Ümümi cərrahiyə


) Traxeyanın «pəncərə tipli» defektlərinin cərrahi müalicəsinin başlıca və hələ də texniki olaraq həll edilməmiş problemləri hansılardır?



Yüklə 1,54 Mb.
səhifə5/19
tarix20.09.2017
ölçüsü1,54 Mb.
#1069
növüРуководство
1   2   3   4   5   6   7   8   9   ...   19

206) Traxeyanın «pəncərə tipli» defektlərinin cərrahi müalicəsinin başlıca və hələ də texniki olaraq həll edilməmiş problemləri hansılardır?

A) Əksər hallarda traxeyanın bifurkasiya şöbəsinin rezeksiyasının aparılması məcburiyyəti

B) Çapıq və aralılıq divarının dəyişilmiş topoqrafiyası şəraitində traxeyanın mobilizasiyasının texniki çətinlikləri

C) Əməliyyatın anestezioloji təminatının çətinlikləri

D) Traxeyanın plastikasının texniki çətinlikləri

E) Traxeyanın plastikası sahəsinin plevranın empiyemasından etibarlı izolyasiyasının texniki çətinlikləri


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
207) Traxeyanın fenestrasiyası nədir?

A) Traxeyanın inkişaf qüsuru – traxeyanın boyun hissəsində qığırdaq yarımdairələri sahəsinin anadan gəlmə olmaması

B) Traxeyanın ön divarının oval kəsilməsindən və fonasiyanı yaxşılaşdırmaq məqsədi ilə dəri loskutlarının (klapanların) formalaşmasından ibarət olan daimi (xroniki) traxeostomiya variantı

C) Traxeostoma yaradılması məqsədi ilə üzükvari qığırdağın ön səthinin ləğv edilməsi

D) Traxeyanın ön divarında dairəvi pəncərənin kəsilib götürülməsindən ibarət olan xroniki traxeostomiya variantı

E) Terminal xroniki traxeostomiya əməliyyatının sinonimii


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
208) Bronxlarda yad cisimlərin olduğu təqdirdə cərrahi əməliyyat hansı həcmdə icra oluna bilər?

A) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası, ağ ciyərin rezeksiyası

B) Bronxun sirkulyar rezeksiyası, ağciyərin rezeksiyası

C) Bronxotomiya

D) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası

E) Bronxotomiya, ağciyərin rezeksiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
209) Ur xəstəliyinin döşdaxili formasına görə icra olunan əməliyyatlar zamanı ən nadir hallarda istifadə olunan kəsik hansıdır?

A) Qabırğarası torakotomiya (ön, ön-yan)

B) Kombinəedilmiş (boyun-qabırğaarası)

C) Ren üsulu ilə sternotomiya

D) Milton üsulu ilə sternotomiya

E) Boyun (suprasternal)


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
210) Timoma xəstəliyinin cərrahi müalicəsinə əks-göstərişlər hansılardır?

A) Şişin perikarda sirayət etməsi

B) Hətta məhdud sahədə olsa belə, timomanın yuxarı boş venaya və sol bazu-baş venasına sirayət etməsi

C) Diafraqmal və qayıdan sinirlərin parezi

D) Paramediastinal plevrit

E) Xüsusi farmpreparatlara və əməliyyatönü şüa terapiyasına tolerant olan miasteniyanın ağır formaları


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
211) Kəskin irinli mediastinit zamanı divararalıqının açılması üçün hansı üsüllar istifadə edilə bilər?

A) Kombinəolunmuş torakotomiya variantları

B) Stemmer üsulu ilə sternotomiya və Daniels kəsiyi

C) Total orta sternotomiya

D) Ön-yan torakotomiya

E) Nasilov kəsiyi, Dobromıslov üsulu ilə arxa torakotomiya, Razumovski üsulu ilə boyun mediastinotomiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
212) Ezofaqoqastroskopiya zamanı qida borusunun perforasiyası baş verdikdə nə gösətərişdir?

A) Yalnız konservativ müalicə

B) Yalnız dinamik müşahidə

C) Nazoqastral zond, intensiv konservativ terapiya (antibakterial, infuzion), divararalığına, plevral boşluqlara nəzarət

D) Qastrostomiya, intensiv konservativ terapiya (antibakterial, infuzion), divararalığına, plevral boşluqlara nəzarət

E) Təcili cərrahi müdaxilə: divararalığının açılması, qida borusu defektinin tikilməsi, divararalığının drenə edilməsi, nazoqastral zondun və ya qastrostomiyanın qoyulması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
213) Əməliyyatdan sonrakı mediastinitin diaqnostikasının optimal müayinə metodları hansılar hesab olunur?

A) Rentgenoqrafiya + Mediastinoskopiya + Toraoskopiya

B) Kompyuter tomoqrafiya + Ezofaqoskopiya + Mediastinoskopiya

C) Rentgenoqrafiya + Ultrasəs müayinəsi + Kompyuter tomoqrafiya

D) Rentgenoterapiya + Ezofaqoqrafiya + Ultrasəs müayinəsi

E) Rentgenoskopiya + Ezofaqoskopiya + Bronxoskopiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
214) Ağ ciyərlərin rezeksiyası zamanı daimi qalıq plevral boşluğun formalaşması hansı müddətə yekunlaşır?

A) Əməliyyatdan 28-40 gün sonra

B) Əməliyyatdan 5-10 gün sonra

C) Əməliyyatdan 21-28 gün sonra

D) Əməliyyatdan 10-21 gün sonra

E) Əməliyaatdan 3-5 gün sonra


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
215) Əməliyyatdan sonrakı intraplevral qanaxma zamanı hansı intensivlikdə davam edən qanaxma təcili retorakotomiyaya göstərişdir?

A) 0,3 – 0,4 litr/saatda

B) 0,5 litr/saatda və daha intensiv

C) 0,2 – 0,3 litr/saatda

D) 0,5 litr/saatda və qanın laxtalanmasının pozğunluğu haqda göstəricilər olmadıqda

E) 0,2 – 0,3 litr/saatda, 2-3 saat ərzində aparılan hemostatik konservativ tədbirlərin effekti və müsbət dinamika olmadıqda


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
216) Rezeksiya olunmuş sağ ağ ciyərin seqmentlərinin patoloji dislokasiyasının ən çox müşahidə olunan variantı hansıdır?

A) 7-ci seqmentin xarici kostodiafraqmal sinusa yerdəyişməsi

B) 6-cı seqmentin arxa kostodiafraqmal sinusa yerdəyişməsi

C) Orta payın plevral boşluğun gümbəzinə yerdəyişməsi

D) 8-ci seqmentin arxa kostodiafraqmal sinusa yerdəyişməsi

E) 6-cı seqmentin plevral boşluğun gümbəzinə yerdəyişməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

217) Şəkərli diabet fonunda ağ ciyərin vərəmi ilə olan xəstələrdə cərrahi müdaxilənin aparılması zamanı nə vacibdir ?

A) Sadə insulinin dozasını endirmək

B) Dyurant preparatlara keçməklə insulinin dozasını endirmək

C) Insulinin sutkalıq dozasını artırmaq

D) Xəstənin müalicəsini mütləq adekvat dozalanmış sadə insulinə keçirmək

E) Sadə insulinin və peroral hipoqlikemik preparatların kombinə olunmasını təyin etmək


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
218) Asperqilommalar adətən harada inkişaf edirlər?

A) Ağ ciyərin intakt zonalarında

B) Yalnız anadan gəlmə sistlərdə

C) Bronxoektazlarda

D) Uzun müddət təzahür edən boşluqlarda

E) Yalnız vərəm kavernalarında


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
219) Ağ ciyərin vərəmi ilə müştərək rast gəlinən ağ ciyərin inkişafı qüsürları ilə olan xəstələrdə adətən hansı cərrahi müdaxilələr icra olunur?

A) Kollapsocərrahi müdaxilələr

B) Kaverna üzərində yerli əməliyyatlar

C) Boşluqların drenə edilməsi

D) Lobektomiyalar və pulmonektomiyalar

E) Seqmentar rezeksiyalar


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
220) QİÇS zamanı ağ ciyərlərin zədələnməlirinin ən çox rast gəlinən variantı olan pnevmoniyanın törədicisi hansıdır?

A) Legionella

B) Kandida növündən olan göbələk

C) Göy-yaşıl irin çöpləri

D) Sitomeqalovirus

E) Pnevmosist


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
221) Qlomusektomiya əməliyyatı zamanı kəsik harada aparılır?

A) Boynun dilaltı-körpücük üçbucağında

B) Boynun dilaltı-traxeal uçbucağında

C) Piroqov üçbucağında

D) Boynun orta üçbucağında

E) Boynun yuxu üçbucağında


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
222) Boyun nahiyəsindəki irinli proseslər döş boşluğuna necə keçir?

A) Böyük arterial və venoz damarlar boyunca

B) Döş sümüyünün arxa səthi boyunca

C) Traxeya boyunca

D) Boyun fassiyaları boyunca

E) Qida borusu boyunca


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
223) Sol qayıdan sinirin travmasının əməliyyatdan sonrakı ən xarakterik klinik simptomu hansıdır?

A) Səsin karlaşması

B) Anizokoriya

C) Bronxospazm

D) Klod Bernar-Qorner simptomu

E) Larinqospazm


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
224) Diafraqmanın gümbəzinin normal yerləşməsi adətən hansı səviyyədədir?

A) Sağda 5-ci qabırğa, solda 4-cü qabırğa

B) Sağda 4-cü qabırğa, solda 5-ci qabırğa

C) Sağda və solda 4 qabırğa

D) Sağda və solda 6-cı qabırğa

E) Sağda 7-ci qabırğa, solda 6-cı qabırğa


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

225) Ağ ciyər arteriyalarının başlanğıc şöbələri necə yerləşib?

A) Metaperikardial

B) Mezoperikardial

C) Ekstraperikardial

D) Izoperikardial

E) Intraperikardial


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
226) Brunner və Dubasov üsulu ilə torakotomiya hansına aiddir?

A) Bilateral torakotomiya variantına

B) Arxa-yan torakotomiya variantına

C) Yan torakotomiya variantına

D) Ön-yan torakotomiya variantına

E) Sternotomiya variantına


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
227) Delorma əməliyyatı nədən ibarətdir?

A) Ağ ciyərin dekortikasiyasından

B) Plevropulmonektomiyadan

C) Plevrektomiyadan

D) Emipiyema boşluğunun fenestrasiyasından

E) Empiyema boşluğunun miotorakoplastikasından


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
228) Klassen üsulu ilə ağ ciyərin açıq biopsiyası hansıdır?

A) Standart qabırğaarası torakotomiya və dəyişilmiş sahələrin rezeksiyası

B) «Kiçik» torakotomiya və ağ ciyərin kənar rezeksiyası

C) «Kiçik» torakotomiya və ağ ciyərin gözlə görünən dəyişilmiş sahələrinin rezeksiyası

D) Standart torakotomiya və ağ ciyərin pazvari rezeksiyası

E) Videotorakoskopiya və aciyərin dəyişilmiş hissələrinin apparat vasitəsi ilə rezeksiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
229) Ağ ciyərin kombinəolunmuş seqmentar rezeksiyası hansıdır?

A) Atipik rezeksiya ilə birgə aparılan seqmentar rezeksiya

B) Şüa terapiyası kursundan sonra aparılmış seqmentar rezeksiya

C) Hər hansı bir tamamlayıcı əməliyyatla aparılan seqmentar rezeksiya

D) Ağ ciyərin müxtəlif paylarından iki və daha çox seqmentlərin kəsilib götürülməsi

E) Eyni zamanda hər iki tərəfdə aparılan seqmentar rezeksiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
230) Ağ ciyərlərdə patologiyanın pay və seqmentar lokalizasiyasını dəqiqləşdirmək üçün mütləq müayinə üsulu hansıdır?

A) Sonoqramma

B) Döş qəfəsi orqanlarının icmal rentgenoqrafiyası

C) Döş qəfəsi orqanlarının yan proyeksiyada rentgenoqrafiyası

D) Döş qəfəsi orqanlarının polipozision rentgenskopiyası

E) Döş qəfəsi orqanlarının laterpozisiyada rentgenoqrafiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
231) Eyni endoskopik kabinetdə hansı prosedurları icra etmək olar?

A) Bronxoskopiya

B) Bronxoskopiya, qastroskopiya, sistoskopiya

C) Bronxoskopiya, qastroskopiya, kolonoskopiya

D) Bronxoskopiya, qastroskopiya, histeroskopiya

E) Bronxoskopiya və qastroskopiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

232) Fibrobronxoskopiyaya əks-göstəriş hansıdır?

A) Əsas bronxda yad cismin olması

B) Ağciyərin mərkəzi xərçəngi

C) Bronxların infiltrativ-xoralı vərəmi

D) Diffuz irinli bronxit

E) Profuz ağ ciyər qanaxması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
233) Ventilyasion radioqrafiya nəyi qiymətləndirməyə imkan verir?

A) Ağ ciyər daxili və ağ ciyər xarici şuntların mövcudluğunu

B) Ağ ciyər parenximasının şöbələrinin ventilyasiyada iştirakını

C) Ağ ciyərlərdə qan axınının parametrlərini

D) Ağ ciyərin damar sahəsinin ümumi mənzərəsini

E) Alveolyar-kapilyar membranından qazların mübadiləsinin xarakterini


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
234) Ağ ciyərdə qan axınının qiymətləndirilməsi üçün hansı müayinə aparılır?

A) Ventilyasion radioqrafiya və maqnit-rezonans tomoqrafiya

B) Pnevmotaxoqrafiya və nüvə-maqnit tomoqrafiyası

C) Pnevmotaxoqrafiya və perfuzion ssintiqrafiya

D) Perfuzion ssintiqrafiya və angiopulmonoqrafiya

E) Angiopulmonqrafiya və ventilyasion radioqrafiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
235) Normada plevral boşluqda hansı təzyiq müşahidə edilir?

A) Atmosfer təzyiqdən bir qədər yuxarı təzyiq

B) Atmosfer təzyiqdən bir qədər aşağı təzyiq

C) Atmosfer təzyiqə bərabər

D) 0 – a bərabər

E) Mənfi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.


236) Ağ ciyərin pay və seqmentar lokalizasiyalı patologiyasını təyin etmək üçün mütləq vacib olan müayinə metodu hansıdır?

A) Döş boşluğu orqanlarının ümumi rentgenoloji müayinəsi

B) Sonoqramma

C) Döş boşluğu orqanlarının yan proyeksiyada rentgenoqrafiyası

D) Döş boşluğu orqanlarının lateropozisiya vəziyyətində rentgenoqrafiyası

E) Döş boşluğu orqanlarının polipozision rentgenoskopiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
237) Poliklinikada bronxoskopik müayinənin istənilən növü hansı şərtlərdə mümkündür?

A) Poliklinika istənilən profilli stasionarda yerləşirsə

B) Endoskopiya kabineti reanimasion vasitələrlə təchiz edilmişsə

C) Profilə uyğun çarpayılı («bir günlük stasionar» tipli») anestezioloji-reanimasion xidmət varsa

D) Qeyd edilən müayinə xəstədə əvvəllər artıq həyata keçirilmişsə

E) Fibrobronxoskopiya yerli anesteziya altında həyata keçirilirsə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
238) Tənəffüs əzələlərinə hansılar aiddir?

A) Döş qəfəsinin, belin, boynun əzələləri və diafraqma

B) Diafraqma, döş qəfəsi əzələləri, qarnın ön divarı əzələləri

C) Döş qəfəsinin, belin və boynun əzələləri

D) Döş qəfəsi əzələləri, çiyin qurşağı əzələləri, diafraqma

E) Döş qəfəsi əzələləri, qarnın ön divarının əzələləri, çiyin qurşağı əzələləri


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
239) Hipokaliemiya zamanı hansı preparatları yeritmək lazımdır?

A) Kalium və natrium

B) Kalium və maqnezium

C) Kalium və qlükoza

D) Kalium və kalsium

E) Kalium və dəmir


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
240) Hipoksemik tənəffüs çatmamazlığının səbəbi hansıdır?

A) Miasteniya

B) Paradoksal tənəffüs sindromu

C) Respirator distress-sindrom

D) Astmatik status

E) Diafraqmanın relaksasiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
241) Hipovolemiyanın olmasını hansı göstərici daha dəqiq göstərir?

A) Zəif dolğunluqlu tezləşmiş nəbz

B) Hematokrit göstəricisi

C) Yaprıxmış periferik venalar

D) Aşağı arterial təzyiq

E) Mərkəzi venoz təzyiqin aşağı olması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
242) Rigid bronxoskopiya zamanı venadaxili anesteziya üçün seçim preparatı hansıdır?

A) Viadrin

B) Heksenal

C) Fentanil+droperidol

D) Ketamin

E) Sombrevin


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
243) Torakal əməliyyat zamanı itirilən qan sirkulyasiya edən qanın ümumi həcminin 20%-ni təşkil edərsə, onda onun yerinin doldurulması üçün hansı həcmdə məhlul istifadə olunur?

A) Itirilən qanın həcmində eritrositar kütlə

B) 1:1 nisbətində kolloid, kristalloid məhlullar + eritrositar kütlə

C) Itirilən qanın həcmində kristalloid məhlullar

D) 1:1 nisbətində yeni dondurulmuş plazma və eritrositar kütlə

E) 1:2 nisbətində kolloid və kristalloid məhlullar


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
244) Torakal əməliyyat zamanı itirilən qan sirkulyasiya edən qanın ümumi həcminin 50%-ni təşkil edərsə, onda onun yerinin doldurulması üçün istifadə olunur:

A) 1:2 nisbətində kolloid, kristalloid məhlullar, yeni dondurulmuş plazma +eritrositar kütlə

B) 1:1 nisbətində kristalloid və kolloid məhlullar

C) 1:1 nisbətində kolloid, kristalloid məhlullar, yeni dondurulmuş plazma + eritrositar kütlə

D) 1:1 nisbətində kolloid, kristalloid məhlullar + eritrositar kütlə

E) Itirilən qanın tam həcmində eritrositar kütlə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

245) Plevra boşluğundan qanın reinfuziyası sərbəst hemoqlobinin aşağıdakı konsentrasiyaların hansında mümkündür?

A) 1 q/l-dən az olduqda

B) 0,5 q/l-dən az olduqda

C) 0,05 q/l-dən az olduqda

D) 0,01 q/l-dən az olduqda

E) 0,1 q/l-dən az olduqda


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
246) Torakal xəstələrdə əməliyyatdan sonrakı dövrdə infuzion terapiyanın xüsusiyyətləri necə olmalıdır?

A) Inkişaf edən turşu-qələvi balansının pozulmasının uzunmüddətli infuzion korreksiyasının vacibliyi

B) Oksigen daşıyıcı preparatların köçürülməsinin vacibliyi

C) Massiv transfuziya və aktiv dezaqreqasion terapiya

D) Uzunmüdətli parenteral qidalanmanın vacib olması

E) Transfuziyanın, xüsusən kristalloid məhlulların məhdudlaşdırılması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
247) Əgər ürək-ağ ciyər reanimasiyasını bir nəfər həyata keçirirsə, onda ventilyasiya-ürəyin qapalı masajı nisbəti necə olmalıdır?

A) 2:6


B) 1:8

C) 2:15


D) 2:8

E) 1:6
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.


248) Minimal bakteriostatik konsentrasiya neçədir?

A) Bütün mikrob populyasiyasının məhv olduğu antimikrob preparatın minimal miqdarı

B) Mikrob populyasiyasının 50%-nin məhv olduğu antimikrob preparatın minimal miqdarıdır

C) Mikrob populyasiyasının 50%-nin məhv olduğu, 50%-nin isə çoxalmasının ləngidiyi antimikrob preparatın miqdarı ilə xarakterizə olunan şərti göstəricidir

D) Bütün mikrob populyasiyasının məhv olduğu 1 ml qandakı və ya qidalı mühitdəki antimikrob preparatın miqdarı ilə xarakterizə olunan şərti göstəricidir

E) Mikrobların artmasının və ya çoxalmasının ləngiməsi ilə müşayiət olunan qanda antimikrob preparatın minimal miqdarıdır


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
249) Ağ ciyər xərçəngi olan xəstələrdə şüa terapiyasının daha çox rast gəlinən ağırlaşması hansıdır?

A) Ezofagit

B) Mielit

C) Epidermit

D) Pnevmonit

E) Bronxit


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

250) Tənəffüs orqanları immun komplekslərlə zədələnmiş xəstələrdə patogenetik müalicə metoduna hansı aiddir?

A) Qanın membran oksigenasiyası

B) Plazmoferez

C) Mnitoterapiya

D) Baroterapiya

E) Hemosorbsiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
251) Ağ ciyərin virus zədələnmələri zamanı seçim preparat hansıdır?

A) Zimozan

B) Asiklovir

C) Neovir

D) Valtreks

E) Remantadin


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
252) Onkopulmonoloji xəstələrdə əməliyyatdan sonrakı dövrün ağırlaşmasız gedişi zamanı profilaktik antibiotikoterapiyanın müddəti nə qədərdir?

A) 15-16 gündür

B) 3-5 gündür

C) 21-25 gündür

D) 7-10 gündür

E) Bir aydan çoxdur


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
253) Hansı zədələnmə döş qəfəsinin müştərək travmasını göstərir?

A) Döş qəfəsinin bir neçə orqanının zədələnməsi

B) Döş qəfəsi və döş boşluğu orqanlarının zədələnməsi

C) Müxtəlif növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi

D) Müxtəlif növ enerjinin təsiri nəticəsində döş qəfəsinin bir neçə orqanının zədələnməsi

E) Eyni növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

254) Hansı zədələnmə döş qəfəsinin kombinəolunmuş travmasını göstərir?

A) Döş qəfəsinin və bədənin digər hissələrinin qısa zaman fasiləsində zədələnməsi

B) Eyni növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi

C) Döş qəfəsinin bir neçə orqanının zədələnməsi

D) Müxtəlif növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi

E) Döş qəfəsi və döş boşluğu orqanlarının zədələnməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
255) Zərərçəkənin döş qəfəsinin sol yarısında orta körpücük xətt üzrə V qabırğaarası sahədə deşilmiş-kəsilmiş yara vardır, rentgenoloji olaraq hemo-/pnevmotoraks aşkar edilmir, hemodinamik göstəricilər stabildir. Ən optimal taktika hansı olmalıdır?

A) Sol tərəfdə diaqnostik torakoskopiya

B) Arterial təzyiqə, nəbzə, rentgenoqrafiya və Exo-KQ nəzarət etməklə müşahidə

C) Soltərəfli torakotomiya

D) Sol plevra boşluğunun drenləşdirilməsi

E) Perikardın diaqnostik punksiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
256) Zərərçəkənin döş qəfəsində döş sümüyünün sağ kənarında V qabırğaarası sahədə yara və total hemotoraks vardır. Ən optimal taktika hansı olmalıdır?

A) Birmomentli ikitərəfli torakotomiya

B) Sağtərəfli torakotomiya

C) Qrillo üsulu ilə torakotomiya

D) Sternotomiya

E) Mono üsulu ilə torakotomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
257) Döş qəfəsinin ön tərəfində potensial təhlükəli xarakterə malik olan daxilə nüfuz edən torakoabdominal yaralanma hansı qabırğadan kaudal tərəfdə yerləşir?

A) VIII qabırğa

B) VII qabırğa

C) V qabırğa

D) VI qabırğa

E) IV qabırğa


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
258) Zərərçəkən döş qəfəsinin sağ yarısının deşilmiş-kəsilmiş yaralanmasından 3 saat sonra stasionara çatdırılmışdır,vəziyyəti orta ağırlıqdadır, AT 100/60 mm c.süt., nəbzi 1 dəq-də 100 vurğudur. Qanda Hb 80 q/l-dir. Döş qəfəsinin rentgenoqrafiyası zamanı sağ hemotoraksın total kölgəliyi qeyd edilir. Plevral punksiya zamanı 1500 ml qan xaric omuşdur. Ruvilua-Qrequar sınağı mənfidir. Növbəti taktika necə olmalıdır?

A) Qanın tam evakuasiya olunmasına qədər punksiyanı davam etdirmək

B) Sağ plevra boşluğu arxa qoltuqaltı xətt üzrə VII qabırğaarası sahədə drenə olunmalıdır

C) Infuzion-transfuzion terapiya

D) Təcili torakotomiya

E) Torakoskopiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə