Ümumi İcmal



Yüklə 215,14 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix26.01.2018
ölçüsü215,14 Kb.
#22478
1   2   3   4   5   6   7

böyük xalq  təsərrüfat  əhəmiyyəti vardır. Böyük  çaylar buzdan 

azad olduqdan sonra nəqliyyatda mühüm rol (qışda qalın buzlar 

üzərində,  xizəklə  yük  daşınır).  Bu  çayların  hidroenerji 

ehtiyatlarından geniş miqyasda istifadə edilir. Anqara, Yenisey, 

İrtış  və  s.  çaylar  üzərində  böyük  hidrotexniki  komplekslər 

yaradılmışdır.  Gələcəkdə  Sibir  çayları  hesabına  Orta  Asiyada 

böyük  süni  göl  və  suvarma  şəbəkəsi  yaradılması  nəzərdə 

tutulur. 

Şərqi Asiya (Uzaq Şərq və Çin) çayları musson rejiminə 

malik olub, yağış və qar suları ilə qidalanırlar. Burada şimaldan 

cənuba hərəkət etdikcə çayların qidalanmasında yağış sularının 

payı  artır,  qar  suları  isə  azalıb  yox  olur.  Uzaq  Şərq  vəŞimali 

Çin  çayları  qışda  uzun  müddət  buzla  örtülür,  Orta  və  Cənubi 

Çin  çayları  isə  donmur.  Bununla  əlaqədar  olaraq,  Şərqi 

Asiyanın  musson  rejimli  çayları  iki  tipə  ayrılır:  Amur  tipi  və 

Çin tipi. Amur çayı yuxarı və qismən orta axarında Sibir çayları 

ilə eyni rejimə malikdir. Qidalanmasında qar sularının rolu bir 

qədər  artır.  Aşağı  axarında  isə  çayın  qidalanması  əsasən 

musson  yağışları  hesabınadır.  Burada  da  çay  qışda  uzun 

müddət  donur.  Çay  hövzəsində  buxarlanma  az  olduğundan 

yayda səviyyə az aşağı düşür. Çinin böyük çaylarından Xuanxe 

və  Yantszı  da  musson  rejimli  çaylardır.  Bunlar  əsasən  yağış 

suları  ilə,  yuxarı  axarlarında  isə  daimi  qar  və  buzlaqlardan 

qidalanırlar.  Bu  çaylarda  (xüsusilə  Xuanxedə)  dəhşətli 

daşqınlar  olur.  Xuanxe  çayı  Lyos  yaylasından  keçdikdə  külli 

miqdar  qırıntı  məhsul  aparır  və  ovalıqda  çökdürür,  deltasını 

genişləndirir. Yantsızı hövzəsində daşqınlar əsasən yayda olur. 

Çayın  üzərində  Duntin–xu  və  Poyan–xu  göllərinin  olması 

daşqınları  xeyli  tənzim  edir  və  çayın  rejimini  qaydaya  salır. 

Daşqın  zamanı  çaydan  həmin  göllərə,  çayda  səviyyə  endikdə 

isə  əksinə,  bu  göllərdən  çaya  axın  yaranır.  Yantsızı  öz 

mənbəyində daimi  qar və buzlardan qidalanır. Beləliklə  yayda 

bütün çay boyu səviyyənin qalxması müşahidə olunur. Yantsızı 



çayında  səviyyə  tərəddüdü  Xuanxedə  olduğu  qədər  kəskin  və 

sıçrayışlı deyildir. 

Yapon adalarının çayları musson rejimlidir. Bu çayların 

hövzəsi  kiçik,  özləri  isə  qısa  olmasına  baxmayaraq,  olduqca 

böyük  hidroenerji  ehtuyatına  malikdir  və  bu  ehtiyatdan 

Yaponiyada  geniş  miqyasda  istifadə  edilir  (elektrik  enerjisi 

istehsalının  2/3–ni  çaylar  üzərində  tikilmiş  hidroelektrik 

stansiyaları  verir).  Adaların  çayları  əsasən  yağış  suları,  qərb 

sahilin  çayları  isə  yağış  və  qar  suları  ilə  qidalanır.  Cənub  və 

cənub–şərq  sahilin  çaylarında  maksimum  səviyyə  yay 

mussonları  zamanı  olur.  Qərb  sahil  çayları  yazda,  qalın  qar 

örtüyünün əriməsindən daşır və yayda bu səviyyəni yağış suları 

saxlayır. Qışda da həmin çaylar bol sulu olurlar. 

Hindistan  və  Hind–Çinin  çayları  tipik  musson  rejimli 

çaylardır.  Orta  dağlardan  və  alçaq  yaylalardan  axan  çayların 

səviyyə  rejimi  ildə  iki  dəfə  kəskin  dəyişir.  Yayda  bu  çaylar 

musson  yağışları  hesabına  çox  daşırlar,  qışda  isə  səviyyə 

olduqcq  aşağı  düşür.  Hindistan  və  Hind–Çinin  böyük  çayları 

(Hind,  Qanq,  Brahmaputra,  İravadi,  Saluin,  Mekonq  və  s.)  öz 

mənbələrini yağıntısı az olan yüksək Tibet yaylasının cənub və 

cənub–şərq  yamaclarından  alır.  Bu  hissədə  çaylar  az  sulu 

olmaqla  buzlaqların  əriməsi  hesabına,  qismən  də  qar  suları 

hesabına qidalanırlar. Bu çaylar orta və aşağı axarlarında (Hind 

çayından başqa) yay mussonlarının ən güclü olduğu sahələrdən 

keçir.  Beləliklə  onların  əksəriyyəti  ya  tamamilə,  yaxud  da 

əsasən  yay  musson  yağışları  hesabına  qidalanmaqla, 

mussonların  qızğın  vaxtı  daşır.  Himalayda,  Qaraqorumun 

cənub  yamaclarında  çoxlu  miqdarda  böyük  buzlaqların  və 

daimi  qarların  şiddətli  surətdə  əriməsimusson  yağışlarından 

əmələ gələn daşqınları daha da gücləndirir (Bu hal Qanq üçün 

daha  səciyyəvidir).  Hind  çayı  Hind  düzənliyindən  keçdikdə 

buxarlanmaya  çox  su  itirir;  o  mənsəbində  başqa  cənubi  Asiya 

çaylarına nisbətən az suludur. Cənubi Asiya çaylarının suvarma 



və  gəmiçilikdə  olduqca  böyük  əhəmiyyəti  vardır.  Bu  çayların 

tükənməz hidroenerji ehtiyatlarından hələlik az istifadə edilir. 

Ön  Asiyanın  çayları  başlıca  olaraq  yağış  sularından 

qidalanır. Yüksək dağlardan axan çayların qidalanmasında qar 

sularının, vulkanik yaylalardan axan çaylarda isəyeraltı suların 

rolu artır. Daxili yayla çaylarının bir qismi səhra qumlarında itir 

(Hilmend  və  s.),  bir  çoxu  isə  sahildəki  dağları  yararaq  kənar 

dənizlərə  axır  (Qızılüzən,  Qızıl  İrmak  və  s.).  Ön  Asiyadan 

Aralıq  dənizinə  axan  çaylar  qışda  çox  sulu  olur,  yayda 

dayazlaşır,  bəzi  çaylar  isə  tamamilə  quruyur.  Çaylardan 

suvarmada geniş miqyasda istifadə edilir. 

Mərkəzi  və  Orta  Asiyada  böyük  çaylar  (Amudərya, 

sırdərya,  Tarim  və  s.)  axmaz  hövzə  çayları  kimi  xarakterizə 

edilir. Ön Asiyada olduğu kimi, burada da çayların əksəriyyəti 

öz  sularını  qapalı  hövzənin  böyük  göl  və  dənizlərinə 

çatdırmadan dağ ətəyindəki qumluqlar arasında itirlər (Edzan – 

qol,  Tarim,  Murqab,  Təcən  və  s.).  Yalnız  ən  böyük  çaylar 

Amudərya və Sırdərya öz sularını Aral dənizinə çatdırır. 

Mərkəzi  və  Orta  Asiyanın  ən  böyük  çayları  öz 

mənbələrini  yüksək  dağlıq  zonanın  daimi  qar  və  buzlarından 

götürürlər. Bu çaylar yayda çox daşırlar, qışda isə dayazlaşırlar. 

Dağlardan düzənliyə çıxdıqdan sonra onlar qol  qəbul  etmir və 

yayda  buxarlanma  və  suvarmaya  çox  su  itirirlər.  Öz 

mənbələrini  orta  və  alçaq  dağlardan  götürən  çayların 

qidalanmasında  yeraltı  sular  əsas  yer  tutur.  Mərkəzi,  Orta  və 

Ön  Asiyanın  dağətəyi  və  düzənlik  sahələrində  yeraltı  suların 

böyük  təsərrüfat  əhəmiyyəti  vardır.  Iran  yaylasında  bu  sular 

çox  zaman  şor  olduğundan  istifadə  edilmir.  Yeraltı  sulardan 

kəhrizlər vasitəsi ilə istifadə olunur.  

Gölləri. Asiya qitəsi müxtəlif mənşəli göllərlə zəngindir. 

Qitədə ən çox textonik mənşəli böyük və kiçik göllərə təsadüf 

edilir. Dünyanın ən böyük və ən dərin gölləri Asiyada yerləşir 

(Xəzər və Aral dənizləri, Baykal gölü–dərinliyi 1620 m, Balxaş 

gölü və s.) Asiyada göllər bir neçə tektonik sahədə yerləşirlər. 




Bunlardan  birincisi  və  ən  əsası  Pamirdən  Stanovoy  dağlarına 

qədər  uzanan  Mərkəzi  Asiya  yaylaları  ilə  Sibir  və  Orta  Asiya 

düzənləri  arasında  yerləşən  ərazidir.  Bu  ərazinin  böyük 

göllərindən  İssık–kul,  Balxaş,  Alakul,  Ebinur,  Baqraşkul, 

Zaysan,  Ubsu–nur,  Xubsuqul  və  Baykalı  göstərmək  olar. 

Baykal, Zaysan, Xubsuqul və İssık – kuldan başqa qalan göllər 

axarsız olmaqla, şor göllərdir. 

Mərkəzi  Asiya  yaylalarında  Lobnor  və  Qaşun  –  nur 

gölləri,  Nanşan  dağlarında  Kukunor  gölü  yerləşir.  Tibet 

yaylasında çoxlu göllər vardır. Çinin böyük gölləri Duntin – xu 

və Poyan–xu gölləridir. Cənubi Asiyada göllər azdır. Burada ən 

böyük  göl  Hind–Çindəki  Tonle–sap  gölüdür.  Ön  Asiya 

yaylalarında bir çox textonik və vulkanik–bənd mənşəli, habelə 

karst gölləri vardır. Burada ən böyük göllər Rizayə, Van, Sevan 

və  Tuz  gölüdür.  İran  yaylasının  şərqində  dayaz  və  şor  göllər 

(Dəryaçəyi nəmək və s.) vardır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Torpaq və Bitki örtüyü 

Asiya  qitəsi  bitki  örtüyünün  olduqca  zənginliyi, 

torpaqlarının  isə  daha  müxtəlifliyi  ilə  Avropadan  kəskin 

fərqlənir.  Cənubi  Asiya  və  Ön  Asiyanın  cənub  –  qərbi,  İran 

yaylasının  cənubi  Paleotropik,  qalan  ərazi  isə  Qolarktikaflora 

sahələrinə daxildir. Bu iki flora sahəsində geoloji tarix boyu və 

xüsusilə kaynazoyda bütün üzvi aləm, o cümlədən bitki örtüyü 

tamamilə  müxtəlif  iqlim  şəraitində  inkişaf  etmiş  və 

formalaşmışdır.  Cənubi  Asiyanı  əhatə  edən  Paleotropik  bitki 

sahəsi  iqlimində  üçüncü  və  dördüncü  dövrlərdə  dəyişiklik 

olmamışdır.  Bunun  nəticəsində  həmin  sahədə  üçüncü  dövrün 

bitkiləri  dəyişmədən  inkişaf  etmiş  və  zənginləşmişdir.  Bu 

sahənin  bitki  örtüyündə  hətta  mezozoy  erasının  bitkiləri  belə 

saxlanmaqdadır.  

 

Qitə  ərazisinin  olduqca  geniş  bir  hissəsini  tutan 



Qolarktika  sahəsi  də  bitki  örtüyünün  zənginliyi  ilə  seçilir. 

Burada  Aralıq  dənizi  quru  subtropiklərindən  və  Şərqi  Asiya 

rütubətli  subtropiklərindən  tutmuş,  Orta  və  Mərkəzi  Asiyanın 

arid  iqlim  qurşağında  təşəkkül  tapmış  səhra  və  yarımsəhra 

bitkilərinə,  mülayim  qurşağı  yarpağını  tökən  enli  yarpaqlı 

meşələrinə,  nəhayət  qitənin  Şimal  Buzlu  okeanın  sahillərinin 

meşə  -  tundra  və  tundra  bitkilərinə  qədər  olduqca  geniş  və 

müxtəlif bitki formasiyalarına rast gəlmək mümkündür.  

 

Şimali  Asiya  dördüncü  dövr  buzlaşmaları  tam  örtük 



əmələ  gətirə  bilmədiyinə  görə  Avropada  olduğu  kimi  boreal 

meşələr  çox  ziyan  çəkməmiş,  tayqa  və  hətta  enliyarpaqlı 

meşələr  zonası  Avropada  olduğu  kimi  dəfələrlə  məhv 

edilməmiş,  yalnız  müəyyən  dəyişikliyə  məruz  qalmışdır. 

Dördüncü  dövürdə  iqlim  soyuqlaşması  Xarici  Asiya  şimal  və 

şimal–şərqində  üçüncü  dövrə  aid  bitki  örtüyünün  müəyyən 

sahələrdə  özünə  sığınacaq  tapmasına  mane  ola  bilməmişdir. 

Mərkəzi  Asiyanın  hələ  üçüncü  dövrdən  arid  və  kontinental 

iqlimə  malik  olması,  burada  yarımsəhra  və  səhra  bitkilərinin 

formalaşmasına  şərait  yaratmışdır.  Qitənin  şərqində  bitki  və 




heyvanların şimaldan cənuba və əks istiqamətdə miqrasiyasına 

mane  ola  biləcək  oroqrafik  sədlərin  olmaması  subtropik  və 

boreal  bitkilərin  geniş  məsafədə  qarışmasına  və  xüsusi 

daurflora sahəsinin yaranmasına gətirib çıxarmışdır. 

 

Asiyanın  böyük  flora  sahələrindən  Malayya  arxipelaqı 



və  Malakka  yarımadasını  əhatə  edən  Maleziya  yarımvilayəti 

bitki  örtüyü  çox  rəngarəngliyi  və  endemik  növlərlə  zəngin 

olması  ilə  seçilir.  Burada  65  mindən  çox  bitki  növü  vardır. 

Cənubi  Asiyanın  qalan  ərazisini  tutan  (Hindistan,  Hind–Çin, 

Cənubi  Çin) Hind–Afrika  yarımvilayətində isə 21 mindən çox 

bitki növü qeydə alınmışdır.  

 

Asiyanın  Qolarktika  flora  sahəsinə  daxil  olan  başqa 



bitki 

yarımvilayəyləri 

növcə 

xeyli 


kasıbdır. 

Bəzi 


yarımvilayətlərdə isə ağac bitkiləri növləri çox az olur, meşələr 

öz  yerini  çöl,  yarımsəhra  və  səhra  bitkilərinə  verir  (Mərkəzi 

Asiya, Ön Asiyanın arid sahələri və s.). Asiyada ən cavan flora 

sahəsi Tibetdir. Burada bitki örtüyü buzlaşma dövründən sonra 

formalaşmışdır.  Tibetin  müasir  bitki  örtüyü  Şərqi  Asiya, 

Himalay  və  qisməndə  Mərkəzi  Asiya  (13%)  bitkilərinin 

miqyası hesabına yaranmışdır. Asiyanın oroqrafik quruluşunun 

çox  mürəkkəb  olmasına  baxmayaraq  burada  torpaq  və  bitki 

örtüyünün coğrafi zonallığı özünü yaxşı göstərir (şəkil21).  

 

Asiyada  cənubdan  şimala  aşağıdakı  əsas  landşaft 



zonaları  bir–birini  əvəz  edir:  ekvatorial  qiley  meşələri; 

subekvatorial  rütubətli  musson  meşələri;  savannalar,  seyrək 

meşələr  və  kolluqlar;  tropik  səhralar  və  yarımsəhralar  zonası; 

subtropik  qurşağın  səhra,  yarımsəhra,  çöl,  arid  və  rütubətli 

(musson)  meşə  və  kolluqlar  zonası;  mülayim  qurşağın  səhra, 

yarımsəhra,  çöl,  meşə-çöl  və  iynəyarpaqlı  meşələr  zonası; 

soyuq  qurşağın  meşə-tundra  zonası,  nəhayət  Şimal  Buzlu 

okeanın  Asiya bölməsində  yerləşən adalarında  Arktika səhrası 

zonası.  Buradan  aydın  olur  ki,  heç  bir  qitə  coğrafi  zonallığın 

dolğunluğuna  görə  Asiya  ilə  müqayisə  edilə  bilməz.  Asiyanın 

konfiqurasiyası  və  böyük  məsafədə  qərbdən  şərqə  uzanması, 



daxili hissələrinin okean və dənizlərin təsirindən çox uzaqlarda 

yerləşməsi,  eyni  coğrafi  qurşağın  daxilində  olduqca  müxtəlif 

torpaq və bitki növlərinin yayılmasına şərait yaratmışdır. 

 

Bu  hal  özünü  mülayim  və  subtropik  qurşaqlarda  daha 



kəskin  göstərir.  Avrasiya  miqyasında  götürülərsə,  həmin 

qurşaqların  qərb  və  şərq  okeansahili  bölmələrində  müxtəlif 

meşələrin, daxili kontinental bölmələrində isə səhra, yarımsəhra 

və  çöl  bitkilərinin  yayılmasını  görərik.  Onsuz  da  xeyli 

mürəkkəbxarakteri  olan  coğrafi  zonallıq  qitənin  daxili 

hissələrində,  xüsusilə  subtropik  enliklərdə  oroqrafik  quruluşla 

əlaqədar  olaraq  daha  da  mürəkkəbləşir.  Dağlarda  torpaq  və 

bitki  zonalarını  şaquli  zonallıq  əvəz  edir,  böyük  dağarası 

çökəklərdə arid landşaftlar, yüksək yaylalarda isə kserofit bitki 

örtüyü  zonaları  yaranır.  Tundra,  meşə-tundra  və  Sibirdə 

olduqca geniş bir sahə təşkil edən tayqa zonası orta enliklərdə 

yerləşən  qurşaqlara  nisbətən  qərbdən  şərqə  getdikcə  az 

dəyişikliyə  uğrayır.  Məsələn,  tayqa  Asiyada  Uraldan  tutmuş 

Sakit  okean  sahillərinə  qədər  uzanır  və  onun  strukturunda 

yalnız növdaxili dəyişikliklər baş verir. Tropik qurşağın özündə 

də  qərbdən  şərqə  bitki  örtüyü  kəskin  dəyişir.  Qərbdə  arid 

(səhralar)  və  şərqdə  humid  (rütubətli  musson  meşələri, 

savannalar) sahə landşaftları inkişaf etmişdir.  

 

Beləliklə,  enlik  təbii  zonallığını  yalnız  Asiya  daxilində 



nəzərdən  keçirsək,  ekvatorial  qurşaqdan  və  Sibir  tayqasından 

başqa,  bütün  qalan  qurşaqların  şərq  Sakit  okean  bölmələrində 

meşələrin  (musson  meşələrinin),  daxili  hissələrdə  isə  çöllərin, 

səhraların,yarımsəhraların, nəhayət arid kolluqların yayılmasını 

görərik.  Daxili  və  qərb  bölmələrdə  meşələrə  çox  rütubət  alan 

dağ yamaclarında rast gəlinir.  

 

Ekvatorial  qurşaqda  həmişəyaşıl  və  bütün  il  boyu 



rütubətli meşələr (qileylər), Malay arxipelaqı adalarında (Yava, 

Sumbava,  Flores,Timor  adalarından  başqa),  Malakka 

yarımadasında  və  Filippin  adalarında  yayılmışdır.  Müxtəlif 

boylu  ağac  növləri  ilə  zəngin  olan  Asiya  qileylərində 




palmaların bir çox növləri: Hebanq, saq, kariot, şəkər palmaları, 

liana–palma,  rotanq  və  fikusların  bir  çox  başqa  növləri, 

ağacabənzər  qıjılar,  nəhəng  rasamala,  Braziliyadan  gətirilmiş 

kauçuk palması və s. geniş yayılmışdır. Bu meşələrdə olduqca 

faydalı  ağac  növləri  də  vardır  ki,  onların  meyvəsindən, 

yarpaqlarından və oduncağından müxtəlif məqsədlərdə istifadə 

edilir.  Palma  ağaclarının  bəzi  növlərinin  yarpaqlarının  eni  2.5 

m,  uzunluğu  isə  6  m–ə  çatır.  Bu  flora  sahəsində  banbuk 

cəngəlləkləri  də  geniş  yer  tutur.  Ekvatorial  qurşaqda  mədəni 

bitkilərdən  çay,  çəltik,  cüt,  xurma,  tropik  və  subtropik 

meyvələr, kauçuk plantasiyaları geniş yayılmışdır.  

 

Dağlıq  sahələr  bitki  örtüyü  ilə  daha  zəngindir. 



Ekvatorial qleylər Sumatra, Kalimantan və Flores adalarındakı 

dağların  yamaclarında  1000–1500  m-ə  qədər  yüksəyə  qalxır. 

Daha  yuxarıda  tropik  və  subtropik  meşələr  yayılmışdır.  Bu 

zonaların  əsas  torpaqları  qalın  qırmızımtıl,  laterit  torpaqlardır. 

Dağlarda dağ lateritləri inkişaf etmişdir. 

 

Subekvatorial  qurşaq  Cənubi  Asiyanın  geniş  bir 



hissəsini:  Hindistanı,  Hind-Çini,  Cənubi  Çini,  Malay 

arxipelaqının  ən  cənub  adalarını  əhatə  edir.  Fəsillər  üzrə 

rütubətlənmə  şəraitində  tropik  musson  meşələri  geniş 

yayılmışdır.  ərazinin  oroqrafik  quruluşu  qeyri–bərabər 

paylanmasına  səbəb  olur.  Qanq–Brahmaputra  ovalığında, 

Hind–Çinin  daha  çox  yağıntı  alan  qərb  sahillərində  daima 

rütubətli  həmişəyaşıl meşələr inkişaf etmişdir. Bu meşələrdəki 

ağacların  əksəriyyəti  ekvatorial  meşələrdəki  ağac  növləridir. 

Yağıntıların  miqdarı  1000  mm–dən  az  olan  yayla  və 

düzənliklərdə,  dağarası  çökəklərdə  quraq  dövrdə  yarpağını 

tökən tropik mussonlar meşəsi, savannalar və kserofit kolluqlar 

yayılmışdır.  Meşələrdə  palmaların  bir  çox  növləri,  sal,  tik, 

sandal  ağacları,  akasiyalar  və  s.,  savannalarda  taxıl  otları 

yayılmışdır.  Bu  qurşaqda  həmçinin  çörək  (bambuk),  şüşə 

ağacları,  yemiş  ağacı,  hind  qozu  və  s.  rast  gılinir.  Mədəni 



landşaftda  çay  plantasiyaları,  cüt,  qənd  qamışı,  çəltik  zəmiləri 

və s. geniş yer tutur. Müxtlif tropik meyvəçiliyi ikişaf etmişdir.  

 

Torpaq  örtüyü  əvəlki  qurşağa  nisbətən  bir  qədər 



müxtəlif növlüdür. Dekan yaylasında geniş ərazidə qara tropik 

torpaqlar  (requrlar),  quru  savannaların  qırmızı  qonur  və 

səhralaşmış savannaların qırmızımtıl–qonur torpaqları, rütubətli 

meşələr altında qırmızımtıl laterit torpaqları inkişaf etmişdir.  

 

Bu qurşaqların tipik heyvanları Hindistan fili, meşələrdə 



çoxlu  və  müxtəlif  quşlar,  zolaqlı  kaftar,  pələng,  qərbdə 

savannalarda şir, meymunların bir çox növləri, canavar, qaban, 

kərgədan, zəhərli ilanlar və s.- dir. 

 

Tropik  qurşaqda  əsasən  səhra  və  yarımsəhra  bitkiləri 



yayılmışdır.  Bura  Tar  səhrası,  İran  yaylasının  cənub,  ucqar 

hissəsi və Ərəbistan yarımadasının cənub yarısı daxildir. Ilboyu 

passat  sirkulyasiyası  təsirinə  məruz  qalır,  yağıntıların  miqdarı 

100  mm  –  dən,  çox  yerdə  isə  50  mm  –  dən  az  olduğu  halda, 

buxarlanma qabiliyyəti 2000–2500 mm-ə çatır. Hərəkətdə olan 

qumlar səhrasında torpaq örtüyü inkişaf edə bilməmişdir. Daşlı 

səhralar  geniş  yer  tutur.  Bir  qədər  çox  yağıntı  olan  sahələrdə 

torpaqda  humus  toplanır.  Adətən,  belə  sahələrdə  səhra  boz 

torpaqları yayılmışdır. Çox yerdə qırmızımtıl dəmirli–manqanlı 

aşınma qbığına rast gəlinir. Bu qat qədimdə rütubətli sahələrdə 

torpaq  əmələ  glmə  prosesi  nəticəsində  yaranmışdır.  Bitkilərin 

olduqca  kasıb  olub,  tikanlı  kollardan,  efemerlərdən  ibarətdir. 

Vahələrdə palma “meşəliyi”, yağıntısı xeyli çox olan Yəmən və 

Oman  dağlarında  isə  seyrək  meşələr,  savanna  və  səhralaşmış 

savanna  bitkiləri  yayılmışdır.  Bu  zona  ilə  eyni  enlikdə  şərqdə 

subekvatorial  qurşağın  yuxarıda  qısa  təsviri  verilən  musson 

meşələri və savannaları yerləşir. 

 

Subtropik  qurşaq  Asiyada  Aralıq  dənizi  sahillərindən 



Sakit okean sahillərinə qədər böyük məsafədə uzanır və bir çox 

torpaq  bitki  bölmələrinə  ayrılır.  Qərbdə  bitki  örtüyü  Aralıq 

dənizi subtropiki üçün səciyyəvi olan bərk yarpaqlı daima yaşıl 

meşələrdən və kolluqlardan ibarətdir. Burada iqlimin bir qədər 




kontinentallığı  ilə  əlaqədar  olaraq  kserofitlərin  və  Ön  Asiya 

yaylaları  üçün  səciyyəvi  olan  dağ  kserofit  formasiyasının  rolu 

artır.  Kiçik  yarpaqlı  palıddan  ibarər  olan  makvis  kolluqları 

meşələr qırılan sahələrdə  yayılmışdır. Meşələrdə  Aralıq dənizi 

iynəyarpaqlılarına (şamın bir neçə növü) da tez–tez rast gəlinir. 

Ön  Asiyanın  Aralıq  dənizi  bitkiləri  vilayətində  dağ–meşə 

qəhvəyi torpaqları, düzənlərdə laterit torpaqlar inkişaf etmişdir.  

 

Aralıq dənizi sahillərindən şərqə uzaqlaşdıqca suptropik 



enliklərdə yağıntıların miqdrı azalır və meşə bitkiləri yaylalarda 

dağ–çöl,  dağ–yarımsəhra  formasiyaları,  dağ  kserofitləri  ilə, 

yalnız  bəzi  yerlərdə,  xüsusilə  Şərqi  Anadolu  və  Ermənistan 

vulkanik  yaylasında,  dağ–çəmən,  dağ–çöl  formasiyaları  ilə 

əvəz olunur.  İran  yaylasının  bitki  örtüyü  yarımsəhra (dağlarda 

çox yüksəksəyə qalxır), çökəklərdə isə səhra formasiyalarından 

ibarətdir.  Meşələr 

yalnız  dağların  rütubətli  (kənar) 

yamaclarında  (Kürdüstan  dağlarının  qərb,  cənub–qərb, 

Elbursun  Hirkan  meşələri  yayılmış  şimal  yamacları)  yayıla 

bilmişdir. 

Mərkəzi  Asiyanın  subtropik  qurşaqda  yerləşən,  kəskin 

kontinental  iqlimi  olan  yüksək  yaylalarında,  dağlarında  və 

qapalı  çökəklərində  əsasən  səhra,dağ–səhra  və  dağ–kserofit 

bitkiləri (kolluqlar), çökəklərdə isə halofitlər yayılmışdır.  

 

Ön Asiyanın  yaylaları və dağlarında dağ qonur  – meşə 



torpaqları,  dağ  qəhvəyi  torpaqlar,  dağ  boz–qəhvəyi  torpaqlar, 

boz  torpaqlar,  dağ  boz  torpaqları,  yüksək  dağlarda  çimli  dağ–

çəmən torpaqları, dağ çöllərində isə dağ–qara torpaqları inkişaf 

etmişdir.  Mərkəzi  Asiyada  boz  səhra  torpaqları,  çox  yerdə 

torpaq  örtüyündən  məhrum  olan  qumlu  və  daşlı  səhralar, 

dağlarda  dağ–şabalıdı,  dağ–qonur  torpaqları,  Tibetdə  yüksək 

dağ səhra torpaqları inkişaf etmişdir. 

 

Subtropik  qurşağın  Sakit  okean  bölməsində  (Çində, 



cənubi Koreyada və Yapon adalarının cənubunda) iqlim şəraiti 

və  xüsusilə  musson  yağıntılarının  bolluğu  burada  meşə 

bitkilərinin geniş  yayılması üçün olduqca  əlverişlidir. Cənub–



Şərqi  Çinin  dağ  və  yaylalarında,  dağ  ətəyində,  Yapon 

adalarının  cənubuda  qarışıq,  həmişəyaşıl  meşələr  və 

həmişəyaşıl  dağ  meşələri  geniş  yer  tutur.  Bu  meşələrdə 

yarpağını  tökən  ağaclara,  şamın  bir  neçə  növünə,  palıd, 

kamfora və s. ağaclara rast gəlmək mümkündür.  

  

         



 

  

Yüklə 215,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə