiriyyəti tərəfindən son xərclər üzrə götürülən kompensasiya başlıca olaraq, dəyərə və ya daxili tariflərə əsaslanırsa, bu halda daxili hava daşıması üçün xərclərin heç bir əlavə kompensasiyası həyata keçirilmir.

 5. Təyinat Müdiriyyəti orta-tarazlaşdırılmış məsafənin hesablanması zamanı, son xərclərinin kompensasiyasının hesabatı başlıca olaraq, dəyərə və ya təyinat Müdiriyyətinin daxili tariflərinə əsaslanmış bütün depeşlərin çəkisini istisna edir.

 6. Maraqlı Müdiriyyətlər arasında aviakorrespondensiya barədə xüsusi razılaşma olmadıqda, bu aviakorrespondensiyanın yerüstü və ya dəniz yolu ilə mümkün daşınması halında 48-ci maddə tətbiq olunur. Bununla belə, aşağıdakı işlər üçün tranzit xərclərin heç bir ödənişi aparılmır:

 6.1. eyni bir şəhərə xidmət göstərən iki aeroport arasında aviadepeşlərin yüklənib boşaldılması;

 6.2. depeşlərin şəhərə xidmət göstərən aeroportla həmin şəhərdə yerləşən anbar arasında daşınması, həmçinin bu depeşlərin yerdən-yerə göndərilməsi məqsədi ilə qaytarılması.

 

Maddə 53



Əsas tarif və hava yolu ilə daşınmalar üzrə xərclərin hesabatı

 

 1. Müdiriyyətlər arasında hava daşımaları üçün hesabların ödənişinə tətbiq olunan əsas tarif Poçt İstismarı Şurası tərəfindən təsdiq edilir. Bu tarif Reqlamentdə təyin edilmiş düstur üzrə Beynəlxalq Büro tərəfindən hesablanır.



 2. Bağlı depeşlərin açıq tranzitlə göndərilən prioritet və aviagöndərişlərin daşınması üzrə xərclərin hesabatı, eləcə də buna aid hesabat metodları Reqlamentdə şərh edilmişdir.

 

Fəsil 5



FAKS RABİTƏSİ

Maddə 54


Ümumi müddəalar

 

 1. Poçt Müdiriyyətləri digər Poçt Müdiriyyətləri ilə və xarici partnyorlarla faks rabitəsinin qurulması barədə razılığa gələ bilərlər.



 2. Marağı olan Müdiriyyətlər məlumat mübadiləsini həyata keçirmək üçün təchizatçı və texniki vasitə (elektron avadanlığı və təminatı) seçməkdə sərbəstdir.

 3. Şəbəkə xidmətinin təchizatçısı ilə razılaşma əsasında Poçt Müdiriyyətləri bu xidmətlərin ödəniş üsulu barədə iki tərəfli qaydada saziş bağlayır.

 4. Poçt Müdiriyyətləri, faks mübadiləsinin həyata keçirilməsi ilə bağlı xidmət üçün ödəniş aparmayan hər hansı digər Müdiriyyətlə görə nə maliyyə, nə də hüquqi məsuliyyət daşımır.

 

Fəsil 6



MÜXTƏLİF MÜDDƏALAR

Maddə 55


Hesabların ödənilməsi

 

 1. Poçt Müdiriyyətləri arasındakı münasibətlərdə beynəlxalq poçt mübadiləsi üzrə hesabların ödənişi cari maliyyə əməliyyatı kimi baxıla bilər və bu, maraqlı üzv ölkələrin, bu məsələ üzrə razılaşmalar olduğu halda, qüvvədə olan beynəlxalq öhdəliklərinə uyğun həyata keçirilə bilər. Müvafiq razılaşmalar olmadıqda, hesabların ödənişi Reqlamentin müddəalarına uyğun aparılır.



 

Maddə 56


Məlumatların təqdim edilməsi, Beynəlxalq Büronun dərc etdiyi xülasələr, sənədlərin saxlanılması, blanklar

 

 1. Poçt xidmətinin təmin edilməsinə dair məlumatların təqdim olunması, Beynəlxalq Büronun nəşrləri, sənədlərin saxlanılması və istifadə olunan blanklar barədə müddəalar Reqlamentə aid edilir.



 

DÖRDÜNCÜ HİSSƏ

 

Maddə 57


EMS xidməti

 

 1. EMS xidməti poçt xidmətləri içərisində fiziki cəhətdən ən sürətlisidir. Bu xidmət məktub korrespondensiyasının, sənədlərin və ya malların ən qısa müddətlərdə qəbulu, ötürülməsi və çatdırılmasını özündə birləşdirir.



 2. EMS xidməti ikitərəfli sazişlər əsasında reqlamentləşdirilir. Bu sazişlərlə dəqiq müəyyənləşdirilməyən aspektlər İttifaq Aktlarının müvafiq müddəalarına aid olunur.

 3. Bu xidmət, imkan daxilində, aşağıdakı elementlərdən ibarət olan loqotip üzrə müəyyən edilir:

 narıncı rəngdə qanadın forması;

 göy rəngdə EMS hərfləri;

 narıncı rəngdə üç üfüqi zolaq.

 Loqotip milli xidmətdə istifadə olunan adla tamamlana bilər.

 4. Xidmət tarifləri qəbul Müdiriyyəti tərəfindən xərclər və bazar tələbatı nəzərə alınmaqla təyin edilir.

 

BEŞİNCİ HİSSƏ



YEKUN MÜDDƏALAR

Maddə 58


Cinayət təqibedilmə tədbirlərinə dair öhdəliklər

 

 1. Üzv ölkələrin hökumətləri aşağıdakı tədbirləri yerinə yetirməyi və ya həmin zəruri tədbirlərin görülməsi barədə öz ölkələrinin qanunverici orqanlarına təklif verməyi öz öhdəsinə götürür:



 1.1. poçt markalarının (hətta tədavüldən çıxarılmış), beynəlxalq cavab kuponlarının saxtalaşdırılmasına görə cəza verilməsi üçün;

 1.2. aşağıdakıların istifadə edilməsinə və ya dövriyyəyə buraxılmasına görə cəza verilməsi üçün:

 1.2.1. saxta (hətta tədavüldən çıxarılmış) və ya istifadədə olmuş poçt markalarının, eləcə də saxta və ya istifadədə olmuş frankirə maşını və ya mətbəə çap maşını ottisklərini;

 1.2.2. saxta beynəlxalq cavab kuponlarının;

 1.3. Üzv ölkələrdən birinin Poçt Müdiriyyəti tərəfindən buraxılan marka və vinetkalarla asanlıqla qarışıq salına bilinəcək dərəcədə imitasiya edilmiş və ya saxtalaşdırılmış marka və vinetkaların hazırlanması, tədavülə buraxılması və onların poçt xidmətində istifadəsi ilə bağlı hər cür naqis hərəkətlərin qadağan olunması və qarşısının alınması üçün;

 1.4. göndərişə qoyulması Konvensiya və Sazişlərlə birmənalı şəkildə qadağan olunmuş narkotik və psixotrop, eləcə də partlayıcı, tez alışan və ya digər təhlükəli maddələrin göndərilməsinə görə xəbərdarlıq edilməsi, lazımi halda isə cəza tədbirlərinin tətbiq olunması üçün.

 

Maddə 59


Konvensiya və onun icra Reqlamentinə dair təkliflərin təsdiq edilməsi şərtləri

 

 1. Bu Konvensiya və onun Reqlamentinə dair Konqresə təqdim olunmuş təkliflər iştirak edən və səs verən üzv ölkələrin əksəriyyəti tərəfindən bəyənildiyi halda qüvvəyə minir. Konqresdə təmsil edilmiş üzv ölkələrin ən azı yarısı səsvermədə iştirak etməlidir.



 2. Qərar qəbul edilməsi üçün Konqres tərəfindən Poçt İstismarı Şurasına verilmiş və ya iki Konqres arasındakı müddətdə irəli sürülmüş Reqlamentə dair təkliflər Poçt İstismarı Şurası üzvlərinin əksəriyyəti tərəfindən bəyənildiyi halda qüvvəyə minir.

 3. İki Konqres arasındakı müddətdə hazırkı Konvensiyaya dair irəli sürülmüş təkliflər aşağıdakı qaydalar üzrə qəbul olunduğu halda qüvvəyə minir:

 3.1. əgər söhbət Konvensiyanın 1-7 (birinci hissə), 8-11, 13,16-18, 20, 24-26, 34-38, (ikinci hissə), 43.2, 44-51, 55 (üçüncü hissə), 58-60-cı (beşinci hissə) maddələrinə və onun Yekun Protokolunun bütün maddələrinə dəyişikliklərdən gedirsə, İttifaqın üzv ölkələrinin ən azı yarısının məsləhətə cavab verməsi şərti ilə, səslərin üçdə iki hissəsi ilə;

 3.2. əgər söhbət 3.1-ci paraqrafda xatırladılan müddəalardan savayı, digər müddəalara mahiyyəti üzrə dəyişikliklərdən gedirsə, İttifaqın üzv ölkələrinin ən azı yarısının məsləhətə cavab verməsi şərti ilə, səslərin əksəriyyəti ilə;

 3.3. əgər söhbət aşağıdakı təkliflər barədə gedirsə, səslərin əksəriyyəti ilə:

 3.3.1. 3.1-ci paraqrafda göstərilən müddəalardan savayı, Konvensiya müddəalarına redaksiya qaydasında dəyişikliklər edilməsi barədə;

 3.3.2. Konvensiya müddəalarının və onun Yekun Protokolunun şərh edilməsi barədə.

 4. 3.1-ci paraqrafda nəzərdə tutulmuş müddəalara baxmayaraq milli qanunvericiliyi təklif olunmuş dəyişikliyə hələ uyğunlaşa bilməyən hər hansı üzv ölkə Beynəlxalq Büronun Baş direktoruna, bu dəyişikliyin qəbul edilməsinin onun üçün qeyri-mümkün olduğu barədə yazılı bəyanatla müraciət etmək hüququna malikdir və bu bəyanat məlum dəyişiklik haqqında məlumatın alındığı andan doxsan gün müddətində təqdim edilməlidir.

 

Maddə 60


Konvensiyanın qüvvəyə minməsi və qüvvədə qalma müddəti

 

 1. Bu Konvensiya 1996-cı il yanvarın 1-dən qüvvəyə minir və növbəti Konqres Aktlarının qüvvəyə mindiyi tarixə qədər qüvvədə qalır.



 2. Bunu təsdiq edərək üzv ölkələrin hökumətlərinin Səlahiyyətli nümayəndələri bu Konvensiyanı bir nüsxədə imzaladılar və bu Konvensiya saxlanılmaq üçün Beynəlxalq Büronun Baş Direktoruna veriləcəkdir. Həmin nüsxənin surəti hər bir tərəfdaşa Konqresin keçirildiyi ölkənin hökuməti tərəfindən çatdırılacaqdır.

Seulda 1994-cü il sentyabrın 14-də imzalanmışdır.

 

Ümumdünya Poçt Konvensiyasına dair Azərbaycan Respublikasının

QEYD-ŞƏRTLƏRİ

 

 1. 7-ci maddənin 4-cü bəndinə dair:



 «Azərbaycan Respublikasının Poçt Müdiriyyəti rəsmən tanınan korlar cəmiyyətlərinin səs yazılarını sekoqram şəklində göndərməyə və qəbul etməyə icazə verir».

 2. 26-cı maddəyə dair:

 «Azərbaycan Respublikasının Poçt Müdiriyyəti içərisində gömrük rüsumu tətbiq edilən əşyalar olan sadə və sifarişli məktubların göndərişinə icazə vermir».

 «Azərbaycan Respublikasının Poçt Müdiriyyəti milli qanunvericiliyə əsasən poçt göndərişlərinin müsadirə olunması səbəblərini yalnız gömrük orqanlarının verdiyi məlumatlar həddində açıqlamaq hüququnu özündə saxlayır».



 3. 52-ci və 53-cü maddələrə dair:

 «Azərbaycan Respublikasının Poçt Müdiriyyəti daşıma haqlarını ancaq aviagöndərişlərin kisə yarlıklarında (CN 35) və təhvil barədə qaimədə (CN 38) göstərilən reyslər üçün qəbul edəcək».
Yüklə 303,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə