Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları



Yüklə 0,71 Mb.
səhifə2/8
tarix24.02.2018
ölçüsü0,71 Mb.
#27739
növüQaydalar
1   2   3   4   5   6   7   8

Xüsusi hissə

 

II bölmə

 

Məhkumun cəmiyyətdən təcrid edİlməsi ilə əlaqədar olmayan cəzaların icrası

 

IV fəsil

 

Cərimə növündə cəzanın icrası

 

Maddə 23. Cərimə növündə cəzanın icrası qaydası



 

23.1. Məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. icra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir.

23.2. Məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.

 

Maddə 24. Cərimənin məcburi qaydada tutulması



 

24.1. Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir.

24.2. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.

 

Maddə 25. Cərimə növündə cəzanı icra edən orqan



 

Əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir.

 

Maddə 26. Cəriməni ödəməkdən boyun qaçırmanın nəticələri



 

Məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünü icra məmurunun təqdimatına əsasən ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.

 

Maddə 27. Cərimə növündə cəzanın icrasının qurtarması



 

İcra məmuru cərimənin tam ödənilməsi haqqında hökmü çıxarmış məhkəməyə məlumat verir.

 

V fəsil

 

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası

 

Maddə 28. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası



 

28.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə, habelə bu cəzanın icrasına nəzarət edilməsi üçün icra məmuru göndərir.

28.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

28.3. ləğv edilmişdir.

28.4. Cəzanın icrası müddətində məhkum //çıxarılıb// hərbi xidmətə qəbul edilərsə, icra məmurunu hökmün surətini cəzanın icrası üçün //çıxarılıb// məhkumun xidmət yerinə göndərir.

 

Maddə 29. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri



 

29.1. İşəgötürən hökmün surətini aldığı gündən sonra üç gün ərzində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkumla əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verir və məhkəmənin hökmünə uyğun olaraq məhkumun əmək kitabçasına onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir. Hökmü çıxarmış məhkəməyə bu barədə dərhal məlumat verilir.

29.2. İşəgötürən hökmə zidd olmadıqda məhkumun razılığı ilə ona başqa vəzifə və ya başqa fəaliyyət növü ilə məşğul olmaq imkanı yarada bilər.

29.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs əmək müqaviləsi bağlayarkən onun əmək kitabçasında müvafiq qeyd olmadıqda işəgötürən bu cəzanın icrasına nəzarət edən müvafiq icra məmurunun təqdimatı ilə məhkəmənin hökmünə uyğun olaraq həmin əmək kitabçasında onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir.

29.4. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza çəkmiş, yaxud qanunla müəyyən edilmiş qaydada bu cəzadan azad edilmiş şəxsə onun xahişi ilə əmək kitabçası əvəzinə bu kitabçanın cəza haqqında qeyd yazılmış dublikatı verilir.

 

Maddə 30. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri



 

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum olunmuş şəxslər əsas cəzanı çəkərkən, cəzanı icra edən müəssisə və ya orqan bu şəxsləri hökmdə qadağan edilmiş işlərə cəlb edə bilməz.

 

Maddə 31. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı məhkəmə icrasının vəzifələri



 

31.0. Məhkumun yaşadığı yerin icra məmuru:

31.0.1. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmünün tələblərinə məhkumun riayət etməsinə nəzarət edir;

31.0.2. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmündə nəzərdə tutulan tələblərin işəgötürən tərəfindən yerinə yetirilməsini yoxlayır.

 

Maddə 32. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddətinin hesablanması



 

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.

 

Maddə 33. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icra edilməməsinin nəticələri



 

33.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs hökmdə görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud hökmlə ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqda icra məmuru işəgötürənə məlumat verərək, məhkumun hökmlə qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir.

33.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkum cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, habelə vəzifəli şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanı qərəzli icra etmədikdə onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

VI fəsil

 

İctimai işlər növündə cəzanın icrası

 

Maddə 34. İctimai işlər növündə cəzanın icrası qaydası



 

34.1. İctimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir.

34.2. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar.

34.3. icra məmuru məhkumların qeydiyyatını aparır, onlara cəzanın icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, məhkumların davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır.

 

Maddə 35. İctimai işlər növündə cəzanın çəkilməsi və icrası şərtləri



 

35.1. Məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.

35.2. Əsas iş yerində məhkuma növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın icrasını dayandırmır.

35.3. İctimai işlər növündə cəza çəkən məhkum və ya onun qanuni nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

 

Maddə 36. İctimai işlər növündə cəzanın müddətinin hesablanması



 

36.1. İctimai işlər növündə cəzanın müddəti saatla hesablanır.

36.2. İctimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər.

 

Maddə 37. İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri



 

İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürən məhkumlar üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna məlumat verir.

 

Maddə 38. İctimai işlər növündə cəza çəkən şəxslərin məsuliyyəti



 

38.1. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.

38.2. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.

 

Maddə 39. İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırma



 

39.0. İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar aşağıdakılar hesab olunurlar.

39.0.1. üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmayanlar;

39.0.2. ayda iki dəfədən çox cəzanın icrası yerlərində əmək intizamını pozanlar;

39.0.3. cəzanı çəkməmək məqsədilə gizlənənlər.

 

VII fəsil

 

İslah işləri növündə cəzanın icrası

 

Maddə 40. İslah işləri növündə cəzanın icrası yeri



 

İslah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir.

 

Maddə 41. İslah işləri növündə cəzanın icrası qaydası



 

41.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər.

41.2. Hökm çıxarıldıqdan sonra ağır xəstəliyə düçar olmuş məhkumlar və ya onların qanuni nümayəndələri cəzanın bu növünü daha yüngül cəza növü ilə əvəz etmək haqqında məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Həmin müraciət məhkəmə tərəfindən həll edilənədək göstərilən şəxslər islah işlərini çəkməyə cəlb edilmirlər.

 

Maddə 42. İslah işləri növündə cəzanın icrasının təşkili



 

42.1. İslah işləri növündə cəza çəkən məhkumların islah edilməsi onların ictimai-faydalı əməkdə iştirakı əsasında həyata keçirilir. Cəzanın çəkildiyi yer üzrə işəgötürən məhkumun davranışına nəzarət edir və onunla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir.

42.2. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəza çəkmək üçün müəyyən edilmiş qaydaya riayət etməli, cəzanın bu növünü icra edən icra məmurunun çağırışına gəlməlidirlər. Üzrlü səbəblər olmadan bu tələbə əməl edilmədikdə, məhkum məcburi gətirilə bilər. Məcburi gətirilmə məhkəmənin qərarı ilə həyata keçirilir.

 

Maddə 43. İslah işləri növündə cəzanın icra edilməsi



 

43.1. İslah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir.

43.2. icra məmuru islah işləri növündə cəzaya məhkum olunmuş şəxs barəsində hökmün surətini və göstərişi aldıqdan sonra üç gün müddətində hökmün surətini və müəyyən edilmiş formada bildirişi işəgötürənə göndərir. Məhkum əvvəlki iş yerindən getdikdə və heç yerdə işləmədikdə, icra məmuru məhkuma üç ay müddətində işə girməyi təklif edir və zəruri olduqda ona işə düzəlməkdə kömək edir. Göstərilən müddətdə məhkum üzrlü səbəblər olmadan işə girmədikdə, onun barəsində bu Məcəllədə nəzərdə tutulmuş tədbirlər tətbiq edilir.

43.3. İşsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz.

 

Maddə 44. İslah işləri növündə cəzanın icrası şərtləri



 

44.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur.

44.2. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir.

44.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

 

Maddə 45. İslah işləri növündə cəzanın icrası müddətinin hesablanması



 

45.1. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır.

45.2. Məhkumun işlədiyi günlərin sayı məhkəmənin cəza üçün müəyyən etdiyi təqvim ayına düşən iş günlərinin sayına uyğun olmalıdır. Məhkum göstərilən miqdarda iş günlərini işləmədikdə və işlənməmiş günlərin cəza müddətinə hesablanması üçün bu Məcəllə ilə müəyyən edilmiş əsaslar olmadıqda, islah işləri növündə cəzanın icrası nəzərdə tutulmuş miqdarda iş günlərinin məhkum tərəfindən tamamilə işlənməsinədək davam edir.

45.3. Məhkumun üzrlü səbəblərə görə işləmədiyi və qanuna uyğun olaraq onun əmək haqqı saxlandığı vaxt cəzanın icrası müddətinə hesablanır. Tibbi sənədlərlə təsdiq edilmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi vaxt, habelə sosial məzuniyyətlərdə olma vaxtı bu müddətə daxil edilir.

45.4. Kənd təsərrüfatı müəssisələrində məhkumların işlədikləri günlərin ümumi sayı təsərrüfat üzrə işçilər üçün müəyyən edilmiş illik minimumdan və ya onun ayrı-ayrı dövrləri üzrə minimumdan aşağı olmadıqda, obyektiv səbəblərə görə onlara iş verilməyən vaxt da cəzanın çəkilməsi müddətinə hesablanır.

45.5. İslah işləri növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti islah işləri növündə cəzanın icrası müddətinə hesablanmır.

 

Maddə 46. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar



 

46.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyyələr daxil olmaqla, habelə icra sənədlərindənasılı olmayaraq aparılır.

46.2. Qazancdan tutulmalar əmək haqqı verilərkən hər işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəki qazancından pul məbləği tutulur.

46.3. Qazancdan tutulmalar pensiyalardan və müavinətdən, birdəfəlik verilən və əmək haqqı sistemində nəzərdə tutulmayan ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən məbləğlərdən və başqa ödəmələrdən aparılmır.

46.4. Məhkumların qazancından tutulmalara onların qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə dövlətin nəfinə keçirilir. Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün dövlətin nəfinə keçirilir.

46.5. Tutulmalar qazancın natura hissəsi daxil olduqca təsərrüfat ilinin yekunlarına görə haqq-hesab çəkilərkən aparılır.

46.6. İşə xitam verilməklə məhkəmənin hökmü ləğv olunduqda və ya dəyişdirildikdə məhkumun qazancından tutulmuş məbləğlər tamamilə və ya artıq tutulmuş məbləğlər ona qaytarılır.

 

Maddə 47. İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürənin vəzifələri



 

47.0. İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürən:

47.0.1. məhkəmə hökmünün məzmununu əmək kollektivinin nəzərinə çatdırır;

47.0.2. iş yeri üzrə məhkumların davranışına nəzarət edir və onlarla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir;

47.0.3. məhkumların əmək intizamına riayət etməsinə nəzarət edir, onlara ixtisaslarının artırılmasında kömək edir;

47.0.4. məhkum barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi və məhkumun cəza çəkməkdən boyun qaçırması, başqa işə keçməsi və ya işdən azad olması haqqında əvvəlcədən icra məmuruna məlumat verir;

47.0.5. məhkumun qazancından dövlət nəfinə tutulmaları düzgün və vaxtında aparır və tutulmuş məbləğləri müəyyən edilmiş qaydada dövlət nəfinə keçirir;

47.0.6. islah işləri növündə cəzanın icrası üçün bu Məcəllədə nəzərdə tutulmuş şərtləri yerinə yetirir.

 

Maddə 48. İslah işləri növündə cəzanı icra edən icra məmurunun vəzifələri



 

48.0. İslah işləri növündə cəzanı icra edən icra məmuru:

48.0.1. islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərə zəruri hallarda işə düzəlməkdə köməklik göstərir;

48.0.2. məhkumların qazancından tutulmaların düzgün aparılmasına və cəzanın icrası üçün bu Məcəllədə müəyyən edilmiş şərtlərə işəgötürən tərəfindən riayət olunmasına nəzarət edir;

48.0.3. məhkumlarla tərbiyə işini aparır;

48.0.4. məhkumlar barəsində bu Məcəllədə nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;

48.0.5. məhkum olunmuş şəxslərin fərdi qeydiyyatını aparır;

48.0.6. yeri məlum olmayan məhkumların müəyyən olunmuş qaydada axtarışını təşkil edir.

 

Maddə 49. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində işəgötürənin tətbiq etdiyi mükafatlandırma və intizam tənbehi tədbirləri



 

İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mükafatlandırma və intizam tənbehi tədbirləri tətbiq edilir.

 

Maddə 50. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində icra məmurları tərəfindən tətbiq edilən həvəsləndirmə tədbirləri



 

Nümunəvi davranışına görə məhkuma icra məmuru tərəfindən təşəkkür elan edilə və ya əvvəllər verilmiş tənbeh götürülə bilər.

 

Maddə 51. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində icra məmurları tərəfindən tətbiq edilən tənbeh tədbirləri



 

51.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası qaydalarını pozduqda, icra məmuru məhkuma xəbərdarlıq və ya töhmət növündə tənbeh verə bilər.

51.2. Tənbeh verilməzdən əvvəl məhkumdan yazılı izahat alınır. Xətanın aşkara çıxarıldığı gündən bir ay keçdikdən sonra məhkuma tənbeh verilə bilməz. Məhkum ona verilmiş tənbehdən yuxarı vəzifəli şəxsə şikayət edə bilər.

51.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanı çəkməkdən boyun qaçırdıqda, icra məmuru onlara rəsmi xəbərdarlıq edir.

51.4. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qəsdən boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsinin //çıxarılıb// müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir.

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə