Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə2/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   2   3   4   5   6   7   8   9   ...   43
ümumi psixologiyaTSP

Psixika və şüur.
Psixika anlayışı şüur anlayışına nisbətən daha geniş anlayışdır. Ona görə ki, psixika anlayışı özündə psixikanın aşağı həddlərini, yəni şüursuzluğu, şüuraltını, həm də şüuru birləşdirir.
Şüura bizə məlum olan, bizim bildiklərimiz aid edilir. Insanın bilikləri, bacarqları vərdişləri onun şüurunda mövcuddur.
Şüurun strukturu və əsas psixolji xassəsi.
Şüurun strukturuna bütün idrak prosesləri daxil edilir. Məs.duyğular,qavrayış və.s. İnsan idrak prosesinin köməyi ilə gerçəkliyi əks etdirir. Şüur psixi indikasın ən ali formasıdır. Hər hansı bir idrak prosesinin funksiyasının pozulması, bütövlükdə şüurun funksiyasının pozulmasına gətirib çıxarır.
Şüurun aşağıdakı əsas psixoloji xarakterlərə ayrılır.
1. Şüurun köməyi ilə insan ətraf aləmdən bilik ehtiyatı alır və bu bilikləri öz təcrübəsinə çevirir.
2. Şüurun köməyi ilə insan özünü məqsədyönlü fəaliyyətini tənzimləyir.
3. Şüurun köməyi ilə insan öz “mən”ni digər mənlərdən ayırır və dərk edir.
4. Şüurun köməyi ilə insan başqa insanlarla qarşılıqlı münasibətlərə girir.
İnsan psixikası ilə heyvan psixikası arasında fərqlər.
1. İnsanda psixikanın ən yüksək səviyyəsi olan şüur mövcutdur.
2. İnsanlar heyvanlardan fərqli olaraq nitq ünsiyyətinə girə bilirlər. Heyvanlarda affektik dil mövcutdur.
3. Heyvanlarda hissi idrak mövcutdur, insanlarda isə həm hissi idrak həmdə təfəkkür mövcutdur. Heyvanlarda I siqnal sistemi insanlarda isə həm I həmdə II siqnal sistemləri vardır.
4. Heyvanlarda həyat fəaliyyəti mövcuddur, fəaliyyəti yoxdur. Yəni onlar bioloji tələbatı ödəmək üçün fəaliyyət göstərirlər. İnsanlarda fəaliyyət var.
5. İnsanların davranışı və fəaliyyəti əvvəlcədən düşünülən plan üzrə həyata keçirilir.
6. İnsan ictimai təcrübəni başqalarına ötürə bilir (nitq vasitəsi ilə)
7. İnsanlarda emosiyaların yüksək səvviyəsi olan hisslər mövcutdur. Heyvanlarda isə emosiyalar mövcutdur.
Hissi idrak duyğular və qavrayış vasitəsi ilə yəni əşyalarla bilavasitə təmasda olan zaman əmələ gəlir. Təfəkkür isə vasitəli indikasdır.
Şüuraltına, şüursuzluğa, təhtəl şüura bizim psixikamızda mövcut olan lakin, bizim dərk etmədiklərimiz aid edilir. Bunlara dərk olunmayan tələbatların ustanofkanın(yönəlişliyi), impulsif (qeyriixtiyari) hərəkətləri, röyaları, supsensor qavrayışı aid etmək olar.



  1. Müasir psixologiyanın strukturu

  2. Psixologiyada tədqiqat metodlarının təsnifatı

Metod dedikdə - elmin öz predmetinə yanaşma tərzi öyrənilməsi üsulları başa düşülür. Metod olan yerdə elm var, elm olan yerdə də metod var. Bütün elmlər öz predmetini müəyyən üsullarla öyrənirlər. Bu metod adlanır.


Metodologiya – metodlar haqqında təlim deməkdir. Metod və loqos sözlərinin birləşməsindən yaranmışdır. Metodologiya dedikdə elmin öz predmetinə hansı fəlsəfə aspektinə (baxımdan) yanaşması başa düşülür. Başqa sözlə desəkşüurun gerçəklikdə baş verən hadisələrin necə dərk etməsi başa düşülür.
Metodologiyanın 3 səviyyəsi ayrılır.
1). Ümumi metodologiya-ümumi metodologiyanın 3 əsas prinsipləri mövcuddur.
a). Hadisələri öz inkişaf prosesində öyrənmək, tədqiq etmək.
b). Hadisələri təcrid olunmuş şəkildə deyil, digər hadisələrnən qarşılıqlı təsir prosesində öyrənmək lazımdır.
c). Bütün hadisələri sadədən mürəkkəbə doğru keçmişi yeni məzmunda təkrarlayaraq inkişaf edir.
2). Xüsusi metodologiya-dedikdə konkret elm sahəsində məsələn, psixologiya sahəsində tətbiq olunan metodoloji prinsiplər nəzərdə tutulur. Dialektika-inkişaf, dəyişmə deməkdir.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə