Ümumi məlumat



Yüklə 67,21 Kb.
tarix04.11.2017
ölçüsü67,21 Kb.
#8300
növüMühazirə



Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

AZLL 416 Ədəbi tənqid (tarixi və nəzəriyyəsi)

3 kredit

Departament

Azərbaycan dili və ədəbiyyatı

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2015, yaz semestri

Fənni tədris edən müəllim (lər)

Dos. Elmira Məmmədova-Kekeç

E-mail:

mamedovaelmira4@gmail.com

Telefon:

(+99451) 8167674

Mühazirə otağı/Cədvəl

203N

Məsləhət saatları

Çərşənbə axşamı, saat 10.00-12.00

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Dərslik:


  1. Sultanlı Vaqif. Azərbaycan ədəbi tənqidi (dərs vəsaiti) . Elmi red.T.Hüseynoğlu; rəyçi Q.Namazov, M.Qasımlı.- B.: Elm və təhsil, 2012

  2. Salamoğlu T. Ədəbi tənqid tarixinə dair portret-oçerklər: dərs vəsaiti; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Döv. Ped. Un-ti.Bakı "E.L" Nəşriyyat Poliqrafiya Şirkəti MMC, 2011.

  3. A.Hacıyev. Ədəbiyyatşünaslığın əsasları: ali məktəblərin filologiya fakültələri üçün dərslik; red. H. Qasımov. Bakı: ADPU, 2005

  4. Yusifoğlu R. Müasir ədəbi proses və ədəbi tənqid: [ali məktəb tələbələri üçün dərs vəsaiti]; elmi red. Ş. Salmanov ; rəyçi A. Hüseynov, M. Qasımlı ; Azərb. Resp. Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Bakı: Çaşıoğlu, 2004.


Əlavə ədəbiyyat:

1.Talıbzadə K.Azərbaycan ədəbi tənqidinin tarixi.B.,Maarif,1984.

2.Talıbzadə K.Tənqid və tənqidçilər.B.,Yazıçı,1989.

3.Elçin.Tənqid və ədəbiyyatımızın problemləri. B.,1981.

4.Xəlil Rza Ulutürk. Ədəbi tənqid. top. və tərt. ed. Y. Məmmədəliyev, F. Ulutürk ; elmi red. və ön sözün müəl. Əlizadə Əsgərli, Bаkı Mütərcim 2003.

5.Ədəbi tənqid (problemlər,vəzifələr). tərt. ed. və red. K.Talıbzadə. B.,1984.

6.Qarayev Y. Tənqid:problemlər,portretlər.B.,1976.

7.Nəbiyev B.Tənqid və ədəbi proses. B.,1976.

8.Akimova E. Azərbaycan ədəbi tənqidi müstəqillik illərində. Bakı: MBM, 2009

9. Akimova E. Yeni təfəkkür və ədəbi tənqid. Bakı: MBM, 2013.

10. Y. Seyidov. Ədəbi tənqid və bədii dil. Bakı:Yazıçı, 1986.

11. Yusifli V. Tənqid də yaradıcılıqdır; Red. və ön sözün müəllifi: Kamal Talıbzadə. Bаkı :Mütərcim, 2003

12.Əzimli Ə. Yeni dövr tənqidi və tənqid. elmi red. K. Əliyev. Bakı: Elm, 2001.

13.Körpü: Ədəbi tənqid dərgisi. Bakı 2004
İstifadə oluna biləcək digər mənbələr:

www.anl.az.-Milli kitabxana

www.kultaz.com.-azəridilli mədəniyyət və ədəbiyyat saytı.

www.kitabxana.org- elektron kitabxana.

www.lit.az.-azəridilli ədəbiyyat saytı.

www.azyb.net.- Azərbaycan Yazıçılar Birliyinin saytı.



Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Mühazirə

Qrup müzakirəsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

-

Digər

-

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Davamiyyət




10

Fəallıq




10

Tapşırıq və testlər




-

Kurs işi (Layihə)




10

Prezentasiya/Qrup müzakirə




-

Final imtahanı




40

Digər




-

Yekun




100

Kursun təsviri

Ədəbi tənqidin əsasları kursunda tələbələrə ədəbiyyatşünaslığın bu qolu haqqında ümumi məlumat verilir, ədəbi proseslə bağlılığı izah edilir, onun müasir ədəbiyyatın inkişafında rolu qiymətləndirilir. Cəmiyyətin ədəbi zövqünün formalaşmasında, mənəvi təkamülündə ədəbi tənqidin vəzifəsi açıqlanır.

Kursun məqsədləri

1.Ədəbi tənqidin əsasları ilə tanışlıq nəticəsində yeni yaranmış sənət əsərlərini dövrünün elmi-nəzəri bədii-estetik tələbləri əsasında təhlil etmək, onların ictimai məzmun və mündəricəsini, ideyasını, sənətkarlıq məziyyətlərini üzə çıxarmaq;

2. Tələbə-oxucuda bədii əsərlərin ictimai məzmun və mahiyyətini, idraki-tərbiyəvi əhəmiyyətini daha yaxşı dərk etmək, mənfi və müsbət cəhətlərini bir-birindən ayırmaq bacarığı formalaşdırmaq;

3. Müasir yaradıcılıq nümunələrinin başqa sənət və ictimai fikir formaları arasındakı yerini, əlaqə və vəhdətini, bəşəri keyfiyyətlərini müəyyənləşdirmək.


Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələrdən gözlənilən nəticələr aşağıdakılardır:

1.Hər yeni əsəri ədəbi-tənqidi meyarlarla qiymətləndirir;

2.Yüksək bədii-estetik zövqə malik intellekt nümayiş etdirir;

3.Xalqın milli-mədəni irsini,yaratdığı mənəvi-estetik dəyərlər haqqında biliyə malik olur;

4.Sənət nümunələrini dünya ədəbiyyatının mütərəqqi ənənələri kontekstində izah edir;

5.Bədii yaradıcılığı elmi təfəkkürün irəli sürdüyü müddəlarla əsaslandırır









Qaydalar (Tədris siyasəti və davranış)

Fəallığa görə veriləcək bal tələbənin müzakirələrdə iştirakına, mətn təhlilində göstərdiyi fəallığa, semetsr boyu həftəlik dərs proqramına hazırlaşmalarına, yeni və əlavə ədəbiyyatlara göstərdiyi marağa görə veriləcəkdir. Davamiyyətə görə veriləcək bal zamanı tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzürsüz buraxılan hər dərs üçün 1 (bir) bal çıxılacaq.
İmtahan haqqında:

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də müraciət etmək lazımdır.

2. İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.

3. Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.



Cəzalandırma forması:

Dərsə gecikənlər və dərsi pozmağa təşəbbüs edənlər dərsə buraxılmırlar.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



29.01.2015

29.01.2015

Ədəbi tənqid anlayışı. Ədəbiyyatşünaslığın digər sahələrindən fərqi. Ədəbi tənqidin metodları.

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 6-11



05.02.2015

05.02.2015

Ədəbi tənqidin janrları. Şərh, ədəbi risalə, dibaçə, təzkirə, resenziya, esse, ədəbi portret, polemik məqalə, ədəbi oçerk, ədəbi icmal, ədəbi dialoq, ədəbi müsahibə, yol qeydləri, monoqrafiya

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 12-20



12.02.2015

12.02. 2015

Azərbaycan ədəbi tənqidinin əsas mərhələləri. Ədəbi tənqid qədim və ortaçağ dövründə (XI-XVIII yüzillər). Xətib Təbrizi, Nəsrəddin Tusi, Şərafəddin Ramin, Sam Mirzə Səfəvi, Sadiq bəy Əfşar, Əhdi Bağdadi, Lütfəli bəy Azər, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, Qövsi Təbrizi, Vaqifin tənqidlə bağlı fikir, mülahizə və əsərləri.

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 21-56



19.02.2015

19.02.2015

Ədəbi tənqid XIX əsrdə və XX yüzilin əvvəllərində. Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabinin tənqidi fikirləri.

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 56-62



26.02.2015

26.02.2015

Ədəbi məclislər və nəzəri-estetik fikir. Divani-hikmət, Gülüstan, Əncümənüş-şüəra, Fövcül-füsəha, Məclisi-fəramuşan, Beytüs-Səfa, Məcməüş-şüəra ədəbi məclislərində tənqidi məsələlər

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 62-66



05.03.2015

05.03.2015

Təzkirə, ədəbi risalə və ədəbiyyat məcmüələrində tənqidi fikirlər. Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Məhəmmədağa Müctəhidzadənin təzkirələrində tənqidi görüşlər.Firudin bəy Köçərli, Abdulla Sur, Seyid Hüseyn, Cəlil Məmmədquluzadənin tənqidi fikirləri.

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 66-78



12.03.2015

12.03.2015

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi tənqid (1918-1920). Məmmədəmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Yusif Vəzir Çəmənzəminlinin tənqidi görüşləri və əsərləri.

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 78-85



19.03.2015
19.03.2015

Aralıq imtahanı
Azərbaycan ədəbi tənqidi sovet dövründə. Konfliktsizlik nəzəriyyəsi Repressiya qurbanlarının təndiri əsərləri. Mikayıl Rəfili, Məmməd Arif, Məmməd Cəfər, Əkbər Ağayev, Kamal Talıbzadənin tənqidi əsərləri.

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 85-96; 102-111





26.03.2015

26.03.2015

Mühacirət ədəbi tənqidi və ədəbiyyatşünaslığı. Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əhməd Cəfəroğlunun tənqidi əsərləri.

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 111-121



02.04.2015

02.04.2015

Azərbaycanın Güneyində ədəbi tənqid və ədəbiyyatşünaslıq . Məhəmmədəli Tərbiyət, Cavad Heyətin ədəbi tənqidi görüşləri.

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 177-182



09.04.2015

09.04.2015

Ədəbi tənqid istiqlaliyyət dövründə. Yaşar Qarayev, Bəkir Nəbiyev, Vaqif Yusiflinin tənqidi əsərləri

Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi. B., 2002, s. 182-186





16.04.2015

16.04.2015

Psixoanalizm və ədəbi tənqidin əlaqəsi .

Ədəbi tənqidi əsərlərdə psixologiyanın rolunun açıqlanması.



Ferda Atlı. Edebi metnin ve yaratıcılığın kaynağına ulaşan yol:

psikanalitik edebiyat eleştirisi. Turkish Studies - International Periodical For The Languages, Literature and History of Turkish or Turkic

Volume 7/3, Summer 2012, p. 257-273, Ankara-Turkey

http://www.turkishstudies.net/Makaleler/693599063_16Atl%C4%B1%20Ferda_S-257-273.pdf



David Daiches. Edebi Eleştiri ve Psikoloji. http://www.academia.edu/231770/Edeb%C3%AE_Ele%C5%9Ftiri_ve_Psikoloji




23.04.2015

23.04.2015

Müasir ədəbi prosesdə tənqidin yeri. Ədəbi proses və tənqidçi mövqeyi. Arif Əmrahoğlu, Nizaməddin Şəmsizadə, Cavanşir Yusifli, Kamil Vəli, Nizami Cəfərov, Tehran Əlişanoğlu, Akif Hüseynovun ədəbi tənqidi fikirləri.

Elnarə Akimova. Azərbaycan ədəbi tənqidi müstəqillik illərində. Bakı, 2002, s. 81-112



30.04.2015

30.04.2015

Ədəbi tənqiddə müharibə mövzusu. Qarabağ müharibəsi mövzusunda yazılmış əsərlər və onlarla bağlı tənqidi düşüncələr.

Elnarə Akimova. Azərbaycan ədəbi tənqidi müstəqillik illərində. Bakı, 2002, s. 116-124



07.04.2015

07.04.2015


Ədəbi tənqiddə çağdaşlaşma meylləri. Anarxiya tənqidi, neo-maarifçi tənqid, tətbiqi tənqid.

Elnarə Akimova. Azərbaycan ədəbi tənqidi müstəqillik illərində. Bakı, 2002, s. 124-143







Final imtahanı




Yüklə 67,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə