Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə6/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   2   3   4   5   6   7   8   9   ...   43
ümumi psixologiyaTSP

Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə olunur. Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun).



  1. Fəaliyyət haqqında anlayış

Fəaliyyət insanın müəyyən tələbatları əsasında əmələ gələn dərk olunmuş, məqsədlə tənzim olunan daxili(psixi) və xarici(fiziki) fəallığının məcmuyudur.


Fəaliyyətin 2 planı ayrılır.
1.Daxili(psixi)
2. Xarici (praktiki)
Daxili (psixiki) –olana fəaliyyətin bələdləşmə hissəsi. (Nəyi necə icra etməyi planlaşdırmaq)
Xarici(praktiki) –olana isə fəaliyyətin icra hissəsi deyilir. Bunların hər 2 si bir biri ilə sıx əlaqədardır, biri digərsiz mümkün deyildir.
Fəaliyyət yalnız insana məxsusdur. Fəaliyyət sözünün kökündə”fəallıq” durur.
İnsanın bütün psixi proseslərinin gedişatı psixi fəallıq adlanır.
2.Fəaliyyət və fəallıq. Tələbatlar və motivlər.
Tələbatlar fəallığın mənbəyi hesab edilir. Onlar insanın konkret şəraitdə ehtiyacları kimi çıxış edirlər. Tələbatlar bütün canlı orqanizmlərin fəallığının əsasında durur. Təlabat olmasa istehsalda olmaz. Tələbat istehsalı genişləndirir, dəyişdirir və inkişaf etdirir. Mənşəyinə görə tələbatlar 2 növə ayrılır.
1.Təbii tələbatlar- üzvi tələbatda deyilir. İnsana xass olan tələbatdır.
2. Mədəni tələbatlar.
Təbii tələbatlara- qidayla bağlı özünü qoruma tələbatları, uyğunlaşma tələbatları, əks cinsə maraq tələbatları aid edilir. Təbii tələbatlara vital tələbatlarda deyilir.( latınca vitalis- həyati deməkdir.)
Mədəni tələbatlara- şəxsiyyətin mədəni həyatı ilə bağlı tələbatlar aid edilir. Hər bir təbii tələbatın insana xas olan formada ödənilməsi mədəni tələbatlar hesab edilir. Məs. Adam çəngəllə yeyir amma heyvanlarda belə deyil, Nəsiminin əsərlərini əldə etmək tələbatları və s aid etmək olar.
Predmetinə görədə tələbatların 2 növü ayrılır.
1.Maddi tələbatlar.
2.Mənəvi tələbatlar.
Maddi tələbatlar- maddi istehsal predmentlərinə (əşyalara) olan tələbatlardır. Məs mənzilə olan tələbat , istiliyə, geyimə olan tələbatlar və s.
Mənəvi tələbatlar- mənəvi istehsala olan tələbatlardır. Məs. dinlə məşqul olmaq, kitab oxumaq, qəzet oxumaq, ünsiyyət musiqi dinləmək və.s olan tələbatlardır.
Motivlər- Motiv dedikdə şəxsiyyəti fəaliyyətə təhrik edən subyekt halətlər( vəziyyətlər) başa düşülür.Ümumiyətlə psixologiyada motivləşmə və tələbatlar 1-1 lə sıx bağlıdır.Ona görədə şəxsiyyətin motivləşmə tələbatı anlayışından istifadə olunur. Bu o deməkdir ki, şəxsiyyət nə istəyir(tələbat) nə üçün istəyir(motiv)
Tələbatın motivləşməsi dedikdə - Onların müəyyən tərzdə odənilməsi başa düşülür. Tələbatlar ödənilməyənə qədər öz predmentini tanımır. Tələbatlar həmişə obyektlərə yəni nəyə isə olan tələbat, motivlər isə subyektə aid edilir. Məs . mən susamışam, susuzluq hissi motiv rolunda çıxış edir yəni, məni susuzluğumu aradan qaldırmaq üçün fəaliyyətə təhrik edir. Su mənim tələbatım kimi çıxış edir suyu içərək susuzluğumu aradan qaldırmağım isə motivləşmə hesab edilir.
Motivin fəaliyyət göstərməsi motiv adlanır. Motivlərin aşağıdakı növləri ayrılır. Dərk olunma səviyyəsinə görə dərk ounan və dərk olunmayan motivlər.
1.Şüur səviyyəsinə qalxan motivlər- başqa sözlə dərk olunan tələbatların ödənilməsinə yönəldən motivlər.
2. Dərk olunmayan motivlərə isə-şəxsiyyətin dərk etmədiyi şüur altında olan tələbatların motivləşməsi aid edilir. Məs. buna irticaçılıq və libidos tələbatları aid etmək olar.
Fəaliyyət kotoqoryasını psixologiya elminə gətirən və geniş işləyən S.L.Rubinşteyndir. O eyni zamanda şüurla fəaliyyətin vəhdəti prinsipini elmə gətirmişdir.
Fəaliyyət növünə görə 3 növə ayrılır.
1). Oyun fəaliyyətinin motivləri.
2). Təlim fəaliyyətinin motivləri.
3). Əmək fəaliyyətinin motivləri.
Məs: I. Oyun fəaliyyətinə misal olaraq göstərmək olar ki, uşaqları oynamağa təhrik edən motivləri qeyd etmək olar. Məktəbəqədər yaş dövrünə təsadüf olunur.
II. Təlim motivlərinə- idrak motivlkərini öyrənmək, qiymət almağa görə oxumaq.
III.Əmək motivlərinə- pul almağa görə işləmək, və yaxud işlədiyi işdən zövq almaq və s.

  1. Aktivliyin iradi tənzimi

Fəaliyyətin idarə olunmasına nəzarəti insanın şüuru həyata keçirir. Şüur psixiklanın insana məxsus forması olduğu üçün onun komponentinə bütün idrak prosesləri aid edilir. Buradan belə bir məntiq nəticə çıxır ki, fəaliyyətin tənzim olunmasında və idarə olunmasında (qavrayış, təfəkkür və s.) fəal rol iynayır. Fəaliyyətin icrasına n\əzarət əsasən diqqət və iradə vasitəsilə həyata keçilir. Diqqət bütün psixi prosesləri məqsədə müvafiq istiqamətləndirir, mərkəzləşdirir, iradə isə fəaliyyətin icrası prosesində qarşıya çıxan çətinlikləri dəf edir.


Fəaliyyətin mənimsənilməsi
Fəaliyyətin mənimsənilməsi dedikdə insanın hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə icra edilməsi başa düşülür. Fəaliyyətin mənimsənilməsi məşqlər və mümarisələr (məqsədyönlü təkrar) nəticələr şəraitində həyata keçir. Fəaliyyətin mənimsənilməsində interiorizasiya və xüsusi rol oynayır. Ümumiyyətlə bu anlayışları psixologiya elminə Y. Piaje (İsveç psixoloqu) gətirmişdir.
L. S. Vqotski özünün “Mədəni tarixi inkişaf yaxud ” ali psixi funksiyaqların mədəni inkişaf haqqında nəzəriyyəsində interioriaziasiya əsas götürmüşdür. Bu anlayışların mahiyyətini eksperimental səviyyədə açan Vqotski olmuşdur.
İnterioziasiya- dedikdə (xarici praktiki) fəaliyyətin mənimsənilərək daxili (əqli) plana keçməsi başa düşülür. Məs: Uşaq ən əvvəl barmaqları ilə sayıb elementar əməliyyatlar aparıb, sonralar məşqlər nəticəsində bu əqli plana keçir və uşaq hesablamanı beynində barmaqlarından istifasə etmədən aparır.
Viqotski hesab edirdi ki, bütün ali psixi funksiylar interiorizasiyanın məhsuludur.
Eksteriorizasiya- bunun əksidir, insan beynində olan praktikada tədiq edir. Fəaliyyətin mənimsənilməsində qeyd olunduğu kimi məşqlər və mümarisələrin də rolu böyükdür. Belə ki, məşqlər nəticəsində fəaliyyətin müəyyən əməliyyatları (yaxud hərəkətləri) avtomatlaşır. Yəni, şüurun bilavasitə nəzarəti olmadan həyata keçir. Nəticədə vərdişlər əmələ gəlir. Beləliklə, şüurun bilavasitə nəzarəti olmadan fəaliyyətin avtomatlaşmış əməliyyatlarını həyata keçməsi vərdişlər adlanır.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə