Ümumi MÜDDƏalar maddə Qanunun məqsədi



Yüklə 250,96 Kb.
səhifə1/2
tarix08.12.2017
ölçüsü250,96 Kb.
  1   2

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I BÖLMƏ

 ÜMUMİ MÜDDƏALAR

Maddə 1.     Qanunun məqsədi

Bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Maddə 2.     Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.[1]

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

Maddə 3.     Qanunun tətbiq sahəsi

Bu Qanunun müddəaları aşağıdakılara şamil edilir:

1)   Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar;

2)   Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respublikasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır;

3)   Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin ikinci bəndinin müddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin dördüncü bəndinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar;

4)   Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri;

5)   Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri; [2]

6)   Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri.

7) Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun.

Azərbaycan Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma müddəti mənşə ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz;

8) bu qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq və ya qarşılıqlı prinsiplər əsasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.[3]

Maddə 4.     Əsas anlayışlar

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaya malikdir:

müəllif” — əsərin yaradıcısı olan fiziki şəxs,

audiovizual əsər” — bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan, təsvirlər silsiləsindən ibarət (səsləmüşayiət olunan, yaxud olunmayan) əsər; audiovizual əsərlərə ilkin və sonrakı yazılma üsulundan asılı olmayaraq kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmişdigər əsərlər (tele-, videofilmlər, diafilmlər və s.) aiddir;

məlumat bazası” — materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusu;

surətçıxarma” — əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır;

yazılma” — texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması;

audiovizual əsər istehsalçısı” — belə əsərin hazırlanması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda audiovizual əsərdə adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs audiovizual əsərin istehsalçısı sayılır;

quruluşçu rejissor - audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və digər tamaşanın quruluşunu həyata keçirən və ya bu cür tamaşalara quruluş verən şəxs;

pirat məhsul” - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri;[4]

//çıxarılıb////çıxarılıb//[5]

fonoqram istehsalçısı” — ifanın və ya digər səslərin ilk dəfə yazılması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda həmin fonoqramda və (vəya) onun qoyulduğu qutuda adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs fonoqram istehsalçısı sayılır;

ifaçı” — rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxs;

kompüter” (hEM) — informasiyanı işləməyə qadir olan elektron və ya ona oxşar qurğu;

kompüter proqramı” (HEM üçün proqram) — maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqaşəkildə təlimatlar məcmusu. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir;

kollektiv əsər” — fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə və rəhbərliyi altında onun öz adı ilə nəşr edilmək şərti ilə iki və ya daha çox fiziki şəxsin yaratdığı əsər;[6]

törəmə əsər - tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi;[7]

toplu“ - materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir;[8]

ənənəvi biliklər” - ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəslə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii sahələrdə və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri;[9]

əsərin açıqlanması” — müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi, kütləvi nümayiş etdirilməsi, kütləvi ifa olunması, efirə verilməsi və başqa üsullarla edilən hərəkət;

dərc edilmə” (istifadəyə buraxılma) — əsərin müəllifinin və ya fonoqram istehsalçısının razılığı ilə əsərin, fonoqramın kütlənin tələbatını ödəmək üçün dövriyyəyə buraxılması, elektron-informasiya sistemləri vasitəsi ilə əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması da dərc edilmə sayılır;

yayım təşkilatının verilişi” — efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş.

tətbiqi sənət əsəri” — əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri;

fotoqrafiya əsəri” — fiksajlama texnologiyasından (kimyəvi, elektron və s.) asılı olmayaraq işıq şüalanmasının və ya başqa şüalanmanın təsvir yaratmağa imkan verən üsulla fiksajlanması. Audiovizual əsərlərin ayrıca götürülmüş kadrı “fotoqrafiya əsəri” sayılmır;

kütləvi ifa” — əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı ifada, həm də müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) deklamasiya, oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin;[10]

kütləvi nümayiş” — əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə(efirlə və ya kabellə vermə istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin. Audiovizualəsərin ayrı-ayrı təsvirlərinin ardıcıl olmayan nümayişi də onun kütləvi nümayişi sayılır;

pulsuz istifadə” — əsərin orijinalına və ya nüsxəsinə sahiblik hüququnun müəyyən müddətə əhaliyə pulsuz xidmət göstərən kitabxanalara, arxivlərə və başqa müəssisələrə, təşkilatlara verilməsi;

bildiriş” - əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktiki qavranılmasından asılı olmayaraq, eşitmə və ya görmə qavrayışını mümkün edən nümayişi, ifası, radio və televiziya ilə ötürülməsi və ya hər hansı digər hərəkət (əsərin, yaxud fonoqramın nüsxələrinin yayılması istisna olmaqla); [11]

kütləvi bildiriş” (kütləyə çatdırma məqsədi ilə bildiriş) - əsərlərin və əlaqəli hüquqların obyektlərinin bildiriş kimi efirlə, kabellə ötürülməsi, həmçinin bildirişin qavranılmasından asılı olmayaraq, onun əldə edilməsini bu cür mümkün edən hər hansı, o cümlədən interaktiv üsulla kütləyə çatdırma (əsərin və əlaqəli hüquqların obyektlərinin nüsxələrinin yayılması istisna olmaqla);[12]

interaktiv kütləvi bildiriş” (əsərlərin və əlaqəli hüquqların obyektlərinin interaktiv istifadə üçün kütləyə çatdırılması) - əhali nümayəndələrinin öz şəxsi seçiminə görə istənilən yerdə və istənilən vaxtda əsərlərin və əlaqəli hüquqların obyektlərinin əldə etməsini mümkün edən çatdırma; [13]



əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq - əsərin və ya əlaqəli hüquqların obyektlərinin orijinalının və ya nüsxələrinin satışı və ya mülkiyyət hüququnun başqa cür verilməsi ilə kütləyə çatdırılması;

texniki mühafizə vasitələri - əsərə və əlaqəli hüquqların obyektlərinə daxilolmanı nəzarətdə saxlamağa imkan verən, hüquq sahibinin və ya istehsalçının icazə vermədiyi hərəkətlərin qarşısını alan, yaxud məhdudlaşdıran istənilən texniki qurğu və ya onların hissələri;

hüquqların idarə edilməsi haqqında informasiya - əsəri, əsərin müəllifini və ya digər hüquq sahibini eyniləşdirən və ya əsərdən istifadə şərtləri haqqında məlumatları və təqdim olunan belə məlumatları özündə saxlayan hər hansı rəqəmləri və ya kodları bildirir ki, informasiyanın istənilən elementlərindən hər hansı biri əsərin nüsxəsinə əlavə edilmiş olur, yaxud bu obyektlərin kütləyə çatdırılması məqsədi ilə bildirişi zamanı görünür;[14]

reproqrafik surətçıxarma” (reprosurətçıxarma) — əsərin (yazılı və başqa qrafik əsərin) orijinalının və ya nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı ölçüdə (böyüdülmüş, yaxud kiçildilmiş) faksimilesinin çıxarılması;

kirayə - əsərin, fonoqramın və ya bu qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin birbaşa və ya dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi;[15]

şərikli əsər” — bu maddədə nəzərdə tutulan kollektiv əsərlər istisna olmaqla iki və ya daha çox müəllifin yaratdığı əsər;

efirlə kütləvi bildiriş” — əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin radio və televiziya vasitəsi ilə (kabel televiziyası istisna olmaqla), o cümlədən peyklərin köməyi ilə kütləyəçatdırılması. Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin peyk vasitəsi ilə efirlə kütləvi bildirişi dedikdə, yerdə yerləşən stansiyadan göndərilən siqnallar vasitəsi ilə kütlənin faktik qəbul etməsindən asılı olmayaraq, əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin kütləyə çatdırılması başa düşülür. Kodlaşdırılmış siqnalların bildirişi, əgər kodun açılması vasitələri yayım təşkilatı tərəfindən və ya onun razılığı ilə əhaliyə təqdim olunarsa, efirlə kütləvi bildiriş sayılır;[16]

kabellə kütləvi bildiriş” — əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması; [17]

fonoqram” — ifaların və ya digər səslərin müstəsna olaraq səsli yazılması;

əsər nüsxəsi” — əsərin hər hansı maddi formada hazırlanmış surəti;

fonoqram nüsxəsi” — fonoqramda yazılmış səslərin hamısının və ya bir hissəsinin bilavasitə və ya dolayısı ilə hər hansı maddi daşıyıcıya köçürülmüş surəti;

retranslyasiya” — yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsi.

 

II BÖLMƏ

 MÜƏLLİFLİK HÜQUQU

I fəsil


 MÜƏLLİFLİK HÜQUQUNUN OBYEKTLƏRİ

Maddə 5.     Müəlliflik hüququnun obyekti

1.   Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.

Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.[18]

2.   Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər:

yazılı (əlyazması, makina yazısı, not yazısı və s.);

şifahi (kütləvi çıxış, kütləvi ifa və s.);

səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.);

təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.);

həcmli — fəzavi (heykəl, model, maket, tikili və s.);

digər formalar. Əsərin hissələri (adı, personajı və s.) bu maddənin 1-ci bəndində göstərilən əlamətlərə malik olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır.[19]

3.   Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir.[20]

4.   Əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil.

Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi qanunda xüsusi göstərilən hallardan başqa öz-özlüyündə bu obyektə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur.

Maddə 6.     Müəlliflik hüququnun obyekti olan əsərlər

1.   Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:

ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.);[21]

dram, musiqili-dram və başqa səhnə əsərləri;

xoreoqrafiya əsərləri və pantomimalar;

mətnli və ya mətnsiz musiqi əsərləri;

audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);

heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;

dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar; [22]

memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; [23]

fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;

coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər;

törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);

toplular //çıxarılıb//;[24]

Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur.

teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər.[25]

2.   Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.[26]

Maddə 7Müəlliflik hüququ ilə qorunmayan obyektlər [27]

Aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir:

a)   rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), həmçinin onların rəsmi tərcümələri;

b)   dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları);

      v) xalq yaradıcılığı (folklor) nümunələri;

q) günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar.[28]

Maddə 8.     Müəlliflik hüququnun yaranması. Müəlliflik prezumpsiyası

1.   Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.

2.   Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadəetmək hüququ vardır:

dairəyə alınmış S latın hərfi — ©;

müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər);

əsərin ilk dəfə dərc edildiyi il.

3.   Əsərin anonim və ya təxəllüslə dərc edildiyi hallarda (müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altında qoymadığı hallar istisna olmaqla) əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, bu Qanuna uyğun olaraq müəllifin nümayəndəsi sayılır və bu simada müəllifin hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə malikdir. Bu müddəa müəllifin öz şəxsiyyətini açıqladığı vəmüəllifliyini bəyan etdiyi ana qədər qüvvədə qalır.

4.   Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müəlliflik hüquqlarısahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər.

5.   Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. //çıxarılıb//Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.[29]

Maddə 9.     Şərikli əsərlərə müəlliflik hüququ (şərikli müəlliflik)

İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ (şərikli müəlliflik) həmin əsərin, ayrılmaz, bütöv və ya müstəqil əhəmiyyətə malik olan ayrı-ayrı hissələrdən ibarət olmasından asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur.

Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur.

Şərikli əsərin müəlliflərindən heç birinin əsaslı dəlilləri olmadan digərinə həmin əsərdən istifadəni qadağan etməyə ixtiyarı yoxdur.

Şərikli əsərin müstəqil əhəmiyyətli hissəsi həmin əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilərsə, müstəqil əsər kimi qəbul edilir.

Aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, şərikli əsərin müəlliflərindən hər birinin özünün müstəqil əhəmiyyət daşıyan hissəsindən öz istəyinə uyğun şəkildə istifadə etmək ixtiyarıvardır.

Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir.

Şərikli əsər müəlliflərinin hər birinin ayrılıqda həmin əsəri Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haqqında şəhadətnamə almaq, habelə öz hüquqlarının müdafiəsi ilə əlaqədar, o cümlədən əsərin hissələri ayrılmaz olduqda da müstəqil tədbirlər görmək hüququ vardır.[30]

Maddə 10.  Tərtib olunmuş (tərtibatçılıq) və kollektiv əsərlərə müəlliflik hüququ

1.   Topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir.

Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Toplulara daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsindəbaşqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər.

Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.

2.   Ensiklopediyaları, ensiklopedik lüğətləri, dövri və davamı olan elmi əsərlərin toplularını, qəzetləri, jurnalları və başqa dövri nəşrləri buraxan fiziki və hüquqi şəxslər belə nəşrlərdən bütövlükdəistifadə etmək üçün müstəsna hüquqa malikdirlər.[31]

Naşirin belə nəşrlərdən hər hansı şəkildə təkrar istifadə olunarkən öz adını (təşkilatın adını) göstərmək, yaxud göstərilməsini tələb etmək ixtiyarı vardır.

Kollektiv əsərə daxil edilmiş əsərlərin müəllifləri müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, bütövlükdə kollektiv əsərdən asılı olmayaraq öz əsərlərindən istifadəyə müstəsna hüququ saxlayırlar.

Maddə 11.  Törəmə əsərlərə müəlliflik hüququ

Tərcüməçinin və digər törəmə əsər müəlliflərinin etdikləri tərcüməyə, dəyişməyə, aranjemana və digər yenidən işlənmələrə müəlliflik hüququ tanınır.

Tərcümə edilən, dəyişilən, aranjeman edilən, yaxud başqa cür yenidən işlənən əsərlərin müəlliflərinin hüquqları saxlanılmaqla, tərcüməçi və digər törəmə əsər müəllifi öz yaratdığı əsərə müəlliflik hüququndan istifadə edir.

Tərcüməçilərin və digər törəmə əsər müəlliflərinin müəlliflik hüququ həmin əsərlərin başqa şəxslər tərəfindən tərcüməsinə və yenidən işlənməsinə mane olmur.

Maddə 12.  Audiovizual əsərlərə müəlliflik hüququ

1.   Audiovizual əsərin müəllifləri (şərikli müəllifləri) aşağıdakılardır:

quruluşçu rejissor;

ssenari müəllifi;

quruluşçu rəssam;

quruluşçu operator;

xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar).

Audiovizual əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində iş prosesində yaradılmış və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi öz hissəsinə münasibətdə audiovizual əsərin müəllifi sayılır.[32]

Öz əsərinin audiovizual əsərin tərkibinə daxil edilməsinə razılıq vermiş əsər müəlliflərinin audiovizual əsərin istifadəsini qadağan etmək və ya hər hansı şəkildə məhdudlaşdırmaq hüququ yoxdur.[33]

2.   Audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyəəsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqaşəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır.[34]

Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır.

3.   Xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi audiovizual əsərin kütləvi ifası zamanı öz musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarıalmaq hüququnu saxlayır.[35]

4. Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir.[36]

Maddə 13.


: system -> files -> legislation
legislation -> Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Sosial müavinətlərin məbləğinin artırılması haqqında
legislation -> Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I
legislation -> Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında
legislation -> Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
legislation -> Qərara alıram: Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
legislation -> Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi
legislation -> Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə
legislation -> Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə


Dostları ilə paylaş:
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə