Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Bazedov xəstəliyi olan xəstə cərrahi əməliyyat olunmaq üçün müraciət etmişdir. Bu müalicə üsuluna əks - göstəriş nədir?



Yüklə 1,53 Mb.
səhifə5/16
tarix22.03.2018
ölçüsü1,53 Mb.
#33157
növüРуководство
1   2   3   4   5   6   7   8   9   ...   16

240) Bazedov xəstəliyi olan xəstə cərrahi əməliyyat olunmaq üçün müraciət etmişdir. Bu müalicə üsuluna əks - göstəriş nədir?
A) Düyünlü toksiki ur

B) Boyun üzvlərini sıxan böyük ur

C) Düyünlü eutirеoid ur

D) Ağır dərəcəli tireotoksik ur

E) Yüngül dərəcəli diffuz toksiki ur
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
241) 18 yaşlı xəstədə qalxanvari vəzi payında 1, 5 х 1, 5 sm ölçüdə düyünlü törəmə qeyd edilir. Punksion biopsiyada sitoloji şəkil “follikulyar neoplazmanı” xatırladır. Hansı müalicəni seçərsiniz?
A) Suppressor dozada L - tiroksinlə müalicə təyini

B) Qalxanvari vəzin boyun hissəsini götürməklə hemitireoidektomiya icra etmək

C) Radioaktiv yodla müalicəyə göndərmək

D) Qalxanvari vəzin subtotal rezeksiyasını icra etmək

E) Total tireoidektomiya icra etmək
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
242) Xaşimato tireoiditində hansı terapiyanı seçmək lazımdır?
A) Antikoaqulyantlarla müalicə

B) L - tiroksin

C) Qeyri - steroid iltihab əleyhi preparatlar

D) Antibiotiklərlə müalicə

E) Cərrahi müalicə - qalxanvari vəzin subtotal rezeksiyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
243) Xroniki tireoiditlər zamanı cərrahi müdaxilənin aparılmasında məqsəd nədir?
A) Autoimmun reaksiyanın səbəbini aradan qaldırmaq

B) Tireotoksikozu aradan qaldırmaq

C) Boyun nahiyəsindəki ağrını aradan qaldırmaq

D) Qida borusu və traxeyanın kompressiyasını aradan qaldırmaq

E) Maliginizasiyanın qarşısını almaq
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
244) Qalxanvari vəzin follikulyar adenoması və follikulyar xərçənginin differensial diaqnostikasında aşağıdakılardan hansı düzgün diaqnoz qoymağa hansı kömək edər?
A) Əməliyyat materialının histoloji müayinəsi

B) Maqnit - rezonans tomoqrafiya (MRT)

C) Nazik iynəli punksion aspirasion biopsiya

D) Kompüter tomoqrafiya (KT)

E) Radioizotop ssintiqrafiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
245) 22 yaşlı hamilə qadına qalxanvari vəzin papilyar xərçəngi diaqnozu qoyulmuşdur. Şiş sağ payda yerləşir, ölçüləri 1, 5 x 1, 5 sm olub, qalxanvari vəzin kapsulasından kənara çıxmır, metastaz yoxdur. Cərrahın taktikası necə olmalıdır?
A) Radioaktiv yodla müalicəyə göndərmək

B) Hamiləliyi pozub xəstəni əməliyyat etmək

C) Xəstəni sanator – kurort müalicəsinə göndərmək

D) L - tiroksinlə supressor terapiya təyin etmək, doğuşdan sonra xəstəni əməliyyat etmək

E) Hamiləliyi pozmadan əməliyyat etmək
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
246) İntramammar irinli mastitin optimal müalicə üsulu hansıdır?
A) İntramammаr büküşdən irinliyin kəsilib açılması

B) Yalnız antibiotiklərin təyin edilməsi

C) İrinliyi təkrari punksiya edib antibiotik vurmaq

D) Radial kəsiklə irinliyin kəsilib açılması və drenaj edilməsi

E) Geniş kəsiklə irinliyin açılması (bu zaman yara tamponada edilir)
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
247) Süd vəzinin fibroadenomasında hansı əməliyyat göstərişdir?
A) Sadə mastektomiya

B) Sektoral rezeksiya

C) Total rezeksiya

D) Peyti əməliyyatı

E) Süd vəzinin amputasiyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
248) Süd vəzinin xərçəngi olan 46 yaşlı xəstəyə Peyti üsulu ilə mastektomiya icra edilməlidir. Bu zaman hansı çıxarılmalıdır?

1. böyük döş əzələsi

2. süd vəzi “en blok”

3. zədələnmiş tərəfdə bütün limfa düyünləri

4. kiçik döş əzələsi

5. körpücüküstü limfa düyünləri
A) 2, 4

B) 2, 3, 4, 5

C) 1, 2, 3, 4

D) Yaınız 4

E) 2, 5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
249) Süd vəzi xərçənginin radikal cərrahi müalicəsində əks - göstəriş sayılır:

1. böyümüş körpücüküstü limfa düyünlərinin əllənməsi

2. zədələnmiş tərəfdə qolun ödemi

3. plevra boşluğunda massiv yığıntının olması (kanseromatoz plevrit)

4. limfoqrammada 2 - 3 - cü qabırğaarası sahədə daxili döş arteriyası boyu limfa düyünlərinin təsdiqlənmiş böyüməsi

5. fəqərə cisimlərində destruksiya
A) 1, 2, 3 4, 5

B) 3, 4


C) 3, 5

D) 2,3,5


E) 1, 2, 5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
250) Süd vəzinin xərçəngi olan xəstədə radikal əməliyyat əks - göstərişdir: Bütün düzgün cavabları seçin.

1. şiş körpücüküstü limfa düyününə metastaz verdikdə

2. şiş körpücüküstü və körpücükaltı limfa düyünlərinə metastaz verdikdə

3. plevral yığıntı olduqda

4. şiş Zorqius və Bartels limfa düyünlərinə metastaz verdikdə

5. şiş qaraciyərə metastaz verdikdə
A) 1, 4

B) 3, 5


C) 1, 3

D) 1, 2, 2, 4, 5

E) 2, 5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
251) Obliterasiyaedici ateroskleroz nəticəsində ayağın kəskin proqressivləşən yaş qanqrenası başlayarsa təcili nə etmək lazımdır?
A) Antibiotikoterapiya və trombolitik terapiyanı davam etdirmək

B) Arteriyanın şuntlanması əməliyyatını icra etmək

C) Ayaq dərisində çoxlu kəsiklər aparmaq

D) Təcili olaraq budun aşağı 1 / 3 səviyyəsində aşağı ətrafın amputasiyası

E) Yaş qanqrenanın quru qanqrenaya keçməsi istiqamətində aparılan tədbirləri davam etdirmək
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
252) Aşağı ətraf venalarının varikozu xəstəliyindən əziyyət çəkən 53 yaşlı xəstə 5 gün öncədən başlayan sol budda səthi venaların gedişi boyu bərkimə, ağrı, qızartıdan şikayət edir. Xəstənin vəziyyəti qənaətbəxşdir. Sol aşağı ətrafda ödem və sianoz yoxdur. Sol budun içəri səthində varikoz genişlənmiş venanın gedişi boyu hiperemiya və budun orta 1 / 3 - nə qədər uzanan ağrılı qaytan əllənir. Hansı müalicə taktikasını seçərsiniz?
A) Bud venasını bağlamaq

B) Budun orta 1 / 3 - də varikoz venanı bağlamaq

C) Angioqrafiya icra etmək

D) Ciddi yataq rejimi və konservativ müalicə təyin etmək

E) Ultrasəs angioskanerdən sonra Troyanov - Trendelenburq əməliyyatını icra etmək
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
253) Qasıq kanalının ön divarının plastikasında hansı üsuldan istifadə etmək olmaz?
A) Postempski

B) Jirar - Spasokukotski üsulu, Kimbarovski tikişləri

C) Jirar

D) Jirar - Spasokukotski

E) Martınov
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
254) Babasil xəstəliyi zamanı cərrahi müdaxiləyə əks - göstəriş hansıdır?
A) Portal hipertenziya

B) Daşlı xolesistit

C) Xroniki pankreatit

D) Şəkərli diabet

E) Mədənin xora xəstəliyi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
255) Sağalan yarada maksimal gərilmə qüvvəsi (tension strength) hansı müddətə əmələ gəlir?
A) 42 gün

B) 30 gün

C) 7 gün

D) 6 ay


E) 15 gün
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, стр., 536
256) Exinokokun konservativ müalicəsində istifadə olunan dərman preparatı hansıdır?
A) Sulfozalazin

B) Levomisetin

C) Albendazol

D) Gentamisin

E) Mintezol
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 371.

257) Profuz qida borusu qanaxmalarını saxlamaq üçün istifadə olunan borunun adı nədir?
A) Muller

B) Levine

C) Foqarti

D) Foley


E) Blekmore
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 324.
258) Kardioezofageal lokalizasiyalı mədə xərçəngində ən uyğun əməliyyat növü hansıdır?
A) Total gastrektomiya + splenektomiya + limfadisseksiya

B) Total gastrektomiya+splenektomiya

C) Total gastrektomiya

D) Bilrot - 1 üsulu ilə mədənin 3/2 hissəsinin rezeksiyası

E) Bilrot - 2 üsulu ilə mədənin 3/2 hissəsinin rezeksiyası
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 589.
259) Marsupalizasiya hansı əməliyyatdır?
A) Mədəaltı vəzin xərçəngi zamanı icra edilir

B) Ağciyərin exinnokokku zamanı icra edilir

C) Qaraciyərin exinnokokku zamanı icra edilir

D) Süd vəzinin xərçəngi zamanı icra edilir

E) Qalxanabənzər vəzinin xərçəngi zamanı icra edilir
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 371.
260) Aşağı ətrafların varikoz genəlməsinin cərrahi müalicəsində hansı əməliyyat icra olunur?
A) Whiplle əməliyyatı

B) Mayer


C) Bebkok

D) Şevron

E) Koxer
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 578.
261) Kəskin pankreatit zamanı hansını etmək olmaz?
A) Nazoqastral zond qoymaq

B) Xəstəni ac saxlamaq

C) Peritoneal dializ

D) Epiqastral nahiyəyə buz qoymaq

E) Morfin vurmaq
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 208.
262) Hansı ölçülü mədə poliplərini endoskopik yolla çıxarmaq olar?
A) 0,5sm böyük olan

B) 2 sm dan böyük enli əsasda yerləşən poliplər

C) 2 sm dən böyük enli əsasda yerləşən çoxlu sayda poliplər

D) 0,5sm dən kiçik enli əsasda yerləşən poliplər

E) 2 sm dən kiçik, tək və ayaqcıq üzərində yerləşən poliplər
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 579.
263) Aşağıdakılardan hansı mədə xorasının müalicəsində istifadə edilir?
A) Veroşpiron

B) Gentamicin

C) Metronidazol

D) Transamin

E) Betaserk
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 331.
264) Bilau drenajı hara qoyulur?
A) Sidik kisəsinə

B) Kiçik çanağa

C) Vinslov dəliyinə

D) Sağ yan kanala

E) Döş qəfəsinə
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 668 səh.

265) Qida borusunun leyomiomalarının cərrahi müalicəsi necədir?
A) Qida brusunun şişlə birgə ekstripasiyası

B) Şişin endoskopik yolla cıxarılması

C) Enakulyasiya edilməklə

D) Şişlə birgə qida borusunun rezeksiyası

E) Ezofaqostomanın qoyulması
Ədəbiyyat: “Azərbaycan nəşriyyatı”, 2008, səh.,151
266) Xoledoxolitiaz zamanı cərrah əməliyyatı necə bitirməlidir?
A) Ümumi öd axarının Ker və Xolsted üsulu ilə drenləşdirilməsi, qaraciyər altı nahiyyənin drenləşdirilməsi

B) Xoledoxotomik kəsiyi drenaj etmədən fasiləsiz tikilməsi

C) Xoledoxoyeyunoanastomoz

D) Xoledoxa hemostatik süngərin qoyulması

E) Xoledoxoduodenoanastomoz
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 126 səh.
267) Oddi sfinkterinin spazmını hansı preparat törədir?
A) Antixolinesteraz preparatlar

B) H-2 blokatorlar

C) Morfin hidroxlorid

D) Buskopan

E) Qeyri - narkotik analgetiklər
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 150 səh.
268) Siqmavari bağırsağın orta 1/3 – nin xərçəngi zamanı hansı əməliyyat radikaldır?
A) Siqmoidektomiya

B) Total kolektomiya

C) Sol tərərfli hemikolektomiya

D) Siqmavari bağırsağın seqmentar rezeksiyası və siqma-siqma anastomozun qoyulması

E) Siqmavari bağırsağın distal rezeksiyası
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,268-ci səh.
269) Mədə xərçəngi zamanı icra edilən D-2 limfadisseksiyanın mahiyyəti nədir?
A) Mədədən 2 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması

B) Mədənin yalnız 1-ci limfatik basseyninin düyünlərinin çıxarılması

C) Mədədən 3 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması

D) Mədədən 1 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması

E) Mədənin yalnız 2-ci limfatik basseyninin düyünlərinin çıxarılması
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, стр., 592
270) Aşağıdakılardan hansında profilaktik antibiotikoterapiyaya ehtiyac yoxdur?
A) Qaraciyər transplantasiyası

B) Tiroidektomiya

C) Qida borusunda icra edilən əməliyyat

D) Xolesistektomiya

E) Mədə rezeksiyası
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,162.
271) İrinli yaranın cərrahi işlənməsi nəyi təmin etmir?
A) Prosesin generalizasiyasının əngəllənməsini

B) Antibakterial təsiri

C) İntoksikasiyanın azalmasını

D) Yara infeksiyasının məhdudlaşmasını

E) Sağalmanın sürətinin artmasını
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,544.
272) İrinli yarada tamponun hiqroskopik təsir müddəti neçə vaxt davam edir?
A) 10-12 saat

B) fərdi olaraq

C) 4-6 saat

D) 2-3 saat

E) 7-9 saat
Dərəcə: 1 Ədəbiyyat хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,538.

273) İrinli yaranın daha effektiv drenləmə üsulu hansıdır?
A) Rezin buraxıcı

B) Yaranın tamponada edilməsi

C) Passiv ötürmə üçün birmənfəzli boru ilə drenləmə

D) İkimənfəzli passiv drenləmə

E) Aktiv drenləmə
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,550.
274) Antibiotikin seçilməsi zamanı ilk növbədə hansı nəzərə alınır?
A) İrinli ifrazatın həcmi

B) İltihabın yayılması

C) Mikrofloranın xarakteri və həssaslığı

D) İrinli ifrazatın xarakteri

E) İrinli ocağın yerləşməsi
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,548
275) Soyuq infiltrativ appendisit diaqnozu xəstəyə qoyulmuşdur. Uyğun müalicə taktikası necə olmalıdır?
A) Ambulator müşahidə

B) Stasionar müşahidə

C) Antibiotik, fizioteapiya, dinamik müşahidə

D) Planlı qaydada xəstəni əməliyyat etmək

E) Təcili cərrahi əməliyyat
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 43 səh.
276) Gecikmiş bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə neçə saat aparılmalıdır?
A) 6 -12 saat

B) 3 - 6 saat

C) 72 saatdan çox

D) 12 - 24 saat

E) 48 -72 saat
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,242
277) Diffuz toksik urun müalicəsində qalxanabənzər vəzinin blokadası məqsədilə aşağıdakılardan hansı istifadə edilir?
A) Hərarətsalıcı preparatlar

B) Antihipertehziv preparatlar

C) Diuretiklər

D) Antibiotiklər

E) Tireostatiklər
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 101.
278) Hipotireozun müalicəsində nə təyin edilir?
A) Tireostatiklər

B) Kalium preparatları

C) Ürək qlükozidləri

D) Levotiroksin preparatları

E) Kalsium preparatları
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 122.


Anesteziologiya və intensiv terapiya

279) Fentanil necə təsir edir?

A) Psixotrop preparat kimi

B) 20 - 25 dəqiqə ərzində güclü ağrıkəsici kimi

C) 2-3 dəqiqə ərzində ağrıkəsici kimi

D) Antidepressant kimi

E) Neyroleptik kimi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

280) Qlükozanın izotonik məhlulu hansı hesab olunur?

A) 5%


B) 10%

C) 3%


D) 4,2%

E) 0,8%
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.


281) Ürəyin birbaşa-açıq yolla masajına göstəriş hansıdir?

A) Ürəyin fibrilyasiyası

B) Huşun itməsi

C) Tənəffüsün dayanması

D) 2 dəqiqə müddətində qapalı ürək masajından sonra yuxu arteriyasında nəbzin olması

E) Ürəyin dayanması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
282) Plazma əvəzedici kimi hansı daha çox effektlidir?

A) Ringer-laktat, kristalloid

B) Plazma, ringer-laktat

C) Dekstran, plazma

D) Fizioloji məhlul

E) Jelatin, plazma


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.

283) Damardaxili trombozda hansı istifadə olunmalıdır?

A) Heparin, fibrinolizin

B) Bütün sadalananlar

C) Fibrinogen, fibrinolizin, trombositar kütlə

D) Fibrinolizin

E) Heparin, fibrinogen, fibrinolizin


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
284) Tromb əmələgəlmə ehtimalına nə təsir etmir?

A) Fibrinolitik aktivliyin yuxarı olması, yanıqlar, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

B) Yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

C) Fibrinolitik aktivlik yuxarı olması, yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər

D) Fibrinolitik aktivliyin yuxarı olması, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

E) Fibrinolitik aktivliyin yuxarı olması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
285) Hansı halda kəskin appendisit zamanı əməliyyatı yerli (spinal) anesteziya altında icra etmək lazımdır?
A) Hamiləliyin erkən dövründə bronxial astmadan əziyyət çəkən ağırlaşma olmayan xəstədə

B) Ahıl yaşında olan xəstədə ağırlaşma klinikası olmayan tipik appendisit olduqda

C) Soxulcanabənzər çıxıntının retrosekal yerləşməsinə şübhə yaranarsa

D) Xəstə 14 - 16 yaşında olarsa

E) Yayılmış peritonitlə fəsadlaşan kəskin appendisitdə
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
286) Lokal anestetiklərin böyük dozada istifadəsi zamanı meydana çıxan qıcolmaların müalicəsində istifadə edilən ən uyğun preparat hansıdır?
A) Diazepam

B) Ketamin

C) Droperidol

D) Hidroksizin

E) Fentanil
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том. стр., 189.
287) Ən uzun təsir müddətinə malik lokal anestetik aşağıdakılardan hansıdır?
A) Lidokain

B) Tetrakain

C) Dibukain

D) Etidokain

E) Bupivakain
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I гом. стр.,190.
288) Gecikmiş dempinq sindroma hansı aiddir?
A) Qanlı ishal

B) Qusma


C) Qarında tutmaşəkilli və kəsici ağrılar

D) Hərarətin yüksəlməsi

E) Qanda şəkərin normadan aşağı düşməsi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 447.

Üz-çənə cərrahiyyəsi. Neyrocərrahiyyə məsələləri


Torakal cərrahiyyəsi

289) Mədənin kardial hissəsinin xərçəngində sadalananlardan hansı radikal müalicə sayılır?

A) Kimyəvi terapiya

B) Şüa terapiyası

C) Cərrahi müalicə

D) Kombinə olunmuş müalicə

E) Şişin elektrokoaqulyasiyası


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
290) Qeyri spesifik spontan pnevmotoraks hansı xəstəliklə əlaqədardır?

A) Sarkoidoz

B) Revmatoid artrit

C) Bulloz emfizema

D) Anadangəlmə ağ ciyər kistası

E) Astma
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.


291) Ağ ciyərin qanqrenası olduqda hansı üsuldan daha çox istifadə olunur?

A) Lobektomiya

B) Torakoplastika

C) Pnevmotomiya

D) Ağ ciyərin pazvari rezeksiyası

E) Pnevmonektomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
292) Ekssudativ plevrit hansı xəstəliyin ağırlaşması kimi əmələ gəlir?

A) Bronxoektatik xəstəlik

B) Kəskin pnevmoniya

C) Exinokokkoz

D) Vərəm

E) Abses


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
293) Qida borusu zədələnməsinin daha çox rast gəlinən səbəbi hansıdır?

A) Narkoz zamanı traxeyanı intubasiya edərkən

B) Yad cisim

C) Endoskopiya

D) Traxeostomiya

E) Spontan cırılmada


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

294) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?

A) İsti su

B) Qələvi məhlulu

C) Fosfor preparatı

D) Spirt

E) Turşu məhlulu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
295) Mədənin kardial hissəsinin xərçəngində radikal müalicə hansı sayılır?

A) Şua terapiyası

B) Kimyəvi terapiya

C) Şişin elektrokoaqulyasiyası

D) Kombinə olunmuş müalicə

E) Cərrahi müalicə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
296) «Diaqnostik torakotomiya» aşağıdakılardan hansısını nəzərdə tutur?

A) Torakotomiya, plevral boşluğun, ağ ciyərin reviziyası və morfoloji tədqiqat üçün materialın götürülməsi

B) Torakotomiya, plevral boşluğun, ağ ciyərin, divararalığının, diafraqmanın reviziyası

C) Torakotomiya, ağ ciyərin, plevral boşluğun reviziyası və prosesin operabelliyi və ya rezektabelliyi məsələsinin həlli

D) «Kiçik» torakotomiya və morfoloji tədqiqat üçün materialın götürülməsi

E) Torakotomiya, dərhal icra olunacaq əməliyyatın həcmini dəqiqləşdirmək məqsədi ilə ekspress-morfoloji tədqiqat üçün materialın götürülməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

297) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?

A) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş qəfəsinin USM-i

B) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i

C) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası

D) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası

E) Torakoskopiya və laparoskopiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə