Ümumi İcmal



Yüklə 215,14 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix26.01.2018
ölçüsü215,14 Kb.
#22478
1   2   3   4   5   6   7

(Sibirdə,  Ərəbistanda  ),əyilməkdə  olan  tavalar  dəniz 

transqressiyalarına məruz qalır. Mezozoyda Çin platformasının 

əyilmə  sahələrində  yanşan  qırışıqlığı  nəticəsində  tektonik 

inversiya  başlayır,  platforma  tipli  qırışıqlı,qırışıqlı-faylı  dağlar 

əmələ  gəlir.,  vulkanizm  baş  verir  və  platformanın  tektonik 

quruluşu  xeyli  mürəkkəbləşir.  Yeni  əmələ  gəlmiş  dağlara 

nisbətən, sabit massivlər relyefdə mənfi formalar əmələ gətirir. 

Mezozoyda    Çin  platformasında  olan  hərəkətlər  qitə  sahəsini 

genişləndirmir.  Bu  dövrdə  qitənin  şərqində  vulkanizm  böyük 

bir güclə özünü göstərir. Mezozoyun axırlarında xeyli yüksəyə 

qalxmış    Nubiyə-Ərəbistan  qalxanın    künbəz    hissəsində, 

Qondvananın  şimal  qəlpəsi  olan  Hindistan  platformasında 

böyük  tektonik  qırılmalar  əmələ  gəlməyə  başlayır.  Dekan 

yaylasında  sahəvi  püskürmələr  baş  verir,  tektonik  hərəkətlər 

daha da aktivləşir. 

            Asiyanın  geoloji  inkişafında  kaynozoy erası xüsusi bir 

mərhələ  kimi  ayrılır.  Bu  era  geoloji  hadisələrlə  olduqca 

zəngindir.  Bu  vaxt  tektonik  hərəkətlər  istər  alp  geosunklinalı 

sahəsində, istər qədim platformalarda və həmçinin qitənin şərq 

“Sakit okean odlu dairəsinə “aid  olan hissəsində  böyük qüvvə 

ilə  özünü  göstərmişdir.  Asiyanın  Alp  qırışıqlığı  zonalarının 

kaynozoy tarixində iki əsas mərhələ:1) Alp qırışıqlığı, 2)orogen 

mərhələ  (axırıncı  aktivləşmiş  platformalara  da  aid  edilir) 

ayırmaq  mümkündür.  Əvvəlki  eralarda  geosinklinal  rejimə 

malik  olan  Alp  geosinklinalı  (Tetis  və  Alp  geosinklinalı 

sinonim kimi işlədilə bilər ) qapanır. Bu dövrdə həm qırışıqlıq 

,həm  də  orogen  fazalar  əsasən  başa  çatır.  Bu  zonanın 

meqantiklinoriumlarının    mərkəzi  hissələri  hələ  mezozoyun 

axırlarında  inversiyaya  başlamışdır.  Paleogendə  isə  Alp 

geosinklinalında  əsas  qırışıq  zonalar  yaranır.  Qabaq  Asiyanın 

aralıq  massivlərini  (Anadolu  və  İran  yaylaları)  şimaldan  və 

cənubdan  əhatə  edən  qırışıq,qırışıq-faylı  dağ  silsilələri  əmələ 

gəlir(şimalda  Pont,  Kiçik  Qafqaz,  Talış,  Əlburz,  Kopetdağ, 

Pamir;cənubda Tavr, Zaqros, Süleyman dağları). Hindiquş,  




Himalay  və  Birma  dağlarında  həm  güclü  qırışıqlıq,həm  də 

şaquli  qalxma  gedir.  Alp  qırışıqlığının  əsas  mərhələsi  zamanı 

qalxmaqda  olan  silsilələr  arasında  və  ətəyində  yaranan 

çökəklərdə  dəniz  və  qismən  kontinental  çöküntülər  toplanır 

(aşağı  molass  çöküntüləri),daxili  zonalarda  qüvvətli  vulkan 

püskürmələri baş verir. 

             Paleogendə  hələ  Alp  qırışıqlığı  zonasının  daxili 

massivləri  az  yüksəkdə  yerləşdiyindən  arabir  dəniz 

transqressiyalarına  məruz  qalırdı.  Mərkəzi  Asiyanın  aşınmış 

qədim  qırışıqlıq  sahələri  (cavan  platformalar)  bir  qədər 

aktivləşir.  Tibet  və  Himalay  dağları  daha  intensiv  qalxır. 

Ziddiyyətli  tektonik  hərəkətlər  sahələrində  dərin  tektonik 

qırılmalar  yaranır  və  bu  qırılmalar  üzrə  intensiv  vulkan 

püskürmələri  baş  verir.  Tektonik  hərəkətlər  çox  gərgin  olan 

sahələrdə  üfüqi  təzyiq  nəticəsində  şaryaj  quruluşu  inkişaf 

etməyə  başlayır.  Paleogenin  axırları  və  neogenin  əvvəllərində 

istər  Alp-Himalay  zonasında,istərsə  də  Asiyanın  başqa 

sahələrində  tektonik  hərəkətlər  bir  qədər  zəifləyir.  Qabaq 

Asiyanın  alp  qırışıqlığı  zonasındakı  dağlar  xeyli  aşınır,geniş 

sahələrdə  hamarlanma  səthləri  intişar  edir,qitənin  daxili 

vilayətlərində də tektonik hərəkətlər bir qədər zəifləyir.  

              Bu  dövrdə  Şərqi  Asiyada  intensiv  çökmə  və  qalxma 

gedir.Yapon  adaları,  Tayvan  və  Filippin  adalarında  çox  qalın 

paleogen və miossen çöküntüləri toplanır,çox yerdə vulkanizm 

aktiv davam  edir və dərinlik tektonik  qırılma zonaları  yaranır. 

Asiyanın  geoliji  inkişafı  tarixində  neogen  və  dördüncü  dövr 

hadisələri  xüsusi  yer  tutur.  Neotektonik,  yaxud  orogen 

mərhələdə  (neogen-dördüncü  dövr)  Alp-Himalay  zonasında  

tektonik  hərəktlər  böyük  bir  sürətlə  özünü  göstərir.  Qabaq 

Asiya  yaylalarını  şimaldan  və  cənubdan  əhatə  edən  dağ 

sıralarının  yüksəkliyi  (bunlar  meqantiklinoriumlara  müvafiq 

gəlir)  2000-3000  m,  bəzən  4000-5000m-ə  qədər  artır,dağarası 

və dağətəyi çökəklərdə əyilmə daha da sürətlənir və burada çox 

qalın iri qırıntılı çökütülər (yuxarı molass formasiyası)toplanır.  




Pliosen  və  dördüncü  dövrdə  isə  bu  çöküntülər  qırışıqlıqda 

yığılaraq  böyük  dağ  silsilələrini  kənardan  haşiyələyən  alçaq 

dağları və tirələri əmələ gətirir. 

           Neotektonik  mərhələdə  aralıq  massivlər  də  xeyli 

yüksəyə  qalxır  (800-2000m)  və  bəzən  yerlərdə  olduqca  güclü 

vulkan  püskürməsi  baş  verir,lava  yaylaları,nəhəng  vulkan 

konusları 

yaranır.(Şərqi 

Anadoluda, 

Ermənistan 

yaylasında,Cənubi Azərbaycanda). Bu mərhələdə Alp-Himalay 

zonasında  qırılmalar  üzrə  üfüqi  hərəkətlər  də  baş  verir,şaryaj 

quruluşu  daha  geniş  miqyasda  inkişaf  edir.(Himalayda  və  s.). 

Himalay  dağları  daha  intensiv  qalxır.  Neotektonik  mərhələnin 

bir  əlamətdar  cəhəti  də  ondadır  ki,bu  mərhələdə  Mərkəzi 

Asiyanın  cavan  platformaları  sahəsində  tektonik  aktivləşmə 

daha kəskin olmuşdur. Altay,Sayan,Tyan-Şan,Kunlun,Nanşan,   

Sinlin  dağları  sistemi  çox  böyük  bir  sürətlə  qayma  şəklində 

qalxmağa  başlamışdır.  Həmin  dağların  qalxması  qədim 

platformaların  sabit  massivlərinə  də  öz  təsirini  göstərmişdi 

(Tarim,  Ordos  və  s.).  Qazaxıstan  qırışıq  təpəliyi,Ural,Sibir 

platformasının  bəzi  sahələri  və  Şimal-Şərqi  Asiyada    böyük 

sahələr  qalxma  və  enmə  hərəkətlərinə  məruz  qalmışdır.  Bu 

hərəkətlər nəticəsində  yüksək dağlar daimi  qar xəttindən xeyli 

yüksəyə  qalxmış  və  böyük  dağ-dərə  buzlaqları  yaranmışdır. 

Digər  tərəfdən  Mərkəzi  Asiyanın  çökək  və  yaylalarını  hər 

tərəfdən əhatə edən dağların çox yüksəyə qalxması,okeanlardan 

gələn  rütubətli  hava  axınlarının  qarşısını  kəsdiyindən,qitənin 

daxili  hissələrinin  iqliminin  quraqlaşma  dərəcəsi  artmışdır. 

Neogen-dördüncü  dövrdə  baş  verən  hərəkətlər  qitənin  müasir 

sərhədləri  daxilində  formalaşmasının  əsas  amili  olmuşdur.  Bu 

dövrdə  Şərqi  Asiyada    və  İndoneziyada  daha  böyük 

dəyişikliklər baş vermişdi. Şərqi və cənub-şərqi Asiyanın kənar 

dənizlərinin,adalar qrupunun,onları əhatə edən dərin çökəklərin 

yaranması neogen və dördüncü dövrün tektonik  hərəkətləri ilə 

əlaqədardır.  Çox  dərinlərə  gedən  tektonik  qırılmaların  əmələ 

gəlməsi və yer qabığı dərinliklərində gedən  ciddi dəyişikliklər   



Yüklə 215,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə