Ümümi cərrahiyə


) Kis-Flek sinus-qulaqcıq düyünü harda yerləşir?



Yüklə 1,54 Mb.
səhifə8/19
tarix20.09.2017
ölçüsü1,54 Mb.
#1069
növüРуководство
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

372) Kis-Flek sinus-qulaqcıq düyünü harda yerləşir?

A) Hamısı düzdür

B) Sağ qulaqcığın divarında epikardın altında sağ qulaqcıq və yuxarı boş vena arsında.

C) Aşağı boş venanın açıldığı yerdən sola sağ qulaqcıq miokardında

D) Sağ qulaqcığın girəcəyində

E) Qulaqcıqarası arakəsmədə


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
373) Qulaqcıq-mədəcik düyünü ( Aşof-Tavar ) harada yerləşir?

A) Sağ mədəcik-qulaqcıq dəliyinindən dorzal tərəfdə

B) Sol mədəciyin miokardında

C) Sol qulaqcığın miokardında

D) Sağ mədəciyin miokardında

E) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
374) Qulaqcıq-mədəcik dəstəsi sol ayaqcıq ayrılmamışdan əvvəl hara proyeksiyası olunur?

A) Sol aypara qapağın aorta divarına

B) Ön aypara qapağın aorta divarına

C) Hamısı düzdür

D) Arxa aypara qapağın aorta divarına

E) Sağ aypara qapağın aorta divarına


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
375) Üçtaylı qapağın fibroz həlqəsində təhlükəli zona (ürək-mədəcik dəstəsi keçən)

haraya proyeksiya olunur?

A) Arakəsmə (medial ) tayına

B) Heç bir variant düz deyil

C) Ön və arxa taylara

D) Ön taya (stvorkada )

E) Arxa taya


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
376) Papilliyar əzələlərin vətər tayları qulaqcıq-mədəcik qapaqlarına haradan birləşir?

A) Mədəcikarası arakəsmədən

B) Qulaqcıq və mədəciklərdən

C) Qulaqcıqarası arakəsmədən

D) Qulaqcıqlardan

E) Mədəciklərdən


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
377) Blelok-Taussiq üsulu ilə körpücükaltı-ağ ciyər anastomozu şöbələr arasında necə qoyulur?

A) Pay şaxələrindən distal tərəfdə körpücükaltı arteriya ilə

B) Şaxələrin ayrıldığı yerdən proksimal tərəfdədə körpücükaltı arteriya ilə

C) Ağ ciyər arteriyasının yuxarı pay şaxəsi ilə

D) Proksimal ağciyər arteriyası ilə

E) Pay şaxələrindən proksimal tərəfdə ağ ciyər arteriyası ilə


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
378) I tip aorta-ağ ciyər arakəsməsi defektinin (aortanın qalxan hissəsinin proksimal şöbəsinin medial divarında lokalizə edən ) bağlanılması hansı üsülla ilə aparılır?

A) Ağ ciyər kötüyünün köndələn açılması ilə

B) Sadalananların heç biri

C) Ağ ciyər kötüyünün köndələn açılması ilə

D) Aortanın köndələn açılması ilə

E) Aortanın boylama açılması ilə


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
379) Vaterstoun-Kuli üsulu ilə aorta-ağ ciyər anastomozu hansı damarlar arasında qoyulur?

A) Aorta qövsü və ağciyər arteriyasının sol şaxəsi ilə

B) Aortanın qalxan hissəsi və ağ ciyər arteriyasının sağ şaxəsi ilə

C) Aorta qövsü və ağ ciyər arteriyasının sağ şaxəsi ilə

D) Aortanın qalxan hissəsi və ağciyər arteriyasının sol şaxəsi ilə

E) Hamısı düzdür


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
380) Aortanın kanyulə edilməsi necə aparılır?

A) Heç bir variant düz deyil

B) Bir büzməli tikişin qoyulması ilə

C) Əksər hallarda aortanın qalxan hissəsindən

D) Aortanın xarici qatından keçən iki büzməli tikişin qoyulması ilə

E) Aortanın enən hissəsindən


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
381) Açıq arterial axacağın bağlanılması zamanı ( IV qabırğaarası nahiyədə soltərəfli yan torakotomiya ) mediastinal plevranın açılması necə həyata keçirilir?

A) Arterial axacağın proyeksiyası üzrə

B) Sağ diafraqmal və azan sinirlərin proyeksiyası üzrə

C) Sol körpücükaltı arteriyanın başlandığı yerdən aşağı, aortada axacaqdan 2 sm. aşağıda

D) Sol diafraqmal və azan sinirlərin proyeksiyası üzrə

E) Sol diafraqmal sinirin və arterial axacağın proyeksiyası üzrə


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
382) Açıq arterial axacağın bağlanılması hansı ardıcıllıqla həyata keçirilir?

A) Axacağın aortal ucu, sonra axacağın ağ ciyər ucu bağlanılır

B) Həm aortal , həm də ağ ciyər ucu eyni vaxtda bağlanılmalıdır

C) Axacağın ağ ciyər ucu, sonra axacağın aortal ucu

D) Yalnız aortal ucu bağlanır

E) Heç bir variant düz deyil


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.

383) Aortanın koartikasiyasında cərrahi müdaxilə zamanı aşağıdakı mərhələlərin hansından keçmək lazım deyil?

A) Arterial bağlar və qabırğaarası arteriyalar bağlanılmır

B) Döş qəfəsində iri arterial kollateralların bağlanılması

C) Mediastinal plevra açılmır

D) Arterial bağın kəsilməsi, 2-3 cüt qabırğaarası arteriyaların bağlanılması

E) Mediastinal plevranın geniş açılması (sol körpucukaltı arteriyadan başlayaraq aortanın daralma yerindən 5-7 sm aşağı )


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
384) Aşağı boş vena qarın aortasına görə necə yerləşir?

A) İstənilən variantda ola bilər

B) Aortadan solda

C) Aortanın arxasında

D) Aortanın önündə

E) Aortadan sağda


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
385) Sol simpatik kötük qarın aortasına nisbətən necə yerləşir?

A) Aortanın arxasında

B) Aortadan sağda

C) İstənilən variantda ola bilər

D) Aortanın önündə

E) Aortadan solda


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
386) Aortanın bifurkasiyası hansı səviyyədə yerləşir?

A) Oma-qalça birləşməsi səviyyəsində

B) Bel fəqərəsi səviyyəsində

C) Hüdudi xətt səviyyəsində

D) Sadalanan hər bir variant ola bilər

E) Böyük oturaq dəlik səviyyəsində


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
387) Sidik axarlarının hüdudi xətt səviyyəsində qalça damarlarına münasibəti hansıdır?

A) Damarlardan arxada yerləşir

B) Damarlardan medial tərəfdə yerləşir

C) Damarlardan arxa medial tərəfdə yerləşir

D) Damarlardan öndə yerləşir

E) Damarlardan lateral tərəfdə yerləşir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
388) Budun dərin arteriyası bud arteriyasının arxa-xarici yarımdairəsindən başlanarkən necə yerləşir?

A) Heç bir variant düz deyil

B) Bud arteriyasının arxa divarı boyunca, ondan xaricdə, sonra budun dərin venasından xaricdə və arxada

C) Bud damarları arasında və arxasında olub, sonra yerini dəyişir, bud üçbucağında bud arteriyasının altından xaric olur

D) Bud arteriyasının arxasında axıra qədər gedir

E) Bud arteriyasının arxa divarı boyunca


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.

389) Sinir-damar dəstəsi elementləri dizaltı çuxurda öndən arxaya və lateral istiqamətdə necə yerləşir?

A) Qamış siniri-dizaltı arteriya-dizaltı vena

B) Dizaltı vena-qamış siniri-dizaltı arteriya

C) Dizaltı arteriya-dizaltı vena-qamış siniri

D) Dizaltı vena-dizaltı arteriya-qamış siniri

E) Dizaltı arteriya- qamış siniri- dizaltı vena


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
390) Baldırın yuxarı 1/3-də ön qamış arteriyasına müdaxilə hansı proyeksion xətt üzrə aparılır?

A) İncik sümüyünün başını daxili topuq ilə birləşdirən xətt

B) İncik sümüyünün başı ilə qamış sümüyünün qabarıqlığı arasındakı məsafənin ortasını topuqları birləşdirən xəttin ortasına birləşdirən xətt.

C) Qamış sümüyünün başı ilə daxili topuğu birləşdirən xətt

D) Qamış sümüyünün başı ilə xarici topuğu birləşdirən xətt

E) İncik sümüyünün başını xarici topuq ilə birləşdirən xətt


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
391) Bud venasına müdaxilə üçün skarp üçbucağında aşağıdakı proyeksion xətt boyunca çəp-vertikal kəsik necə aparılır?

A) Pupart bağının ortasından bud arteriyası boyunca

B) Uzun yaxınlaşdırıcı əzələnin lateral kənarı boyunca

C) Dərzi əzələsinin lateral kənarı boyunca

D) Uzun yaxınlaşdırıcı əzələnin medial kənarı boyunca

E) Dərzi əzələsinin medial kənarı boyunca


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
392) Skarp üçbucağının yuxarı şöbəsində bud venasının yerləşməsinə görə bud arteriyasına münasibəti hansıdır ?

A) Arteriyanın önündə

B) Arteriyadan medial

C) Arteriyadan lateral

D) Arteriyadan arxa medial

E) Arteriyanın arxasında


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.

Qarin boşluğu orqanlarinin cərrahiyyəsi

393) Xolesistektomiyadan sonra qaraciyəraltı nahiyənin tamponadası daha çox hansı hallarda göstərişdir?

A) Tampon qoyulmur

B) Kəskin destruktiv xolesistitlərdə

C) Öd kisəsinin yatağından qanaxma ehtimalı olarsa

D) Xaric edilmiş öd kisəsinin yatağı tikilməyibsə

E) Xaric edilmiş öd kisəsinin yatağı nadir tikişlərlə tikilibsə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
394) Mədə xorasının perforasiyası zamanı cərrahi üsulun seçilməsində adətən hansı rəhbər tutulur?

A) Xəstənin yaşı

B) Perforativ dəliyin ölçüsü

C) Deşilmə müddəti

D) Perforativ dəliyin yerləşməsi

E) Peritonun iltihabi dəyişiklik dərəcəsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
395) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?

A) Nəcisin gizli qana analizi

B) Hemoqlobin və hematokritin təyini

C) Mədə şirəsinin gizli qana analizi

D) Mədənin kontrast rentgenoskopiyası

E) Fibroqastroskopiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
396) Qanaxma ilə ağırlaşmış xora xəstəliyində «qəhvə xıltı» xarakterli qusuntu xoranın hansı göstərilən yerləşmələrində müşahidə edilir?

A) Mədənin kiçik əyriliyində, mədənin antral şöbəsində, qida borusunun aşağı şöbəsində, 12- barmaq bağırsağın postbulbar şöbəsində

B) Mədənin kiçik əyriliyində, mədənin kardial şöbəsində, 12-barmaq bağırsağın postbulbar şöbəsində

C) Mədənin kiçik əyriliyində, mədənin kardial şöbəsində, mədənin antral şöbəsində, qida borusunun aşağı şöbəsində, 12-barmaq bağırsağın postbulbar şöbəsində

D) Mədənin kiçik əyriliyində, mədənin kardial şöbəsində, mədənin antral şöbəsində, qida borusunun aşağı şöbəsində

E) Mədənin kardial şöbəsində, mədənin antral şöbəsində, qida borusunun aşağı şöbəsində, 12-barmaq bağırsağın postbulbar şöbəsində


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
397) 12-barmaq bağırsaq xorasının perforasiyası zamanı cərrahi müdaxilənin adətən hansı sadalanan üsulları tətbiq edilə bilər?

A) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi,mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar

B) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi,vaqotomiya ilə birgə piloroplastikalar,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

C) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi , mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar, qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

D) Xoranın kəsilib götürülməsi,mədənin rezeksiyası,vaqotomiya ilə birgə piloroplastikalar,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

E) Xoranın tikilməsi,mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar ,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
398) Mədə rezeksiyasından sonra xəstənin şikayətində şirin yaxud südlü qida qəbulundan sonra epiqastral ağırlıq, bayılma dərəcəsinə çatan zəifliyin olması nəyin əlamətləridir?

A) Anastomozun peptiki xorası

B) Mədəaltı vəzin insuloması

C) Kiçik mədə sindromu

D) Dempinq sindromu

E) Gətirici ilgək sindromu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
399) Sekretin harada əmələ gəlir?

A) Mədəaltı vəzidə

B) Nazik bağırsağın distal şöbələrində

C) 12-barmaq bağırsaqda

D) Qara ciyərdə

E) Hipotalamusda


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
400) Sekretin sintezinin əsas stimulyatoru hansıdır?

A) Bütün sadalanan amillər

B) Zülal parçalanma məhsulları

C) Yağlar

D) Karbohidratlar

E) Xlorid turşusu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
401) 12-barmaq bağırsağın stenozlaşan xorasına aid olan simptomlar hansıdır?

A) Qusma, kloyber kasalarının olması, gəyirmə, arıqlama

B) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə, arıqlama

C) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, gəyirmə, arıqlama

D) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə

E) Mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə, arıqlama


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
402) Xora mənşəli mədə stenozuna görə xəstənin əməliyyata hazırlanması üçün hansı vacibdir?

A) Mədənin yuyulması, çoxlu miqdarda xlorid turşusu ilə pepsin təyin edilməsi, elektrolit məhlullarının təyini, zülal məhlullarının təyin, turşu-qələvi balansının tənzimlənməsi

B) Mədənin yuyulması, çoxlu miqdarda xlorid turşusu ilə pepsin təyin edilməsi, elektrolit məhlullarının təyini, zülal məhlullarının təyini

C) Çoxlu miqdarda xlorid turşusu ilə pepsin təyin edilməsi, elektrolit məhlullarının təyini, zülal məhlullarının təyini, turşu-qələvi balansının tənzimlənməsi

D) Mədənin yuyulması, elektrolit məhlullarının təyini, zülal məhlullarının təyini, turşu-qələvi balansının tənzimlənməsi

E) Çoxlu miqdarda xlorid turşusu ilə pepsin təyin edilməsi, mədənin yuyulması, zülal məhlullarının təyini, turşu-qələvi balansının tənzimlənməsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
403) 12-barmaq bağırsağın təcrid olunmasına yönəlmiş mədə rezeksiyası hansı xoralarda yerinə yetirilə bilər?

A) 12-barmaq bağırsaq nahiyəsində bərk iltihabi infiltrat olarkən

B) Xoranın qara ciyər-duodenal bağına penetrasiyasında

C) Aşağı postbulbar xoralarda

D) Xoranın mədəaltı vəzin başına penetrasiyasında

E) Xoranın qara ciyərə penetrasiyasında


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
404) Əməliyyatdan sonrakı dövrdə mədənin kəskin genişlənməsinin erkən simptomlarından biri hansıdır?

A) Hıçqırma

B) Epiqastral nahiyədə köp

C) Qusma


D) Taxikardiya

E) Bağırsaq küylərinin olmaması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
405) Mədənin kəskin genişlənməsini aşağıdakı müayinələrin hansi ilə tez aşkarlamaq mümkündür?

A) Nazoqastral intubasiya

B) Laparosentez

C) Şaquli vəziyyətdə döş qəfəsinin rentgenoqrafiyası

D) Qarın divarının perkussiyası

E) Serotoninə görə qan plazmasının müayinəsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
406) Alkohol intoksikasiyası ilə qastroduodenal perforasiyaların birgə rast gəldiyi hansı hallarda meydana çıxan diaqnostik çətinliklər müvafiq səbəblərlə əlaqədardır?

A) Suisidal cəhdlərin baş verə bilməsilə

B) Gec müraciətlə

C) Psixozların baş verə bilməsilə

D) Bütün yuxarıdakılarla

E) Ağrı sindromunun azalması nəticəsində qarnın ön divarı tərəfindən reflekslərin sönməsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
407) Perforativ mədə xorasının dürüst kliniki əlamətləri hansıdır?

A) Hıçqırma

B) Mədə qanaxması

C) Qusma


D) Qarnın ön divarının gərginləşməsi, qara ciyər kütlüyünün itməsi

E) Tezləşmiş duru nəcis ifrazı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.

408) Bədxassəli transformasiyaya hansı xora daha tez məruz qalır?

A) Bütün göstərilən xoralar

B) 12-barmaq bağırsaq soğanağının xorası

C) Postbulbar xoralar

D) Mədənin böyük əyrilik xoraları

E) Mədənin kiçik əyrilik xoraları


Ədəbiyyat:

Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.


409) Mədənin xora xəstəliyinin cərrahi müalicəsinə mütləq göstərişlərə nə aiddir?

A) Perforasiya, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu

B) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, mədə çıxacağının dekompensə edici stenozu

C) Konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu

D) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası

E) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
410) Mədə və ya 12-barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?

A) Bel nahiyəsində ağrı

B) Leykositozun 15000 qədər yüksəlməsi

C) Sklera və dəri örtüyünün yüngül sarılığı

D) Taxta qarın

E) Epiqastral güclü ağrılar


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
411) 12-barmaq bağırsağın perforativ xorasında rast gəlinən sağ qalça çuxuru nahiyəsindəki əzələ gərginliyini nə ilə izah etmək olar?

A) Soxulcanabənzər çıxıntının vissero-visseral refleksilə

B) Möhtəviyyatın sağ yan kanala axması ilə

C) Qarın boşluğunda, o cümlədən, sağ qalça nahiyəsində hava toplanması ilə

D) İnkişaf edən yayılmış peritonitlə

E) Onurğa beyni sinirlərinin reflektoru əlaqəsilə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
412) Xora xəstəliyinin hansı ağırlaşmaları zamanı təcili əməliyyat tələb olunur?

A) Maliqnizasiya

B) Perforasiya

C) Dayanmış mədə qanaxması

D) Mədə çıxacağının stenozu

E) Penetrasiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
413) Xora xəstəliyinə görə aparılmış mədənin qənaətli rezeksiyası çox vaxt nə ilə fəsadlaşır?

A) Anastomozun peptiki xorası

B) Hipoqlikemik sindrom

C) Gətirici ilgək sindromu

D) «Kiçik mədə» sindromu

E) Dempinq-sindrom


Ədəbiyyat:

Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.


414) 12-barmaq bağırsağın xora xəstəliyini hansı xəstəliklərlə differensə etmək vacibdir?

A) Xroniki xolesistit,xroniki appendisit,xroniki pankreatit,mezoadenit

B) Xroniki xolesistit, xroniki kolit, xroniki appendisit, xroniki pankreatit

C) Xroniki xolesistit,xroniki kolit ,xroniki pankreatit,mezoadenit

D) Xroniki xolesistit,xroniki koli,xroniki appendisit,xroniki pankreatit,mezoadenit

E) Xroniki kolit, xroniki appendisit, xroniki pankreatit, mezoadenit


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
415) Pilorik stenozun xarakterik əlamətlərinə hansı aiddir?

A) Acqarına çalxalanma küyü, arıqlama, «Lax yumurta» iyli gəyirmə, epiqastral üzücü ağrılar

B) Sarılıq, acqarına çalxalanma küyü, «Lax yumurta» iyli gəyirmə, epiqastral üzücü ağrılar

C) Sarılıq, acqarına çalxalanma küyü, arıqlama, «Lax yumurta» iyli gəyirmə, epiqastral üzücü ağrılar

D) Sarılıq , arıqlama, «Lax yumurta» iyli gəyirmə, epiqastral üzücü ağrılar

E) Sarılıq, acqarına çalxalanma küyü, arıqlama, «Lax yumurta» iyli gəyirmə


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
416) Mədə və 12-barmaq bağırsağın xora xəstəliyində perforasiyaların daha çox rast gəlinən yerləşməsi hansıdır?

A) Mədənin pilorik şöbəsi

B) Mədənin kardial şöbəsi

C) Mədənin kiçik əyriliyi

D) 12-barmaq bağırsaq

E) Mədənin böyük əyriliyi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
417) Teylor üsulu ilə mədə və 12-barmaq bağırsağın perforativ xoralarının konservativ müalicəsinə nə aiddir?

A) Yerli hipotermiya və venadaxilinə məhlulların köçürülməsi

B) Mədə möhtəviyyatının daimi aspirasiyası, vena daxilinə məhlulların köçürülməsi, antibiotiklərin tətbiqi

C) Mədə peristaltikasını azaldan və qələvi vasitələrin tətbiqi

D) Mədənin fasiləsiz soyudulmuş fizioloji məhlulla yuyulması

E) Mədənin periodik olaraq zondlanması (hər 4-5 saatdan bir), vena daxilinə məhlulların köçürülməsi və azan sinirin farmakoloji blokadası


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s..
418) Mədə rezeksiyasından sonra 12-barmaq bağırsaq güdülündə tikişlərin çatmamazlığı daha çox nə ilə əlaqədardır?

A) Hipoproteinemiya

B) Əməliyyatdan sonrakı pankreatit

C) Duodenostaz

D) Nazik bağırsağın aksial dönüşü

E) Əməliyyat vaxtı hipotenziya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
419) Mədə və ya 12-barmaq bağırsaq xorasının deşilməsi zamanı hansı daha çox rast gəlinir?

A) Duru nəcis ifrazı

B) Taxikardiya

C) Lokallaşmış mülayim ağrı

D) Sancışəkilli ağrı

E) Gözlənilmədən əmələ gələn intensiv ağrı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə