Ümumi psixologiya üzrə dövlət imtahan sualları


Vərdişlər və onların köçürülməsi



Yüklə 135,57 Kb.
səhifə7/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   2   3   4   5   6   7   8   9   10   ...   43
ümumi psixologiyaTSP

Vərdişlər və onların köçürülməsi.
Fəaliyyət eynilədə iş bütövlükdə avtomatlaşa bilməz. Avtomatlaşma yalnız fəaliyyətin ən kiçik komponentləri olan əməliyyatları yaxud hərəkətlərdir. Bu cür avtomatlaşma məşqlər və mümarisələrin nəticəsidir. Məs: insanda olan vərdişlərə: yazı vərdişləri, oxu vərdişləri, hesablama vərdişləri və s. aid edilir.
Təkrar nəticəsində vərdişlərin əmələ gəlməsi fəaliyyətin müvəffəqiyyətlə icra olunmasına şərait yaradır. İnsanın şüuru fəaliyyətin gedişi prosesinə deyil, nəticəsinə yönəlir. Vərdişlərin əmələ gəlməsinin aşağıdakı mərhələləri ayrılır.
I mərhələ- Bu mərhələdə fəaliyyətin icra üsulu dəyişir. Qismən tətəkminləşir.
II mərhələ- Fəaliyyətin icrasına sensor (hissi) nəzarət artır.
III mərhələ- Hərəkətlər, ıməliyyatlar avtomatlaşır və vərdişlər əmələ gəlir.
Məşqlər nəticəsində əmələ gələn vərdişlər daha da təkminləşir. Mövcud olan vərdişlərin əmələ gəlməsinə mane olur, bu vərdişlərin mənfi köçürülməsi deyilir və interferensiya adlanır. Məs: Təyyarəçi havada istiqamətini dəyişəndə yəni. Təyyarəni döndərəndə sürəti artırmalıdır. O, avtomobili idarə edəndə bu vərdişlər ona mane olur, yəni avtomobili döngədən döndərən zaman sürəti azaltmaq əvəzinə daha da artırır.
Vərdişlərin müsbət köçürülməsi halları da mövcuddur. Belə ki, mövcud vərdişlərin yenilik əmələ gəlməsinə köməklik göstərir. Buna vərdişlərin müsbət köçürülməsi deyilir. Və o, proses vərdrişlərin induksiyası adlanır. Məs: makinada yazmaq, kompyuterdə işləməyə köməklik göstərmək.
Bacarıqlar- Fəaliyyətin müvəffəqiyətinin icrasına bacarıqlar deyilir. Burada biliklərin və vərdişlərin rolu çox böyükdür. İnsan fəaliyyətə yiyələndikdə onun bacarıqları daha da artır. Bu ona görə baş verir ki, konkret fəaliyyət sahəsi insan zaman keçdikdə daha da mükəmməl biliklər əldə edir və təkrarlar nəticəsində onda həm də fəaliyyətin icrası ilə bağlı bir sıra vərdişlər yalnız müsbət olanlara bölünür. Yəni. Onlar yalnız xeyirli olanlardırt. Ona görə ki, onlar fəaliyyət prosesində əmələ gəlir və buna görədə fəaliyyətin müvəffəqiyətlə icrasına xidmət edirlər. Ona görə də onlar zərərli olmurlar.
Adətlər- Şəxsiyyət üçün tipik şəraitdə tələbatlar kimi çıxış edən avtomatlaşmış hərəkətlərdir. Onlar fəaliyyətin icrası prosesində yaranada bilər, yaxud icrası prosesindən kənarda da yarana bilər. Və fəaliyyətlə heç bir əlaqəsi olmayada bilər. Buna görədə adətlərin həm mənfi həmdə, müsbət olanları ayrılır.
Müsbət adətin icrası prosesində də yaranan adətlərə deyilir. Məs. səhər tezdən durmaq adəti, vaxtında yemək, əlləri yuyub stol arxasında oturmaq və s aid etmək olar.
Mənfi adətlər. Məs dırnaq yemək, siqaret çəkmək, əyağını yelləmək və.s
Vərdişlər fəaliyyətin icrasına yönəlmiş, avtomatlaşdırılmış hərəkətlərdir, adətlər isə tipik şəraitdə fəallaşan avtomatlaşmış hərəkətlərdir..



  1. Tələbatlar haqqında anlayış

Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən, onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Fəaliyyət sistemdir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özünəməxsus inkişaf yolu vardır. Hər hansı bir fəaliyyətin başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud tələbatlar şəbəkəsi durur. Başqa sözlə, insan fəallığının əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təşkil edir. Tələbatlar orqanizmin mühüm daxili gücünü təşkil etməklə onu fərdin və nəslin yaşaması və inkişafı üçün zəruri olan keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata keçirməyə təhrik edir.


Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin ondan kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı tələbatlarla eyniləşdirmək düzgün olmazdı. Tələbatlar insanın 66 dərk olunmuş ehtiyacları olmaqla daha geniş anlayış kimi qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə fəallıgını şərtləndirən özünəməxsus psixi halətdir. Tələbatlar və onların növləri barədə kitabın 5-ci fəslində ətraflı bəhs olunduğuna görə burada deyilənlərlə kifayətlənməli olduq.
Fəaliyyətin motivləri. İnsanı əhatə edən cisim və hadisələr heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik edir. Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. İnsan fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə olunur.
Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Bununla yanaşı olaraq motivlər tələbatların kəsb etdiyi formalara, onların genişliyinə və ya məhdudluğuna, reallaşdıqları fəaliyyətin konkret məzmununa və s. görə fərqlənirlər. Təcrübə göstərir ki, fəaliyyətin mərəkkəb növləri, adətən, bir motivə deyil, eyni vaxtda təsir göstərən bir neçə motivə cavab verir ki, bu da motivləşmə adlanır. Motivləşmə elə motivlər birliyidir ki, şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir.
Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və mənəvi) ola bilir. Bundan başqa A.N.Leontyevə görə motiv obraz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilir.



  1. İdrak prosesləri və onlarin psixoloji səciyyəsi



İdrak prosesləri gerçəkliyi dərk etmək, gerçək aləm haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan psixi proseslərdir. Bunlara duyğular, qavrayış, hafizə, diqqət, nitq, təfəkkür, təxəyyülü aid etmək olar.
Psixologiyada “idrak” termini adətən fərdin psixoloji funksiyaları haqqında informasiyanın işlənməsi nöqteyi-nəzərindən istifadə olunur və eyni zamanda idraki mühəndisliyə də daxildir. Sosial psixologiyanın[14] bir qolu olan sosial idrak tədqiqində bu termin münasibəti, funksiyanı və qrup dinamikasını izah etmək üçün istifadə olunur.[15] Bununla belə, idraki elm sahəsində aparılan psixoloji tədqiqatlar idrakın dərk edilməsinə təcəssüm olunmuş yanaşmanı da təklif etmişdir.[14] Ənənəvi hesablamaçı yanaşmadan fərqli olaraq, təcəssüm olunmuş idrak idrak imkanlarının əldə edilməsində və inkişafında bədənin mühüm rolunu xüsusilə vurğulayır.[16][17]
İnsan idrakı şüurlu və şüursuz, konkret və yaxud mücərrəd, həmçinin, intuitiv (dil bilikləri kimi) və konseptual (dil modeli kimi) olur. O, yaddaş, assosiasiya, konsepsiyanın formalaşması, həmçinin, nümunənin tanınması, dil, qavrayış, diqqət, hərəkət, problem həlli və zehni təsəvvür kimi prosesləri əhatə edir.[18][19] Ənənəvi olaraq, emosiya idraki proses kimi düşünülmür, amma indi duyğuların idrak psixologiyasını araşdırmaq üçün çoxlu tədqiqatlar aparılır. Digər tərəfdən tədqiqat həm də insanın öz idrak strategiyaları və metodları haqqında məlumatlı olmasına yönəlmişdir ki, bu da metaidrak adlanır. İdrak anlayışı psixologiyada fənlərin inkişafı ilə müxtəlif dəyişikliklərə məruz qalmışdır.
İlk olaraq, psixoloqlar insan fəaliyyətini idarə edən idrakı məlumatın işlənməsi kimi başa düşürdülər.[20] 1950-ci illərdə Davranışçı hərəkat idrakın davranış forması kimi nəzərdən keçirilməsindən sonra meydana gələn bilişselçilik kimi tanınan bu hərəkət idi. Bilişselçilik idraka hesablama forması kimi yanaşır, zehni maşın, şüuru isə icraedici funksiya kimi görürdü.[16] Lakin postkoqnitivizm 1990-cı illərdə koqnitivizm elminin inkişafı özündə təcəssüm olunmuş, genişlənmiş və şüurda dinamik proseslər aparan idraki fəaliyyətin zəruriliyini vurğulayan nəzəriyyələri təqdim edərkən meydana çıxmağa başladı.[21] İdraki psixologiyanın inkişafı, müxtəlif nəzəriyyələrdən olan psixologiyanın bu dinamikanı, idrak və ətraf mühitlə bağlı öyrənməyə başladığı zaman, bu əvvəlki dualist paradiqmalardan başlayaraq, sistemli hesablama və yaxud yalnız davranış kimi idrakın üstünlüyünü təmin etmişdir.[16]

  1. İradə haqqında anlayış

İnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və işləri icra edir. Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə ixtiyari şəkildə baş verir.


Qeyri-ixtiyari hərəkətlər düşünülmüş, şüurlu şəkildə deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk edilməyən təhriklərin təsiri altında baş verir. Bu cür hərəkətlər adətən impulsiv xarakter daşıyır. Onların dəqiq planı olmur. Psixologiyada qeyri-ixtiyari hərəkətlərə insanın qorxu, çaşqınlıq, heyrət, affekt halında olan və s. hərəkətləri aid edirlər.
İxtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədəyönəlmiş hərəkətlərdir. Bu cür hərəkətləri yerinə yetirərkən insan öz məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər iradi xarakter daşıyır. Bu zaman insan qarşısına çıxan maneələri aradan qaldırmalı olur.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə