Ümumi TƏHSİl müƏSSİSƏLƏRİNİN İnformasiya sistemi” ÜZRƏ İSTİfadəÇİ TƏLİmati



Yüklə 0,51 Mb.
səhifə10/12
tarix20.04.2022
ölçüsü0,51 Mb.
#85709
1   ...   4   5   6   7   8   9   10   11   12
Telimat-Sinifler-uzre-bolgu

MƏZUNLAR ALT BÖLMƏSİ

Bu bölmədə yerləşdirilən 2020/2021 –ci tədris ilinin IX və XI sinif məzunlarının təhsil sənədləri yazılmış olmalı və bütün IX sinif məzunlarının statusu “Növbəti təhsili yazılanlar” olmalıdır. Yəni IX sinif məzunlarından:

  • Öz məktəbində X sinifdə təhsilini davam etdirmək istəyənlər yay dövründə məktəb tərəfindən “öz məktəbinə qəbul” səbəbi ilə məzun edilirlər;

  • Başqa məktəbdə X sinifdə təhsilini davam etdirmək istəyənlər yay dövründə X sinif şagirdlərinin elektron yerdəyişməsi sistemi aktiv edilənə kimi UTİS-də “təhsilini davam etdirmir” səbəbi ilə məzun edilirlər və sonra sy.edu.az üzərindən yerdəyişmə edirlər;

  • Tam orta təhsil üzrə təhsilini davam etdirmək istəməyənlər də “təhsilini davam etdirmir” səbəbi ilə məzun edilirlər;

  • Təhsilini orta ixtisas təhsili və ya peşə təhsili müəssisələrində davam etdirəcək IX sinif məzunları uyğun olaraq “orta ixtisas təhsili müəssisələrinə” və “peşə təhsili müəssisələrinə” səbəbləri ilə məzun edilirlər;

  • Təhsilini kurslarda davam etdirmək istəyən IX sinif məzunları “müxtəlif kurslara” səbəbi ilə məzun edilirlər.

Qeyd: Orta ixtisas, peşə təhsili müəssisələrinə getmə səbəbi ilə məzun edilmiş IX sinif məzunları əgər məktəbə X sinfə qayıdırlarsa (yəni orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmayıblarsa) məktəb “Məzunu ləğv et” düyməsini vurub çıxmanı ləğv etməli və yenidən “Məzun et” düyməsini vurmaqla “öz məktəbinə qəbul” seçməlidir.


  1. Yüklə 0,51 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə