Ümümi cərrahiyə


Cərrahiyyədə müalicə üsulları



Yüklə 1,54 Mb.
səhifə2/19
tarix20.09.2017
ölçüsü1,54 Mb.
#1069
növüРуководство
1   2   3   4   5   6   7   8   9   ...   19

Cərrahiyyədə müalicə üsulları

54) Xəstəyə 1litr fizioloji məhlul köçürtdükdə qanın ümumi sirkulyasiyası nə qədər artır?

A) 1000 ml

B) 500 ml

C) 250 ml-dən az

D) 250 ml

E) 750 ml


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
55) Yaşlı şəxslərdə sirkulyasiya edən qan nə qədər təşkil edir?

A) 50 ml/kq

B) 60 ml/kq

C) 80 ml/kq

D) 70 ml/kq

E) 90 ml/kq


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
56) Oksigenin nəqli üçün hemotokritin qənaətbəxş miqdarı neçədir?

A) 45%


B) 30%

C) 40%


D) 35%

E) 20-25%


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
57) Kəskin qanitirmələrin müalicəsində ilk növbədə hansı preparatlar istifadə olunur?

A) Donor qanı, kristalloid mayelər

B) Eritrositar kütlə, donor qanı

C) Eritrositar kütlə, kristalloid mayelər

D) Donor qanı, kolloid mayelər

E) Kristalloid kütlə, kolloid mayelər


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
58) Uyğun olmayan qanı xəstəyə köçürtdükdə nə əmələ gəlir?

A) Hemotransfuzion şok, ağ ciyər ödemi, kəskin qara ciyər çatmamazlığı

B) Hemotransfuzion şok, hemoliz, kəskin qara ciyər çatmamazlığı

C) Ağ ciyər ödemi, hemoliz, kəskin qara ciyər çatmamazlığı

D) Hemotransfuzion şok, ağ ciyər ödemi, hemoliz

E) Hamısı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
59) Hər qanköçürmədə mütləq nə yoxlanmalıdır?

A) Qan qrupunun uyğunluğu, bioloji sınaq, rezus-faktorun yoxlanması

B) Fərdi uyğunluq, bioloji sınaq, rezus uyğunluğu

C) Qan qrupunun uyğunluğu, fərdi uyğunluq, bioloji sınaq

D) Fərdi uyğunluq, rezus uyğunluğu, rezus-faktorun yoxlanması

E) Hamısı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
60) Hipovolemiyada ilk növbədə hansı preparatlar istifadə olunmalıdır?

A) Kardiotoniklər

B) Plazmaəvəzedicilər

C) Donor qanı

D) Vazopressorlar

E) Eritrositar kütlə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
61) Hansı preparat neyrotoksik təsir göstərir?

A) Polimiksin və streptomisin

B) Linkomisin və streptomisin

C) Streptomisin və kefzol

D) Penisillin və linkomisin

E) Kefzol və penisillin


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
62) Peroral istifadə zamanı inaktivləşən preparat hansıdır?

A) Eritromisin

B) Metasiklin

C) Oksasilin

D) Penisilin

E) Kanamisin


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
63) Hansı dərman preparatı hepatotoksik təsirə malikdir?

A) Tetrasiklin

B) Sefamezin

C) Penisilin

D) Linkomisin

E) Kolimisin


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
64) Hansı preparat daha çox ototoksik təsirə malikdir?

A) Ampisilin

B) Benzilpenicillin Na

C) Tetrasiklin

D) Eritromisin

E) Gentamisin


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
65) Endemik urun terapevtik və cərrahi müalicəsinin seçilməsində hansı göstəricilər nəzərə alınmalıdır?

A) Endemik urun düyünlü olması, endomik urda ağır tireotoksikozun əlavə olunması, endemik ura 4-5 mərhələsi

B) Endemik urun düyünlü olması, endemik urun 1-2 mərhələləri, endomik urun 4-5 mərhələləri

C) Bütün urlu xəstələr əməliyyat olunmalıdır

D) Endemik urun 1-2 mərhələləri, endemik ura ağır tireotoksikozun əlavə olunması, endemik urun 4-5 mərhələsi

E) Endemik urun düyünlü olması, endomik urun 1-2 mərhələləri, endomik ura ağır tireotoksikozun əlavə olunması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
66) 35 yaşlı xəstə 4 ildir ki,diffuz tireotoksikoz urla xəstədir. Əsəbilikdən, əllərinin əsməsindən, yuxusuzluqdan, tərləmədən, tez-tez ağlamağdan şikayət edir. Əsas mübadilə + 60-dır. Obyektiv olaraq hər iki vəzi payları ur 3-cü dərəcəsinə qədər böyümüşdür. Bu müddətdə aparılan konservativ müalicənin nəzərə çarpacaq xeyri olmamışdır. Xəstədə operasiyanın aparılmasına göstəriş var. Hansı operasiya növünü seçmək lazımdır?

A) Əməliyyat olunmamalıdır

B) İki tərəfli subtotal strumektomiya

C) Total strumektomiya

D) Cərrahın təcrübəsindən asılıdır

E) Qemistrumektomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
67) 7 ay əvvəl tireotoksik ura görə əməliyyat olmuş xəstə təkrar həkimə zəiflikdən, yuxulu olmağından, halsızlıqdan və bunlara baxmayaraq, çox kökəlmə şikayətləri ilə müraciət etmişdir. Obyektiv olaraq qalxanabənzər vəzin qalan hissələri böyüməmiş, operasiya qapağı yaxşı vəziyyətdədir. Əsas mübadilə --15-dir. Sizin fikrinizcə bu klinik mənzərənin baş verməsinə səbəb nədir?

A) Astma


B) Miokard infarktı

C) Paratireoid vəzilərin əməliyyat vaxtı çıxarılması

D) Hipotireoz

E) Ürək qan-damar çatmamazlığı


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
68) Radikal mastektomiya onun modifikasiya edilmiş, eləcə də radikal sayılan operasiyasından hansı göstərilən toxumaların çıxarılması ilə fərqlənir?

A) Kiçik döş əzələsinin çıxarılması

B) Xərcəng şişi olan süd vəzinin bütövlükdə çıxarılması

C) Xəstə tərəfdə qoltuqaltı limfatik vəzilərin çıxarılması

D) Böyük döş əzələzinin çıxarılması

E) Döş giləsi və ətraf həlqənin çıxarılması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
69) Hansı dəyişiklərin olması dəridə olan piqment törəməsinin çıxarılmasına göstəriş ola bilər?

A) Ağrı simptomunun meydana çıxması

B) Regionar limfatik vəzilərin böyüməsi

C) Rənginin, formasının, ölçüsünün dəyişməsi

D) Birincili şişin yanında əlavə satellitin əmələ gəlməsi

E) Hamısı


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
70) Rusiyada qadınlarda ölümə ən çox səbəb olan hansı orqanın xərçəngidir?

A) Uşaqlıq boyunun xərçəngi

B) Uşaqlıq xərçəngi

C) Mədəaltı vəzinin xərçəngi

D) Süd vəzinin xərçəngi

E) Ağ ciyər xərçəngi


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
71) Aşağıda göstərilən əlamətlərin hansı süd vəzinin xərçəngi üçün xarakter deyil?

A) Gostərilənlərin hamısı aiddir

B) Süd vəzisinin dəri venalarının genişlənməsi

C) Mammoqrammada mikrokalsinatların olması

D) Qoltuqaltı limfa vəzilərinin tədricən boyüməsi

E) Döş giləsindən ifrazatın olması


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
72) Aşağıda göstərilən əlamətlərin hansıları qadınlarda süd vəzinin xərçəngi üçün xarakterdir?

A) Süd vəzisinin dərisi qızarmış, palpasiyada hərəkətli, ağrılı infiltratın əllənməsi, döş vəzinin giləsindən şəffaf seroz mayenin ifrazı

B) Süd vəzinin dərisi qızarmış, palpasiyada hərəkətli, ağrılı infiltrat əllənir, süd vəzində hərəkətini itirməmiş, kənarları qeyri-hamar, ağrısız törəmənin əllənməsi

C) Süd vəzisində hərəkətini itirməmiş, kənarları qeyri-hamar, ağrısız törəmənin əllənməsi, əllənən şişin üzərində dərinin limon qabığına bənzər şişkinliyi və ya bu şəklin həmin dərini iki barmaqla sıxdıqda artması

D) Döş giləsindən qanlı mayenin ifrazı, döş vəzinin giləsindən şəffaf seroz mayenin ifrazı

E) Əllənən şişin üzərində limon qabığına bənzər dəri şişkinliyi və ya bu şəklin həmin dərini iki barmaqla sıxdıqda artması, döş giləsindən qanlı mayenin ifrazı


Ədəbiyyat:

Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.



73) 10-12 saat əvvəl kəskin appendisitə görə əməliyyat olunmuş 22 yaşlı xəstədə zəiflik, başgicəllənmə, dəri və görünən selikli qişanın avazıması, arterial təzyiqin enməsi qeyd olunur. Hansı ağırlaşmadan şübhələnirsiniz?

A) Ürək qan-damar çatmamazlığı

B) Yeridilmiş dərman preparatlarına reaksiya

C) Koprostaz

D) Qarın boşluğuna daxili qanaxma

E) Paralitik bağırsaq keçməməzliyi


Ədəbiyyat:

Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.


74) Appendektomiyadan sonra qarın boşluğuna qanaxma müəyyən olunursa və xəstə getdikcə hemorragik şok əlamətləri inkişaf edirsə hansı taktikanı seçmək lazımdır?

A) Təcili relaparotomiya aparmaq

B) Xəstəyə qan, qanəvəzəedici məhlullar köçürməklə müalicə aparmaq

C) Qarın boşluğunun sanasiyası və drenajı

D) Orta xətlə aparılmış geniş laparotomiya

E) İlkin operasion kəsiyindən relaparotomiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
75) Kəskin fleqmonoz appendisitə görə 7 gün əvvəl operasiya olmuş 36 yaşlı kişi xəstənin qarnının aşağı nahiyəsindən intensiv olmayan daimi ağrılar, hərarətin 38-39°C qədər yüksəlməsi, sidik ifrazı aktının sonunda ağrı, tez-tez defekasiya istəyi meydana çıxmışdır. Dili quru, P-110-112, qanda leykositlərin sayı 18.000-dir.Qarnı yumşaq, əməliyyat yarası sahəsində qızartı və ağrı yoxdur. Qasıqüstü nahiyədə palpasiya ağrılıdır, nisbətən dərin palpasiyada ağrılı olan infiltratın yuxarı kənarı əllənir. Hansı ağırlaşmanın olmasına şübhə var?

A) İlgəklərarası abses

B) Sidik kisəsi və kisəətrafı toxumanın iltihabı

C) Qarın boşluğunda yad cismin qalması

D) Bağırsaq keçməməzliyi

E) Duqlas boşluğunun absesi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
76) 38 yaşlı xəstə qadında 1 il əvvəl xolesistektomiya, xoledoxotomiya əməliyyatı aparılmışdır. İki aydır ki, xəstədə residivləşən sarılıq, sağ qabırğaaltı sahədə ağrılar və arabir hərarətin 37.5-38°C yüksəlməsi qeyd olunur. Xəstəliyin xüsusiyyətinin aydınlaşdırılmasında aşağıda göstərilən müayinə metodlarından hansı əsasdır?

A) Retroqrad xolangioqrafiya

B) Biliar sistemin sonoqrafiyası, yoğun bağırsağın kontrast rentgen müayinəsi

C) İrriqoskopiya

D) Mədə və 12-barmaq bağırsaq rentgenoskopiyası

E) Laparoskopiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
77) 38 yaşlı xəstə qadında 1 il əvvəl xolesistektomiya, xoledoxototomiya əməliyyatı aparılmışdır. İki aydır ki, xəstədə residivləşən sarılıq, sağ qabırğaaltı sahədə ağrılar və arabir hərarətin 37.5-38°C yüksəlməsi qeyd olunur. Müayinə zamanı xoledoxun terminal hissəsinin tubulyar çapıqlaşaraq daralması aşkar edilmişdir. Sizin müalicə taktikanız necədir?

A) Laparotomiya - xoledoxostomiya

B) Konservativ müalicə

C) Papilliosfinterotomiya (endoskopik)

D) Laparotomiya - xoledoxoduodenostomiya

E) Laparotomiya – xoledoxoyeyunostomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
78) 6 ay əvvəl 35 yaşlı xəstədə xolesistektomiya əməlliyatı aparılmışdır. Klinik mənzərənin və müayinələrin nəticələrini nəzərə alaraq xəstədə xoledoxolitiazın və xolangitin olması aşkar edilmişdir. Klinik mənzərədə hansı əlamətlər üstünlük təşkil edir və diaqnozun qoyulmasında hansılar əhəmiyyətlidir?

A) Tez-tez qusmanın olması, residivləşən sarılıq, sağ qabırğa altında tutma şəkili ağrılar

B) Residivləşən sarılıq, sağ qabırğaaltı nahiyədə tutmaşəkilli ağrılar, üşütmə və bədən hərarətinin arabir yüksəlməsi

C) Dalağın böyüməsi, tez-tez qusmanın olması, residivləşən sarılıq

D) Dalağın böyüməsi, sağ qabırğaaltı nahiyədə tutmaşəkili ağrılar, üşütmə və bədən hərarətinin arabir yüksəlməsi

E) Tez-tez qusmanın olması, residivləşən sarılıq, üşütmə və bədən hərarətinin arabir yüksəlməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
79) Xoledoxolitiaz və xolangit diaqnozu dəqiqləşdirildikdən sonra aşağıda göstərilən əməliyyatlardan hansı məqsədəuyğundur?

A) Endoskopik papillosfinkterotomiya və ya laparotomiya, xoledoxolitomiya, öd axarının drenləşdirilməsi

B) Xolesistomiya

C) Konservativ müalicə

D) Laparoskopik xoledoxolitotomiya

E) Laparotomiya,xoledoxoduodenostomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
80) Öd yollarının aşağıda göstərilən hansı xəstəliklərində qarın boşluğunun rentgenoskopiyası zamanı öd yollarında havanın olması görünə bilər?

A) Bağırsağ keçməməzliyi, qaz əmələ gətirən mikroorqanizimlərdən inkişaf etmiş xolangit

B) Xoledoxoduodenoanastomoz, qaz əmələ gətirən mikroorqanizimlərdən inkişaf etmiş xolangit

C) Xoledoxoduodenoanastomoz, bağırsağ keçməməzliyi

D) Mədə xorasının deşilməsi, xoledoxoduodenoanastomoz

E) Mədə xorasının deşilməsi, qaz əmələ gətirən mikroorqanizimlərdən inkişaf etmiş xolangit


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
81) Öd yollarında aparılan əməliyyatlarda intraperasion instrumental müayinələrdən hansıları lazım deyil?

A) Transllüminasiya

B) Xoledoxoskopiya

C) Hamısı

D) Ultrasəs müayinəsi

E) Rentgentelevizion kontrast xolangioqrafiya və skopiya


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
82) Xəstədə xoledoxun proksimal hissəsinin (qaraciyər axarlarının birləşməsidən 2 sm aşağı) 1.5 sm uzunluğunda daralması və bu daralma sahəsinin xarici fistula ilə əlaqəsinin olması aşkar edilir. Aşağıda göstərilən əməliyyatlardan hansının aparılması göstərişdir?

A) Xoledoxun proksimal ucu ilə 12-barmaq bağırsaq arasında anastomoz

B) Xoledoxun rezeksiyası və uc-uca anastomozun qoyulması

C) Yoğun bağırsaqla xoledox arasında anastomoz

D) Xolesistektomiya

E) Nazik bağırsaqla xoledox arasında transhepatik drenaj üzərində anastomozun qoyulması


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
83) Aşağıda göstərilən əməliyyatlardan hansında Dempinq-sindroma daha çox rast gəlinir?

A) Vaqotomiya antrumektomiya ilə

B) Trunkal vaqotomiya piloroplastika ilə

C) Selektiv mədə vaqotomiyası qastroenteroanastomozla

D) Proksimal selektiv vaqotomiya

E) Bilrot-II üsulu ilə subtotal mədə rezeksiyası


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
84) 5 ay əvvəl 12-barmaq bağırsağın xorasına görə Bilrot-II üsulu ilə mədə rezeksiyası aparılmış 41 yaşlı xəstə qida qəbulundan 30-40 dəqiqə sonra ürəkdöyünmədən, soyuq tərləmədən, ürəkbulanmadan, zəiflikdən və bəzən başgicəlləmədən şikayət edir. Sizin diaqnoz?

A) Yeyuno-qastral reflüks

B) Xroniki pankreatitin kəskinləşməsi.

C) Dempinq-sindrom

D) Reflüks-ezofagit

E) Gətirici ilgək sindromu


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
85) Mədə çıxacağının stenozu olduqda orqanizimdə gedən və aşağıda göstərilən metabolik dəyişikliklərdən hansının daha çox ehtimal olur?

A) Xlorid turşusunun itirilməsi, su-duz balansı pozğunluqları

B) Arterial hipertenziya

C) Böyrək çatmamazlığı

D) Hiperqlikemiya

E) Qara ciyərin funksional pozğunluqları


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
86) Mədə çıxacağının stenozunda hansı aşağıda göstərilən müalicə metodunun seçilməsi düzgündür?

A) Sanator-kurort müalicəsi

B) Başqa alternativ metodlar

C) Cərrahi əməliyyat

D) Dərman müalicəsi

E) Ambulator müalicə


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
87) Mədə xərçənginə görə əməliyyat olan xəstədə laparotomiya vaxtı şişin mədənin piloroantral hissədə yerləşməsi, seroz qişaya keçməyən və həcmi 3 sm qədər olması aşkar edilmişdir.Regionar limfatik vəzilərdə metastaza xarakter əlamətlər yoxdur.Operasiyanın həcmi necədir?

A) Mədənin antral hissəsinin rezeksiyası

B) Trunkal vaqotomiya

C) Selektiv vaqotomiya

D) Qastroduodenoanastomozun qoyulması

E) Mədənin 2/3 hissəsinin rezeksiyası ilə bir blokda kiçik və böyük piyliyin və regionar vəzilərin çıxarılması. Qastroenteroanastomoz.


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
88) Mədə xərçənginə görə əməliyyat olunan xəstədə laparotomiya zamanı mədənin antral hissəsində infiltrativ xərçəngin olması aşkar edilir. Limfatik vəzilərdə və qonşu orqanlarda görünən metastazlar yoxdur. Siz hansı əməliyyat həcmini seçərsiniz?

A) Qastroektomiya

B) Mədənin 2/3 hissəsinin rezeksiyası

C) Mədənin subtotal rezeksiyası

D) Selektiv vaqotomiya

E) Trunkal vaqotomiya


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
89) Anamnezində xora xəstəliyi olmayan 28 yaşlı xəstənin epiqastral nahiyəsində qəflətən çox kəskin ağrılar meydana çıxmışdır. Bir dəfə qusma olmuşdur. Xəstəxanaya bu ağrıların başlanmasından 7 saat sonra gətirilmişdir. Obyektiv olaraq ümumi vəziyyəti orta ağırlıqdadır. Dili quru, nəbzi 78-80 vurğu, qarnı köpməmiş, bütün sahədə, xüsusilə epiqastral nahiyədə taxta bərkliyində gərginləşmişdir. Şötkin-Blümberq simptomu kəskin müsbətdir. Qarnın perkussiyasında qaraciyər kütlüyü itmişdir. Qarın boşluğunun R-skopiyasında sağ diafraqmaaltı sahədə aypara şəkilində hava zolağı görünür. Hansı xəstəlikdən və ya onun ağırlaşmasından şübhələnmək olar?

A) Qida zəhərlənməsi

B) Kəskin pankreatit

C) 12-barmaq bağırsaq xorasının deşilməsi

D) Kəskin qastrit

E) Kəskin xolesistit


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
90) 28 yaşında xəstə 7 saat əvvəl epiqastral nahiyədə kəskin ağrıların baş verməsi ilə əlaqədar xəstəxanaya gətirilmişdir. Xəstəliyin klinik mənzərəsi və aparılmış müayinələr ilk anlardan xəstədə mədə və ya 12-barmaq bağırsaq xorasının sərbəst qarın boşluğuna perforasiyası diaqnozu qoyulmuşdur. Sizin sonraki taktikanız?

A) Xəstənin mədəsinə zondun salınması və yuyulması

B) Xəstənin planlı əməliyyata hazırlanması

C) Laparotomiya-radikal operasiya

D) Təcili laparotomiya

E) Xəstənin imalə olunması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
91) Qastroduodenal qanaxmalarda hansı müayinə metodları ilə qanaxmanın mənbəyini dəqiq təyin etmək olar?

A) Arterioqrafiya

B) Radioizotopla müayinə

C) Mədənin R-skopiyası

D) Diaqnostik laparotomiya

E) Endoskopik qastroduodenskopiya


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
92) Alkoqol sirrozu olan xəstədə qoyulmuş portokaval anastomozdan sonra aşağıda göstərilən ağırlaşmalardan hansı xəstənin ölümünə daha çox səbəb olur?

A) Qara ciyər çatmamazlığı, ensefalopatiya

B) Varikoz genelmiş damarlardan qanaxma

C) Hepatosellülər xərçəng

D) Assit,periferik durğunluqlarla gedən ürək çatmamazlığı

E) Az absorsiya sindromu


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
93) Virus mənşəli (Hepatit B,C,D ) hepatitlər ağır və getdikcə artmaqda olan xroniki xəstəliklər sırasına aiddirlər. Xəstəliyin bütün dünyada çox yayılmasına səbəb olan faktorlardan biri virusla yoluxma mənbələrinin çoxluğudur. Yoluxma yolları hansılardır?

A) Hemotransfuziya

B) Hamısı

C) Tibbi manipulyasiyalar: stomatoloji

D) Cinsi əlaqələr

E) Tibbi manipulyasiyalar:ginekoloji, cərrahi, endoskopik, inyeksiyalar və s.


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
94) Böyüklərdə obturasion bağırsaq keçməməzliyini ən çox əmələ gətirən səbəblər hansılardır?

A) Yoğun bağırsağın xərçəngi

B) Nazik bağırsağın Kron xəstəliyi

C) Divertikulyoz

D) Boğulmuş yırtıqlar

E) Bağırsaqların vərəmi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
95) Yoğun bağırsağın aşağıda göstərilən xəstəliklərinin hansısında xərçəng şişin inkişaf etməsi ehtimalı daha çoxdur?

A) Hirşprunq xəstəliyi

B) Qeyri-spesifik xoralı kolit

C) Yoğun bağırsağın qranulyomatozu

D) Yoğun bağırsağın divertikulyozu

E) Yoğun bağırsağın polipi


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
96) 30 yaşında olan xəstə boğulmuş qasıq yırtığı, hissəvi bağırsaq keçməməzliyi diaqnozu ilə xəstəxanaya gətirilmişdir. Boğulmadan 16-17 saat keçmişdir. Qəbul şöbəsində yırtıq möhtəviyyatı qarın boşluğuna qayıtmışdır. Sonrakı baxışda xəstənin ümumi vəziyyəti kafi, nəbzi dəqiqədə 82-84 vurğu olmuş, qarnı köpməmiş və peritonun qıcıqlanma simptomu mənfi olmuşdur. Hansı taktikanı seçmək lazımdır?

A) Təcili laparotomiya, nəzarəti davam etdirmək

B) Nəzarəti davam etdirmək, xəstəni evə ambulator müşahidəyə yazmaq

C) Nəzarəti davam etdirmək, ilkin perionit əlamətləri meydana çıxarsa operasiya-laparotomiya etmək

D) İlkin perionit əlamətləri meydana çıxarsa operasiya-laparotomiya etmək, xəstəni evə ambulator müşahidəyə yazmaq

E) Təcili laparotomiya, xəstəni evə ambulator müşahidəyə yazmaq


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
97) Müasir endotraxeal narkoz ağciyərlərin hansı funksional dəyişikliklərini törədir?

A) Kiprikli epitelinin funksiyasının azalması, Ağ ciyərlərdə funksional qalıq həcminin artması

B) Döş qəfəsinin hərəkət xüsusiyyətlərinin dəyişməsi, Ağ ciyərlərdə funksional qalıq həcminin artması

C) Respirator alkaloz, ağ ciyərlərdə funksional qalıq həcminin artması

D) Respirator alkaloz, döş qəfəsinin hərəkətetmə xüsusiyyətlərini dəyişməsi

E) Kiprikli epitelinin funksiyasının azalması, respirator alkaloz


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

98) Travmatik şokun patogenizində hemorraqik şokdan fərqli olaraq hansı əlavə faktorların rolunu göstərə bilərsiniz?

A) Böyrək çatmamazlığı, intoksikasiya

B) Ağrı simptomu, intoksikasiya

C) İntoksikasiya, su-duz mübadiləsinin pozulması

D) Böyrək çatmamazlığı, su-duz mübadiləsinin pozulması

E) Böyrək çatmamazlığı, ağrı simptomu


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
99) Ağ ciyərin ventilyasiyasının həcmini artıran bir patoloji vəziyyət respirator alkolozun baş verməsinə səbəb ola bilər. PCO2 azalması və pH artması qeyd olunur. Aşağıda respirator alkalozu əmələ gətirə bilən səbəblərdən hansıları düz deyil?

A) Pnevmoniya, astma, ağ ciyərlərin fibrozu

B) Hipoksiya

C) Qram mənfi anaerob mikrobların törətdikləri septisemiya, intoksikasiya

D) Qaraciyər çatmamazlığı

E) Bütün göstərilənlər


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
100) Qarının küt zədələnməsindən sonra travmatik şok və daxili qanaxma əlamətləri olan xəstədə müalicə tədbirləri nədən başlanmalıdır?

A) Qan qrupu təyin olunmada 1(0) qanın köçürülməsi

B) Bütün göstərilənlər

C) Poliqlükin və qanəvəzedici məhlurlların köçürülməsinə başlanması

D) Təcili laparotomiyanın aparılması

E) Körpücükaltı venanın punksiyası və ya veneseksiya


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə