Ümumi İcmal



Yüklə 215,14 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix26.01.2018
ölçüsü215,14 Kb.
#22478
  1   2   3   4   5   6   7


http://coqrafiya.blogspot.com/

 

Mənbə

-

http://behruzmelikov.com

 

ASİYA 

                   

                             ÜMUMİ   İCMAL          

 

     Coğrafi  mövqeyi, sahəsi, sərhədləri  və  sahil xətti. 

                  

      

Asiya    yer    kürəsinin    ən    böyük    qitəsidir.    Asiya    çox 

böyük  məsafədə  qərbdən  şərqə  və  cənubdan  şimala uzanır. 

Ucqar    nöqtələri    şimalda    Çelyuskin  burnu,  cənubda    Piay 

burnu, qərbdə  Baba  burnu, şərqdə Dejnev  burnudur. Cənubda 

Asiya  qitəsinə  aid  edilən  Malay  arxepalaqı  adaları  11º  c.e 

qədər, şimalda isə Şimal Torpağı  adaları 81ºşm.enliyinə qədər 

uzanır. Beləliklə Asiya ərazisi meridian istiqamətində cənubdan 

şimala  93º-yə qədər,enlik istiqamətində,qərbdən şərqə  63º.50´ 

uzanır. Qitənin ən geniş yeri subtropik enliklerdə yerləşir. 

             Asiyanın sahəsi Qafqaz və Zaqafqaziya ilə birlikdə  

 43 448min  km

2

-ə  çatır.  Bundan  8  milyon  km



2

  yarımadaların, 

2mln.km

2

-dən  bir  qədər  artığı  adaların  payına  düşür.  .Xarici 



Asiyanın  sahəsi  26  mln.km

2

-dir.  Qitənin  şimal  sahilləri 



nisbətən  zəif  parçalanmışdır.  Burada    Taymır,  Yamal    və  

Qıdan  yarımadaları,qitə  dayazlığı  üzərində  isə  Şimal  Torpağı, 

Novosibir  arxipelaqları  və  Vrangel  adası  yerləşir.  Şərq  sahil 

çox  parçalanmışdır.  Şərqdə  böyük  yarımadalardan  Kamçatka, 

Koreya,adalardan  Kuril  adaları,  Yapon,  Ryukyu,  Tayvan  və 

Filippin adaları və s.göstərmək olar.  Şərq sahildə qövs şəklində 

şimaldan  cənuba  uzanan  adalar  ilə  qitə  arasında  dərin  kənar 

dənizlər- Oxot, Yapon, Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri  

yerləşir. Qitənin cənub-şərqində Hind Çin yarımadası və Malay  

arxepalağı  adaları  (Kalimantan,  Yava,Sumatra,  Sulavesi    və 

s.)yerləşir.  Cənub  və  cənub-qərb  sahil  zəif  parçalanmışdır. 

Burada Asiyanın Hindistan, Ərəbistan,qərbdə Kiçik-Asiya kimi 

böyük  yarımadaları  vardır.Şimal-şərqdə  Asiya  ilə  Şimali 



Amerikanı ensiz (85km)  və dayaz Berinq boğazı ayırır. Suveyş 

kanalı    çəkilənə  qədər    cənub-qərbdə  Suveyş  bərzəxi  Asiyanı 

Afrika ilə birləşdirirdi. Avropa ilə sərhəd  qurudan keçir. Asiya 

ərazisinin  böyüklüyü  və  yığcamlığı  ilə  əlaqədar  olaraq    onun 

daxili  vilayətləri  dəniz  sahillərindən    2-2.5min  km  uzaqda 

yerləşir (Avropada 600km) 

         Asiya    orta  yüksəkliyinə  görə  də  qitələr  arasında  birinci 

yerdə  durur.(Asiya  940  m,Afrika  750  m,Avropa  320  m)  . 

Ərazinin  böyüklüyü,oroqrafik  quruluşunun  mürəkkəbliyi  və 

daxili  vilayətlərin  dənizlərdən  çox  uzaqda,yüksək  dağlar 

arxasında  yerləşməsi,qitənin  daxili  və  kənar  hissələrində 

tamamilə  müxtəlif  landşaft  komplekslərinin    inkişafına  səbəb 

olmuşdur.  Xarici    Asiyanın  kənar  hissələri  (Qabaq  Asiya 

müstəsna olmaqla) dəniz və okeanların təsiri altında qalır. Buna 

görə  də,qitənin  kənar  hissələri  üçün  rütubətli  musson  iqlimi 

səciyyəvidir. Qitənin daxili  hissələrini şərq və  cənubdan  əhatə 

edən  yüksək dağ silsilələri dənizlərdən gələn rütubətli musson 

havalarına  çevrilmiş  yamacları  olduqcaq  bol    yağıntı  aldığı 

halda,həmin  dağların  daxili  yamacları  quru  iqlimə  malikdir. 

Qitənin    daxili  hissələrinin  qapalı  və  yarımqapalı  sahələri 

kəskin  kontinental  iqlim və arid landşaftı ilə səciyyələnir. 

            Asiya  dünyada  ən  yüksək  dağ  silsilələrinin,dağlıq 

yaylaların  və  axarsız hövzələrin olması,eyni zamanda geoloji 

inkişafının  daha  mürəkkəbliyi  ilə  də  başqa  qitələrdən  seçilir. 

Qitənin    ayrı-ayrı  morfostruktur  sahələri  bir-birindən  kəskin 

sürətdə  fərqlənir.  Asiyada    fiziki-coğrafi  zonallıq  olduqca 

mürəkkəbdir. Bu bir tərəfdən qitənin böyük məsafədə qərbdən 

şərqə  uzanması  ilə,digər  tərəfdən  daxili  sahələrlə  kənar 

sahələrin  rütubətlənmə  dərəcəsində  ciddi  fərq  olması  ilə  izah 

edilməlidir.  Yuxarıda  qısa  şəkildə  göstərilən  əlamətlərdən 

aydın  olur  ki,  Asiya    yer  kürəsində  ən  mürəkkəb  ,ən  maraqlı 

təbii-coğrafi  xüsusiyyətlərlə zəngin bir qitədir. 

             Asiyanın şimal hissəsi SSRİ ərazisində yerləşir. Həmin 

hissənin  fiziki  coğrafiyası    SSRİ  fiziki  coğrafiyası    kursunda  




keçildiyi  üçün  burada    söhbət  yalnız  xarici  Asiyadan  

gedəcəkdir. . 

 

 

                             GEOLİJİ   QURULUŞU 



           VƏ İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ 

 

         Başqa  qitələrdən  fərqli  olaraq    Asiya  bir  neçə  qədim 

platforma      özəyinə  malikdir.    Şimalda    Sibir  platforması, 

mərkəzdə  və şərqdə Çin platforması,cənubda və cənub-qərbdə 

Hindistan  və  Ərəbistan  platformaları  yerləşir.  Bu  platformalar 

arasında  öz  inkişafını  paleozoy  və    mezozoyda    qurtarmış 

geosinklinallar    üzərində    yaranmış  geniş    ərazi  tutan  cavan 

platforma  və  orogen  sahələri  vardır.  Qitənin  şərq  və  cənub-

şərqində  aktiv    vulkanizm,güclü  zəlzələlər  və  kəskin  təzadlı 

tektonik  hərəkətlər  sahəsi    olan  müasir  geosinklinallar 

mövcuddur. Asiya qitəsinin geoloji inkişaf tarixində  aşağıdakı 

böyük mərhələlər  ayrılır:Kembridən əvvəlki mərhələ,paleozoy, 

mezozoy və kaynozoy  mərhələləri. 



           Kembridən  əvvəlki  mərhələdə    Asiyada  yerləşən 

platformaların  qırışıq  əsası  yaranmışdır.  Müəyyən  edilmişdir 

ki,qitənin  qədim  platformaları  sahəsində  bir  çox    qədim 

geosinklinallar  mövcud  olmuşdur.  Bu  geosinklinallarda  arxey 

və  proterezoy    eralarında  quvvətli  qırışıqlı  hərəkətlər, 

vulkanizm,maqmatizm,metamorfizm  hadisələri  baş  vermişdir. 

Müasir  üsullarla  aparılan  tədqiqatlara  əsasən  müəyyən 

edilmişdir  ki,  Sibir  platformasındakı  Anbar  və  Aldan 

qalxanlarında , Çin ,Hindistan və Ərəbistan platformalarında ən 

qədim  qırışıqlıq,  Rus  platformasında  olduğu  kimi,  Saam 

qırışıqlığıdır.  Aldan  qalxanında  Saam  qırışıqlığı  çox  qalın    

(15-20km)  geosinklinal  çöküntü  kompleksini  əhatə  etmişdir. 

İstər  Aldan  qalxanında,  istərsə  də  Asiyanın  qalan  platforma  

sahələrində  Saam qırışıqlığı sahəsi ətraflardan Kareliya, Satpur 

və Baykal  qırışıqlıqları sahələri ilə əhatə olunur. Lakin hər                                     



Yüklə 215,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə