Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Qara ciyərin böyük amöb abseslərinin kompleks konservativ müalicəsi hansı üsul ilə tamamlanmalıdır?



Yüklə 1,53 Mb.
səhifə8/16
tarix22.03.2018
ölçüsü1,53 Mb.
#33157
növüРуководство
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

409) Qara ciyərin böyük amöb abseslərinin kompleks konservativ müalicəsi hansı üsul ilə tamamlanmalıdır?

A) Hemihepatektomiya ilə

B) Qara ciyərin rezeksiyası ilə

C) Abses boşluğunun punksion aspirasiyası və ona anti-amöb preparatların vurulması ilə

D) Laparotomiya, abses boşluğunun yarılması və drenə edilməsilə

E) Geniş spektrli antibiotiklərin tətbiqi ilə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
410) Qara ciyər sirrozunun gecikmiş mərhələsi üçün hansı xarakterdir?

A) Splenomeqaliya, qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi

B) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi, qarnın ön divar venalarının varikoz genişlənməsi, assit

C) Qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi

D) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi

E) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, mədənin kəskin genişlənməsi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
411) Qida borusu venalarının varikoz genişlənməsindən qanaxma zamanı zonddan istifadə edilməsi hansı ağırlaşmalarla müşayiət oluna bilər?

A) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya, tireoidit

B) Pnevmoniya, yataq yarası, hipersalivasiya, tireoidit

C) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, hipersalivasiya, tireoidit

D) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya

E) Qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya, tireoidit


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.

412) Kəskin bağırsaq keçməməzliyində rentgenoloji əlamətlərə nə aiddir?

A) Mədənin genişlənməsi ilə əlaqədar daxilində çoxlu miqdarda maye və qazın toplanması, kloyber kasalarının dəqiq görünüşlə çoxlu miqdarda aşkarlanması, diafraqmanın adi səviyyədə və normal hərəkətli olması

B) Maneəyə yaxın hissədə bağırsaqda mülayim köpün olması, mədənin genişlənməsi ilə əlaqədar daxilində çoxlu miqdarda maye və qazın toplanması, kloyber kasalarının dəqiq görünüşlə çoxlu miqdarda aşkarlanması, diafraqmanın adi səviyyədə olması

C) Mədənin genişlənməsi ilə əlaqədar daxilində çoxlu miqdarda maye və qazın toplanması, kloyber kasalarının dəqiq görünüşlə çoxlu miqdarda aşkarlanması, diafraqmanın adi səviyyədə və normal hərəkətli olması

D) Bağırsaq ilgəklərində mayenin səviyyəsi qazlardan çox olması, maneəyə yaxın hissədə bağırsaqda mülayim köpün olması, Kloyber kasacıqlarının dəqiq görünüşlə çoxlu miqdarda aşkarlanması, diafraqmanın adi səviyyədə və normal hərəkətli olması

E) Bağırsaq ilgəklərində mayenin səviyyəsi qazlardan çox olması, maneəyə yaxın hissədə bağırsaqda mülayim köpün olması, mədənin genişlənməsi ilə əlaqədar daxilində çoxlu miqdarda maye və qazın toplanması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
413) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?

A) Stranqulyasion bağırsaq keçməməzliyində

B) Bitişmə mənşəli bağırsaq keçməməzliyində

C) Obturasion bağırsaq keçməməzliyində

D) Paralitik bağırsaq keçməməzliyində

E) Spastik bağırsaq keçməməzliyində


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.


414) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır?

A) Nazoqastral zondlama

B) Antibiotikoterapiya

C) İnfuzion terapiya

D) Cərrahi müdaxilə

E) Antixolinesteraz təsirli preparatların tətbiqi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
415) Bağırsaqların dolaşaraq düyün əmələ gətirməsi daha çox hansı bağırsaqlar arasında baş verir?

A) Nazik bağırsaq ilgəkləri

B) Kor və nazik bağırsaq

C) Enən çənbər və siqmaya bənzər bağırsaq

D) Siqmaya bənzər və nazik bağırsaq

E) Düz və nazik bağırsaq


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
416) Öd kisəsinin hidropsu hansı səbəbdən inkişaf edir?

A) 12 b/b keçiriciliyinin xroniki pozğunluğu

B) Ümumi qara ciyər axacağının daşla tutulması

C) Böyük duodenal məməciyin daşla tutulması

D) Kisə axacağının daşla tutulması

E) Ümumi öd axacağının daşla tutulması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
417) Mellori-Veys sindromuna nə aiddir?

A) Pilorik stenoz

B) «Güzgülü» xoraların olması

C) Kardial sfinkterin spazmı

D) Mədənin antral şöbəsinin selikli qişasının cırılması

E) Mədənin kardial şöbəsinin selikli qişasının cırılması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
418) Xora xəstəliyi nə ilə ağırlaşır?

A) Qanaxma, perforasiya, maliqnizasiya, stenoz

B) Penetrasiya, perforasiya, maliqnizasiya, stenoz

C) Qanaxma, penetrasiya, perforasiya, stenoz

D) Qanaxma, penetrasiya, perforasiya, maliqnizasiya

E) Qanaxma, penetrasiya, perforasiya, maliqnizasiya,stenoz


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
419) Boğulmuş yırtıqda ilk növbədə nə icra edilir?

A) Yırtıq kisəsinin kəsilməsi

B) Törəmənin punksiyası

C) Boğucu həlqənin kəsilməsi

D) Spazmolitiklərin təyini

E) Laparotomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
420) Qarın boşluğu orqanlarının travması zamanı ən opitimal cərrahi yol hansı biri sayılır?

A) Koxer, Fyodorov kəsiyi

B) Torakoadominal kəsik

C) Orta laparotomiya

D) Köndələn laparotomiya

E) Çerni kəsiyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
421) Mədəaltı vəzin yaralanması zamanı onun rezeksiyası nə zaman göstərişdir?

A) Postravmatik pankreatit zamanı

B) Dalaq arteriyasının yaralanması zamanı

C) Mədəaltı vəzin başının yaralanması zamanı

D) Tam köndələn cırılma və dağılıb- didilmə zamanı

E) Peritonarxası toxumaların geniş steotonekrotik zamanı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
422) Nazik bağırsağın yaralanamsı zamanı hansı olunmalıdır?

A) Entrerotomiya

B) Nazik bağırsağın rezeksiyası

C) Maydl əməliyatının aparılması

D) Yaranın tikilməsi

E) Transverzoyeyunoanastomozun qoyulması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
423) Nazik bağırsağın travması zamanı rezeksiya hansı hallarda göstərişdir ?

A) Müsariqənin homotoması

B) Müsariqənin bağırsaq divarından 4 sm və daha çox sahədə qopması

C) Nazik bağırsağın dəlib keçən yaralanması

D) Geniş peritonarxası hemotoma

E) Travma olan sahədə seroz qişada nöqtəvari qansızmaların olması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
424) Ümumi öd axarının kəsilməsi zamanı erkən əməliyyatönü dövrdə hansı fəsad əmələ gəlir?

A) Öd axması

B) Mexaniki sarılıq

C) İrinli xolangit

D) Hıçqırıq

E) Ödlü qusma


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
425) Sürüşən yırtıqların kriteriyalarına hansılar aiddir?

A) Yırtıq möhtəviyyatının olmaması

B) Yırtıq kisəsində iştirak edən orqanların mezoperitoneal yerləşməsi

C) Yırtıq kisəsində iştirak edən orqanların intraperitonal yerləşməsi

D) Yırtıq kisəsində iştirak edən orqanların ekstroperitonal yerləşməsi

E) Yırtıq möhtəviyyatının olması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
426) Xroniki pankreatitin ən çox təsadüf edilən səbəbi hansıdır?

A) Xroniki alkoqolizm

B) Travma

C) Mədə-bağırsaq infeksiyası

D) İrsi faktor

E) Hiperparatireodizm


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
427) Yuxarı müsariqə arteriyasının emboliyası zamanı hansı cərrahi müalicə taktikasını seçərsiniz?
A) Köndələn çənbər bağırsağın sağ yarısının, acı və qalça bağırsağın total rezeksiyası

B) Qastrostoma

C) Embolektomiya

D) Köndələn çənbər bağırsağın sağ yarısının, acı və qalça bağırsağın rezeksiyası

E) Yoğun bağırsağın rezeksiyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
428) Kəskin appendisit olan xəstədə appendektomiyaya əks - göstəriş nədir?
A) Hemofiliya

B) Ikitərəfli plevropnevmoniya

C) 36 - 40 həftəlik hamiləlik

D) Appendikulyar infiltrat

E) Kəskin miokard infarktı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
429) Kəskin appendisitlə sağ tərəfli böyrək sancısını differensiasiya etmək üçün hansı tədbirlər görərdiniz?

1. spazmolitiklər vurmaq

2. narkotik ağrıkəsicilər vurmaq

3. sidiyin təcili müayinəsi

4. təcili uroqrafiya və ya xromosistoskopiya

5. böyrək arteriyasının angioqrafiyası
A) 1, 3, 4

B) 1, 2, 3

C) 3, 4, 5

D) 2, 3, 4

E) 1 , 4, 5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
430) Kəskin appendisit zamanı patoloji prosesin inkişafı haradan başlayır?
A) Soxulcanabənzər çıxıntının əzələ qatından

B) Soxulcanabənzər çıxıntının seroz qatından

C) Soxulcanabənzər çıxıntının selikli qişasından

D) Yoğun bağırsağın terminal hissəsindən

E) Kor bağırsağın kümbəzindən
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

431) Yaşlı insanlarda kəskin appendisitin inkişafının əsas səbəbi nədir?
A) Törəmənin olması

B) Nəcis daşları

C) Yad cisim

D) Kor bağırsaq nahiyyəsində bitişmə prosesi

E) Helmintlər
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
432) Bükülmüş barmaqların uc səthləri ilə epiqastral nahiyyədən sağ qalça çuxuruna çəkərkən (köynəyin üstündən) ağrının olması hansı simptom üçün xarakterikdir?
A) Rovzinq

B) Obrazsov

C) Razdolski

D) Voskresenski

E) Sitkovski
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
433) Qarının ön divarını enən çəmbər bağırsaq yerləşdiyi yerdən sıxdıqda sağ qalça çuxurunda ağrının olması hansı simptom üçün xarakterikdir?
A) Razdolski

B) Rovzinq

C) Obrazsov

D) Sitkovski

E) Voskresenski
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
434) Sol yanı üstə uzandıqda sağ qalça çuxurunda ağrının olması hansı simptom üçün xarakterikdir?
A) Rovzinq

B) Voskresenski

C) Obrazsov

D) Sitkovski

E) Razdolski
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
435) Sol yanı üstə uzanmış xəstənin kor bağırsaq nahiyyəsini palpasiya etdikdə ağrının artması hansı simptom üçün xarakterikdir?
A) Şötkin - Blümberq

B) Obrazsov

C) Sitkovski

D) Voskresenski

E) Bartomye - Mixelson
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
436) Appendikulyar infiltrat üçün xarakterik simptom deyil:
A) Profuz ishal

B) Subfebril hərarət

C) Qanda leykositlərin sayının yüksəlməsi

D) Xəstəliyin 4 - 5 gün davam etməsi

E) Sağ qalça çuxurunda törəmənin əllənməsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
437) Kəskin appendisitin çanaq yerləşməsini dəqiqləşdirmək üçün istifadə olunan üsul hansıdır?
A) Şötkin - Blümberq simptomu

B) Koxer - Volkoviç simptomu

C) Rektal (vaginal) müayinə

D) Sağ qalça nahiyyəsində əzələ gərginliyi

E) Rovzinq simptomu
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
438) Soxulcanvari çıxıntı kiçik çanaqda yerləşən zaman kəskin appendisitin klinik gedişatı necə olur?
A) Nəcis kütləsində qanın olması

B) Koxer simptomunun müsbət olması

C) Temperatur reaksiyası olmur

D) Pasternatski simptomu müsbət olur

E) Rektal müayinə zamanı düz bağırsağın ön divarında kəskin ağrının olması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

439) Appendektomiyadan sonra Duqlas boşluğunun absesi hansı əlamətlərlə özünü biruzə verir?
A) Pasternatski simptomunun müsbət olması

B) Diafraqmanın hərəkətinin məhdudlaşması

C) Çanağın dərinliyində ağrı və tenezmlə

D) Yüksək olmayan hərarətlə

E) Qarının ön divar əzələlərinin gərginləşməsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
440) Perforativ appendisit üçün xarakter əlamət hansıdır?
A) Qarının ön divar əzələlərində gərginliyin artması

B) Qarın boşluğunda sərbəst qazın olması

C) Qarında olan ağrıların qəflətən azalması

D) Dövr edən eritrositlərin həcminin azalması

E) Profuz ishal
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
441) Kəskin appendisitə şübhə olduqda hansını etmək olmaz?
A) Təcili laparotomiya

B) Işlədici vermək və ya imalə etmək

C) Mədəni yumaq

D) Buz qovuğu qoymaq

E) Antibiotik vurmaq
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
442) Tipik fleqmonoz appendisit klinikası olan xəstəni əməliyyat etmək lazımdır. Siz hansı kəsiklə əməliyyatı icra edərdiniz?
A) Sağtərəfli transrektal kəsik

B) Qasıq qabarı üzərindən köndələn kəsik

C) Volkoviç - Dyakonov kəsiyi

D) Aşağı orta laparotomiya

E) Sağtərəfli pararektal kəsik
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
443) Hansı əlamət fleqmonoz appendisit üçün xarakterik deyil?
A) Aramsız qusma

B) Sağ qalça çuxuru nahiyyəsində pulsasiyaedici intensiv ağrı

C) Leykositoz 12x109 / l, leykositar formulanın sola meylli olması, EÇS - in artması

D) Peritonun qıcıqlanma simptomu

E) Hərarətin 38 - 38, 5ºC - yə yüksəlməsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
444) Hamilə qadınlara appendektomiyadan sonra nə məsləhət görülməlidir?
A) Tez - tez peritoneal dializin tətbiqi

B) Hamiləliyin pozulmasının qarşısını almaq üçün tədbirlərin görülməsi, prozerin və hipertonik imalədən qəti imtina etmək

C) Mədənin 3 gün müddətində zondla yuyulması

D) Qarın boşluğunda tamponların uzun müddət saxlanması

E) Əməliyyatdan sonra 6 ay yataq rejimi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
445) Kəskin fleqmonoz appendisitə görə appendektomiya əməliyyatı keçirmiş 39 yaşlı xəstədə iki gün sonra bağırsaqlarda parez, üşütmə, qarının sağ yarısında ağrı, qaraciyərin böyüməsi və sarılıq aşkarlanmışdır. Hansı fəsadın inkişaf etdiyini göstərin:
A) Obstruktiv xolangit

B) Qapı venasının pileflebiti

C) Qaraciyəraltı abses

D) Qaraciyərin absesi

E) Diafraqmaaltı abses
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
446) Papillitin radikal müalicəsi hansıdır?
A) Anal məməciyin elektrokoaqulyasiyası

B) 0, 3% kollarqol məhlulu ilə mikroimalı

C) Məməciyin hər gün lyapislə yandırılması

D) Məməciyin yaxın kripta ilə birgə kəsilib götürülməsi

E) Anal məməciyin kəsilməsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
447) Keçməzliyin hansı növündə bağırsaqda nekroz daha tez başlayır?
A) Dinamiki bağırsaq keçməzliyində

B) Bitişmə xəstəliyində

C) Nazik bağırsaq mənfəzinin öddaşı ilə obturasiyasında

D) Nazik bağırsaq burulmasında

E) Qalça bağırsaq mənfəzinin şişlə obturasiyasında
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
448) Kəskin bağırsaq keçməzliyi zamanı aparılan konservativ müalicənin effektivliyini göstərən hansıdır?
A) Leykositlərin azalması

B) Peristaltikanın zəifləməsi

C) Ağrı tutmaları arasındakı intervalın uzanması

D) Qarında asimmetriya

E) Qaz və nəcisin xaric olması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

449) Aşağıdakılardan hansı ikincili peritonitə səbəb olmur?
A) Appendiks perforasiyası

B) Peptik xora perforasiyası

C) İnvaginasya

D) Bağırsaq burulması

E) Nefrotik sindrom
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 230
450) İnvaginasiya bağırsaq keçməməzliyinin hansı növünə aid edilir?
A) Stranqulyasion

B) Qarışıq

C) Obturasion

D) Paralitik

E) Dinamik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 80.
451) Erkən dempinq sindroma hansı aid deyil?
A) İshal

B) Qarında tutmaşəkilli və kəsici ağrılar

C) Qanda şəkərin normadan aşağı düşməsi

D) Ürək nahiyəsində ağrı və taxikardiya

E) Qida qəbulundan sonra halsızlıq və zəiflik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 445.
452) Exinokok kistası qaraciyərin I,II və III seqmentlərində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) 7-8-ci qabırğaarası sahədən torakotomiya

B) 5-6-cı qabırğaarası sahədən torakotomiya

C) Koxer kəsiyi

D) 6-7-ci qabırğaarası sahədən torakotomiya

E) Yuxarı orta laparotomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
453) Exinokok kistası qaraciyərin IV,V və VI seqmentində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) Koxer kəsiyi

B) 5- 6 - cı qabırğaarası sahədən torakotomiya

C) 6 -7- ci qabırğaarası sahədən torakotomiya

D) Yuxarı orta laparotomiya

E) 7 - 8 - ci qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.

454) Exinokok kistası qaraciyərin VII və VIIII seqmentində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) Yuxarı orta laparotomiya

B) 7-8- ci qabırğaarası sahədən torakotomiya

C) 6–7-ci qabırğaarası sahədən torakotomiya

D) Koxer kəsiyi

E) 5–6-cı qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
455) Ağır formalı dempinq-sindrom zamanı icra olunan rekonstruktiv əməliyyatlardan ən effektlisi hansıdır?
A) Sonpault və Buccaili üsulu ilə qastroyeyunoduodenoplastika

B) Henley üsulu ilə trunkulyar vaqotomiya

C) Şumaxer üsulu ilə qastroyeyunoduodenoplastika

D) Moroney üsulu ilə qastrokoloduodenoplastika

E) Henley üsulu ilə trunkulyar vaqotomiya+ qastroyeyunoduodenoplastika
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 466 .
456) Anatomik baxımdan mədə cisminin ən yuxarıdakı hissəsi necə adlanır?
A) Curvatura ventriculi major

B) Corpus ventriculi

C) Pars pilorica

D) Curvatura ventriculi minor

E) Fundus ventriculi
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 717.
457) Aşağıdakı xəstəliklərin hansının müalicəsində təcili appendektomiyaya ehtiyac yoxdur?
A) Hamilələrdə kəskin appendisit

B) Kəskin appendisit

C) Perforativ appendisit

D) Yayılmış peritonit

E) Appendikulyar infiltrat
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 43.
458) Aşağıdakı mədə formalarından hansı patolojidir?
A) Buynuz formalı (Qolçnex forması)

B) İyvari forma (yenidoğulmuşlarda)

C) Corab formalı

D) İlbizəbənzər mədə

E) Qarmaq formalı
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, стр., 718
459) Mədə divarının qatları hansılardır?
A) Selikli - əzələ - seroz

B) Selikli – selikaltı - əzələ - seroz

C) Selikli – selikaltı - seroz

D) Selikli - əzələ

E) Seroz - selikli - əzələ
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 719.
460) Appendisit əlamətləri olan xəstədə sarılıq da var. Diaqnoz nədir?
A) Mezodenit

B) Peritonit

C) Pilefilebit

D) Pankreas başı xərçəngi

E) Hepatit B
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 34.
461) Aşağıdakılardan hansı mədənin bağı deyil?
A) Liq.qastrolienale

B) Liq.qastrorenale

C) Liq.pyloropancreatikum

D) Liq.qastrocolicum

E) Liq.qastrophrenicum
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 718.
462) Sol mədə arteriyası ilə mədənin kiçik əyriliyində anastomozlaşan arteriya hansıdır?
A) Sol mədə - piylik arteriyası

B) Sağ mədə arteriyası

C) Dalaq arteriyası

D) Sağ mədə piylik arteriyası

E) Qarın kötüyü
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 720.
463) Sağ mədə arteriyası hansı arteriyanın şaxəsidir?
A) a.hepatica comunis

B) a.qastrica dextra

C) a.qastroepiploica

D) a.breves

E) a.hepatica propria
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 721.
464) Aşağıdakılardan hansı mexaniki sarılığa səbəb ola bilməz?
A) Kisə axarının daşı

B) Xroniki pankreatit

C) Fater məməciyinin şişi

D) Xoledoxun daşı

E) Pankreasın başının xərçəngi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 136.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə