Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə43/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   35   36   37   38   39   40   41   42   43
ümumi psixologiyaTSP

Talant və dahilik. Qabiliyyətlərin yüksək inkişaf pilləsi talantla məhdudlaşmır. Bəzi adamlar öz istedadlarının yüksək səviyyəsi ilə fərqlənir, onların yaradıcı nailiyyətləri cəmiyyətin və mədəniyyətin inkişafında tam bir epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf səviyyəsi dahilik adlanır. Dahi insanlar obrazlı şəkildə demiş olsaq öz fəaliyyəti sahəsində yeni bir dövr yaradır. Dahi üçün fövqəladə yaradıcı məhsuldarlıq, keçmişin mədəni miraslarına yiyələnmək və bununla yanaşı köhnəlmiş norma və ənənələri aradan qaldırmaq xarakterik haldır. Dahi şəxsiyyət hadisələrin gələcəyini qabaqcadan görə bilir, öz fəaliyyətini buna uyğun qurur.
İstedadlı uşaqlan xüsusi tərtib olunmuş testlərlə öyrənmək mümkün olmuşdur. Məlumdur ki, test nəzəriyyəsi və təcrübəsinin banisi Amerika psixoloqu C.M.Kettel sayılsa da onun inkişafında məşhur ingilis psixoloqu və antropoloqu F.Halton önəmli rol oynamışdır.
Qabiliyyətlər həm kəmiyyət, həm də keyfiyyət baxımından bir-birindən fərqlənir. Qabiliyyətlərin ölçülməsi dedikdə, onların kəmiyyət cəhətdən xarakterizə olunması nəzərdə tutulur.
İntellekt latınca sözü olub dərketmə, dərrakə, ağıl mənasında işlədilir. İntellekt əmsalı - LQ aşağıdakı düsturla ölçülür:
LQ=MA\CA*100. Burada MA-ağıl yaşı, CA-isə xronoloji yaşdır.
Qabiliyyətlərdən danışarkən qeyd etdik ki, insanların anadangəlmə imkanları eyni deyildir. Bu zaman diqqətimizi daha çox anadangəlmə imkanlar cəlb edir. Təbii imkanlar dedikdə, qabiliyyətin əsasını təşkil edən anatomik-fizioloji quruluş nəzərdə tutulur. Həmçinin psixofizioloji xassələr də buraya daxil edilir. Anatomik xüsusiyyətlərə beynin mikrostrukturu - gözün, səs tellərinin, əl və ayaqların quruluşu daxildir. Psixofizioloji xassə dedikdə isə bura hər şeydən əvvəl fəaliyyətə yiyələnməyin lap ilkin mərhələsində uşaqda, bəzən isə müəyyən fəaliyyətlə məşğul olmayan yaşlılarda özünü büruzə verən rəng fərqləndirmək həssaslığı, görmə həssaslığı, musiqi eşitmə həssaslığı və s. özündə ehtiva edir.
5-ci sual. Qeyd etdiyimiz kimi bu təbii imkanlar qabiliyyətin formalaşmasının əsasında durur. Məsələyə başqa istiqamətdən yanaşan Rus alimi Teplovun fikrincə, sinir sistemini bütövlükdə xarakterizə edən ümumi tipoloji xassələrlə yanaşı olaraq beyin qabığının ayrı-ayrı sahələrini xarakterizə edən partsial, xüsusi tipoloji xassələr də mövcuddur. Əgər sinir sisteminin ümumi xassələri ümumi qabiliyyətlər üçün mühüm əhəmiyyətə malikdirsə, xüsusi xassələr xüsusi qabiliyyəti öyrənərkən mühüm əhəmiyyətə malikdir.
Bütün bunları tədqiq edən Teplov belə nəticəyə gəlir ki, həm ümumi tipoloji xassələr, həm də xüsusi tipoloji xassələrin öyrənilməsi psixologiyanı yeni biliklərlə zənginləşdirmisdir.


Ümumi psixologiya kafedrasının müdiri,
psixologiya üzrə elmlər doktoru: prof.R.İ.Əliyev
Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə