Ümumi cərrahiyyə yardımın təşkili və sosial gigiyena



Yüklə 1,69 Mb.
səhifə1/17
tarix30.05.2018
ölçüsü1,69 Mb.
#46737
növüРуководство
  1   2   3   4   5   6   7   8   9   ...   17

Ümumi cərrahiyyə

Cərrahiyyə yardımın təşkili və sosial gigiyena

1) Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?

A) Şöbə müdiri

B) Müalicə həkimi

C) Tibbi-sosial ekspertiza bürosu

D) Baş həkim

E) Nəzarət-ekspert komissiyası


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?
A) Beynin qan həcmi azalır və KDT yüksəlir

B) Beyinin qan həcminə və KDT dəyişmir

C) Beynin qan həcmi artır və KDT yüksəlir

D) Beynin qan həcm artır və KDT dəyişmir

E) Beynin qan həcmi azalır və KDT azalır
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
3) Kəllə-beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə səbəb olur?
A) İmmun sistemi aşağı salır

B) Mədə-bagırsaq qanaxmalarını artırır

C) Beyin ödemini azaldır

D) İrinli fəsadların inkişafına səbəb olur

E) Hiperqlikemiyaya səbəb olur
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
4) Üz nahiyyəsinin yuxarı hissəsinin fleqmonalarının ciddi fəsadlaşmasına hansı aiddir?
A) Mediastenit

B) Parotit

C) Künc damarının venasının flebiti

D) Yumşaq toxumaların hematoması

E) Üz sinirinin parezi
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичеслой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
5) Ağız boşluğu dibinin fleqmonasını aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Yanaq nahiyyəsinin fleqmonası

B) Alt dodağın karbunkulu

C) Trizm

D) Lüdviq anginası

E) Almacıq nahiyyəsinin fleqmonası
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
6) Sadalanan simptomlardan hansı göbək yırtığı üçün daha az xarakterikdir?
A) Tez-tez boğulma

B) Şişkinlik əksər hallarda narahatlıq zamanı meydana çıxır

C) Sakit halda çətin düzəlməsi

D) Göbək həlqəsinin genişlənməsi

E) Sakit halda asanlıqla düzəlməsi
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
7) Baş beyinin silkələnməsində huşun itirilməsi nə qədər davam edir?
A) 1saatdan çox

B) 1 saata qədər

C) 10 dəqiqəyə qədər

D) 1 sutkadan çox

E) Bir neçə saat
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
8) Baş beynin silkələnməsində vegetativ pozğunluqlara aşağıdakılardan hansı aiddir?

A) Yüksək tərləmə,titrətmə

B) Hamısı

C) Zəiflik

D) Ürəkbulanma, qusma

E) Üzün hiperemiyası


Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
9) Baş beynin silkələnməsində müşahidə olunan astenik simptomlara aşağıdakılardan hansı aiddir?
A) Baş ağrısı

B) Qıcıqlılıq

C) Başgicəllənmə

D) Tez yorulma

E) Yüksək tərləmə
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
10) Baş beynin silkələnməsində stasionarda qalma müddəti nə qədərdir?
A) 1 ay

B) 1 gün

C) 14 gün

D) 3 gün


E) 7 gün
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
11) Aşağıdakı hansı əlamətin mövcudluğu beyin əzilməsini təsdiq edir ?
A) Subaraxnoidal qanaxmanın olması

B) Hemiparezin olması

C) Hamısı düzdür

D) Kəllə sümüklərinin sınığının və likvoreyanın olması

E) 1 saatdan artıq huşun itirilməsi
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
12) Hansı ümumi beyin simptomu baş beynin əzilməsində rast gəlinmir?
A) Baş ağrısı

B) Karlaşma tipli huş pozuntusu

C) Sopor tipli huş pozuntusu

D) Nistaqm

E) Ürəkbulanma,bir neçə dəfə qusma
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
13) Epidural hematoma üçün aşağıdakılardan hansı xarakterikdir?
A) Başgicəllənmənin olması

B) Travmadan sonra huşun itməsi (ışıqlı mərhələ olmadan)

C) Huşun itməsi ,işıqlı mərhələ,sonra təkrar huşun itməsi

D) Travmadan müəyyən vaxtdan sonra huşun itməsi

E) Huşun itməsi baş vermir
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
14) Beyindaxili hematomalara aşağıdakı simptomlardan hansı xarakterikdir?
A) Başgicəllənmə

B) Bütün sadalananlar

C) Hemiparez

D) Hissiyyat pozğunluğu

E) Tutmaşəkilli baş agrıları
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
15) Güllə yarası üçün hansı xarakterikdir?
A) Yaranın kənarları nahamar olub nekrotik dəyişilib və yanıq əlamətləri var

B) Yaranın kənarlarında yanıq əlamətləri

C) Yara oval və ya dairəvi formada olub kənarları düzdür

D) Yaranın kənarları nahamar olub nekrotik dəyişilib

E) Hamısı düzdür
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
16) Kəllənin güllə yarasının təsnifatında hansı zədələnmələr qeyd olunur?
A) Kor,toxunan

B) Açıq


C) Bütün sadalananlar

D) Dəlib keçən

E) Qapalı
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
17) Onurğa beyninin mərkəzi şöbələrinin zədələnmə sindromuna hansı aiddir?
A) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli itməsi , çanaq pozgunluqları olmadan

B) Müxtəlif dərəcəli hissiyyatın itməsi və çanaq pozgunluqları, aşağı paraplegiya, yuxarı paraparez

C) Hissiyyatın dissosasiya edilmiş pozuntusu

D) Tam iflic və çanaq pozğunluqları ilə ağrı,temperatur, hissiyyatının itməsi

E) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli itməsi və çanaq pozgunluqları
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
18) Ağciyərin irinləmiş kistasının plevra boşluğuna açılması nəticəsində əmələ gələn piotoraks zamanı taktika necə olmalıdır?
A) Plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi,ehtiyac olarsa - torakotomiya

B) Plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi

C) Torakotomiya,lobektomiya

D) Torakotomiya,ağciyərin kista ilə birgə seqmentar rezeksiyası

E) Konservativ (antibakterial) terapiyanın aparılması
Ədəbiyyat: М.И.Кузин .Хирургические болезни. Москва,2002,812 c.
19) Ağciyər exinokokkozunun piopnevmotoraksla ağırlaşması zamanı seçim əməliyyatı hansıdır?
A) Lobektomiya, plevra boşluğunun sanasiyası və drenə edilməsi

B) Ağ ciyərin atipik rezeksiyası, plevra boşluğunun sanasiyası və drenə edilməsi

C) Birmomentli exinokokkektomiya,plevra boşluğunun sanasiyası və drenə edilməsi

D) Pulmonektomiya

E) İkimomentli exinokokektomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
20) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən göbək yırtığı zamanı əməliyyatı nə vaxt aparmaq məsləhət görülür?
A) 1 yaşa qədər

B) 2 yaşa qədər

C) Diaqnoz qoyularkən

D) 3 yaşdan sonra

E) 4-5 yaşında
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
21) Obliterasiyaedici endarteriitlə xəstədə fiziki müayinə zamanı nəyə diqqət yetirmək lazımdır?
A) Tərləmənin pozulmasına

B) Saçların və dırnaqların inkişafına

C) Periferik arteriyanın pulsasiyasına

D) Dəri örtüyünün rənginə

E) Bütün sadalananlara
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
22) Obliterasiyaedici endarteriitlə xəstələrdə differensial diaqnostikanı nə ilə aparmaq lazımdır?
A) Bütün sadalananlar

B) Anadasngəlmə artiokleroz displaziya ilə

C) Səthi tromboflebitlə

D) Periferik nevritlə

E) Obliterasiya edən ateroskleroz və spesifik olmayan aortaarteriitlə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
23) Obliterasiyaedici endarteriitlə xəstələrdə konservativ müalicə necə aparılmalıdır?
A) Kəskinləşmə dövründə

B) İl boyu

C) İldə iki dəfə və hər biri bir ay olmaqla stasionar şəraitdə,həmçinin bütün il boyu qoruyucu terapiya

D) Mövsümü terapiya

E) İldə 1 dəfə 1 ay olmaqla
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
24) Obliterasiyaedici endarteriit zamanı tipik revaskulyar əməliyyata göstərişə nə aiddir?
A) 500 m-dən çox məsafəyə gedərkən fasiləli axsama

B) Dishidroz,ətrafların soyuması və keçici axsama

C) 4-5 km/saat 1000 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi

D) 4-5 km/saat 700 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi

E) 200 m-ə qədər məsafəyə gedərkən keçici axsama və dizaltı arteriyanın və ya baldır arteriyalarında birinin keçiriciliyinin olması zamanı
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
25) Obliterasiyaedici endarteriitlə xəstədə ətrafların cərrahi revaskulyasiyası və funksasiyasının bərpası üçün hansı kifayətdir?
A) Dizaltı arteriyanın izolə olunmuş seqmentinin bərpası

B) Dizaltı arteriyanın bir baldır arteriyası ilə keçiriciliyinin bərpası

C) Baldırın bir arteriyası və pəncənin arteriyal qövsü ilə keçiriciliyinin bərpası

D) Dizaltı arteriyanın iki baldır arteriyası ilə keçiriciliyinin bərpası

E) Dizaltı arteriyanın keçiriciliyinin üç baldir arteriyası ilə bərpası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
26) Burger xəstəliyi (obliterasiyaedici trombangit) obliterasiyaedici endarteriitdən nə ilə fərqlənir?
A) Arteriyal şaxənin distal zədələnməsi

B) Aşağı ətraf arteriyalarının proksimal seqmentinin zədələnməsinin üstünlük təşkil etməsi

C) Aşağı ətrafın bütün damarlarının diffuz zədələnməsi

D) Aşağı ətraf arteriyalarının distal zədələnməsi ilə yanaşı səthi venalarda miqrasiyaedici tromboflebitin olması

E) Ciddi fərq yoxdur
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
27) Burger xəstəliyi və həmçinin obliterasiyaedici endarteritin kompleks konservativ müalicəsi zamanı nə etmək lazımdır?
A) Qeyd olunanların hamısını

B) Qanın lazer şüalanması

C) Hiperbarik oksigenasiya

D) Plazmaferez

E) Hemosorbsiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
28) Obliterasiyaedici endarterit zamanı zədələnmiş ətrafa arteriyadaxili yeridilən və ən yaxşı təsir edən preparat hansıdır?
A) Hidrogen-peroksid məhlulu

B) Bazoprostan

C) Novokain

D) Lidokain

E) Reopoliqlükin
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
29) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya

B) Yuxarı ətrafların assiloqrafiyası

C) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

D) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

E) Yuxarı ətrafların reovozoqrafiyası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
30) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Ağrı hiss etməsinə görə şikayətlənmək

B) Bütün sadalananlar

C) Kosmetik defektə görə şikayətlənmək

D) Yerli trofiki dəyişiklik

E) Dərialtlı venaların böyüməsi, günün axırında ödem və piqmentasiyanın meydana çıxması
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
31) Varikoz genəlmədə ulturasəs dopler müayinəsi və fleboqrafiyaya nə zaman gostərişdir?
A) Differensiasiyali yanaşdıqda

B) Bütün xəstələrdə

C) Cavan yaşlı xəstələrdə (20-40 yaş arası)

D) Ətraflarda trofiki dəyişiklik olduqda

E) Yaşlı xəstələrdə (40 yaşdan yuxarı)
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
32) Varikoz xəstəliyində cərrahi müalicənin radikallığı nədən asılıdır?
A) Oval çuxur nahiyyəsində bütün kollateralların işləməsindən

B) Fassiyaaltı və fassiyaüstü bütün perforant venaların bağlanması

C) Kollaterallar boyu bütün magistral varikoz damarların çıxarılması

D) Varikoz zədələnmiş kiçik dərialtı venaların çıxarılması

E) Bütün sadalananlardan
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
33) Flebektomiya əməliyyatı aşağıda sadalananlardan hansıdır?
A) Bebkokk üsulu

B) Bütün sadalanan üsullar

C) Kokett üsulu

D) Narat üsulu

E) Troyanov-Trendelenburq üsulu
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
34) Flebektomiya əməliyyatından sonra əhəmiyyətli nə sayılır?
A) Fizioterapiya

B) Xəstənin tez aktivləşdirilməsi

C) Antibiotikoterapiya

D) Elastik bintdən istifadə edərək xəstənin tez aktivləşdirilməsi

E) Palçıq müalicəsi
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
35) Göbək yırtığına görə əməliyyatdan sonra tez-tez rast gəlinən ağırlaşma hansıdır?
A) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

B) Piyliyin eventrasiyası

C) Liqatura fistulu

D) Residiv

E) Tikişlərin aralanması
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
36) Posttromboflebitik xəstəlikdə hansl seqment daha çox zədələnir?
A) İliofemoral seqmenti

B) Poplitea-tibial seqmenti

C) Femero-tibial seqmenti

D) Aşağı boş venanı

E) İleokaval seqmenti
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
37) Posttromboflebitik xəstəlyin patofizioloji venoz dinamikası ilk növbədə nə ilə əlaqəlidir?
A) Aşağı ətraflarda venoz hipertenziyanın meydana çıxması ilə

B) Xəstənin yaşı ilə

C) Venoz qanın dərin venalardan səthi venalara axmasının patoloji pozgunluğu ilə

D) Kommunukant venaların qapaq sisteminin pozulması ilə

E) Tam varikoz genəlməyəə uğramış səthi venoz damarlara görə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
38) Posttromboflebitik xəstəlyin daha çox yayılmış formasına hansı aiddir?
A) Ödemli ağrılı forma

B) Trofiki forma

C) Ödemli ağrılı və varikoz-xoralı forma

D) Kəskin forma

E) Varikoz-xoralı forma
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
39) Posttromboflebitik xəstəlyin cərrahi müalicəsində geniş istifadə olunan üsul hansıdır?
A) Linton əməliyyatı ilə konbinə olunmuş flebektomiya

B) Kokett əməliyyatı

C) Dərin venaların ekstravazal qapaq korreksiyası

D) Dərin venoz sistemə implantantla süni qapağın qoyulması

E) Autovenoz şuntlama və dərin venaların protezləşdirilməsi
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
40) Venoz trombozun ucu böyrək venalarından aşağı yerləşən zaman ağciyər arteriyalarının trombemboliyasının profilaktikası necə aparılmalıdır?
1.Aşağı boş venanın parsial okkluziyası

2.Aşağı boş venanın bağlanması

3.Trombektomiya

A) 2,3


B) Yalnız 1

C) 1,2,3

D) 1,2

E) Yalnız 2


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
41) Ağciyər arteriyasının tromboemboliyasının təsnifatı hansıdır?
A) Sağ ağciyərin mərkəzi arteriyasının tromboemboliyası

B) Bütün sadalananlar

C) Ağciyərin total tromboemboliyası

D) Sol ağciyərin mərkəzi arteriyasının tromboemboliyası

E) Kicik, pay, seqmentar, massiv tromboemboliya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
42) Ağciyər atreriyasının tromboemboliyasının profilaktikasına nə daxildir?
A) Antikoaqulyant terapiya, lazım gələrsə operativ metod

B) Antikoaqulyant terapiya

C) Ağrıkəsicilərin yeridilməsi

D) Antiaqreqant terapiya

E) İnfuzion terapiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
43) Ağciyər arteriyasının trobemboliyası zamanı əsas klinik sindrom hansıdır?
A) Abdominal

B) Ağciyər-plevral

C) Kardial və abdominal

D) Bütün sadalananlar

E) Kardial
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
44) Ağciyər arteriyasının trobemboliyası venasının trombozundan nə ilə fərqlənir?
A) Venoz trombozun səbəbindən asılı olaraq letallıq uzanır

B) Venoz trombozda klinik əlamətlər nisbətən ləng inkişaf edir

C) “Sağlam” insanlarda da ağciyər arteriyasının trobemboliyası ola bilər

D) Bütün sadalananlar

E) Öncə trobemboliya olur, sonra klinik simptomlar
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
45) Qida borusunun təzə zədələnmələri zamanı radikal əməliyyat-defektin tikilməsi hansı müddətə qədər olunmalıdır?
A) 6-8 saat

B) 24-36 saat

C) 12-24 saat

D) 8-12 saat

E) 48 saata qədər
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
46) Hansı divertikul Zenker divertikulu adlanır?
A) Mədənin fundal hissəsinin divertikulu

B) Qida borusunun epifrenal divertikulu

C) Udlaq-qida borusu divertikulu

D) Qida borusunun abdominal hissəsinin divertikulu

E) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
47) Epifrenal divertikulun cərrahi müalicəsi zamanı hansı kəsik aparılır?
A) Sol tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya

B) Yuxarı orta laparatomiya

C) Sağ tərəfdən 7-ci qabırğaarası sahədən torakotomiya

D) Sol tərəfdən 7-ci qabırğaarası sahədən torakotomiya

E) Sağ tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
48) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı forma müşahidə edilmir?
A) Kardial

B) Bağırsaq

C) Subtotal

D) Kardiofundal

E) Qida borusu
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
49) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı əlamət müşahidə olunmur?
A) Hipoqastral nahiyədə ağrı

B) Döş sümüyü arxasında ağrı

C) Gəyirmə

D) Qıcqırma

E) Stenokardiya tipli ağrı
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
50) Qida borusunun peptiki strikturası hansı səbəbdən əmələ gəlir?
A) Qida borusunun epifrenal divertikulu nəticəsində

B) Diafraqmanın qida borusu dəliyinin daralması nəticəsində

C) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi nəticəsində

D) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi nəticəsində

E) Kardiyanın xalaziyası zamanı mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri nəticəsində
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
51) Qida borusunun peptiki strikturası zamanı aşağıdakılardan hansı müşahidə olunmur?
A) Disfagiya

B) Qusma


C) Qıcqırma

D) Döş sümüyü arxasında ağrı

E) Requrgitasiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə