Ümumi İcmal



Yüklə 215,14 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix26.01.2018
ölçüsü215,14 Kb.
#22478
1   2   3   4   5   6   7

qalxan  daxilində  qədim  qırışıqlıq  komplekslərinin  hamısı  eyni 

dərəcədə    və    kompleks  şəkildə  iştirak  etmir.Məs:  Satpur  

kompleksi qırışıqlığı yalnız Hindistan platformasında müəyyən 

edilmişdir.  Karelya  və  Baykal    qırışıqlığı  isə  Asiya  və 

Avropanın  bütün  platformalarında  geniş  yer  tutur.  Qədim 

platformaları təşkil edən süxur qatlarının  litoloji xüsusiyyətləri, 

əksər  platformalarda  Ukrayna  qalxanı  Saam  qırışıqlığı  üçün 

xarakter  olan  dəmirli  kvarsitlərdən  ibarətdir.  Bu  xüsusiyyət, 

həm  də  müasir  üsüllarla  süxurların  yaşının  təyin  edilməsi, 

qədim platformalarda geosinklinal  rejimin yaranması və başa  

çatmasının  təxminən  eyni  geoloji  dövrdə  olmasını  müəyyən 

etməyə  imkan  verir.  Beləliklə    Asiyanın  kristallik  və 

metamorfik süxurlardan ibarət platformaları kembridən əvvəlki 

dövrdə,təxminən  2  milyard  2200  mln.il  davam  edən  arxey  və 

proterozoy  eralarında  mürəkkəb  geotektonik  bir  şəraitdə 

yaranmışdır. 

            Hər  bir  geosinklinal  inkişaf  tsikli  başa  çatdıqda  stabil 

sahələr  yaranmış  və  çox  vaxt  həmin  sahələrin  yenidən 

aktivləşməsi  nəticəsində  onların  üzərində  geosinklinal 

əyilmələr  yaranmışdır.  Məsələn,  müəyyən  edilmişdir  ki, 

Kareliya  geosinklinalları  Saam  qırışıqlığı  nəticəsində 

stabilləşmiş sahələrdə, Tetis geosinklinalı isə Baykal qırışıqlığı 

əsası  üzərində  yaranmışdır.  Kembridən  əvvəlki  uzun  sürən 

geoloji inkişaf tarixi nəticəsində Asiyada Sibir, Çin, Hindistan  

və 

Ərəbistan 



platformaları 

yaranmışdır. 

Kembrinin 

başlanğıcına  qədər,  hələ  Baykal  qırışıqlığı  davam  etdiyi  bir 

dövrdə, həmin platformaların böyük struktur vahidləri (antekliz 

və  sineklizlər)  formalaşmağa  başlamışdır.  Kembridən  çox 

əvvəllər yaranmış bəzi anteklizlər sonrakı geoloji dövrlərdə öz 

struktur sərbəstliyini,inkişafında permanentliyi saxlamış və heç 

zaman dəniz transqressiyalarına məruz qalmamışdır (Anabar və 

Aldan qalxanları, Ərəbistan-Nubiya anteklizi və s.) 

            Asiyanın  paleozoy  erası  tarixində  iki  əsas  mərhələ 

ayrılır:  




1)aşağı paleozoy, yaxud kaledon qırışıqlığı mərhələsi 

2)yuxarı paleozoy, yaxud hertsin qırışıqlığı mərhələsi. 



           Kaledon qırışıqlığı Asiyada az sahə tutur. Bu qırışıqlıq 

əsasən    Sibir  platformasının  cənub,cənub-qərb,  cənub-şərq 

kənarlarında  (Sayan,  Altay,  Şimali  Tyanşan,  Nanşan 

dağlarında, cənub-şərqi Çində və mərkəzi Qazaxıstanda , Sibir 

və  Çin  platformaları    arasındakı  geosinklinallarlda)  olmuşdur. 

Qabaq  Asiya  yaylalarının  özəyi  kaledon  qırışıqlığı  zamanı 

yaranmışdır.  Kaledon  qırışıqlığı  iki  əsas  mərhələdə  baş 

vermişdir. İlk kaledon  qırışıqlığı- bu əsasən kembri dövrünün 

axırında başa çatmışdır. Son kaledon qırışıqlığı isə ordovik və 

silur  dövrlərində  baş  verməklə,  devon  dövrünün  başlanğıcına 

qədər  davam  etmişdir.  Kaledon  geosinklinalı  Baykal  əsası 

üzərində 

yaranmışdır. 

Burada 


evgeosinklinal 

və 


miogeosinklinal  çöküntü  kompleksləri  ayrılır.  İlk  kaledon 

qırışıqlığı  çox  kicik  sahələrdə  Sayan  dağlarında  müəyyən 

edildiyi  halda,  son  kaledon  qırışıqlığı  Avropada  olduğu  kimi 

nisbətən  geniş  sahədə  özünü  göstərmişdir.  Kaledon  qırışıqlığı 

Sibir  və  Çin  platformaları  arasındakı  geniş  sahədə  müəyyən 

qalxmalar zonası əmələ gətirmişdirsə də, hələ paleozoy erasının 

ikinci  yarısında qitənin  olduqca  geniş  əraziləri geosinklinal  və 

epiplatforma  dənizləri  ilə  örtülü  idi.  Bu  dənizlərdə  olduqca 

müxtəlif  litoloji  tərkibli  və  müxtəlif  mənşəli  çöküntülər 

toplanırdı. Geosinklinal hövzələrdə onlar daha müxtəlif və çox 

qalın (məs, Nanşanda 12-15 km) epiplotforma dənizlərində az-

çox yekçins və nazik qatlar əmələ gətirmişdir.  

           Yuxarı  paleozoyda  Asiyanın  geosinklinal  sahələrində 

qüvvətli  tektonik  hərəkətlər  nəticəsində  hertsin  qırışıqlığı 

zonaları  əmələ  gəlir.  Bu  qırışıqlıq  özündən  əvvəl  olmuş 

kaledon  qırışıqlığına  nisbətən  daha  geniş  sahədə  baş  vermiş, 

bəzi  yerlərdə  isə  kaledon  qırışıqlığı  zonaları  da  tektonik 

hərəkətlərə  məruz  qalmışdır.  Hertsin  qırışıqlığı  Uralda 

(qırışıqlıq  Ural  dağlarının  müasir  şərq  ətəyindən  100-200  km 

şərqə  və  500km-ə  qədər  uzanan  daha  geniş  bir  sahəsində 




olmuşdur), Manqışlaqda, Taymırda, Mərkəzi Asiyanın geniş bir 

sahəsində, Tarim massivivindən cənubda Kunlun,Sinlin dağları 

zonasında  qırışıq  dağlar  əmələ  gətirmişdir.  Hertsin  qırışıqlığı 

alp  geosinklinalı  zonasında  yerləşən  və  az-çox  kaledon 

qırışıqlığına  məruz  qalmış  sahələrdə  də  (adalarda)  özünü 

göstərmişdir.  Bu  qırışıqlıqdan  sonra  həmin    sahələr  xeyli 

sabitləşmiş  və  alp  geosinklinalı  zonasında  sabit  aralıq 

massivlərə  çevrilmişdir.  Uzun  müddət  sabit  qalan  bu  aralıq 

massivlər 

arabir 


mezozoyda 

və 


kaynozoyda 

dəniz 


transqressiyalarına  məruz  qalmış  və  onların  üzərində  çöküntü 

süxür örtüyü toplanmışdır. Alp qırışıqlığı və orogeni zamanı bu 

massivlər  xeyli  aktivləşmiş,  parçalanmış,  tektonik  dəyişikliyə 

məruz qalmışdır. 

            Asiyanın 

hertsin  qırışıqlığı  sahələrində  yuxarı 

paleozoyda 

böyük 


qırışıqlı, 

qırışıqlı-faylı 

qalxmalar 

(meqantiklinoriumlar), dağarası və dağətəyi çökəklər (tektonik 

əyilmə  zonaları)  kimi  struktur  vahidlər  yaranır.  Əyilmələr 

sahəsində əsasən dəniz, qismən kontinental çöküntülər,dağarası 

çökəklərdə  həm  də  vulkanogen  çöküntülər  toplanırdı.  Hertsin 

qırışıqlığı nəticəsində Çin və Sibir platforması arasındakı geniş 

bir  ərazi  mürəkkəb  relyefi  olan  quruya  çevrilir    və  qitənin 

ərazisi  xeyli  genişlənir.  Bununla  bərabər  Çin  platforması 

aktivləşir,onun  üzərində  müxtəlif  istiqamətli  (şərqdə  əsasən 

meridian  istiqamətli)  çökəklər  əmələ  gəlir  və  nəticədə 

platforma ayrı-ayrı massivlərə bölünür (Tarim, Sıçuan, Şandun-

Koreya, cənubi Çin və Hind-Çin massivləri) 

            Mezozoy 

erasında  Asiyanın  Tetis  geosinklinalı 

zonasında  əyilmə  və  dəniz  şəraitində  çöküntü    toplanması 

davam  edir.  Qitənin  geniş  daxili  hissələri  kontinental  şəraitdə 

inkişaf  edir.  Burada  əhəmiyyətli  dəyişikliklər  baş  vermir, 

əksinə,  əvvəlki  mərhələdə  yaranmış  dağların  əksəriyyəti 

qüvvətli  aşınır,geniş  sahələr  platforma  rejimində  inkişaf  edir. 

Peneplenlər  əmələ  gəlir.  Platformaların  zəif  əyilməkdə  olan 

hissələri (sineklizlər) və qalxanların bunlara yanaşan ətəkləri  



Yüklə 215,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə