|
Ümumi TƏHSİl müƏSSİSƏLƏRİNİN İnformasiya sistemi” ÜZRƏ İSTİfadəÇİ TƏLİmati
|
səhifə | 2/12 | tarix | 20.04.2022 | ölçüsü | 0,51 Mb. | | #85709 |
| Telimat-Sinifler-uzre-bolguBu səhifədəki naviqasiya:
- Sinif
Tədris sinifləri səhifəsi
Bu bölmədə məktəbdə olan bütün tədris sinifləri yaradılır. Yeni tədris ili açıldıqda əvvəlki tədris ilinin I-VIII və X sinifləri bir pillə yuxarı qaldırılır. Yeni tədris ilinin məktəbəhazırlıq (0), I və X sinifləri yenidən yaradılmalıdır. Yeni sinif yaratmaq üçün Yeni düyməsi vurulmalıdır,
Tədris ili – avtomatik cari tədris ili göstərilir.
Tədris dili – sinfin bölməsi aşağıya açılan siyahıdan seçilir (əgər Ümumi məlumat səhifəsində 1 tədris dili seçilibsə, o zaman avtomatik seçilmiş olur). Mütləq sahədir.
Sinif – yaradılan sinif aşağıya açılan siyahıdan seçilir. Mütləq sahədir.
İndeks – yaradılan sinfin indeksi aşağıya açılan siyahıdan seçilir (1-ci sətirdə əlifba, 2-ci sətirdə rəqəm). Mütləq sahədir.
Tədris həftəsi – yaradılan sinfin 4, 5 və ya 6 günlük olması aşağıya açılan siyahıdan seçilir. Mütləq sahədir.
Növbə – yaradılan sinfin I, II və ya III növbədə olması aşağıya açılan siyahıdan seçilir (əgər Ümumi məlumat səhifəsində 1 növbəli qeyd edilibsə, o zaman avtomatik seçilmiş olur). Mütləq sahədir.
Dostları ilə paylaş: |
|
|