ÜMumi SƏHİYYƏ ƏSas suallar Ümumi dövlƏt SƏHiYYƏ proqraMi nƏ zaMan başlaYacaqdir?



Yüklə 27,45 Kb.

tarix05.06.2018
ölçüsü27,45 Kb.


ÜMUMİ SƏHİYYƏ

ƏSaS SUallar

ÜMUMi dövlƏt SƏHiYYƏ proqraMi nƏ zaMan başlaYacaqdir?

Ümumi dövlət səhiyyə proqramı 28 fevral 2013-cü il tarixindən qüvvədə olacaqdır.



İStifadƏçilƏr kiMdir?

Dövlət sığorta proqramlarının istifadəçiləri (Gürcüstan hökumətinin 218 №-li və 165 

№-li qərarlarının istifadəçiləri), 28 fevral 2013-cü il tarixli vəziyyətlə özəl sığorta sx-

emlərinə qoşulmuş şəxslər və həbs və azadlıqdan məhrumetmə müəssisələrində olan 

müttəhim/məhkum olan şəxslər istisna olmaqla, ümumi dövlət səhiyyə proqramının 

istifadəçiləri  Gürcüstan  vətəndaşlığını  təsdiq  edən  sənədə,  neytral  şəxsiyyət  və-

siqəsinə, neytral gediş-gəliş sənədinə malik olan şəxslər və Gürcüstanda statusa malik 

vətəndaşlığı olmayan şəxslərdir.



HƏMin proqraMda HanSi MÜƏSSiSƏ iştirak edƏcƏkdir?

Həmin  fəaliyyət  üçün  qanunvericiliklə  müəyyən  edilmiş  tələbləri  təmin  edən,  pro-

qramda  iştirak  etmək  istəyini  bildirən,  proqramın  şərtləri  ilə  razılaşan  və  müəyyən 

edilmiş qaydada sosial xidmət agentliyinin proqramında iştirak etmək istəyini yazılı 

şəkildə təsdiq edən istənilən tibb  müəssisəsi.

ÜMUMi dövlƏt SƏHiYYƏ proqraMi HanSi xidMƏtlƏri 

ƏHatƏ edir?

Proqramla nəzərdə tutulan xidmət aşağıdakıları əhatə edir: (a) planlı ambulator, (b) 

təxirəsalınmaz ambulator və (c) təxirəsalınmaz stasionar müalicə.

ÜMUMi dövlƏt SƏHiYYƏ 

proqraMi

dövlƏt tƏrƏfindƏn MaliYYƏlƏşdirilMiş digƏr proqraMlar 

davaM etdirilƏcƏkdirMi?

Aşağıdakı proqramların maliyyələşdirilməsi davam etdiriləcəkdir:

xəstəliklərin erkən aşkar edilməsi və skrininqi;



immunizasiya;

uşaqların onkohematoloji xidməti;



infeksion xəstəliklərin idarə edilməsi;

psixiki sağlamlıq;



analar və uşaqların sağlamlığı;

diabetin idarə edilməsi;



vərəmin idarə edilməsi;

HİV-infeksiya/QİÇS;



narkomaniya;

dializ və böyrək transplantasiyası;



inkurabel xəstələrə paliatik qayğının göstərilməsi;

nadir  xəstəlikləri  olan  və  daimi  əvəzləşdirici  müalicəyə  tabe  olan  xəstələrin 



müalicəsi;

təcili təxirəsalınmaz yardım və tibbi nəqletmə;



kənd həkimi;

referal xidmət;



hərbi qüvvələrə çağırılacaq vətəndaşların tibbi yoxlanışı;

epidnəzarət proqramı;



təhlükəsiz qan;

peşə xəstəliklərinin prevensiyası.



www.moh.gov.ge

Tbilisi, Akaki Sereteli prospekti 144, 0119

qaynar xətt: 1505

el-poçt: info@moh.gov.ge;  

www.moh.gov.ge

Ümumi  səhiyyə  proqramı  ilə  nəzərdə  tutulan  təxirəsalınmaz  ambulator  və 

stasionar xidmətlərinin tam siyahısı Gürcüstan hökumətinin 21 fevral 2013-

cü il tarixli 36 №-li qərarı ilə təsdiq edilib və nazirliyin www.moh.gov.ge 



veb-səhifəsində əlçatandır.

GÜrcÜSTAn ƏmƏk, 

SAğlAmlıQ VƏ 

SoSıAl mÜDAfıƏ 

nAzırlıyı



ÜMUMİ SƏHİYYƏ

planli aMbUlator xidMƏt nƏlƏri ƏHatƏ edir?

Planlı ambulator xidmət 2 əsas bloku nəzərdə tutur:

(1) ailə və ya məhəllə həkiminin və tibb bacısının xidməti, hansı ki, öz növbəsində 

aşağıdakıları əhatə edir:

milli təqvimlə nəzərdə tutulan profilaktik peyvəndlər;



tibbi zərurətdən irəli gələrək;

xəstəliklərin idarə edilməsi və referal;



ekspres diaqnostika metodu ilə laborator müayinələr (sidik təhlili, periferiya qa-

nında qlükoza);

elektrokardioqrafiya;



tibbi arayış və reseptlərin verilməsi (işə başlama ilə əlaqədar olan, avtomobili 

idarə etmək və ya silah almaq icazəsini almaq üçün təqdim ediləcək arayışları 

əhatə etmir);

evə ziyarət;



(2) Həkimin təyinatı ilə kliniki-laborator müayinələr:

ümumi qan təhlili;



ümumi sidik təhlili.



ƏHalinin ilkin SƏHiYYƏ MÜƏSSiSƏlƏrindƏ (poliklinikalarda) 

qeYdiYYata alinMaSi vƏ qoşUlMaSi necƏ baş verƏcƏkdir?

Ambulator xidməti almaq üçün vətəndaşın hüququ vardır ki, proqramda iştirak edən 

ilkin səhiyyə müəssisəsini (poliklinikanı) özü seçsin. Bununla yanaşı, istifadəçi seçilm-

iş tibb müəssisəsini hər iki ayda bir dəfə dəyişdirə bilər.

Proqramda  iştirak  edən  tibb  müəssisələri  proqram  istifadəçilərinin  qeydiyyata  alın-

masını yalnız istifadəçinin razılığı əsasında həyata keçirməlidirlər. Həmin razılıq isti-

fadəçinin və ya yetkinlik yaşına çatmamış şəxs olduqda – onun qanuni nümayəndəsinin 

(valideyn, baba, nənə, bacı, qardaş, qəyyum və ya qayğı göstərən və qanunvericiliklə 

müəyyən edilmiş digər qanuni nümayəndə) imzası ilə təsdiq edilməlidir.

İstifadəçi tərəfindən konkret ilkin səhiyyə tibb müəssisəsində qeydiyyata alınma üçün 

“razılıq  forması”  sosial  xidmət  agentliyi  tərəfindən  işlənilib  və  Gürcüstan  Əmək, 

Sağlamlıq və Sosial müdafiə nazirliyinin www.moh.gov.ge veb-səhifəsində əlçatandır.

Proqramdan istifadə edən şəxsin hüququ vardır ki, yalnız bir poliklinikada/ilkin səhi-

yyə müəssisəsində qeydiyyata alınsın. Qeydiyyat haqqında məlumatlar sosial xidmət 

agentliyinin elektron məlumat bazasına daxil olur və ikiqat qeydiyyat təqdirində qey-

diyyat ləğv edilir.



tƏxirƏSalinMaz xidMƏti alMaq ÜçÜn ƏHalinin qeYdiYYata 

tƏxirƏSalinMaz xidMƏti alMaq ÜçÜn ƏHalinin qeYdiYYata 

alinMaSi necƏ baş verƏcƏkdir?

Təxirəsalınmaz  stasionar  və  ambulator  müalicəni  almaq  üçün  vətəndaş  (istifadəçi) 

tərəfindən hər hansı növ əvvəlki qeydiyyata alınmasına ehtiyac yoxdur. müvafiq qey-

diyyatı pasientin düşdüyü tibb müəssisəsi bildiriş şəklində yerinə yetirir.



tƏxirƏSalinMaz aMbUlator xidMƏt nƏlƏri ƏHatƏ edir?

Təxirəsalınmaz ambulatoriya stasionarda 24 saat qalmasını tələb etməyən təxirəsalın-

maz vəziyyətlərin idarə edilməsini və sabitləşdirilməsini əhatə edir. Əvvəlcədən elə 

vəziyyətlərin  siyahısı  müəyyən  edilib,  hansıların  təxirəsalınmaz  ambulator  idarə 

edilməsini  ümumi  səhiyyə  proqramı  ödəyəcəkdir.  Həmin  vəziyyətlər  travmaları, 

sınıqları, yaraları, termik zədələnmələri (yanıq/donmanı), zəhərlənmə/intoksikasiyanı, 

burundan qanaxmanı, anafilaksik şokun inkişaf etməsi riski zamanı allergiyanın idarə 

edilməsini,  sidiyin  saxlanılmasını,  kəskin  larinqiti  (krupu),  ürək  qan-damar  xəstə-

liklərini (hipertonik krizi, ürək ritminin pozulmalarını) və müxtəlif növ kəskin ağrıları 

əhatə edir.



tƏxirƏSalinMaz StaSionar xidMƏt HanSi xidMƏtlƏri 

ƏHatƏ edir?

Proqram elə vəziyyətlərin maliyyələşdirilməsini nəzərdə tutur, hansılar zamanı əgər 

təcili  tibbi  yardım  göstərilməzsə,  bir  neçə  saat  ərzində  orqanın  və/və  ya  ətrafın  (əl 

və ya ayağının) itirilməsi və yaxud xəstənin ölümü gözlənilir. 450-dən artıq vəziyyət 

müəyyən edilib, hansılar mövcud olduğu təqdirdə proqram təxirəsalınmaz cərrahi və 

terapiya yardımının göstərilməsini nəzərdə tutur.

Proqram həmçinin intensiv terapiyanı və kritik vəziyyətlərin idarə edilməsini əhatə 

edir.


proqraMla MÜƏYYƏn edilMiş xidMƏt xƏStƏ tƏrƏfindƏn 

birgƏ ödƏMƏni nƏzƏrdƏ tUtUrMU?

Xidmət tam şəkildə maliyyələşdirilir və xəstə tərəfindən birgə ödəməni nəzərdə tutmur.

Təxirəsalınmaz stasionar xidmət üçün bir hadisəyə görə 15 000 lari məbləğində mak-

simal limit təyin edilib.



doğUşUn ödƏnilMƏSi ilƏ ƏlaqƏdar olan SUallar:

Ümumi  səhiyyə  çərçivəsində  doğuş  xərclərinin  maliyyələşdirilməsi  1  iyul  2013-cü 

il  tarixindən  həyata  keçiriləcəkdir.  Qeyd  edilənlərlə  əlaqədar  olaraq  əhaliyə  əlavə 

məlumat  veriləcəkdir.  Hal-hazırda  “Analar  və  uşaqların  sağlamlığı”  adlı  dövlət 

proqramı çərçivəsində dövlət tərəfindən yüksək riskli hamilələrin və zahıların mülicəsi 

həyata keçirilir. 



www.moh.gov.ge



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə