Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı



Yüklə 58,86 Kb.

tarix06.02.2018
ölçüsü58,86 Kb.


Ümumi məlumat 

Fənnin adı, kodu və 

kreditlərin sayı 

PHSC     -  Fizika -3 kredit   



Departament 

Elektronika, telekomunikasiya və radiomühəndislik 



Proqram 

(bakalavr, magistr) 

Bakalavr 



Tədris semestri 

Yaz, 2014 



Fənni tədris edən 

müəllim 

Nuru Səfərov, Ph.D. 



E-mail: 

Nsafarov@khazar.org 



Telefon: 

(+994 12) 421-10-93 (daxili 255)  



Mühazirə 

otağı/Cədvəl 

 

#405N, Şənbə         10:30-13:20 



Məsləhət saatları 

Cümə axşamı, 15:00 – 16:30  



Prerekvizitlər 

Fizika 


Tədris dili 

Azəri 


Fənnin növü (məcburi, 

seçmə) 

Məcburi 


Dərsliklər və əlavə 

ədəbiyyat 



Ədəbiyyat 

1.  Qocayev  Niftalı  Mehralı  oğlu.  Ümumi  fizika  kursu.  I  cild  (mexanika),  II  cild 

(molekulyar  fizika),  IV  cild  (optika).    [Mətn]:  [ali  məktəblər  üçün  dərslik].  Rəyçilər. 

F.r.e.d., prof., Mirzəli Murquzov, prof.,  Bəhram Əsgərov, Prof. Eldar Məsimov. Azərb. 

Resp. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti.- Bakı: Bakı Universiteti, 2011.540 s. 

2.Əhmədov  Faiq  Abduləvvəl  oğlu.  Ümumi  fizika  kursu.  Rəyçilər.  F.r.e.d.,  prof., 

A.H.Kazımzadə,  f.r.e.d.,  prof.,  N.M.  Mehdiyev.  Ali  məktəblət  üçün  dərs  vəsaiti.    Bakı, 

2006, 348 s.  

3.  B.D.  Əliyev,  Q.T.Həsənov.  Ümumi  fizika  kursu.  Rəyçilər.  F.r.e.d.,  prof.,  E.M. 

Qocayev,  f.r.e.d.,  prof.,  N.M.  Mehdiyev.  Ali  məktəblət  üçün  dərs  vəsaiti.    Bakı,  2004,   

660 s.  

4.Əliyev  Bayram  Zeynal  oğlu.  Ümumi  fizika  kursu.  Rəyçilər.  F.r.e.d.,  prof.,  S.A. 

Hacıyev, f.r.e.n., dos., Q.İ. Qəribibov.  Ali məktəblət üçün dərs vəsaiti.  Bakı, Elm, 2010, 

294 s.  


 

Kursun vebsaytı 

 

Tədris metodları 



Mühazirə  



Qrup müzakirəsi 



Praktiki tapşırıqlar 



Praktiki məsələnin təhlili 



Digər 



Qiymətləndirmə 



Komponentləri 

Tarix/son müddət 

Faiz (%) 

Aralıq imtahanı 

 

30 



Praktiki məsələ 

 

 



Fəallıq 

 

10 



Tapşırıq və testlər 

 

20 



Kurs işi (Layihə) 

 

 



Prezentasiya/Qrup 

müzakirə 

 

 



Final  imtahanı 

 

40 



Digər 

 

 



Yekun 

 

100 



Kursun təsviri 

Ümumi fizika  kursu tələbələrin müasir  hazırlıq sistemində  əsasdır. O aşağı il tələbələri üçün 

tədris  edilir  və  onun  əsas  məsələsi  fundamental  bilik  bazasının  yaradılmasıdır  ki,  onun 

əsasında  sonradan  fizikanın  bütün  bölmələrinin  daha  dərindən  və  incəliklə  öyrənilməsini 

inkişaf  etdirmək  olar.  Bununla  bağlı  olaraq  “Ümumi  fizika”  kursunda  qarşıya  qoyulan  əsas 

tələblər  formalaşır:  Onlardan  birincisi  kursun  metodoloji  və  dünyagörünüşünün  inkişafı 

istiqamətində  olmasıdır.  Tələbələrdə  bizi  əhatə  edən  ətraf  aləmin  vahid,  səlist,  məntiqi  fiziki 

mənzərəsini formalaşdırmaq zəruridir. İkincisi, klassik fizikanın vahid yanaşması çərçivəsində 

təbiətdə baş verən bütün hadisə və proseslərə baxılmalıdır, onlar arasında əlaqə yaradılmalıdır, 

əsas qanunlar aşlanmalı və onları riyazi şəkildə ifadə etmək lazımdır. Üçünçüsü isə, tələbələrə 

fiziki  eksperimentlərin  aparılması,  nəticələrin  təhlili  və  alınmış  verilənlərin  analizi 



aşlanmalıdır. 

Kursun məqsədləri  

Bu kurs Xəzər Universitetinin fizika ixtisası üzrə tələbələr üçün işlənib hazırlanmışdır. 



Kursun məqsədləri: 

 



Klasssik mexanikanın qanunauyğunluqlarını tələbələrə aşlamaqdır.  

 



Tədris boyunca tələbələri əyani vəsaitlərlə tanış etmək 

Tədrisin (öyrənmənin) 

nəticələri 

Kurs materialının çatdırılmasında əsas forma mühazirələrdir. Ümumi fizika üzrə mühazirələrin 

vacib  tərəfi  budur  ki,  real  və  kompüterdə  fiziki  eksperimentlər  aparılmalı,  tədris  filmləri, 

model  kompüter  proqramları  istifadə  olunmalıdır.  Kursun  proqramında  mühüm  bölmələr 

seminar  dərslərə  çıxarıla  bilər.  Bir  qayda  olaraq,  seminarlarda  mürəkkəb  riyazi  aparat  tələb 

edən  nəzəri  materiallara,  məsələlərin  müxtəlif  həll  metodlarına  baxılır.  Seminarlarda  alınan 

materialların möhkəmlənməsu üçün tələbələr müxtəlif səpgili ev tapşırıqları ala bilər. 

Qaydalar (Tədris 

siyasəti və davranış) 

 



Sinif üçün hazırlıq 

Bu  kursun  strukturu  sinifin  xaricində  sizin  fərdi  tədqiqatınızı  və  hazırlığınızı  çox  vacib 

edir.  Mühazirə  materialı  mətndə  təqdim  edilən  əsas  məsələlər  üzərində  fikrini 

cəmləşdirəcək. Kursdan əvvəl təyin edilmiş fəsilləri oxumaq və onlarla bir qədər tanışlığa 

malik olmaq mühazirənin başa düşmənizə çox kömək edəcək.  Mühazirənin və ya  fəsilin 

sonunda  siz  tipik  imtahan  suallarını,  qeydlərinizi,  həll  edilmiş  problemləri  və  hadisələri 

öyrənməlisiniz. 

 



 

Effektivlik (keçid /uğursuzluq) 

Bu  kurs  ardıcıl  olaraq  Mühəndislik  fakultəsinin  apardığı  qiymətləndirmə  siyasətini  ciddi 

izləyir.  Beləliklə, tələbə kursdan normal olaraq keçmək üçün ən azı 60% həddi aşmalıdır.  

Müvəffəqiyyətsizlik  halında,  o  növbəti  müddət  və  ya  ili  kursu  təkrar  etməyə  məcbur 

olacaq.  

 



 

Yalan/ plagiat 

Yoxlama  sorğuları,  aralıq  və  buraxılış  imtahanları  ərzində  aldadaraq  və  ya  başqa 

plagiatdan istifadə nəticədən imtinaya gətirəcəkdir.  Bu halda tələbə avtomatik olaraq heç 

bir müzakirələrsiz sıfır (0) alacaq.  

 



 



Professional davranış direktivləri 

Tələbələr  sinif  saatları  ərzində  professional  olaraq  əlverişli  akademik  ətraf  mühiti 

yaratmaq üçün davranacaqlar.  Kursa aid olmayan müzakirələr və qeyri-etik davranış ciddi 

qadağan edilir. 



   

Cədvəl (dəyişdirilə bilər) 

H

əft

ə 

Tarix 

(planlaşdırılmış) 

Fənnin mövzuları 

Dərslik/Tapşırıqlar   

10.02.14-13.02.14 



 

Mexanika (4 saat) 

Maddi  nöqtənin  kinematikası.  Zaman  və  məkan.  Maddi 

nöqtənin  dinamikası.  Saxlama  qanunları.  Qeyri-inersial 

hesablama sistemləri. Nisbilik nəzəriyyəsinin əsasları.  

Qocayev N.M. Ümumi  fizika 

kursu.  I  cild  (mexanika).  

Səh. 41-57, 11-116. 

Əhmədov 


F.A. 

Ümumu 


fizika kursu. Səh. 5-27, 35. 

17.02.14-20.02.14 



 

Maye və qazların mexanikası (4 saat) 

Hidro- və aerostatikanın əsasları. Paskal qanunu. Bernulli 

tənliyi. Mayelərin özlülüyü. Dalğalar. Eninə  və uzununa 

dalğalar. Dalğaların əks olunması və sınması. Dalğaların 

interferensiyası. Akustika elementləri. Ultrasəs.   

Qocayev N.M. Ümumi fizika 

kursu.  I  cild  (mexanika).  

Səh. 383 – 397. 

Əhmədov 

F.A. 


Ümumu 

fizika  kursu.  Səh.  87  –  96, 

120 -139 

 



24.02.14-27.02.14 

Molekulyar fizika (4 saat) 

Sistemin istilik tarazlığı. Tarazlıq şərti. İdeal qaz. Temperatur 

anlayışı.  Sürət  baxımından  qaz  molekullarının  səpilməsi. 

Broun 


hərəkəti. 

Molekulyar 

hadisələrin 

şərhində 

termodinamik yanaşma. Termodinamik parametrlər.  

Qocayev N.M. Ümumi fizika 

kursu.  II  cild  (molekulyar 

fizika).  Səh. 27 -52 

B.D.  Əliyev,  Q.T.  Həsənov. 

Ümumi  fizika  kursu.  Səh. 

156- 178.  



03.03.14-06.03.14 



  Termodinamika (4 saat) 

Sistemin  istilik  tutumu.  Dövri  proseslər.  İstiliyin  işə 

çevrilməsi.  Karno  tsikli  və  onun  effektivliyi.  Termodinamik 

sistemlərdə entropiya anlayışı. Entropiya və ehtimal. Real qaz 

və  mayelər.  Mayelərdə  səth  effektləri.  Səthi  gərilmə  əmsalı. 

Kristal və amorf hallar. Maye kristallar haqqında anlayış.  

Qocayev N.M. Ümumi fizika 

kursu.  II  cild  (molekulyar 

fizika).  Səh. 103 – 129, 143-

163. 


Əhmədov 

F.A. 


Ümumu 

fizika kursu. Səh. 178-234 

 

 



10.03.14-13.03.14 

 

Elektrik və maqnetizm (4 saat) 

Elektrostatika.  Elektrik  sahə  gərginliyi  vektoru.  Naqillər 

elektrostatik 

sahədə. 

Kristalların 

elektrik 

xassələri. 

Pyezoelektriklər. Sabit elektrik cərəyanı.  

B.D.  Əliyev,  Q.T.  Həsənov. 

Ümumi  fizika  kursu.  Səh. 

250-280, 295-310 

 



17.03.14-20.03.14 



 

 

 



Sabit maqnit sahəsi (4 saat) 

Elektromaqnetizm.  Maqnit  sahəsinin  induksiya  vektoru. 

Amper  qanunu.  Molekulyar  cərəyanlar  haqqında  anlayış. 

Domen  strukturu.  Elektromaqnit  induksiyası.  Faradeyin 

elektromaqnit induksiya qanunu. Fuko cərəyanı.  

B.D.  Əliyev,  Q.T.  Həsənov. 

Ümumi 

fizika 


kursu.        

Səh. 370-397 

 



24.03.14-27.03.14 



 

 

 



Elektromaqnit rəqsləri (4 saat) 

Rəqs  konturu.  Konturda  məxsusi  rəqslər.  Harmonik  rəqslər 

tənliyi. Dəyişən sinusodial cərəyan.   

 

B.D.  Əliyev,  Q.T.  Həsənov. 



Ümumi 

fizika 


kursu.        

Səh. 435-441  

 



 



Aralıq imtahan 

 



07.04.14-10.04.14 

 

 



 

Keçiricilər  (4 saat) 

Yarımkeçiricilər.  Yarımkeçiricilərin  keçiriciliyi.  p  və  n  tip 

yarımkeçiricilər.  P-n  keçid.  Yarımkeçiricilərin  tətbiqi: 

yarımkeçirici 

diodlar, 

tranzistorlar, 

fotodiodlar, 

fotorezistorlar. 

Kontakt 

hadisələri. 

Termoelektriklik. 

Termocüt. İfrat keçiricilik.  

B.D.  Əliyev,  Q.T.  Həsənov. 

Ümumi 


fizika 

kursu.        

Səh. 340 – 350 

B.Z.Əliyev.Ümumi 

fizika 

kursu. Səh. 341 - 347         



 

10 


14.04.14-17.04.14 

 

 



 

 

Elektrolitlər (4 saat) 

Faradey  qanunu.  Qazlarda  cərəyan.  Vakuumda  elektrik 

cərəyanı.  Termoelektron  emissiya.  Elektrik  və  maqnit 

sahələrində  yüklü  hissəciklərin  hərəkəti.  Elektromaqnit 

dalğaları. Maksvel tənliyi.  Dalğa tənliyi.  

B.D.  Əliyev,  Q.T.  Həsənov. 

Ümumi 


fizika 

kursu.        

Səh. 356 – 361, 414, 435-438 

B.Z.Əliyev.Ümumi 

fizika 

kursu. Səh. 347 -350.         



 

11    21.04.14-24.04.14 

 

 

 



 

Optika (4 saat) 

Dualizm.  Işığın  elektromaqnit  nəzəriyyəsinin  əsasları. 

Həndəsi optika. Həndəsi optikanın əsas anlayışları. İşıq şüası. 

İşıq  şüasının  yayılması.  Ferma  prinsipi.  İşığın  sınma  və  əks 

olma qanunları.  

Qocayev N.M. Ümumi fizika 

kursu.  II  cild  (optika).    Səh. 

51 -61, 87-102, 268 -280 

 

12 


28.04.14-01.05.14 

 

 



 

İşığın interferensiyası  (4 saat) 

Monoxromatik 

dalğaların 

interferensiyası. 

Kvazimonoxromatik işığın interfernsiyası. İşığın difraksiyası. 

İşığın  maddə  ilə  qarşılıqlı  təsiri.  İşığın  dispersiyası.  Qeyri-

xətti optik hadisələr.  

B.D. Əliyev, Q.T. Həsənov. 

Ümumi fizika kursu.        

Səh. 454-468 

 

13 


05.05.14-08.05.14 

 

 



 

 

Atom fizikası (4 saat) 

Dalğa və kvantlar. Atomun Tomson modeli. Atomun planetar 

modeli  və  onun  dayanıqlıq  problemi.  Hissəcik  və  dalğalar. 

Kvant  mexanikasının  əsasları.  Stasionar  və  qeyri-stasionar 

hallar. Xarici qüvvələrin sahəsi altında atom. Molekul. 

B.D. Əliyev, Q.T. Həsənov. 

Ümumi fizika kursu.        

Səh. 583-603 

B.Z.Əliyev.Ümumi fizika 

kursu. Səh. 535 - 551.         

 

14 



12.05.14-15.05.14 

 

 



 

Atom nüvəsi və hissəciklər fizikası (4 saat) 

Atom 


nüvəsinin 

xassələri. 

Radioaktivlik. 

Radiaktiv 

parçalanma  qanunu.  Nuklon-nuklon  əlaqəsi  və  nüvə 

qüvvələrinin xassələri. İki nuklonlu sistemlər.  

B.D. Əliyev, Q.T. Həsənov. 

Ümumi fizika kursu.        

Səh. 611-618 

 



 

 

 



 

15 


19.05.14-22.05.14 

 

Nüvə reaksiyaları  (4 saat) 

Nüvə  şüalanmasının  maddə  ilə  qarşılıqlı  əlaqəsi.  Hissəciklər 

və  qarşılıqlı  əlaqələr.  Fundamental  qarşılıqlı  əlaqələrin  4 

növü.  Sürətləndiricilər.  Elektromaqnit  qarşılıqlı  əlaqəsi. 

Güclü  və zəif qarşılıqlı əlaqəsi. 

B.D. Əliyev, Q.T. Həsənov. 

Ümumi fizika kursu.        

Səh. 627-644 

B.Z.Əliyev.Ümumi fizika 

kursu. Səh.557 - 562.         

 

 



 

Final  imtahan 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə